Göygöl gözəldir...

 

Söhbət bu gözəlliyi yaradan, quran, yaşadan insanlar haqqındadır

 

Göygöl ilin bütün fəsillərində gözəldir. Özübiz bu sözləri təkcə meşələr qoynunda uyuyan dağlar gözəli, göllər tacı Göygöl haqqında demirik. Söhbət bir üzü Murova, bir üzü Gəncəyə söykənən Göygöl rayonundan gedir.

 

Şəhərin abad, yaraşıqlı küçələri ilə addımlayırıq. Yollar, səkilər, evlərin fasadları tamamilə dəyişib, yeni görkəm alıb. Daha bir maraqlı cəhət dərhal diqqətimizi çəkir: burda müasirlik milli memarlıq ənənələri ilə qəribə tərzdə birləşib. Bu da şəhər sakinlərinin, elə qonaqların da çox xoşuna gəlir. Ümumiyyətlə, Göygöl şəhərinin maraqlı coğrafi mövqeyi var: şəhər dağların döşündədir. Buna görə də  küçələrin əksəriyyəti üzüyenişədir. Bu isə şəhərə xüsusi görkəm, təmizlik və gözəllik verir.

N.Nərimanov, Nizami, Z.Tağıyev, Y.Məmmədəliyev, Q.Qarayev, 20 Yanvar küçələrində başa çatdırılmış abadlıq-quruculuq və yenidənqurma işləri bizi xüsusilə heyran etdi, gözümüzü- könlümüzü oxşadı. Hummer küçəsində— şəhərin axarlı-baxarlı yerində salınmış Heydər Əliyev parkı, Heydər Əliyev mərkəzi, Gənclər və uşaq-əyləncə mərkəzləri isə, sözün əsl mənasında, möcüzədir. İndi bura şəhər sakinlərinin ən çox üz tutduqları ünvandır. Göygölün simasına xüsusi gözəllik verən bu obyektlərdə ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyəti, keçdiyi şərəfli ömür yolu, o cümlədən müstəqil Azərbaycanımızın müasir mənzərəsi öz parlaq əksini tapmışdır. Yeri gəlmişkən, bir cəhəti də qeyd edək ki, indi Göygöl şəhərinin simasını gözəlləşdirən, diqqəti cəlb edən binaların, park və xiyabanların hamısı məhz son illərin yadigarlarıdır.

Təsadüfi deyildir ki, Prezident İlham Əliyev bu ilin yanvar ayında rayona növbəti səfəri zamanı bu obyektlərin açılışında iştirak etmiş, aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirmiş, öz məsləhət və tövsiyyələrini vermişdir. Göygöl sakinləri bu gün də həmin unudulmaz səfərin təsiri altında yaşayırlar, görüş və söhbətləri dərin minnətdarlıq hissi ilə xatırlayırlar.

Elə buradaca bəzi təhlil və müqayisələrə, fakt, rəqəm və göstəricilərə diqqət yetirmək maraqlı olar. Rayonda 2014-cü ilin ötən ayları ərzində 593 yeni yeri açılmışdır ki, bunun da 460-ı daimidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 3 234 min manat artaraq 145 739,1 min manata çatmışdır. Rayon üzrə adambaşına 2 389,2 manat dəyərində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz çox məhsul istehsal edilmişdir.

Aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən yaradılmış əlverişli şəraitin nəticəsi olaraq, istehsalçıların traktor, kombayn, digər kənd təsərrüfatı maşın və avadanlıqları, toxum və gübrə ilə təminatı yaxşılaşdırılmışdır. Nəticədə, keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 507,4 min manat çox olmaqla, 41 221,4 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bunun da 99,6 faizi qeyri-dövlət sektorunun payına düşür.  Heyvandarlıq inkişaf etdirilmiş, iri malın sayı 20 621 başa, davarın sayı 167 589 başa çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 207,6 ton, ət istehsalı 90,3 ton, yun istehsalı 3,1 ton, yumurta istehsalı 18 min 100 ədəd artmışdır.

Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 134 ədəd subartezian quyusu yenidən bərpa olunmuşdur. Balçılı kəndində 2, Haçaqaya, QuşqaraNadil kəndlərinin hər birində 1 ədəd subartezian quyusu qazılmış, Yeni Qızılca və Quşqara kəndlərində isə qazılmaqdadır.

Hazırda fəaliyyət göstərən 23 sənaye müəssisələrində 8077,2 min manat dəyərində sənaye məhsulu istehsal edilmişdir. Rayonda sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 474-ə çatmışdır. Sahibkarlığa Kömək Milli Fondu  156 sahibkara 5 milyon 170,9 min manat dəyərində güzəştli kredit vermişdir.

Əhalinin aztəminatlı təbəqəsinin, sosial müdafiəyə ehtiyacı olan insanların rifahının yaxşılaşdırılmasına diqqət daha da artırılmışdır. 2014-cü ilin 9 ayı ərzində 867 ailə olmaqla, 3912 nəfərə 108,2 min manat məbləğində ünvanlı sosial yardım verilmişdir. Qarabağ müharibəsi və Çernobıl qəzası əlillərinin 130 uşağına 14 min manat müavinət, əmək və sosial pensiyaçılara 12 milyon 302,7 min manat müavinət ödənilmişdir. 75 nəfər tənha və əlillərə evində sosial məişət xidməti göstərilmişdir. Rayon üzrə orta aylıq pensiyanın məbləği 162 manat təşkil etmişdir.

Əhalinin məşğulluğunu təmin etmək və vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 2014-cü ilin 9 ayı ərzində 372 nəfər axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınmış, onlardan 226 nəfəri münasib yerləri ilə təmin olunmuşdur. “Əmək yarmarkası” keçirilərək 223 yeri müəyyənləşdirilmiş, 48 nəfər özlərinə münasib yeri tapmışdır.

Dövlət proqramının icrası ilə bağlı 180 şagird yerlik Şəhriyar kənd tam orta, 80 şagird yerlik Bəhrəmbağ kənd ümumi orta məktəb binaları, Köşkü kənd tibb məntəqəsi üçün bina tikilmişdir. Xaqani kənd uşaq bağçası, Qızılca və Çaykənd kənd folklor evi, Qızılca kənd kitabxanası əsaslı təmir olunmuşdur. 80 şagird yerlik Üçbulaq kənd ümumi orta məktəbi, Zurnabad kənd tibb məntəqəsi, Göygöl şəhərində 10 yerlik, Yeni Qızılca kəndində 50 yerlik uşaq bağçaları üçün binaların tikintisi, 4 saylı “Sevincuşaq bağçasının əsaslı təmiri davam etdirilir.

Göygöl şəhərinin Ə. Əliyev, Bülbül, İ. Verdiyev, Q. Qarayev, S. Mehmandarov, Y. Məmmədəliyev, 20 Yanvar, Z.Tağıyev, Nizami, N. Nərimanov küçələrinə örtük salınmış, beton arxlar və səki daşları düzülmüş, 53 küçəyə çınqıl tökülmüşdür. D.Verdiyev, A.Şadlinski küçələrinə və Mollacəlli kəndinə gedən yolun bir hissəsinə asfalt örtüyün salınması ilə bağlı işlər davam etdirilir. Sel sularının vətəndaşların evlərinə və təsərrüfatlarına ziyanının qarşısını almaq üçün Xətai küçəsində 370 metr kanal qazılmış, 132 metr boru salınmışdır.  Böyük Vətən Müharibəsində həlak olanların xatirə kompleksində və onun ətrafındakı parkda təmir-bərpa və yenidənqurma işlərinə başlanılmış, ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ayırdığı vəsait hesabına 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 15,1 kilometr uzunluğunda Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu kəndlərarası avtomobil yolunun yenidən tikilməsinə və asfalt örtük salınmasına başlanılmışdır. Hazırda işlər sürətlə davam etdirilir.

Bu yay rayon ərazisinə düşən dolu nəticəsində Şəhriyar, Zurnabad, Yeni Zod, Mixaylovka, Çaykənd, Toğanalı, Qarabulaq, Quşçu kəndlərində 869 fərdi yaşayış evinin və 21 sosial obyektin dam örtüyünə ziyan dəymişdir. Hazırda dəymiş zərər aradan qaldırılır.

Göygöl şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı sutkada 5500 kubmetr çirkab sularının təmizlənməsi üçün qurğunun tikintisi başa çatdırılmışdır. Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin qrantı hesabına Köşkü kəndinə 8,2 kilometr məsafədən su xətti çəkilir. Əhalinin elektrik enerjisi təminatını və qaz təchizatını yaxşılaşdırmaq məqsədilə ötən aylar ərzində elektrik təsərrüfatında 61,6 min manat dəyərində təmir-bərpa işləri aparılmışdır. 183 ədəd müxtəlif güc transformatorları təmir olunmuş, 12,16 kilometr elektrik xətti çəkilmiş, qəza vəziyyətində olan elektrik dayaqları yenisi ilə əvəz olunmuşdur.Yeni salınmış yaşayış massivlərinə qaz xətti çəkilərək 993 təsərrüfat təbii qazla təmin edilmişdir. İstismarda olan müxtəlif diametrli qaz xətlərinin zədələnən hissələrində təmir-bərpa işləri görülmüşdür.

Rayon İcra Hakimiyyətinə cari ilin ötən ayları ərzində 1120 müraciət daxil olmuşdur. Ümumi müraciətlərin sayı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 225 vahid, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasından daxil olmuş müraciətlərin sayı 133 vahid, bilavasitə Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış müraciətlərin sayı 59 vahid azalmışdır. Vətəndaşların təsdiq edilmiş cədvəl əsasında 823, o cümlədən icra hakimiyyətinin başçısı tərəfindən 638 vətəndaş qəbul edilmişdir.

Əhalini narahat edən problemləri yerindəcə öyrənib tədbir görmək məqsədilə 34 səyyar qəbul keçirilmişdir. Belə görüşlərdə 2186 nəfər iştirak etmiş, 105 müxtəlif xarakterli müraciət və təkliflər söylənilmiş, bir sıra sosial problemlər qaldırılmışdır. Belə bir fakt xüsusilə razılıq doğurur ki, səyyar qəbullarda qaldırılan məsələlərin, təklif və müraciətlərin böyük əksəriyyəti elə yerindəcə həll edilmişdir.

İqtisadi, sosial və mədəni həyatın ayrı-ayrı sahələrindən gətirdiyimiz misallar, təhlil və müqayisələr bir daha göstərir ki, Göygöl rayonunda inkişaf və yüksəliş dinamik xətt üzrə gedir, ardıcıl və davamlı xarakter daşıyır. Təsadüfi deyil ki, tikinti-quruculuq və abadlıq işlərinin həcmi və miqyası gündən-günə genişləniq.

Bu gün Göygöl özünün qaynar, yaradıcı və işgüzar həyatını yaşayır. Rayonda sağlam mənəvi-psixoloji mühit, təşəbbüskar ab-hava var. Göygöl Rayon İcra Hakimiyyəti, onun yerli strukturları üslüb və metodlarını, təşkilat-idarəetmə məsələlərini daim təkmilləşdirir. Kadrlara tələbkarlıq gücləndirilir, icra intizamı diqqət mərkəzindədir.

 Görüşdüyümüz, söhbət etdiyimiz ictimaiyyət nümayəndələri - ağsaqqallar, ziyalılar, gənclər son illər iqtisadi, sosial və mədəni sahələrdə əldə edilmiş böyük uğurları, inkişaf və yüksəlişi, haqlı olaraq, Prezident İlham Əliyevin gündəlik diqqəti kimi qiymətləndirib, bu qayğıya konkret əməli işlərlə cavab vermək üçün fədakarlıqla çalışacaqlarını bildirdilər.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 2 noyabr.- S.6.