Milli kitabxanaşünaslığımıza yeni töhfə

 

Azərbaycanın çağdaş tərəqqisi həyatın bütün sahələrində olduğu kimi, mədəniyyətimizin mühüm tərkib hissəsi olan kitabxanalarımızın da müasirləşməsinə və zənginləşməsinə müsbət təsir göstərmişdir.

 

Prezindent İlham Əliyevin son illərdə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamları və dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008-2013 - illərdə inkişafı” Dövlət Proqramı ölkədə bu sahənin inkişafına əlverişli şərait yaratmışdır. Dövlət qayğısından bacarıqla yararlanan C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası da öz fəaliyyətini sivil tələblər əsasında qura bilmişdir.

Bu günlərdə işıq üzü görmüş “C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası: dünəni, bu günü və sabahı” adlı kitabda bütün bunlar barədə ətraflı bəhs olunur. Nəşrin müəllifi kitabxananın direktoru, respublikamızın təcrübəli kitabxanaşünası Tahir Sadıqov, elmi redaktoru tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Abuzər Xələfov, məsləhətçi tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, redaktoru isə pedaqoqika üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədovdur. Nəfis şəkildə çap edilən monoqrafiya ulu öndər Heydər Əliyevin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yerdir” və Prezident İlham Əliyevin “Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir” deyimləri ilə başlayır.

 Müəllif öncə Azərbaycanda kitabxana işinin dünəninə qısa nəzər salır və bu tarixin dünyaca məşhur tədqiqatçısı, milli kitabxanaşünaslıq məktəbinin yaradıcısı, ölkə kitabxanaçılarının sevimli müəllimi və ağsaqqalı Abuzər Xələfovun əməyini yüksək qiymətləndirir. O, BMT yanında İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü A.Xələfova istinad edərək, dünyada ilk kitabxanaların şumerlərə məxsus olduğunu, “Kitabələr evi”, “Biliklər eviadlanan kitabxanaları da onların yaratdığını çağdaş oxucuya xatırlatmağı gərəkli bilir. Nəşrdə ilk yazı materiallarından və milli yaddaşımızın əski qaynaqları olanAvesta”, “Kitabi Dədə Qorqud” və digər yazılı abidələrimizdən başlayaraq günümüzədək milli kitab tariximizə ətraflı nəzər salınır.

 “Azərbaycan kitabxanaları müstəqillik illərində” adlanan I fəsildə müəllif göstərir ki, müstəqilliyin ilk illərində naşı və milli maraqlara arxa çevirən rəhbərlərin yarıtmaz siyasəti bütün sahələr kimi kitabxanaları da baxımsız vəziyyətə salmışdı. Lakin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi zəruri tədbirlər nəticəsində tezliklə mədəni proseslər də yoluna qoyulmuş, kitabxanalarımız yeni cəmiyyətdə layiqli yerini tutmuşdur. Müstəqillik illərində ölkədə kitabxana quruculuğunda baş verən demokratik dəyişiklikləri şərh etdikdən sonra müəllif C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının yaranma tariximüasir vəziyyəti haqqında ətraflı məlumat verir.

1928-ci ildən fəaliyyətə başlayan kitabxana 1957-ci ildə əlverişli şəraiti olan yeni binaya köçürülmüşonun fəaliyyəti daha da genişlənmiş, fondu 25000 nüsxəyə çatmışdır. 1968-ci ildə 4 şöbə, 3 filial yaradılmışdır. 1976-cı ildə bu mədəniyyət ocağı Respublika Gənclər Kitabxanası kimi kütləvi kitabxanaya çevrilmişdir. Hazırda kitabxananın fondu 128 600 nüsxə, oxucuların sayı isə 13 453 nəfərdir.

Daha sonra müəllif informasiya mədəniyyəti və oxucu problemi, yeni informasiyalaşdırma tendensiyaları məsələlərinə toxunurkitabxanada tətbiq edilən AZLİBNET Milli İnformasiya Resurs Mərkəzinin fəaliyyətinə də aydınlıq gətirir. Bu mərkəz toplu kataloqu ayrı-ayrı kitabxana şəbəkələrinə və fərdi oxucuların istifadəsinə verməklə, ölkəmizdə ilk dəfə olaraq yeni mərkəzləşdirilmiş kataloqlaşdırma xidmətini həyata keçirməyi qarşıya məqsəd qoymuşdur.

“Kitabxanaların kompüterləşdirilməsi” bölməsindən məlum olur ki, 2009-cu ildən Gənclər Kitabxanasında elektron informasiya sistemi tətbiq olunur. “Kitabxanaların sosial funksiyaları bölməsində” isə ayrı-ayrı filosof, pedoqoqsosioloqlara, o cümlədən, görkəmli kitabxanaşünas Abuzər Xələfova amerikalı kitabxanaşünas C. Siray istinadən kitabxanaların tipologiya məsələsi araşdırılır.

Kitabın “C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Elmi metodik və kütləvi işlər” adlı II fəsilində kitabxananın son illərdə keçirdiyi kütləvi tədbirlər, görüşlər, kitab müzakirələri, seminar, kitab sərgiləri ayrı-ayrılıqda təhlil edilir və onlardan nümunələr verilir.

Son bölmələrdə kitabxananın kadr potensialı, şəxsi təhsil, kitabxana işinin hüquqi təminatı, kitabxana üzrə beynəlxalq təşkilatlar, Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsində qanunvericilik aktları haqqında oxuculara ətraflı məlumat verilir.

Sonda bildirək ki, bu dəyərli kitabın müəllifi Tahir Sadıqov 1986-cı ildə BDU-nun kitabxanaçılıq-informasiya fakultəsini bitirib, əvvəlcə Nizami rayon MKS direktoru olub, 1994-cü ildən isə Respublika Gənclər Kitabxanasına rəhbərlik edir. Kitabçünaslığa dair bu dəyərli nəşr çoxillik təcrübənin nəticəsi kimi meydana gəlmişdir.

 

Mehmanəli MƏMMƏDOV,

BDU-nun kitabxanaçılıq-informasiya

fakültəsi dekanının müavini, dosent

 

Xalq qəzeti.- 2014.- 6 noyabr.- S.6.