Rabitə və yüksək texnologiyalar

sahəsində 9 ayın nəticələri uğurludur

 

Bu gün hər bir ölkənin gələcək inkişafının informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsindən asılı olduğu birmənalı qəbul edilməkdədir. Azərbaycanda da İKT sahəsinin inkişafı, əhalinin müasir xidmətlərə çıxışının yaradılması, insanların bu xidmətlərdən əlverişli şərtlərlə istifadəsinin təşviqi, yeni xidmətlərin tətbiqi, sektorun diversifikasiyası, e-xidmətlərin tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyinin təmini və digər ümdə məsələlər diqqət mərkəzindədir. Bu sahədə Prezident İlham Əliyevin yaxından dəstəyi və qayğısı sayəsində məqsədyönlü işlər görülməkdədir. Cari ilin 9 ayı ərzində də rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilib.

 

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlərin icrası hazırda da davam etdirilir. Həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən həyata keçirilən tədbirlərin effektivliyini artırmaq məqsədilə özündə konkret tapşırıq və vəzifələri cəmləşdirən “2014-cü ildə rabitə və informasiya texnologiyaları göstəricilərinin yaxşılaşdırılması üzrə Tədbirlər Planı”nın icrası üzrə işlər aparılır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi bölməsinin həyata keçirilməsi üçün hazırlanmış Tədbirlər Planı, eləcə də digər qanun və proqramların icrası üzrə də müvafiq tədbirlər görülüb.

Doqquz ay ərzində əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 1205,1 milyon manat təşkil etmişdir. RYTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 251,7 milyon manat gəlir əldə edilmiş, dövlət büdcəsinə 29,2 milyon manat, DSMF-yə isə 14,3  milyon manat vəsait ödənilib.

Ölkə ərazisində universal rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər əsasən başa çatdırılıb və artıq ölkənin bütün yaşayış məntəqələri üçün rabitə xidmətləri təşkil olunub. Əhalinin artım tempiyeni yaşayış massivlərinin salınması nəzərə alınmaqla, əhalinin tələbatına uyğun olaraq, universal rabitə xidmətlərinin tətbiqi və inkişafı istiqamətində işlər davam etdirilir. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 69,01 ədəddir. Hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir.

İlin əvvəli ilə müqayisədə beynəlxalq internet kanallarının tutumu təqribən 50 Gb/s artırılaraq 300 Gb/s-yə çatdırılıb və bu, ölkədə internet xidmətlərindən istifadənin artmasının göstəricisidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə beynəlxalq giriş trafiki 86,9 milyon dəqiqə azalaraq 313,1 milyon dəqiqə, çıxış trafiki isə 22,9 mln. dəqiqə azalaraq 98,1 milyon dəqiqə təşkil edib.

Azərbaycan peykinin tutumunun satışı üzrə işlər davam etdirilib və hazırda peyk üzərindən yerli və beynəlxalq səviyyəli 129 televiziya və 16 radio kanalı yayımlanır. Həmçinin, Naxçıvanla Bakı arasında peyk rabitəsinin “Türksat” peykindən “Azerspace-1” peykinə keçirilməsi üzrə BƏHM ilə müqavilə bağlanıb və bu uğurla həyata keçirilib. Ölkəmizdə peyk infrastrukturunun inkişafı və müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması məqsədilə aparılan ardıcıl işlər çərçivəsində cari ilin may ayında “Azərkosmos” ASC ilə “Airbus Defence and Space” arasında  Yerin müşahidə xidmətləri sahəsində əməkdaşlığa dairAnlaşma Memorandumu imzalanıb və artıq iyun ayının 30-da “Airbus Defence and Space” “SPOT 7” peykini Hindistandan müvəffəqiyyətlə orbitə çıxarıb. Hazırda “Airbus Defence and Space” ilə imzalanacaqStrateji əməkdaşlığa dairsaziş üzərində son tamamlanma işləri aparılır. Saziş “SPOT 6” və “SPOT 7” peyklərinin birgə istifadəsindən əldə olunan gəlirlərin “Airbus Defence and Space” və “Azərkosmos” ASC arasında bölünməsini və digər məsələləri əhatə edir. “SPOT 7” peykinin cari ilin sonunadək “Azərkosmos” ASC-nin mülkiyyətinə keçməsi və kommersiya istifadəsinə başlanması nəzərdə tutulur.

“Azərkosmos” ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış qrant müqaviləsinə uyğun olaraq, seçilmiş şirkət tərəfindən “Azerspace-2" ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma hazırlanır və cari ilin IV rübündə hazır olması nəzərdə tutulur. Tənzimlənmə fəaliyyəti istiqamətində işlər məqsədyönlü şəkildə davam etdirilib. Mobil nömrə daşınmasının tətbiqi ilə bağlı aparılan işlər yekunlaşdırılıb və 1 fevral 2014-cü il tarixindən xidmətin tətbiqinə başlanılıb. Doqquz ay ərzində daşınan nömrələrin sayı təxminən 10 633 ədəd olub. Daşınmanın effektivliyinin daha da  artırılması məqsədilə mobil operatorlarla birgə işlər davam etdirilir.

“Elektron-hökumət” portalına gəlincə, buraya 45 qurum fiziki olaraq qoşulub və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 446 elektron xidmətdən 291-i, ümumilikdə isə 374 xidmət portalda yerləşdirilib və vahid portal (bir pəncərə prinsipi) vasitəsilə əhaliyə təqdim olunur. İlin əvvəli ilə müqayisədə dövlət orqanlarının əməkdaşlarına, hüquqifiziki şəxslərə verilmiş elektron imzaların sayı 6748 ədəd artırılaraq 24 386 ədədə çatdırılıb. Bundan 15310-u dövlət orqanlarına, 3583-ü hüquqi şəxslərə, 5493-ü isə vətəndaşlara verilib. E-imza sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyinin təmin edilməsi və istifadəçilərin rahat əldə edə bilməsi üçün müvafiq proqram təminatları yazılmış və digər tədbirlər görülmüşdür. “Azərbaycanda “elektron-hökumət” üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə “Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında imzalanmış Qrant razılaşmasına əsasən, Bakı (1 mühazirə, 2 kompüter sinfi, 1 server otağı və 1 multimedia otağı), Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Qusar, Şəkidəki 14 telekommunikasiya qovşağının inzibati binasında mərkəz üçün ayrılmış otaqlar təmir edilərək istifadəyə hazır vəziyyətə gətirilib. Layihənin icrası ilə bağlı KOICA nümayəndə heyəti və “Siriussoft” şirkətinin ezam olunmuş ekspertləri tərəfindən  avadanlıqlar sınaqdan keçirilib, sistemin tam təhvil verilməsi üçün hazırlıq işləri aparılır.

Beynəlxalq Standartlaşdırma Təşkilatının təhlükəsizlik üzrə 4 identik milli standartının layihəsi hazırlanıb, onlardan 2-si üzrə aidiyyəti qurumlardan müsbət rəy alınıb və Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsində qeydə alınması üzrə işlər aparılır.  Elektron Təhlükəsizlik Mərkəzində (ETM) Təhlükəsizlik Əməliyyat Mərkəzinin qurulması üçün texniki tələblər müəyyənləşib, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə dünya ölkələrində bu sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edilib. ETM kibertəhlükəsizlik  sahəsində beynəlxalq səviyyəli problemlərin həll olunması, təhlükəsizlik insidentlərinə qarşı mübarizə infrastrukturunun qurulması məqsədilə yarananTrusted Introducer” beynəlxalq təşkilatına üzv qəbul olunub.

Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə və struktur layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim olunub, habelə Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun balansından QSC-yə veriləcək əmlakın siyahısı Nazirlər Kabinetinın sərəncamı ilə təsdiqlənib. QSC-nin fəaliyyətinin təşkili üzrə işlər davam etdirilir.

İKT sahəsi üzrə özəl sahibkarlığın inkişaf etdirilməsi, innovativ biznesin stimullaşdırılması, həmçinin yeni yarananstart-up” şirkətlərin kiçik sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi və inkişaf etdirilməsi üzrə də tədbirlər görülüb. Belə ki, RYTN-in tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən İKT sahəsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş 5 milyon manat fondun müvafiq xəzinə hesabına köçürülüb, vəsaitlərin maliyyələşmə istiqamətlərinə uyğun bölgüsü müəyyənləşdirilib və 2 aprel-2 may 2014-cü il tarixlərində I qrant müsabiqəsi keçirilib. Qrant müsabiqəsinə təqdim olunmuş 194 layihədən 31-nin maliyyələşdirilməsi üçün fondun Müşahidə Şurası tərəfindən qərar qəbul edilib. Həmçinin, fond tərəfindən İKT sahəsində fəaliyyət göstərən 2 sahibkarlıq subyektinə 900  min  manat güzəştli kredit verilib.

“Yüksək Texnologiyalar Parkı”nın yaradılması üzrə işlər də davam etdirilir. Parkın tikintisi məqsədilə ayrılmış ərazinin müvafiq sənədləşməsinin aparılması, torpaq ayrılması haqqında aktinşaat pasportu alınıb. Parkın infrastrukturunun qurulması üçün satınalmaların keçirilməsi istiqamətində işlər aparılır. Keçiriləcək tender üzrə tələb olunan şərtlərin formalaşdırılması, həmçinin qoyulacaq tələblərin, nəzərdə tutulan işlərin hərtərəfli əhatə edilməsi məqsədilə bu sahədə beynəlxalq təcrübəyə malikHill İnternational” şirkəti cəlb edilib və hazırda ərazidə yerləşdiriləcək binalarinfrastruktur üçün texniki tələblər, tenderin şərtlər toplusu və qiymətləndirmə metodu şirkət tərəfindən hazırlanmaqdadır. Texniki məsləhətçi şirkətin tövsiyəsi və memarlıq işlərinin relyefə uyğun aparılması, tikiləcək obyektlərin planda dəqiq göstərilməsi məqsədilə “İNTEGRİS” şirkəti ilə müqavilə bağlanılıb və şirkət tərəfindən ərazinin topoqrafik planlaşdırılması və poliqon nöqtələri təsis edilib.  “YT Park” MMC tərəfindən innovativ layihələrin dəstəklənməsi, kiçikorta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə ilkin pilot layihə olaraqPiCampusBiznes İnkubasiya Mərkəzi yaradılıb və hazırda mərkəzdə 25 startapçı fəaliyyət göstərir. Startaplara əlverişli xidmət şəraitinin yaradılması üçün zəruri tədbirlər görülüb. “YT ParkMMC-nin gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində görüləcək işlərin müəyyən olunması məqsədilə məsləhətçi şirkətlə birgə müvafiq inkişaf planı hazırlanmaqdadır.

Eyni zamanda, ötən dövrdə TV və FM radioproqramlarının yayım keyfiyyətinin yoxlanılması, ölkə ərazisində qonşu dövlətlərdən yayımlanan radioteleviziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsinin ölçülməsi və Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin yaradılması üzrə işlər aparılıb. Televiziyaradio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 28 ədəd müxtəlif təyinatlı radio-TV avadanlığı istismara verilib ki, bundan 7 ədədi FM radioverici, 1 ədədi qısa dalğa verici, 20 ədədi isə rəqəmli verici (bundan 16-sı DVB-T standartlı,4-ü isə DVB-T2 standartlıdır) olub. Respublikada ilk dəfə olaraq, Quba rayonunda çoxproqramlı rəqəmli yayıma başlanılması üçün DVB-T2 standartlı kommersiya yayımının həyata keçirilməsi məqsədilə Quba rayonunun Dağlı RTYS-də 4 ədəd 1,2 kVt-lıq DVB-T2 vericianten-fider sistemləri quraşdırılıb və hazırda yayımlanan proqramların sayı 90-a çatdırılıb. Həmçinin, Gəncədə DVB-T2 standartlı keyfiyyətli TV yayımı istifadəyə verilib və yayımlanan proqramların sayı 90-a çatdırılıb. Lənkəran RTYS-də də kommersiya yayımının təşkili üzrə hazırlıq işləri görülür.

Ölkə əhalisinin yaşadığı ərazilərin 98 faizi açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib.

Hesabat dövrü ərzində poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi də davam etdirilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daxili sadə və sifarişli məktub korrespondensiyalarının sayı 10,1 faiz, beynəlxalq sadə məktub və banderolların sayı 5,1 faiz, beynəlxalq bağlamaların sayı 1 faiz , daxil olan beynəlxalq kiçik paketlərin sayı isə 2,5 faiz artıb.

“Azərpoçt” MMC tərəfindən 2014-cü ilin 9 ayı ərzində əməkhaqqı layihəsi çərçivəsində 6652 ədəd “MasterCardloqolu beynəlxalq ödəniş kartı emissiya edilərək müştərilərə təqdim olunub. 2014-cü il noyabrın 1-nə olan məlumata görə MMC-yə məxsus aktiv ödəniş kartlarının sayı 10 667 ədəddir. Hesabat dövründə MMC-yə məxsus ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 17,5 milyon manatı ötüb. Bank xidmətlərinin tətbiqi ilə əlaqədar 15 ATM avadanlığı və 106 pos-terminal vasitəsi ilə əhaliyə xidmət göstərilir. MXİL-in əhatəsini genişləndirmək məqsədilə “Azercell TelekomMMC-nin 3G xidmətindən istifadə etməklə 70 ədəd kənd poçt şöbəsi “Azərpoçt” şəbəkəsinə qoşulub.

“Azərmarka” şirkəti tərəfindən isə cari ilin 9 ayı ərzində 14 mövzuda 39 poçt markası, 6 növ poçt kartı və 6 növ zərf  hazırlanaraq dövriyyəyə buraxılıb. RYTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün əhəmiyyətli işlər də görülüb.

“Bakı-2015" I Avropa  Olimpiya Oyunlarına hazırlıq işləri davam etdirilib. Bu çərçivədə BTRİB tərəfindən yarış və təşkilati məkanlara fiber-optikmis kabellərin alınması və çəkilməsi, eləcə də DRİ tərəfindən radiotezliklərin monitorinqi və müdafiəsi, radioelektron avadanlıqların sınaqdan keçirilməsi və parametrlərinin yoxlanılması məqsədilə lazımi avadanlıqların alınması üzrə aidiyyəti şirkətlərlə müqavilələr imzalanıb və ölkəyə gətirilməsi üzrə işlər davam etdirilir.

Doqquz  ay ərzində vətəndaşlardan birbaşa RYTN-ə daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 97 ədəd artaraq 1703 ədəd, ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı isə 21 ədəd azalaraq 417 ədəd təşkil edib. Vətəndaşların müraciətlərinin daha da operativ həll olunması məqsədilə yaradılmış “Qaynar xətt”ə 5238, nazirliyin elektron poçtuna 1196, cəmi 6434 ədəd müraciət daxil olub. Bunlardan başqa, sorğu xarakterli 720 müraciət olubmüvafiq cavablandırma və zəruri olan izahatlar verilib.

Əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi ilə yerindəcə tanış olmaq və vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək məqsədilə nazir Əli Abbasov respublikanın 8 bölgəsində ətraf rayonlar da əhatə edilməklə vətəndaşlarla görüş keçiribbu görüşlərdə 263 vətəndaş qəbul olunub. Keçirilmiş görüşlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, bəzi müraciətlər qeydə alınaraq, araşdırılıb həll edilməsi üçün nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilib.

Ölkəmizdə İKT sektorunun sürətli inkişafı beynəlxalq aləmin də diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu təşkilatların hesabatlarında Azərbaycan öz mövqeyini daha da möhkəmləndirməkdədir. Dünya İqtisadi ForumununQlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələrindən Rusiyanı qabaqlayaraq, Qazaxıstandan sonra 2-ci yerdə qərarlaşıb. Həmçinin, hesabatda Azərbaycan hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri,  İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur. BMT-nin “E-hökumət müayinəsi 2014” adlı hesabatında Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib.

Dünya İqtisadi Forumunun dərc etdiyiQlobal rəqabətqabiliyyətlilik 2014-2015" hesabatına əsasən, Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Azərbaycan əvvəlki mövqeyini 1 pillə artıraraq dünyanın 144 ölkəsi arasında 38-ci yeri tutub. Azərbaycan builki hesabatda da MDB məkanında öz liderliyini qoruyub saxlaya bilib.

 

Vidadi ZEYNALOV,

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat

rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2014.- 7 noyabr.- S.4.