Getdik, gəzdik, gördük...

 

Bir daha şahidi olduq ki, Azərbaycan

dünyanı heyran qoyan bir sürətlə inkişaf edir

 

Yaxşı deyiblər ki, dünya gör-götür dünyasıdır. Mən bu həqiqəti oktyabr ayının 18-dən 25-dək ölkənin bir qrup rayon icra hakimiyyəti başçısı ilə birlikdə dünyanın ən qədim və gözəl ölkələrindən olan İtaliyaya səfərimiz zamanı bir daha yəqin etdim.

 

Ölkə Prezidenti İlham Əliyevin tapşırığı əsasında təşkil olunan bu səfərin məqsədi əfsanələr ölkəsi olan İtaliyanın tarixi, bugünü, adət-ənənələri və mədəniyyəti ilə daha yaxından tanışlıq, aparılan tikinti-quruculuq işləri, memarlığı, müasir inkişaf təcrübəsi və s. öyrənmək və müvafiq yerlərdə uğurla tətbiq etməkdir.

Hər şeydən əvvəl, qeyd edək ki, Azərbaycan-İtaliya dostluğunun tarixi qədimdir və bu qarşılıqlı əməkdaşlıq bu günböyük uğurla davam etməkdədir. Dünya mədəniyyəti incilərinin bir çoxunun yerləşdiyi İtaliyada nümunə götürüləsi, öyrəniləsi məsələlər çoxdur. Təkcə onu qeyd etmək yerinə düşər ki, İtaliya çoxəsrlik ənənələrini, milli memarlıq dəyərlərini qoruyub saxlayır. İtalyanlar ölkələrinin gözəlliyi ilə fəxr edir, onu daha da yaxşılaşdırmağa çalışırlar.

Roma, Milan, Neapol, Vatikan... gəzdiyimiz, gördüyümüz coğrafi məkanların tam olmayan siyahısı belədir. Hərəsinin də öz gözəlliyi, öz adət- ənənəsi, nadir tarixi memarlıq nümunələri... Ancaq hamımızın qəlbində sonsuz iftixar duyğuları yaradan bir məsələ barəsində ayrıca danışmaq lazımdır. Bu da Romanın mərkəzi küçələrinin birində böyük şairimiz Nizami Gəncəvinin şərəfinə ucaldılmış əzəmətli heykəl oldu. Bu abidə Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ucaldılmışdır. Uzaq Romada dahi şairimizin heykəlini görmək qəlbimizdə nə qədər qürur hissi oyatdısa, bu heykəlin ucaldılmasının təşəbbüskarı olan Mehriban xanım Əliyevaya da ondan artıq təşəkkür və minnətdarlıq duyğuları yaratdı.

KİÇİK BİR HAŞİYƏ: İtaliyanın əhalisi təxminən 58 milyon nəfərdir. Paytaxtı Romadır. Dövlət quruluşu respublika üsul-idarəsidir, inzibati ərazi quruluşuna görə isə unitardır. Ərazisinin 80 faizini dağlar tutur.

Ali təhsil sistemi əsasən universitetlərdən ibarətdir ki, bunun da 79 faizi dövlət məktəbləridir. Həmin ali məktəblərdə təxminən 1,25 milyon tələbə təhsil alır. Ən qədim ali məktəb Boloniya Universiteti hesab olunur. Təşəkkül tarixi XI əsrə təsadüf edir.

İtaliya şərab istehsalına görə dünyada birinci yeri tutur. İqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin böyük yeddiliyinə daxildir. Avropada iqtisadi cəhətdən dördüncü, dünyada isə 7-ci ən böyük ölkə İtaliyadır. Burada həyat səviyyəsi bəzi sahələrdə hətta ABŞ, Almaniyas. ölkələrdən də üstündür. Böyük turizm regionlarından olan, dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır.

Maraqlı faktlar: İtaliyanın adı yunan sözü italiosdan (buzov) əmələ gəlib.

Pişiklərə həssas yanaşırlar. Pişiyi öldürmüş şəxs 10 000 avro cərimə və 3 ilə qədər həbslə cəzalandırılır.

İlk pizza satılan yerin adı Antica Pizzeria Port’Alba olmuşdur. O, 1830-cu ildə Neapolda açılmışdır.

İtaliyada 140 növdən çox spaget var. Orta hesabla bir italiyalı ildə 25 kiloqram tütündən istifadə edir.

Ən məşhur şirin deserti- tiramisu - XVII əsrdə yaradılmışdır. Mənasıməni xoşbəxt edirdeməkdir.

İtaliyalılar piyada gəzintilərini çox sevirlər.

Danışıq vaxtı inandırmaq üçün həmsöhbətinin dirsəyindən tuturlar.

Hörmətli insana doktor deyə müraciət edirlər.

13 rəqəmini sevirlər, 17 rəqəmi isə bədbəxtçilik rəmzi hesab olunur.

Avqust ayında bütün ölkə məzuniyyətə gedir. Hətta böyük müəssisələr belə dayanır.

Yuxarıda da dediyimiz kimi, biz İtaliyaya görüb-götürməyə, bu gözəlliklər diyarı ilə daha yaxından tanış olmağa getmişdik. Biz, sözün həqiqi mənasında, İtaliyadan çox şey öyrəndik, çox şey götürdük. Ölkəmizdə, öz şəhər rayonumuzda tətbiq etmək, qurmaq, yaratmaq üçün özümüzlə çox şey gətirdik. Ancaq bir halda ki, söhbət əlahəzrət faktdan gedir, gördüklərimizə, şahidi olduqlarımıza müşahidə etdiklərimizə əsaslanaraq deyə bilərik ki, doğma Azərbaycanımızda da nümunə götürüləsi, öyrəniləsi cəhətlər çoxdur. Elə son illər dünyada analoqu olmayan iqtisadi, sosial mədəni inkişafı, tikinti-quruculuq abadlıq işlərini xatırlamaq yerinə düşər.

Mən bu sözləri deyərkən paytaxtımız Bakıdan, başqa şəhər rayonlardan çoxlu misallar göstərə bilərəm. Ancaq yaşadığım çalışdığım Füzuli rayonunda, Horadiz şəhərində başa çatdırılmış hələ davam etdirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə, inkişaf yüksəlişə nəzər salmaq daha doğru olar.

Elə buradaca son 4 ildə tikilib-istifadəyə verilmiş müxtəlif təyinatlı obyektlərin o qədər tam olmayan siyahısını bir daha xatırladırıq: Heydər Əliyev parkı, Heydər Əliyev mərkəzi, Mədəniyyət sarayı, Gənclər mərkəzi, Şahmat məktəbi, YAP rayon təşkilatının, Polis Təhsil şöbələrinin inzibati binaları; Kərimbəyli kəndində 3 hektar sahədə ailəvi istrahət mərkəzi, 5 min ton kənd təsərrüfatı məhsulları saxlayan soyuducu anbar, ildə 3 min ton quş əti istehsal edənQarabağ broyler” MMC, Bala Bəhmənli kəndində 25 meqavat gücündə su elektrik stansiyası...

Rayonun əlimizdə olan, demək olar ki, bütün yaşayış məntəqələrinə təbii qaz xətti çəkilmişdir. Bu müddətdə 15 yeni məktəb binası tikilmiş, 60 yerdə artezian quyusu qazılmışdır. 100 mindən çox həmişəyaşıl ağac gül kolu əkilmişdir ki, onun da 60 mini Horadiz şəhərindədir. 58 yeni sahibkarlıq obyekti tikilib-istifadəyə verilmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Əhmədbəyli-İkinci Mahmudlu-Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu-Alıxanlı, daha sonra Bala Bəhmənli-Araz Dilağarda-Sənglər-Araz Zərgar kəndlərini birləşdirən yollar əsaslı təmir olumuşdur.

Son vaxtlar rayonda tikinti- quruculuq işlərinin miqyası daha genişlənmiş, sürəti bir az da artmışdır. Horadiz şəhərində Füzuli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati bina tikilmişdir. Tarix- Diyarşünaslıq Muzeyi boulinq zalında da işlər başa çatmışdır. Bu müddətdə Heydər Əliyev parkı 2 hektar genişləndirilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinəQəhrəmanlarparkı salınmışdır. 10 hektar ərazidə Dövlət bayrağı meydanı yaradılmışdır. Şəhərdə Heydər Əliyev Fondunun hesabına tikilmiş 100 çarpayılıq uşaq bağçası da istifadəyə verilmişdir.

Horadiz şəhərində işğal zamanı yandırılaraq dağıdılmış 227 ev 3 çoxmənzilli kommmunal binada artıq sakinlər rahat yaşayırlar. Yeni tikilən toxuculuq fabrikinin tikintisində işlər yekunlaşmışdır. 2013-cü ildə Mirzənağılı-Qazaxlar-Böyük Bəhmənli-Qarabağ kəndlərinə çəkilmiş yolların davamı olaraq bu il salınan Əhmədalılar-Horadiz-Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərini birləşdirən avtomobil yolu gediş-gəlişə hazırdır.

Onu da xüsusi minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, Prezident İlham Əliyev 2012-ci ilin dekabrında 2014-cü ilin avqust ayında Füzuli rayonuna səfərləri zamanı yuxarıda adlarını çəkdiyimiz obyektlərin əksəriyyətinin açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, səmimi söhbət etmiş, arzu, təklif tövsiyyələrini vermişdir. Həmin səfər görüşlər bu gün füzulilərin yaddaşında unudulmaz xatirə kimi yaşamaqdadır. Ölkə rəhbərinin məsləhət göstərişləri rayonda işlərin gedişinə əsaslı təsir göstərmiş, insanlarda böyük ruh yüksəkliyi yaratmış, onların sabaha inamını ümidlərini daha da artırmışdır.

Həyat bir yerdə dayanmır, ötən hər gün özü ilə birlikdə yeni qayğılar gətirir, həlli vacib olan problemlər diktə edir. Deməli, biz daim sabaha baxmalı, yenilik hissi ilə yaşamalı, əldə edilmiş inkişaf yüksəliş sürətini bir an da azaltmamalıyıq. Məsələyə bu prizmadan yanaşdıqda qarşıda duran vəzifələr daha ciddi aydın görünür. Yeri gəlmişkən, onlardan bəzilərini burda bir daha yada salmaq istəyirəm.

Ölkə Prezidentinin sərəncamı ilə Birinci On Birinci Qayıdış qəsəbələri arasında avtomobil marşrutu açılması, Horadiz şəhərində avtovağzal binası, Əhmədbəyli kəndində 340 yerlik musiqi təmayüllü gimnaziya, Bala Bəhmənli kəndində 60 çarpayılıq uşaq bağçası tikilməsi, rayonun müxtəlif məntəqələrində işğal zamanı yandırılmış dağıdılmış 400-ə yaxın evin bərpası, məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün 400 mənzillik qəsəbə salınması, Horadiz şəhərində Kənd Təsərrüfatı Nazirliyinin rayon şöbəsi rayon statistika idarəsi üçün inzibati binaların inşası, Bala Bəhmənli kəndində tərəvəz məhsullarının istehsalı üçün müasir istixana kompleksi, İkinci Mahmudlu kəndində ətlik südlük heyvandarlıq kompleksinin yaradılması s. nəzərdə tutulur.

Həqiqətən, görüləcək işlərin miqyası coğrafiyası genişdir. Nəzərdə tutulmuş tədbirləri vaxtında yüsək keyfiyyətlə başa çatdırmaq üçün hər cür imkan şəraitimiz var. Hər şeydən əvvəl, Prezident İlham Əliyevin gündəlik diqqət qayğısı, yaradılmış maliyyə imkanları, adamların yüksək mütəşəkkilliyi, sabaha olan möhkəm inam ümidləri gücümüzü birə- beş artırır. Deməli, qalır yerlərdə işin düzgün təşkili, üslub metodlarının, təşkilat-idarəetmə məsələlərinin daim təkmilləşdirilməsi, ciddi tələbkarlıq, möhəm icra intizamı.

Bəli, doğrudan da, dünya gör-götür dünyasıdır. Biz bir qrup rayon icra hakimiyyəti başçısı da İtaliyaya səfərimiz zamanı çox şey gördük, çox şey götürdük. Görüşdüyümüz adamlara, yeri gəldikcə, Azərbaycan həqiqətlərini anlatmağa da çalışdıq. Onları inandıra bildik ki, doğma Azərbaycanımızda da öyrəniləsi, nümunə götürüləsi cəhətlər çoxdur. Səfər zamanı bir daha yəqin etdik ki, Azərbaycanın sürətli inkişafı, bir qayda olaraq, qlobal böhranlardan kənarda qalması başqa ölkələrdə olduğu kimi, İtaliyada da maraq və heyranlıqla izlənilir.

 

Alı ALIYEV

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı

 

Xalq qəzeti.- 2014.- 13 noyabr.- S.10.