Binəqədi rayonunun sosial-iqtisadi

inkişafı: real vəziyyət və perspektivlər

 

Abadlıq-quruculuq işləri geniş vüsət alıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhəri və paytaxtətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün verdiyi tapşırıqlar, imzaladığı sərəncamlar yüksək nəticələrlə müşahidə edilir.

Bu, Binəqədinin timsalında da aydın nəzərə çarpır. Belə ki, son illər rayonda tikinti-quruculuq, abadlıq işləri geniş miqyas alıb, sosial sahədəki mövcud problemlərin həlli istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib, qəsəbələrarası və məhəllədaxili yollarda, prospektlərdə, yaşayış binalarının fasaddam örtüklərində, parkmeydanlarda, həmçinin infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb.

Fikrimizi əsaslandırmaq üçün bu ilin ötən aylarında görülən işlərin bir qisminə qısaca nəzər salaq. Binəqədi, Sulutəpə, Xocasən, 28 May və Biləcəri qəsəbələrində məhəllədaxili yolların böyük hissəsi  asfaltlanıb, yol kənarları abadlaşdırılıb. Xocasəndə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının  ətrafı, sözün həqiqi mənasında, gözəllik məkanına çevrilib.

Yaşadığım Binəqədi qəsəbəsində də görülən işlər barədə bir qədər ətraflı təsəvvür yaratmaq istərdim. Burada uzun illər acınacaqlı vəziyyətdə olan  Mədəniyyət Evinin  əsaslı təmiri yaxın günlərdə  başa çatdırılıb. Binada tarixi memarlıq üslubunun qorunmasına xüsusi diqqət yetirilib.

Qəsəbədə məhəllədaxili yollara asfalt döşənib, yol kənarları abadlaşdırılıb. Əhalinin istirahəti üçün parklar salınıb, müasir tələblərə cavab verən abad məhəllələr yaradılıb. 182 nömrəli tam orta məktəbdə 65 sinif otağından ibarət 1300 şagirdlik əlavə korpus tikilib, bu təhsil ocağının  köhnə binası isə əsaslı təmir olunub.

Son illər adıçəkilən qəsəbədə su probleminin aradan qaldırılması istiqamətində də tədbirlər görülüb, qaz xətləri dəyişdirilib, çoxsaylı evlərin və obyektlərin dam örtükləri yeniləri ilə əvəz edilib. Binəqədi-Novxanı yolunda abadlıq işləri aparılıb.

Binəqədidə təkcə son bir ayda həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri barədə də qısa qeydlər etməyi məqsədəuyğun sayıram. Rayonda 344 ünvanda su şəbəkəsində baş verən qəzaların qarşısı alınıb, 386 metr su xətti dəyişdirilib, 816 ünvanda yağış suyukanalizasiya şəbəkəsi təmir olunub, 10340 metr kanalizasiya xətti təmizlənib, 3347 metr qaz xətti çəkilib. 7-ci və 8-ci mikrorayon, Z.Bünyadov, Azadlıq prospektlərində, C.Hacıbəyli, Naxçıvani küçələrində binaların istilik xəttində 123 metr boru və 10 ədəd siyirtmə yenilənib. Bununla yanaşı, ayrı-ayrı sahələrdə enerji sistemində köhnə transformatorların,  elektrik xətlərinin təzələnməsi, istilik qazanxanalarında təmir-bərpa və profilaktiki tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılıb. Həmçinin 18 binanın fasadı əsaslı təmir edilib, 15 yaşayış binasının girişində təmir işləri aparılıb. Azadlıq prospekti, 28 ünvanındakı binanın həyəti abadlaşdırılıb. 10 binada 1050 kvadratmetr yumşaq dam örtüyü yenilənib, 7 ədəd yeni lift quraşdırılıb.

 

“Təmiz Binəqədi” sosial layihəsi

uğurla həyata keçirilir

 

Hazırda  rayonda bu il iyulun 1-dən reallaşdırılmasına başlanılan   “Təmiz Binəqədi” sosial layihəsi uğurla həyata keçirilir. Layihənin keçirilməsində əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə Binəqədinin  memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, parkxiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini cəlb etməkdir.

Layihə çərçivəsində reallaşdırılan tədbirlərin bir qisminə qısaca nəzər salaq. Sahibkarlıq subyektləri və dövlət müəssisələri arasında “Ən təmiz obyekt”, “Ən təmiz uşaq bağçası”, “Nümunəvi səhiyyə müəssisəsi”, “Ən təmiz məktəb”, “Ən təmiz fərdi ev”, “Polietilensiz gün” və digər müsabiqələr təşkil edilib. “Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi” müsabiqəsinə oktyabrın 1-də  yekun vurulub. 8-ci mikrorayonda yerləşən 1 saylı Mənzil- Kommunal İstismar Sahəsi müsabiqənin qalibi olub. II yerə 7-ci mikrorayonda fəaliyyət göstərən  80 saylı, III yerə isə 9-cu mikrorayonda fəaliyyət göstərən 95 saylı MKİS layiq görülüb. 9-cu mikrorayonun ərazisində yerləşən 108 və 92 saylı mənzil-kommunal istismar sahələrinə həvəsləndirici mükafatlar təqdim olunub.  “Ən təmiz bağ” müsabiqəsində isə 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, 69 ünvanında yeni məhəllədaxili istirahət parkı qalib olub. “Polietilensiz gündevizi altında həmin ünvanda keçirilən sosial aksiya zamanı isə ərazi polietilen tullantılar və plastik qablardan təmizlənib, toplanan polietilen tullantılar təkrar emala göndərilib.

“Təmiz Binəqədi” layihəsi çərçivəsində növbəti tədbir A.Kunanbayev küçəsini və 7-ci mikrorayonun bir hissəsini əhatə edib. HB.Co.LTD” şirkətinin təşəbbüsü ilə təşkil olunan aksiya iştirakçıları ərazinin müxtəlif məişət tullantılarından təmizlənməsi, qurumuş kolların ərazidən götürülməsi, ağaclara qulluq edilməsi, polietilen torbaların yığılması və s. kimi təmizlik işlərində yaxından iştirak ediblər. Bundan əlavə, 8-ci mikrorayonun Şövkət Məmmədova küçəsindən başlanan, İbrahimpaşa Dadaşov küçəsində davam edən və Nizami Nərimanov küçəsində sona çatan növbəti təmizlik aksiyası zamanı da ərazi tullantılardan təmizlənib.

 

Ekoloji problemlərin həlli diqqət mərkəzində

 

Dövlət başçısı İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllığın genişləndirilməsi tədbirləri Binəqədidə də uğurla həyata keçirilir. Xatırladaq ki, son illərdə rayon ərazisində yeni salınan 27 abad məhəllədə, yeni inşa olunan 24 mini parkda, əsaslı təmir edilən 11 parkda və digər yaşıllıq sahələrində ümumilikdə 255168 kvadratmetr  çəmən örtüyü yaradılıb, 50221 ədəd gül-çiçək və dekorativ bitkilər, eləcə də 12800 ədəd ağac əkilib.

Son bir neçə ay ərzində Bakı-Şamaxı yolunda, Binəqədi və Biləcəri qəsəbələrində, Azadlıq prospektində, 8-ci mikrorayonun  N.Məmmədov küçəsində, H.Əliyev, Z.Əliyeva, F.Hümbətov, A.SultanovaR.Aboyevin adını daşıyan parklarda, “Azadlıq prospekti” və “Dərnəgül” metro stansiyaları yaxınlığında ağaclar əkilib, köhnələr budanıb, güllər əkilib və təmizlik işləri aparılıb.

Rayonda ekoloji problemlərin həllinin  daim diqqət mərkəzində saxlanılması ilə bağlı bir məqama da diqqət yetirək. Binəqədidə yeni yaşıllıqların, istirahət yerlərinin salınması ilə yanaşı, neft mədənləri ərazisində olan çoxsaylı göllərin bir qismi qurudulur,  ətrafı abadlaşdırılır, həmin ərazilərdə ağaclargül kolları əkilir. Göllərin bir qismi isə təmizlənir, onlara axıdılan  çirkli suların qarşısı alınır və ətrafda isə parklar, yaşıllıq zolaqları  salınır.

Abşeron yarımadası üçün müəyyən mənada təhlükə mənbəyi sayılan, neftlə çirklənən Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Hazırda gölün şərqində inşa olunan Olimpiya stadionunun yaxınlığındakı 300 hektaradək ərazi qaydaya salınır. Burada gölün çirklənməsinin qarşısını almaq üçün su kollektorunun tikilməsi, sahil boyunca bulvar  yaradılması gələcəkdə Binəqədinin ekoloji vəziyyətinin daha da yaxşılaşmasına öz müsbət təsirini göstərəcək.

Rayonda yaşıllığın genişləndirilməsinə müsbət təsir göstərən amillərdən biri də Binəqədinin IDEA İctimai Birliyinin təşəbbüsü  ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsinə fəal şəkildə qoşulmasıdır. Layihə çərçivəsində keçirilən ağacəkmə aksiyalarında rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, məktəblilər və ictimaiyyət nümayəndələri yaxından iştirak edirlər.

 

Vətəndaş məmnunluğu

 

Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyi dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməklə yanaşı, fəaliyyətinin digər zəruri istiqamətini vətəndaş müraciətlərinin dinlənilməsi, öyrənilməsi, araşdırılması və problemlərin yoluna qoyulmasına yönəldib. Bu baxımdan son illərdə icra hakimiyyətində vətəndaşların qəbulu və müraciətlərə baxılması işinin operativ formada qurulması, müraciətlərin daha çevikoperativ şəkildə telefonla çatdırılması üçün “Sakinlərin Müraciət Xidməti-1646"nın (SMX) yaradılması vətəndaşlar tərəfindən dərin rəğbətlə qarşılanıb.

Xatırladaq ki,   2013-cü il fevral ayının 6-da  icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə fəaliyyətə başlayan sözügedən xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına təsir göstərmək, bununla da dövlət orqanı ilə əhali arasında əlaqəni gücləndirməkdir. “Sakinlərin Müraciət Xidməti-1646"-nın (SMX) xidmətindən yararlananlar həm məlumat almaq, həm də şikayətlərini daha çevikoperativ şəkildə müvafiq dövlət orqanına çatdırmaq imkanı əldə edirlər. Ümumiyyətlə, icra hakimiyyətində fəaliyyət göstərən  SMX  rayonun yerli struktur orqanlarının məsuliyyət hissini artırır, həmçinin mübahisələrin həllində, əhalinin informasiya əldə etməsində bərabərlik və ədalət hisslərinin yaradılmasına səbəb olur. Bu, eyni zamanda, şəffaflığı təmin edirkorrupsiyaya qarşı mübarizədə rayon sakinlərinin rolunu gücləndirir. Yeri gəlmişkən, bu ilin oktyabr ayı ərzində ”Sakinlərin Müraciət Xidməti-1646"-ya daxil olan zənglərin sayı 3850, cavablandırılan zənglərin sayı  3388, birbaşa cavablandırılan zənglərin sayı 2463,  yaradılan əks əlaqələrin sayı 930, tərtib edilən şikayət vərəqələrinin sayı 925, icraçılıq səviyyəsi 98,5 faiz, xidmət səviyyəsi isə 97,7 faiz olub.

Şikayət xarakterli müraciətlərin 911-nin və ya 98,5 faizinin icrası təmin edilib, o cümlədən 848-i və ya  93,1 faizi tam həll olunub, 12-si və ya 1,3 faizi qismən həll edilib, 51-i və ya 5,6  faizinə müvafiq izahat verilib, 13-nün və ya 1,5 faizinin həlli  isə icraatdadır.

 

Son olaraq...

 

Rayonda görüləsi işlər, həyata keçiriləsi layihələr hələ çoxdur. Lakin yuxarıda qeyd edilənlər bir daha göstərir ki, Binəqədi öz inkişafının keyfiyyətcə yeni və məhsuldar dövrünü yaşayır. Əldə olunmuş bütün uğurların əsasında Prezident İlham Əliyevin rayona xüsusi diqqət və qayğısı, onun reallığa söykənən, düşünülmüş, rasional sosial-iqtisadi siyasəti dayanır. Hazırda Binəqədinin hər bir sakini  dövlət başçısının rəhbərliyi altında qazanılan uğurları öz həyatında daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

 

Vaqif BAYRAMOV

Xalq qəzeti

 

Yazı Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi  müsabiqəyə təqdim edilir.

 

Xalq qəzeti.- 2014.- 28 noyabr.- S.6.