Açıq səma altında tarix muzeyi

 

Abşeron yarımadası Azərbaycanın tarixinin, arxeologiyasının, folklorunun, etnoqrafiyasının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən bir regionudur. Bu baxımdan  yarımadada sistemli və davamlı elmi tədqiqatlara XX əsrin 60 - cı illərindən başlanılmışdır. İndi də davam etdirilən bu tədqiqatlar göstərir ki, Abşeron yarımadası 20 min il bundan öncə  qədim insanların yaşayış məskəni olub və ənənə indi də davam edir. Həmin bu tarix nəinki arxeoloji, memarlıq abidələrində, həmçinin xalqımızın adət-ənənələrində, musiqisində, dilində və məişətində öz əksini tapmışdır.

 

Tarixçi və arxeoloqların tədqiqatları göstərir ki, Bakıətrafı qəsəbələrin böyük əksəriyyətinin tarixi daha qədimə, yəni tunc dövrünə gedib çıxır. Buna Qala kəndi klassik nümunə sayıla bilər. Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğunun, AMEA  ArxeologiyaEtnoqrafiya İnstitutuAbşeron Arxeoloji Ekspedisiyası ilə birgə apardığı elmi tədqiqatlar  tam əminliklə təsdiq edir ki, ən azı 5 min il bundan öncə müasir kəndin ərazisində qədim insanlar yaşamağa başlayıblar. Bunu həm arxeoloji tapıntılar, həm də  ibtidai insanın ilkin tikinti nümunələri təsdiq edir. Kəndin öz ərazisində və ətrafında ibtidai insanın fəaliyyətinin tunc və sonrakı dövrlərə aid külli miqdarda   nümunələri aşkar edilib. Alimlərin fikrincə, XIV əsrə qədər Qala kəndi Abşeronun vacib ticarət və sənətkarlıq mərkəzi olub. Bu yerli əhalinin zəhmətkeşliyi ilə yanaşı, Qalanın ərazisindən intensiv karvan ticarət yolunun  keçməsi ilə əlaqədar olub. Bu fikri XIV əsrlərə aid gil qablar, sikkə və bəzək əşyaları bir daha təsdiq edir. Bəzi  keramik qablarda emalatxananın, yaxud ustanın damğası mövcuddur. Bu, bir daha göstərir ki, Qalada əmtəə istehsalı mövcud olubburadan  müxtəlif ölkələrə satış üçün ayrı-ayrı əşyalar göndərilib.

Orta əsrlərdə Qala kəndi bir neçə məhəllədən ibarət olub: Hacı Ramazan, Çəmbərəkənd, Balaverdi, Qalaaltı, Tərəkəmə və s.  Kənd əhalisi dəmirçilik, zərgərlik, xalçaçılıq, boyaçılıq dulusçuluq, sərracçılıq və s. sənətkarlıq sahələri ilə məşğul olmuşlar. Həmçinin karvansaralar, məscidlər, ovdanlar, hamamlar, həm sayca çox, həm də memarlıq xüsusiyyətinə görə rəngarəng olub. Ticarət və sənətkarlıqla yanaşı, Qala kəndinin əhalisi intensiv kənd təsərrüfatı ilə də məşğul idi. Xəzər dənizinin səviyyəsinin qalxması səbəbindən Pirallahı adası ilə  üzbəüz ticarət limanı su altında qalmışdı. Bununla əlaqədar karvan yolu  xəttinin  dəyişməsi Qalada maldarlıq və əkinçilik istiqamətli təsərrüfatın inkişafına təkan verdi. XX əsrə qədər Qala qəsəbəsi Bakı  şəhərinin kənd təsərrüfatı təyinatlı əsas xammal təchizatçısı olub.  Azərbaycanın bütün regionlarında Qala  cins qoyunları ilə yanaşı, dəmyə üsulu ilə yetişdirilən  taxıl növləri də məşhur olub. XIX  əsr rus imperiyası canişininin arxivindən götürülən məlumatlara görə, Qala qəsəbəsi 7 min desyatindən artıq torpaq sahəsinə malik olub. Yəni, Qala icması Bakı kəndləri arasında ən böyük torpaq istifadəçisi  idi.

Lakin tarix elə gətirib ki, XX əsrin əvvəllərindən başlayaraq ta 50-ci illərə qədər bir sıra obyektivsubyektiv səbəblərə görə kəndin əhalisi buradan  köçməyə başlayıb. Ətrafda sənaye üsulu ilə neft çıxarılması, Qala torpaqlarının itirilməsi, su təchizatının çətinləşməsi, sonralar sovetləşmə və kollektivləşmə prosesləri və bir sıra başqa səbəblər kəndin əhalisinin böyük hissəsinin  köçməsinə səbəb oldu.

Yaşlıların söhbətinə əsaslanaraq təəssüflə belə qənaətə gəlmək olar ki, min illərlə burada yaşamış əhali ənənəvi yaşayış tərzini dəyişməyə məcbur olaraq, burada öz gələcəyini görmədi. Lakin kənddən köçən insanlar  ata- baba yurdları ilə, demək olar ki, hətta ev və həyətləri ilə öz bağlılıqlarını itirməyiblər. Üstəlik, qeyd etmək lazımdır ki, əhalinin böyük əksəriyyəti Şüvəlan ərazisinə öz keçmiş bağ sahələrinə köçmüşdü. Belə bir tarixi reallıq böyük sənaye mərkəzi olan paytaxt Bakı yaxınlığında orta əsr memarlıq xüsusiyyətini, infrastrukturunu saxlamış, tarixi kəndin mövcudluğuna şərait yaratmışdır.

Kəndin qədim simasının saxlanmasının əsas  səbəblərindən biri  o olmuşdur ki, siyasi rejimlərin dəyişməsi, inqilabların baş verməsinə baxmayaraq, adətin, yazılmayan qanunların işləməsi nəticəsində boşalan həyətlər, evlər  zəbt edilmir və sökülməyə məruz qalmırdı, onların, belə desək, sahibləri bəlli idi. Bubaşqa səbəblərlə əlaqədar, Azərbaycan Respublikası höküməti tərəfindən Qala kəndindəki tarixi mülkün qorunub saxlanması üçün 18 aprel 1988-ci ildə 81,6 hektar əraziyə malik olan qoruğun elan edilməsi haqqında sərəncam imzalanmışdır. Qoruğun bugünkü sərhədlərində 300-ə yaxın tarixi, memarlıq, arxeoloji abidələr mövcuddur. Qoruq ərazisində 5 məscid, 3 hamam, ovdanlar, samanlıqlar, sərdabələr, türbələr, yeraltı yollar, qəsr, yaşayış evləri mövcuddur. Yarandığı gündən qoruğun qarşısında memarlıq və arxeoloji abidələrin mühafizəsi  və bərpası, Bakı və Bakıətrafı kəndlərin əhalisinin yaşayış tərzini, etnoqrafiyasının qorunması məsələləri qoyulmuşdu. Kənddə  bütün bu fəaliyyət istiqamətlərinə və ümumiyyətlə, inkişaf üçün  yeni bir təkan, yeni bir həyat  2008-ci ildə Heydər Əliyev Fondunun Qala qəsəbəsi ərazisində yenidənqurma, bərpa, tədqiqat işlərinə  başlaması ilə əlaqədar  oldu. Şəxsən Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının birinci xanımı Mehriban  Əliyevanın təşəbbüsü və iştirakı ilə Qala qəsəbəsində bir sıra sosial obyektlərin inşası ilə yanaşı, respublikada ilk dəfə olaraq açıq səma altında interaktiv muzey kompleksi yaradıldı. Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinin, yaradılma konsepsiyası əsasında iki ideya aparıcı rol oynayırdı: birincisi, Abşeron yarımadasının arxeologiyası, memarlığı və etnoqrafiyasını əks etdirən muzey kompleksi yaratmaq; ikincisi intensiv turizm məkanı  formalaşdırmaq.

Bu məqsədlə muzey kompleksində uzun illər Abşeronda aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş və ayrı-ayrı dövrləri əhatə edən materiallar toplanıb rekonstruksiyarestavrasiya olunub. Muzey kompleksi ərazisində tunc dövründən başlayaraq ibtidai insanların yaşayış yerləri, müqəddəs məkanlar, kurqanlar, qayaüstü rəsmlər bərpa olunmuşnümayiş etdirilir. Bu ekspozisiyanın davamı olaraq muzey kompleksi ərazisində, orta əsrlərə aid yaşayış evləri, həyətlər, emalatxanalar bərpa olunub.

Muzeyə gələn qonaqlar sanki, tunc dövründən başlayaraq, ta XX əsrə qədər tarixə ekskurs edirlər. Bu ünsiyyəti daha tam formada təmin etmək məqsədilə qonaqlar üçün xüsusi interaktiv turlar təşkil edilironlar qədim yaşayış evində xalça toxuya, dulusçuluq emalatxanasında ustanın köməkliyi ilə hər hansı əşyanı düzəltməyə cəhd göstərə, emalatxanada dəmirçi, nalbənd rolunu ifa edə, təndirxanada isə çörək bişirə bilər. Onlar, sanki bir gün orta əsrlər Bakısının kənd həyatını yaşamış olurlar.

Qala qoruğunun interaktiv turizm sahəsində təcrübəsi əsasında 2014-cü ildə bu sahədə yeni layihə həyata keçirilmişdir. 2013-cü ildə pilot layihə olaraq, 2014- ildə Təhsil Nazirliyi ilə birlikdə orta məktəb şagirdləri üçün təşkil olunmuş və tədris proqramı ilə uyğunlaşdırılmış interaktiv tarix dərsləri Qala Muzey Kompleksi ərazisində həyata keçirilmişdir. 1500-ə yaxın şagird bu layihə üzrə Qala qoruğunda hər sinif üçün fərqli  tədris proqramına uyğun olaraq ekskursiyalardan keçmişdir. Qeyd etmək lazımdır ki, həmin proses davam etdiriləcək.

Ümumiyyətlə, 2014-cü ilin 5 ayı ərzində 36 mindən çox qonaq Qala qoruğuna ziyarət etmişdir. Onların da böyük əksəriyyəti məktəbli uşaqlardır. Qeyd etmək lazımdır ki, 2008-ci ildən başlayaraq Qala qoruğuna gələn turistlərin sayı hər il 25-30 faiz artıb. 2014-cü ilin 6 aylıq göstəricisi, 2013-cü ilin illik göstəricisini keçib. Bu göstəricilər Qala Abidələr Kompleksinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının birinci xanımı Mehriban  Əliyevanın xüsusi qayğı və diqqətinin nəticəsidir.

2011-2012- ci illərdə Qalada Əntiq Əşyalar Muzeyinin tikilməsi, Qala qəsrinin tam bərpası, Etno-Ekoloji Gənclər Mərkəzinin təşkili, bir neçə arxeoloji abidələrin tədqiqi, bərpası və həmin obyektlərin açılışında onların şəxsən iştirakı bu qayğını bir daha nümayiş etdirir.

Respublika Prezidentinin sərəncamı ilə 2011-ci ilin dekabr ayında Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Azərbaycan Respublikasının  Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin tabeliyinə verilmişdir. İçərişəhər Dövlət Tarix Memarlıq  Qoruq İdarəsinin rəhbərliyi qoyulan strateji xətti davam etdirərək qoruğun ərazisində həm sosialyönümlü tədbirlər, həm də Qalanın turist məkanı kimi inkişafında böyük işlər görmüşdür. Bu, bir neçə il ərzində qəsəbənin yolları asfaltlaşdırılıb, sukanalizasiya sistemi yeniləşib, qoruqda və qəsəbədə abadlıq, yaşıllaşdırma  işləri aparılıb və muzeyin müasir tələblərə uyğun fəaliyyəti üçün şərait yaradılıb.

 

Fikrət ABDULLAYEV,

Qala” Dövlət TarixEtnoqrafiya Qoruğunun direktoru,

tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2014.- 12 oktyabr.- S.7.