Azərbaycan – Cənubi Qafqazın lider dövləti

 

Bu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən müdrik siyasi kursun təntənəsidir

 

Müstəqil Azərbaycan dövləti 2014-cü ili möhtəşəm nailiyyətlərlə başa vurmağa hazırlaşır. Bu baxımdan xalqımız öz dövlət müstəqilliyinin iyirmi üçüncü ildönümünü ölkəmizin həyatında baş verən böyük siyasitarixi hadisə fonunda qarşılayır. Bu il sentyabrın 20-də Bakıda Azərbaycanın təşəbbüsü, iştirakı və dəstəyi ilə XXI əsrin möhtəşəm layihəsinin, “Cənub” qaz dəhlizi tikintisinin təməli qoyulub. Avropanın enerji xəritəsini tamamilə dəyişdirəcək və Avropa ilə Asiyanı birləşdirəcək bu tarixi layihə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığını təmin edəcəkdir. Bu, əsası ulu öndərimiz tərəfindən qoyulanson on bir ildə Azərbaycanın və regionun yeni lideri cənab İlham Əliyevin uğurla davaminkişaf etdirdiyi müdrik siyasi kursun parlaq təcəssümüdür.

 

Müstəqil Azərbaycan dövləti artıq 11 ildir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla irəliləyir. Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən  ilk növbədə, sabitlik, bütün sahələrdə sıçrayışlı inkişaf və demokratikləşmə ön  plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyatamühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri kimi tanınan Azərbaycan artıq regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar ilk növbədə Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar.

“Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev bütün bu məsələlərə ətraflı toxunub: “Neft-qaz resurslarımız, sadəcə olaraq, bizim üçün əlavə bir imkandır, dəstəkdir. Bu, bizə imkan verir ki, öz investisiyalarımızı bu layihələrə qoyaq. TANAP layihəsində Azərbaycan əsas səhmdardır və əsas maliyyə yükünü Azərbaycan öz üzərinə götürəcəkdir. “Şahdəniz”də, TAP-da və digər layihələrdə Azərbaycan öz payını özü maliyyələşdirir və beləliklə, vaxtilə əldə olunmuş iqtisadi mənfəət bu gün bizim ümumi maraqlarımıza xidmət edir. Bu layihə, eyni zamanda, tərəfdaş ölkələrimiz üçünçox faydalıdır. Bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək. Tranzit ölkələri, onlar, eyni zamanda, istehlakçı ölkələrdir. İstehlakçı ölkələr də qaz mənbələrinin şaxələndirilməsinə nail olacaqlar. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Təsadüfi deyil ki, üç il bundan əvvəl Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənəd məhz bu amili diqqət mərkəzinə qoyur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu gündən sonra bu rol daha da artacaq”.

Tam müstəqil siyasət yürüdən Azərbaycan dövləti beynəlxalq şəraitdən, maliyyə və iqtisadi böhrandan asılı olmayaraq dinamik və hərtərəfli inkişaf edir, öz siyasi, sosial-iqtisadi qüdrətini artırır, dünyadakı mövqelərini daim möhkəmləndirir. Azərbaycanın inkişaf istiqamətlərinin müxtəlif və bir-biri ilə sıx bağlı olduğunu önə çəkən Prezident İlham Əliyev deyib: Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi - bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir. Onların hamısı Azərbaycanda vardır və bütün istiqamətlərdə  islahatlar aparılır... Bizim əməlimizlə sözümüz arasında heç bir fərq yoxdur. Biz müstəqil siyasət aparırıq, öz gücümüzə arxalanırıq, öz hesabımıza yaşayırıq.”

 Qazanılan nailliyyətlər çox qısa bir zamanda əldə olunsa da, bu günün müstəvisindən ötən əsrin 90-cı illərinin əvvəllərinə- müstəqilliyimizin ilk illərinə  nəzər yetirəndə  ötən müddətdə keçdiyimiz yolun bütün kəşməkeşləri, təzadları və həqiqətləri gözümüz önündə bir daha canlanır. Həmin dövrün tarixi gerçəkliyi odur ki, Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, ölkəmiz yalnız müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə böyük qayıdışından sonra öz həqiqi müstəqilliyinə qovuşdu. O vaxta qədər Azərbaycan siyasi çəkişmələr burulğanında boğulurdu, ölkədə qarşıdurma son həddə çatmışdı. Siyasi hakimiyyətdə bir-birlərini əvəz edən səriştəsiz və naşı iqtidarların günahı üzündən ölkəmiz həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni sahələrdə dərin tənəzzülə uğrayırdı, Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi.

Xalqımız çətinliklə bərpa etdiyi müstəqilliyini o vaxtkı səriştəsiz iqtidarların günahı ucbatından cəmi iki il sonra yenidən itirmək təhlükəsi ilə üzləşdi. Bəxtimiz onda gətirdi ki, bu tarixi şansı reallaşdıra biləcək dahi şəxsiyyət Heydər Əliyev  xalqın təkidi və xahişinə biganə qalmadı,  Azərbaycanın kövrək müstəqilliyini qorumaq və möhkəmləndirmək kimi olduqca mühüm bir missiyanı üzərinə götürdüonu şərəflə yerinə yetirdi.

Heydər Əliyev deyirdi: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə  götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”. Tarix təsdiqlədi: Ulu öndərimizin  güvəndiyi, arxalandığı bu yenilməz qüvvə sonralar qarşıya çıxan neçə-neçə təhlükəni sovuşdurmağa, keçilməz maneləri dəf etməyə imkan verdi. Xalqın öz sevimli rəhbəri ilə birliyi, həmrəyliyi sayəsində iki dövlət çevrilişi cəhdinin, digər ciddi təxribatların qarşısı alındı. Çox keçmədən ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi və həmin sabitlik bu gün də etibarlı şəkildə  qorunur.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü önə çəkərək deyib: “O, tarixi perspektivləri qabaqcadan görmüş, ən çətin məqamlarda yeganə düzgün qərarlar qəbul etmək bacarığı ilə çoxlarını heyran qoymuşdu. Məhz onun dövründə Azərbaycan özünün coğrafi-siyasi vəziyyətinin nadir imkanlarından istifadə edə bildi. Bu yol nə qədər enişli-yoxuşlu olsa da, Azərbaycan xalqı öz gələcək inkişafının üfüqlərini məhz Heydər Əliyevin həyata keçirdiyi sistemli fundamental dəyişikliklər çərçivəsində görür. Şübhəsiz ki, Heydər Əliyev öz xalqının psixologiyasının xüsusiyyətlərini, mentalitetini çox gözəl bilən xarizmatik liderdir. Onun həyatında hadisələrin sanki öncədən müəyyənləşdirilmiş gedişini təkcə sözün gücü ilə dəyişdirə bildiyi hallar çox olmuşdur. Heydər Əliyevin şəxsi nümunəsi bizim hamımızı, onun həmvətənlərini ruhlandırır və qurub-yaratmağa həvəsləndirir”.

Ulu öndərimizin bəşəri əhəmiyyətli iki tarixi xidmətinin üzərində xüsusi dayanmaq istərdim. Onun biri dünya  miqyasında  nəhəng   dövlətlərin Azərbaycanla bağladığı neft kontraktlarıdır. “Əsrin müqaviləsi” adlanan bu  möhtəşəm kontraktlar Xəzərin Azərbaycana məxsus hissəsindəki zəngin təbii sərvətlərin birgə işlədilməsini nəzərdə tuturdu   iqtisadi müstəqilliyimizin təməl daşına çevrilərək, ölkəmizin dünyanın geosiyasi güc mərkəzlərindən biri kimi qəbul olunmasına yol açdı. Təbii ki, Azərbaycanın iqtisadi qüdrətinin artmasında neftqaz kimi təbii sərvətlərimizin, ondan ölkəmizin və xalqımızın mənafeyinə uyğun düzgün istifadə olunması mühüm rol oynayır. Ümummilli liderimiz Heydər Əliyevin müdrikcəsinə və uzaqgörənliklə işləyib hazırladığı, mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası ötən əsrin ortalarından başlayaraq  Azərbaycanın uzunmüddətli uğurlu  inkişaf epoxasının təməlini qoyub.

Heydər Əliyevin ikinci mühüm xidməti isə qədim İpək Yolunun  bərpasıdır.  Bu qüdrətli şəxsiyyət İpək Yolunun bərpasını reallaşdırmaqla qarşısında həm tarixi ənənələri yaşatmaq, həm də Azərbaycanın strateji mövqeyini daha da gücləndirmək məqsədi qoymuşdu. İndi bu qlobal, dünyamiqyaslı layihələrin bəhrəsindən yalnız xalqımız deyil,  bütün dünya bəhrələnir.

Azərbaycan bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla müştərək işlər görərək, tarixi İpək Yolunun bərpa olunması sahəsində - TRASEKA Proqramının hazırlanması və yaradılmasında yaxından iştirak edib. Müstəqil Azərbaycan dövləti 1993-cü ilin may ayında Brüssel şəhərində keçirilmiş konfransda Avropa Komissiyasının TRASEKA Proqramının yaradılmasının təşəbbüskarlarındandır. Konfransın yekunlarına əsasən, TRASEKA regionlararası proqramının fəaliyyətinin əsaslarını qoymuş Brüssel Bəyannaməsi qəbul edilib.

Azərbaycanın TRASEKA Proqramında iştirakı ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir və Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük imkanlar yaradır.

Bakı şəhərində ildə 10 milyon ton neft məhsullarının boşaldılıb yüklənməsinə imkan verən neft boşaltma limanı istifadəyə verilib. Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev bu sahəyə də xüsusi önəm verib: “Keçən ay Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin birinci hissəsi - Bərə terminalı istifadəyə verilmişdir. Əminəm ki, ticarət limanı yaxın iki il ərzində tam şəkildə istifadəyə veriləcək. Beləliklə, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı yaradılacaq. Onun illik yükaşırma imkanı 25 milyon ton yükbir milyon konteynerdir. Bu, Xəzərdə ən böyük liman olacaqdır və Xəzərdə yük daşımalarının həcminin artırılması gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi başa çatır. Liman hazırdır. Gəmiqayırma zavodu keçən ilin sentyabr ayında istifadəyə verilmişdir”.

TRASEKA Proqramı və Böyük İpək Yolunun bərpa edilməsi bu gün və XXI əsr üçün ən böyük proqramlardandır. Bu proqramın hərtərəfli inkişafının təmin edilməsi Cənubi QafqazOrta Asiya ölkələrinin Avropa ilə inteqrasiyasını daha da sürətləndirəcəkdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 11 ildə ölkə iqtisadiyyatı üçün prioritet sahələrdən birinə çevrilmiş nəqliyyat sektoru da əsas infrastrukturlardan biri olaraq sürətlə inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin 9 ayında bu sektora investisiyaların yönəldilməsi, körpülərin və yol qovşaqlarının tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və digər işlər davam etdirilmiş, transmilli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına müsbət təsir göstərmişdir. Ölkəmizdə uğurla həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar nəticəsində əldə edilmiş dinamik inkişaf nəqliyyat-yol kompleksində də görülən işlərə mühüm təkan vermişdir. Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsi ölkənin nəqliyyat sektorunun müasir standartlara uyğun yenidən qurulmasını, xüsusən, respublika ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişaf etdirməsini, eləcə də bu sahədə tənzimləmə və idarəetmənin daha da təkmilləşməsini zəruri etmişdir.

Ölkəmizin nəqliyyat-yol kompleksinin müasir səviyyədə qurulması, bu sahədə islahatların aparılması, nəqliyyat qurumlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, ölkə iqtisadiyyatının və əhalinin daşımalara olan tələbatının ödənilməsi, nəqliyyat qanunvericiliyinin təkmiləşdirilməsi, texniki yeniləşmə və müasir texnologiyaların tətbiqi üzrə müəyyən edilmiş tədbirlər ötən illər ərzində ardıcıl olaraq davam etdirilmişdir. Azərbaycanın Cənubi Qafqazda mühüm nəqliyyat qovşağı və dəhlizlərin keçdiyi məkan olduğunu nəzərə alsaq, regionda həyata keçirilən mühüm layihələrin beynəlxalq mahiyyətini də dəyərləndirmək lazımdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev nəqliyyat sektorunun əhəmiyyətini dəyərləndirərkən demişdir: “Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha da sürətlə inkişaf etdirəcəyik”. Bu gün nəqliyyat-yol kompleksinin fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində sürətlə inkişaf edən ölkə iqtisadiyyatının və əhalinin nəqliyyat xidmətlərinə olan tələbatının ödənilməsinə, ölkəmizin tranzit potensialının artırılmasına, nəqliyyat infrastrukturunun və parkının yeniləşməsinə yönəldilmişdir. Son illər görülən işlərin inkişaf dinamikasını geniş təhlil edən nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, bütün növ nəqliyyat infrastrukturunun etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülmüş, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə dövlət başçısının şəxsi dəstəyi sayəsində nail olunmuşdur.

Ölkəmizin hərtərəfli inkişafında dəmir yolunun da rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan Dövlət Dəmir Yolu keçmiş İttifaqın ən qocaman polad maqistrallarından biri olmuş, İkinci dünya müharibəsi illərində Azərbaycan dəmiryolçuları çox çətin sınaqlardan müvəffəqiyyətlə çıxmışdır. Ordunu yanacaqneft məhsulları ilə təmin etmiş, cəbhəyə 1 milyon 300 min o, cümlədən 600 min sistern yanacaq dolu vaqon yola salmışlar.  Hazırda Azərbaycan Dövlət Dəmir Yolunun yenidənqurulması və inkişafı istiqamətində genişmiqyaslı işlər görülür.

Dünya təcrübəsi təsdiqləyir ki, dövlətin və xalqın davamlı inkişafını taleyüklü mərhələlərdə ona rəhbərlik etmiş fenomenal keyfiyyətlərə malik lider müəyyənləşdirir. 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası nə qədər önəmli idisə, 2003-cü ildən sonrakı dövrdə də belə bir gərəklilik ortada idi. O vaxt hətta ulu öndərimizdən sonra ölkəmizin taleyinin necə olacağı barədə düşünənlər də az deyildi.  Xalqımızın bəxti onda gətirdi ki, Heydər Əliyev özündən sonra onun müdrik siyasi kursunu davam etdirmək iqtidarında olan siyasi varisini, xalqın  yeni liderini yetişdirmişdi. Cənab İlham Əliyev xalqın istəyi ilə Prezident seçildikdən sonra ulu öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını layiqincə davam etdirmək, onu zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirmək, Azərbaycanın sürətli tərəqqi yolunda irəliləməsini təmin etmək iqtidarında olduğunu sübuta yetirdi. Bu mənada cənab İlham Əliyevin missiyası ulu öndərin həyata keçirdiyi işlərin miqyası qədər vacib xarakter daşımış və onun lider keyfiyyətlərini təsdiqləmişdir. 2003-cü ildən sonrakı dövrdə ölkənin möhkəmlənməsi, vahid bir siyasi xətt üzrə irəliyə aparılması, milli həmrəyliyin qorunub saxlanması, çevik manevrlər, regionda həyata keçirilən xarici siyasətə yönələn adekvat reaksiyalar və digər amillər bir daha sübuta yetirdi ki, Prezident İlham Əliyevin malik olduğu keyfiyyətlər onun lider statusunu önə çəkir. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq oldu.

 

Məhərrəm MƏMMƏDOV,

respublikanın fəxri dəmiryolçusu,

iqtisadçı ekspert

 

Xalq qəzeti.- 2014.- 12 oktyabr.- S.3.