Prezident İlham ƏLİYEV:

Biz iqtisadi cəhətdən tam müstəqilik,

heç kimdən asılı deyilik

 

 Nazirlər Kabinetinin bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerjikommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqlədi. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.

 

Hesabat dövründə  həyata keçirilən tədbirlərə nəzər salanda,  görülən işləri müqayisəli şəkildə təhlil edəndə yuxarıda qeyd edilən fikirlər  bir daha öz təsdiqini tapır. Sözügedən dövrdə neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiyason nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət  dəyişikliklər baş vermişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev  iclasda bu barədə demişdir: “Doqquz ayın iqtisadi göstəriciləri də çox müsbətdir. İqtisadiyyatımız inkişaf edir, artır. Xüsusilə qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunurbu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, - bunu biz hər dəfə məmnuniyyətlə qeyd edirik, - qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır”.

Prezident İlham Əliyev çıxışında  inflyasiyanın çox cüzi olduğunu, ilin sonuna qədər də onun aşağı səviyyədə qalacağına əminliyini bildirmişdir. Qeyd etmişdir ki,  gələn ilbu göstəricinin aşağı səviyyədə olmasına çalışmaq lazımdır. Çünki büdcə artır və bu il də büdcə xərcləri kifayət qədər böyükdür. Maaşlar, pensiyalar qalxır, doqquz ayda da qalxmışdır. Buna baxmayaraq, inflyasiya aşağı səviyyədədir və bu da ölkədə makroiqtisadi vəziyyətin sabit olmasının əsas göstəricisidir.

Azərbaycanın son zamanlar davamlı inkişafı və tərəqqisi yolunda əldə olunan nailiyyətlər xalqın və dövlətin təminatlı gələcəyinə möhkəm zəmin yaratmışdır. Respublikamız hazırda  əsas investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi də çıxış edir. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev demişdir: “Bizim kifayət qədər valyuta ehtiyatlarımız var. İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Bütövlükdə bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var ki, bu da dünya miqyasında çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarımız isə, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir”.

Göründüyü kimi, Azərbaycanın maliyyə qüdrətinin güclənməsi, təbii ki, sosial məsələlərin həllinə də öz müsbət təsirini göstərmişdir. Ölkə rəhbəri bununla bağlı sözügedən iclasda bir sıra rəqəmləri diqqətə çatdırmışdır. Dövlətimizin başçısı qeyri-neft sənayesinin 6 faiz səviyyəsinə çatmasını, inflyasiyanın çox aşağı səviyyədə - cəmi 1,5 faiz olmasını, əhalinin pul gəlirlərinin isə 5,4 faiz artmasını, beləliklə, hər il olduğu kimi, əhalinin gəlirlərinin inflyasiyanı üstələməsini və bunun da bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərməsini xüsusi vurğulamışdır.

Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Son illərdə Azərbaycan xaricdən sərmayə alan ölkədən xaricə sərmayə yatıran ölkəyə çevrilmişdir. Hazırda Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, İsveçrə, Rusiya və digər dövlətlərin iqtisadiyyatına böyük həcmdə sərmayə qoyuruq. Bütün bunlar həm də respublikamızın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzmini nümayiş etdirir. Əslində, Azərbaycan bu gün adambaşına düşən 7 min  dollarlıq milli gəlirlə orta inkişaf etmiş ölkələr qrupunda yer alır. Ölkə başçısı bununla bağlı demişdir: “İnvestisiyalar böyük həcmdə qoyulur. İlin əvvəlindən 19 milyard dollar sərmayə qoyulmuşdur. Onlardan 11 milyardı daxili sərmayədir. Bu da son illərdə müşahidə olunan mənzərədir. İnvestisiyalar artır və daxili investisiyalar üstünlük təşkil edir. Düzdür, daxili investisiyaların böyük hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ də dövlət xətti ilə infrastruktur layihələrinə, o cümlədən sosial infrastruktur layihələrinin icrasına vəsait ayrılmalıdır. Ancaq Azərbaycana özəl sərmayə də qoyulur. Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır, yerlixarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin gələcəyinə inanırlar. Buna görə Azərbaycana çox böyük həcmdə investisiyalar qoyulur”.

Hazırda dünyanın əksər ölkələri xarici investisiyaları cəlb etmək üçün rəqabət aparır. Çünki hər bir ölkənin iqtisadi inkişafını investisiyalar müəyyən edir. Bu gün avrozonada müşahidə olunan vəziyyət onu göstərir ki, investisiyalar olmasa, Avropa iqtisadiyyatının böhrandan çıxması çox çətin olacaq. Azərbaycan iqtisadiyyatına yatırılan sərmayənin həcmi isə ilbəil artmaqdadır. Bir az əvvəl qeyd etdiyimiz kimi, doqquz ayda ölkə iqtisadiyyatına 19 milyard dollar investisiya qoyulub. Heç şübhəsiz, ilin sonuna qədər bu rəqəm daha da artacaq.

Son illərdə Azərbaycanda yüzlərlə yeni iriorta sənaye müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisələrin bir çoxunun məhsulları xaricə ixrac olunurdünya bazarında analoji məhsullarla uğurla rəqabət apararaq özünə alıcılar tapır. İndi ölkəmizin qarşısında duran əsas məqsəd  inkişaf etmiş dövlətlər sırasına çatmaqdır. Buna nail olmağın yeganə yolu isə ölkənin müasir texnologiyalara əsaslanan güclü sənaye potensialının yaradılmasıdır. Hazırda ölkədə aparılan iqtisadi siyasətin başlıca hədəfi də budur. Bu baxımdan 2014-cü ilin “Sənaye ilielan edilməsi təsadüfi deyil. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir:- “Bu il “Sənaye ilidir və əlbəttə ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılmışdır... Azərbaycanda kifayət qədər xammal və artıq sənaye potensialımız da var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm də ixrac etməliyik. Burada alüminium, poladtökmə, metallurgiya sənayesinin inkişafı nəzərdə tutulurinkişaf etdirilir. Burada da böyük potensial var. Dediyim kimi, biz artıq özümüzü sement istehsalı ilə 100 faiz təmin etmişik”.

İclasda sənayenin inkişafının zəruri proses olması da diqqətə çatdırılmışdır. Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki,  Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə sıx bağlıdır. Hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik. Azərbaycan İnvestisiya Şirkəti əlbəttə ki, bu işlərin böyük hissəsini öz üzərinə götürməlidir və biz xarici investorları cəlb etməklə bu işlərdə daha yüksək nəticələrə nail olmalıyıq.

Yeri gəlmişkən, sənayenin inkişafından danışarkən bir məqama da xüsusi diqqət yetirmək istərdik. Bu da müasir sənaye məhəllələrinin yaradlmasıdır. Xatırladaq ki, Azərbaycan Prezidenti sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında 8 oktyabr 2014-cü il tarixli fərman imzalamışdır. Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur.

Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı çoxlu  sənaye müəssisəsi tikilib istifadəyə verilib, yüzminlərlə yeni yeri yaradılıb. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədilə hazırda sənaye parklarının yaradılması istiqamətində böyük işlər görülür.

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və yerli ehtiyatlardan səmərəli istifadə edilməklə sənaye sahələrinin inkişaf etdirilməsinin daha bir istiqaməti ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçikorta sahibkarlığın inkişaf etdirilməsi və digər məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarında bir qayda olaraq Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.  Aqrar bölmənin sürətli  inkişafı baxımından bu sahənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsinə, onun  xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılmasına, aqrar bölməyə maliyyə dəstəyinin artırılmasına və bu bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsinə həmişə xüsusi önəm verilmişdir.

İclasda bununla əlaqədar bir daha vurğulanmışdır ki, kənd əməkçilərinə, fermerlərə və sahibkarlara göstərilən qayğının təzahürü olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı tətbiq olunan və dövlət büdcəsindən maliyyələşən güzəşt 50 faizdən 70 faizədək artırılmışdır.

Aqrolizinq” Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən cari ildə verilmiş 32 milyon manat vəsaitlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan kənd təsərrüfatı məhsulları istehsalçılarına taxılyığan kombaynların alınması, xaricdən damazlıq heyvanların idxalı və Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üçün 30 milyon manat vəsait ayrılmışdır.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün cari ildə 105 milyon manat vəsait sərf edilmişdir.  Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə həmin göstəricinin 3 faizyaxud 3 milyon manat artırılması deməkdir.

Bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən olan sahibkarlığın inkişafı əhəmiyyətli rol oynayır. Dövlət başçımızın həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın tərəqqisinin təmin edilməsində, yerli istehsalsosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerlixarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açmışdır. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Sahibkarlara güzəştli kreditlərin verilməsi üçün dövlət büdcəsindən cari ildə Sahibkarlığa Kömək Milli Fonduna 150 milyon manat vəsait ayrılmışdır və bununla da dövlət büdcəsindən fonda ayrılmış vəsaitin ümumi həcmi 830 milyon manata çatdırılmışdır. İclasda xatırladılmışdır ki, Azərbaycan Prezidentnin  tapşırığına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarının əmlak mənafelərinin daha etibarlı qorunmasına şərait yaradılması məqsədilə “Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi vasitəsilə stimullaşdırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi hazırlanmışdır.

İclasda yuxarıda deyilənlərlə yanaşı, dövlət başçısının rəhbərliyi altında həyata keçirilmiş ardıcıl tədbirlər sayəsində ekoloji durumun yaxşılaşdırılması istiqamətində tarixi əhəmiyyət daşıyan nailiyyətlər əldə edildiyi  barədə də ətraflı söhbət getmişdir. Bildirilmişdir ki, hesabat dövründə biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, geoloji kəşfiyyat, içməli suyun ekoloji keyfiyyətinin artırılması, tullantıların və çirkab suların idarə olunması, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. sahələrdə inqilabi dəyişikliklər baş vermişdir.

Göründüyü kimi, Azərbaycanın bu günkü inkişafının təmin edilməsi ilk növbədə Prezident İlham Əliyevin yürütdüyü çevikdüşünülmüş iqtisadi siyasət kursunun nəticəsidir. Bu baxımdan Dünya İqtisadi Forumunun yeni nəşrində Azərbaycan Respublikası reytinq cədvəlində ən yüksək yerlərdən birini tutmuşdur. Cənab İlham Əliyev iclasda demişdir: -“Azərbaycanda aparılan islahatlardüşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Biz bir pillə də irəliyə getdikdünya miqyasında bu göstəriciyə görə 38-ci yerdə olmaq tarixi nailiyyətdir. Yəni, bir sözlə, biz dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq. Bu, tarixi nailiyyətdir və bizə əlavə inam verir. Biz onsuz da bilirik ki, düz yoldayıq. Azərbaycan inamla inkişaf edir. Ancaq mötəbər, böyük nüfuzu olan maliyyə-iqtisadi qurumların qiymətləndirməsi, əlbəttə ki, çox önəmlidir”.

 

Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 12 oktyabr.- S.1.