Füzuli: inkişaf sürətli və davamlıdır

 

Füzuli Rayon İcra Hakimiyəti Aparatının 2014-cü ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafı barədə hesabatında əksini tapmış sevindirici uğurlar, fakt və rəqəmlər bir daha təsdiq edir ki, bölgənin hərtərəfli inkişafı sürətli və davamlıdır. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bugünlərdə keçirilmiş iclasından irəli gələn vəzifələrin və rayonun sosial- iqtisadi inkişaf göstəricilərinin müzakirəsinə həsr olunmuş müşavirədə əminiklə bildirildi ki, füzulililər ilin sonuncu rübünü də nailiyyətlərlə başa vurmaq üçün bütün sahələrdə səylərini artıracaqlar.

 

Hesabat məruzəsi ilə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirdi ki, 2014-cü ilin 9 ayının rayonumuz üçün ən əlamətdar hadisəsi möhtərəm Prezidentimiz İlham Əliyevin bu il avqustun 28-də rayona səfəri olmuşdur. Son bir il 8 ayda ölkə başçısının Füzuliyə 2 dəfə gəlməsi cənab İlham Əliyevin füzulililərə böyük inamı, füzulililərin isə Prezidentə böyük məhəbbətini ifadə edir.

Prezident İlham Əliyevin bilavasitə himayəsi ilə son illərdə Füzulidə həyata keçirilmiş geniş quruculuq işləri və ölkə rəhbərinin son səfəri barədə ətraflı məlumat verən rayon rəhbəri qeyd etdi ki, cənab İlham Əliyev Horadiz şəhərində yaradılan əzəmətli Bayraq meydanının, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının, işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın, Əhmədalılar - Mollaməhərrəmli - Arayatlı - Babı kəndlərarası avtomobil yolunun və Tarix-Diyarşünaslıq Muzeyinin açılışlarında iştirak etdi. Ölkə rəhbəri Horadiz şəhərində Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə və MilMuğan hidroqovşağının fəaliyyəti ilə də tanış olub.

Məruzəçi daha sonra məlumat verdi ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda növbəti 5 ildə Füzuli rayonunda cins heyvandarlıq, taxılçılıq, üzümçülük, tərəvəzçilik, meyvəçilik, toxumçuluq, tingçilik sahələrinin inkişafı, iri taxılçılıq təsərrüfatlarının yaradılması, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi, yaşayış məntəqələrində modul tipli su təmizləyici qurğuların quraşdırılması, kəndarası yolların tikintisi, yenidən qurulması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi kimi silsilə tədbirlər nəzərdə tutulmuşdur. Bu layihələrin artıq bir çoxu uğurla  yerinə yetirilir.

Ayrı-ayrı sahələrdə qazanılan uğurları şərh edən natiq bildirdi ki,  bu il 30  min  hektardan 90 min  tona yaxın  taxıl  əldə  edilmişdir. Hər hektarın məhsuldarlığı 30 sentnerə yaxın olmuşdur: “Biz yaxın gələcəkdə taxılçılığı özümüz yetişdirdiyimiz elit növ toxum hesabına inkişaf etdirəcək və builki nəticəni 160-200 min ton səviyyəsinə yüksəldəcəyik.

Hazırda  rayonda 31622  baş   qaramal, 115490 baş  qoyun-quzu, 407190 min  baş  ev quşları  vardır. Cari ilin 9 ayı ərzində    3489 ton ət, 13473 ton  süd, 5840 milyon  ədəd  yumurta, 152 ton   yun  istehsal  edilmişdir. Bunlar  isə  öz  növbəsində  əvvəlki ilin  müvafiq  dövrü  ilə  müqayisədə xeyli çoxdur. Başqa kənd təsərrüfatı məhsulları istehsalında da nəticələrimizin yüksək olacağı proqnozlaşdırılır.

Son 3 ildə Əhmədbəyli kəndi ərazisində 5 min ton kənd təsərrüfatı məhsulları saxlayan soyuducu anbar kompleksi, ildə 2,5 – 3 min ton quş əti istehsal edən “Qarabağ-Broyler” MMC fəaliyyətə başlamış, müasir üslubdaQarabağ” Ailəvi İstirahət Mərkəzi, bir neçə şadlıq evi tikilərək istifadəyə verilmişdir.

İş adamları rayonun Haramı adlanan hissəsində 5000 baş ətlik və südlük istiqamətində heyvandarlıq kompleksisutkada ilk növbədə 10 ton süd qəbul edəcək zavodun tikintisini sürətlə davam etdirirlər. Üçüncü Zobucuq qəsəbəsində isə gündə 40 ton çörək- un məmulatları istehsal edən zavodun istifadəyə verilməsinə az qalmışdır.  Yaşayış məntəqələrində 20 ədəd artezian quyusu qazılmasına yaxın günlərdə başlanacaq. İndiyədək 29 yaşayış məntəqəsinə təbii qaz verilib, ilin sonunadək 39 yaşayış məntəqəsinin hamısında əhali qazdan istifadə edəcək. Yaxın vaxtlarda Qayıdış qəsəbələrinin yolları bərpa olunacaq, rayonda yolla bağlı problem olmayacaq.

Heydər Əliyev Fondunun dəstəyi ilə Horadiz şəhərində 100 yerlik, Bala Bəhmənli kəndində 60 yerlik uşaq bağçaları tikilmişdir. Böyük Bəhmənli kənd xəstəxanası üçün 15 çarpayılıq yardımçı binalar tikilməkdədir. Qəzalı vəziyyətdə olan ictimai binalarda, yol kənarlarında, yataqlarda məskunlaşmış 721 ailə üçün yeni qəsəbə salınmasına yaxın günlərdə başlanacaq.

Məruzə ətrafında çıxışlarda müxtəlif sahələrdə qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən ətraflı söhbət açıldı. Bildirildi ki, əhalinin  həyat  şəraitini  daha  da  yaxşılaşdırmaq, respublikanın  müxtəlif  şəhər    rayonlarında  yaşayan  məcburi    köçkünlərlə  əlaqə  saxlamaq, onların  qayğı    müraciətlərini  həll etmək, dövlət proqramlarının, Prezidentin fərman və  sərəncamlarının  yerinə  yetirilməsini  təmin  etməklə, bundan sonra da qarşıda  dayanan   vəzifələrə  layiqincə  əməl  ediləcək.

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 17 oktyabr.- S.9.