Asiya İnkişaf Bankı Azərbaycan

iqtisadiyyatına yüksək artım proqnozu verib

 

AİB 2014 və 2015-ci illərdə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu dəyişməz saxlayıb. Bu barədə xəbər yayan  Asian Development Outlook 2014” beynəlxalq informasiya təşkilatının  məlumatına  əsasən,  adıçəkilən bank ilin sonunadək ölkəmizdə ÜDM-in artım tempinin 5 faiz təşkil edəcəyini bildirib.

 

Asian Development Outlook 2014” təşkilatının hesabatına əsasən, AİB Azərbaycan, GürcüstanTacikistanda ÜDM-in artım proqnozlarını eyni səviyyədə saxlayıb. Hesabatın analitikləri hesab edirlər ki, Azərbaycanın  neft istehsalı, tikinti, xidmətlər və kənd təsərrüfatı sahələrində bu ilin II yarısında proqnozlaşdırılan artım əvvəlki artım proqnozunu saxlayacaq.

Bank ümumilikdə Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya regionu üzrə inkişaf proqnozunu 2014-cü ildə 6,5 faizdən 5,6 faizədək, 2015-ci ildə isə 6,5 faizdən 5,9 faizədək endirib. Bankın analitikləri bu azalmanı regionun 8 ölkəsindən 5-də - Ermənistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanda ÜDM-in daha az artım gözləntisi ilə əlaqələndirirlər. AİB, həmçinin 2014-2015-ci illərdə Azərbaycanda inflyasiya üzrə proqnozun dəyişməz, yəni müvafiq olaraq 4 və 3,5 faiz səviyyəsində olacağını bildirib. Bank, eyni zamanda, Azərbaycan ÜDM-ə nisbətdə cari əməliyyatların hesab profisiti üzrə proqnozu əvvəlki səviyyədə, yəni 2014-cü ildə 16 faiz, 2015-ci ildə isə 15 faiz səviyyəsində saxlayıb.

AİB tərəfindən ölkəmiz üçün bu cür nikbin proqnozun verilməsi təsadüfi deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi  siyasət nəticəsində Azərbaycanda  yüksək iqtisadi artım dinamikası formalaşıb, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş verib. Nəticədə, hazırda respublikamız adambaşına düşən ümumi daxili məhsulun həcminə görə beynəlxalq miqyasda 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olub.

Bu gün ölkəmizdə daxili tələbin tədricən xarici tələblə əvəzlənməsi, ixracın şaxələndirilməsi strateji vəzifələrdəndir. Qeyri-neft sektorunda ixracyönümlü iqtisadi artımın təmin olması və bu artımın əsasən özəl daxilixarici investisiyalarla dəstəklənməsi son nəticədə dövlət büdcəsinin və tədiyə balansının dayanıqlığının artırılmasına xidmət edir. Xatırladaq ki, ixracyönümlü inkişaf modeli ticari sektorun iqtisadi artım və məşğulluqda yüksək xüsusi çəkisinin formalaşmasını nəzərdə tutur.

Yuxarıda qeyd etdik ki, AİB bu il və gələn il üçün  Azərbaycanda inflyasiya üzrə proqnozun dəyişməz, yəni müvafiq olaraq 4 və 3,5 faiz səviyyəsində olacağını bildirib. Bununla əlaqədar deyə bilərik ki, hazırda dövlət tərəfindən tənzimlənən tarif və qiymətlər, inflyasiyanın tələb amilləri, dünya bazarında qiymət dinamikası, habelə tərəfdaş ölkələrdə qiymətlərin səviyyəsi və valyuta məzənnələri bu il inflyasiyaya təsir edən əsas amillərdir. Bu amillər, habelə pul siyasəti qərarlarının iqtisadiyyata ötürücülük qabiliyyəti nəzərə alınmaqla inflyasiya proqnozuna nail olmaq üçün Mərkəzi Bank hazırda hökumətlə birlikdə adekvat tənzimləmə tədbirləri həyata keçirir.

Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təşviq olunur. İnnovativ ödəniş alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin artması üçün stimullaşdırma tədbirlər davam etdirilir. Elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdırılması işlərinə də başlanılıb.

Hazırda uğurla reallaşdırılan şaxələndirmə prosesi daxili tələblə yanaşı, qeyri-neft ixracının da iqtisadi artımda rolunun daha da güclənməsi üçün zəmin yaradır. Şaxələndirmə prosesinə dəstək olaraq Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin qorunmasını təmin edir. Bunun üçün adıçəkilən bank inflyasiyanın birrəqəmli səviyyədə tənzimlənməsinə dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Azərbaycan son illərdə  investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional güc mərkəzi kimi tanınıb. Respublikamız öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanıb və dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib. Qarşıdakı aylarda və illərdə uğurlarımız daha böyük olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan yenə də özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev son illər  ölkəmizin əldə etdiyi sosial-iqtisadi uğurları barədə deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinə baxmayaraq, Azərbaycan sürətli iqtisadi inkişaf nümayiş etdirir. Son 10 il ərzində ölkəmiz dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik olub. Bu dövrdə iqtisadiyyat 3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir. Eyni zamanda, yoxsulluq demək olar ki, 10 dəfə azalıb. Hazırda yoxsulluq 5 faiz səviyyəsindədir. Çox sabit maliyyə sistemi mövcuddur. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun yalnız 8 faizini təşkil edir. Bu, dünyada ən yaxşı göstəricilərdən biridir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil edir. Bunun sayəsində Azərbaycanın sərmayə qoymaq və beynəlxalq bazarlarda kredit götürmək imkanı vardır.

Ölkəmizin kredit reytinqi “S&P”, “Moody’s” və “Fitchkimi əsas reytinq agentlikləri tərəfindən yaxşılaşdırılıb. Azərbaycan xarici sərmayələri lazımi qaydada qoruyan ölkə kimi yaxşı nüfuza malikdir. Ötən 10 ildə Azərbaycana 170 milyard dollar məbləğində sərmayə yatırılıb. Keçən il bu göstərici 28 milyard dollar olub. Bu rəqəmin 70 faizi yerli, 30 faizi isə xarici sərmayədir. Gələcək üçün iqtisadi perspektivlər çox müsbətdir.

Hazırda  tikinti işləri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter alıb. Belə ki, mühüm nəqliyyat və kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiyaİran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.

Dünya İqtisadi Forumu 2013-2014-cü illər üçün Qlobal Rəqabətlilik Hesabatına (The Global competitiveness Report) əsasən isə 148 ölkə arasında Azərbaycan 39-cu pillədə qərarlaşmış və  mövqeyini 7 bənd yaxşılaşdırmışdır. Bununla əlaqədar diqqəti bir məqama da yönəltmək istərdik. Bu da ölkəmizin ixrac potensialının getdikcə artması ilə bağlıdır. Xatırladaq ki, son 10 il ərzində Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı xeyli artmışdır. Hazırda  bu siyahı daha da genişlənməkdədir. Belə ki, ölkədə yeni texnoloji infrastrukturun qurulması, standartlara uyğun məhsulların istehsalı nəticəsində  xarici bazarlara göndərilən ölkə məhsullarının ixracının  həcmi artırılmışdır. Son 10 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 8,8 dəfə, o cümlədən ixrac 11 dəfə, qeyri-neft məhsulları  ixracı isə 6,5 dəfə artmışdır. İxracın coğrafiyasına baxdıqda görürük ki, 10 il bundan əvvəl Azərbaycan 80 ölkə ilə ticarət əməliyyatları aparırdısa, hazırda bu rəqəm 155-ə çatmışdır. Artıq bu gün Azərbaycan məhsulları ənənəvi olan bazarlarla yanaşı ABŞ, Avstraliya, Yeni Zelandiyabir çox Şərqi Asiya ölkələrinə göndərilir.

Azərbaycanda  neft strategiyasının uğurla davam etdirilməsi, ölkənin  xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılmasına yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti cəlb edir. Bunun nəticəsidir ki, ötən 10 ildə müstəqil Azərbaycan dövləti iqtisadi cəhətdən möhkəmlənərək qüdrətlənmiş və  sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq şəkildə büruzə vermişdir.

BMT-nin İnkişaf Proqramının “İnsan inkişafı indeksi”nə əsasən, Azərbaycan yüksək insan inkişafı ölkələri qrupuna daxil edilmişdir. Azərbaycandakı sosial-iqtisadi inkişafın nəticələrini təhlil edərkən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Azərbaycan bu istiqamətdə siyasətinə görə bir çox dövlətlərdən fərqlənir. Ölkənin bu sahədəki siyasəti müxtəlif sahələrə aid islahat paketlərinin sinxronlaşdırılması ilə seçilir. Azərbaycan dövləti  istənilən iqtisadi qanunvericiliyin həyata keçirilməsi zamanı yerli mentaliteti, milli dəyərləri və xarici dövlətlərin təcrübəsini nəzərə alır ki, bu da ölkəmizin siyasi modelinin mühüm xüsusiyyətlərindən biridir.

ABŞ-ın “HeritageFondu və “Wall Street journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi - 2014” adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olmuşdur. Ötən illə müqayisədə Azərbaycan 6 pillə irəliləmiş və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırmışdır. Buna səbəb kimi maliyyə idarəçiliyi və mülkiyyət hüququ məsələlərində ciddi irəliləyişlərin əldə olunduğu göstərilir.

Hesabatda dövlət borcunun aşağı səviyyədə olduğu xüsusi vurğulanmışdır. Bu rəsmi sənəddə həmçinin dövlət xərcləri, vergi, biznes, əmək, monetar, ticarət, investisiya, maliyyə azadlıqlarının vəziyyəti ilə bağlı olduqca pozitiv nəticələr nümayiş etdirildiyi qeyd olunur.

Azərbaycan 42 Asiya-Sakit Okean ölkəsi arasında 13-cü yeri tutmuşduronun orta xalı orta regionalqlobal göstəricilərdən daha yüksək olmuşdur. Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə Hindistan, İtaliya, Xorvatiya, Serbiya, Yunanıstan, Rusiya, Ukrayna kimi dövlətləri qabaqlamışdır.

Hesabatda qeyd edilir ki, son illər Azərbaycanda iqtisadi azadlıqlar kifayət qədər genişlənmişdir. Ardıcıl şəkildə həyata keçirilən silsilə xarakterli böyük islahatlar nəticəsində Azərbaycan orta azad ölkələr sırasına daxil olmuşdur. Əgər reytinqdə 10 xallıq irəliləmə 9 ölkədən 10-u üçün yaxşı nəticə hesab oluna bilərsə, Azərbaycan ümumi iqtisadi azadlıq səviyyəsinin yaxşılaşmasında 31,3 xal toplayaraq hər bir ölkə üçün ən yaxşı göstərici sayıla biləcək nəticə nümayiş etdirmişdir.

Bu və digər hesabatlar bir daha təsdiqləyir ki, bütün bu uğurlar liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olmuşdur və Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanın çox möhtəşəm inkişafı hələ qabaqdadır. Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək, beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcək və bütün beynəlxalq təşəbbüslər xalqının maraqlarını müdafiə edəcəkdir”.

Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəldilməsi olacaqdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafına yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərini müəyyənləşdirən  “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət kəsb edir.

Göründüyü kimi, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunub,  əlverişli biznesinvestisiya mühiti yaradılıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir. Ötən dövrdə ölkə həyatının bütün sahələrində misilsiz yüksəliş baş verib. Bu nailiyyətlərin əsası isə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyilə  uğurla reallaşdırılmasıdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 26 oktyabr.- S.4.