Azərbaycan xarici siyasətində bütün ölkələrlə dostluğa

və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir

 

Azərbaycan regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynayır. Bununla belə, bu gün regionumuzdakı təhlükəsizliyə  ən böyük hədə Azərbaycanın ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağyeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

NATO-nun Uelsdə keçirilmiş sammitindəki çıxışından

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Uelsin Nyuport şəhərində keçirilən NATO sammitində iştirakı dövlət başçımızın alyansa üzv dövlətlərin və tərəfdaş ölkələrin rəhbərləri, eləcə də, BMT və digər beynəlxalq təşkilatları təmsil edən nümayəndələrlə növbəti görüşlərinə zəmin yaratdı. Tədbirdə BMT-ninAvropa İttifaqının ali nümayəndələrinin də iştirakı sammitin beynəlxalq əhəmiyyətini daha da artırırdı. Dövlət başçımızın NATO-nun baş katibi Anders Foq RasmussenBöyük Britaniyanın Baş naziri Devid Kemeron, eləcə də Fransa Prezidenti Fransua Ollandla görüşləri Azərbaycan həqiqətlərinin Qərbdə növbəti dəfə səsləndirilməsinə verdi. Tədbir iştirakçıları Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, təhlükəsizliyi təmin edən silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraqSuriya böhranı ilə bağlı məsələləri müzakirəyə çıxardılar. Bizim üçün maraqlı olan məqam isə ondan ibarətdir ki, bir zamanlar heç kəsin tanımadığı və ya tanımaq istəmədiyi Azərbaycan dövləti bu gün dünyaAvropa miqyaslı bütün tədbirlərə dəvət alır və fəal iştirak edir. Prezident İlham Əliyevin NATO samitindəki növbəti çıxışı isə dostlarımızı sevindirdi, bədxahlarımızın yuxusuna haram qatdı.

 

Bu məqamda bir faktı xüsusilə yada salmaq zərurəti var. Belə ki, NATO sammitinin keçirildiyi günlərdə Serbiyanın RTS telekanalının saytında Serbiya-Azərbaycan Ticarət Palatasının sədr müavini Draqan Vuyoviçin ölkələrimiz arasında əlaqələrə dair müsahibəsi yerləşdirilib. Müsahibədə vurğulanır ki, “Azərbaycan geosiyasi baxımdan önəmli, lakin həssas bir bölgədə yerləşir. Bu ölkə hər hansı hərbi blokların bir parçası olmağı deyil, Qoşulmama Hərəkatının üzvü seçilməyi üstün tutub. Azərbaycan da Serbiya kimi müharibə ilə üzləşib, torpaqlarının 20 faizini itirib. Azərbaycan uzun illərdir Ermənistan ilə müharibə şəraitində yaşayır. Bununla belə, Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi sürətli iqtisadi inkişafın müşahidə olunduğu Azərbaycanın payına düşür. Dünya ölkələri maliyyə böhranından əziyyət çəkdiyi vaxtlarda belə Azərbaycanda tərəqqi müşahidə olunub. Son on ildə bu ölkədə bir milyondan artıq yeni yerləri açılıb, işsizliyin səviyyəsi xeyli aşağı düşüb. Bu göstəricilərə görə Azərbaycan hətta bəzi inkişaf etmiş ölkələri də üstələməkdədir. Təbii ki, bu inkişafda enerji sektorunun rolu böyükdür. Lakin Azərbaycan hökuməti üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi də prioritetdir” .

Ölkəmizin xarici siyasəti barədə yazı hazırlayarkən həmin müsahibəni yada salmağımız təsadüfi deyil. Çünki serbiyalı siyasətçinin bu fikirləri NATO rəsmilərinə Azərbaycan barədə qənaətləri ilə tamamilə üst-üstə düşür. Ancaq təkcə bu iki siyasətçi deyil, bütövlükdə Avropa və Qərb siyasətçiləri də Azərbaycanın xarici siyasətindən kifayət qədər məmnun olurbunu etiraf edirlər. Çünki məlum 11 Sentyabr hadisəsindən sonra yaradılan Beynəlxalq Antiterror Koalisiya başda olmaqla, bu xarakterli bütün tədbirlərdə Avropa və Qərb Azərbaycanı öz yanında görüb. İstənilən ədalətsizliyə qarşı öz haqq səsini qaldıran Azərbaycan Əfqanıstanda, İraqda, Kosovoda sülh yaratmaq istəyən beynəlxalq qüvvələrin bütün əməliyyatlarında əsl tərəfdaş kimi iştirak edib. Beynəlxalq aləmdən öz problemimizə münasibətdə ədalət və obyektivlik tələb edərkən göstərdiyimiz qətiyyət də məhz özümüzün ortaya qoyduğumuz ədalətli mövqedən qaynaqlanır.

Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Bundan başqa, ölkəmiz Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi təşkilatlarla da fəal əməkdaşlıq edir. İndiyədək bu təşkilatlar tərəfindən ölkəmizdə onlarca iqtisadisosialyönümlü proqram və layihə həyata keçirilib. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənmiş və möhkəmlənmişdir. 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyəti ölkəmizin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının bariz nümunəsidir.

Ekspertlərin fikrincə, ölkəmizin xarici siyasətində beynəlxalq təhlükəsizlik strukturları ilə əməkdaşlıq da aparıcı istiqamətlərdəndir. Bu baxımdan NATO ilə əlaqələr xüsusilə qeyd olunmalıdır. Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir. Bu əməkdaşlıq Azərbaycanın 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulması ilə başladı. Bununla Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında alyansın təcrübəsindən bəhrələnmək imkanları qazandı.

Respublikamız 2003-cü ilin payızından etibarən digər beynəlxalq qurumlarla olduğu kimi, NATO ilə də ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. aktual məsələlər müzakirə olunur, eləcə də praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir. Prezident İlham Əliyevin NATO missiyası altında keçirilən istənilən tədbirdə, xüsusən, qurumun sammitlərində iştirakı Azərbaycana bu təşkilat daxilində xüsusi nüfuzetimad qazandırır. Məhz həmin etimad nəticəsində NATO rəsmiləri dönə-dönə qeyd ediblər ki, Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır. Biz Əfqanıstanda aparılan əməliyyatlara verdiyi qətiyyətli dəstəyə görə Azərbaycana minnətdarıq. Biz həmçinin NATO-nun əməliyyatlarına hava məkanından istifadə və tranzit marşrutları formasında verilən siyasi dəstəyə görə təşəkkür edirik.

Beynəlxalq aləmdə kifayət qədər nüfuzetimad qazanmağımızın əsas səbəblərindən birison illər ölkəmizdə həm siyasi, həm də iqtisadi islahatların aparılması olub. Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. Azərbaycanda iqtisadi müstəqillik tam təmin edilibdir. Azərbaycan özünü təmin edən ölkədir. Beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbət göz qabağındadır. Bunun əyani sübutu BMT Təhlükəsizlik Şurasına seçilməyimiz idi. Bu, tarixi bir hadisə idi. Dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilməyimiz gənc müstəqil dövlət üçün böyük diplomatiksiyasi uğurumuzdur. Əslində, bu, ölkəmizin imicini, qısa müddət ərzində nə qədər böyük yol keçdiyini göstərir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti – 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir, bizə inanmışdır və bilirəm ki, bu inama görə peşman olmamışdır. Çünki biz bəyan etdiyimiz kimi, iki il ərzində BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüququ və ədaləti müdafiə etmişik. Bu gün də müdafiə edirik və hər zaman müdafiə edəcəyik.

Təbii ki, xarici siyasətlə bağlı əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Təəssüf ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən indiyədək Ermənistana heç bir ciddi irad tutulmamışdır. Ancaq buna baxmayaraq artıq dünya ictimaiyyətində belə bir qənaət yarada bilmişik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixihüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağdaişğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir.

Biz öz yeganə problemimizin həlli məqsədiylə dünyanın bütün qüvvələri ilə əməkdaşlıq edirik. O cümlədən, İslam ölkələri ilə. Müsəlman ölkələri ilə əlaqələrimiz çox möhkəmdir. Azərbaycan İslam aləminin bir parçasıdır. Dövlət başçımız etiraf edir ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal aparırıq. Bu təşkilatın xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir. Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk. Əlbəttə ki, beynəlxalq arenada, xüsusilə BMT-də müsəlman ölkələrinin dəstəyi çox əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək artıq bir reallığa çevrilibdir. Əlbəttə ki, bu, bizi daha da gücləndirir. Bizim müsəlman ölkələri ilə tarixi əlaqələrimiz vardır. Həmin əlaqələr bu gün yeni müstəviyə qalxıbdır.

Xarici siyasətimizin başqa bir istiqamətinə diqqət yönəldək. Prezident İlham Əliyevin diplomatik missiya rəhbərlərinin beşinci müşavirəsində dediyi kimi, Avropa ölkələri bizim ənənəvi tərəfdaşlarımızdır. Avropanın əksər ölkələri ilə bizim çox işgüzar və səmimi münasibətlərimiz vardır. Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Bizim ixrac məhsullarımız daha çox Avropa məkanına göndərilir.

Amma, söhbət ixrac məhsullarının göndərilməsi ilə bitmir. Eyni zamanda, bizə Avropa texnologiyaları da lazımdır. Respublikamız bu gün sürətlə inkişaf etdir. Müasirləşmə, sənayeləşmə prosesləri gedir. Ona görə, yeni texnologiyalar olmadan bu inkişafa nail olmaq mümkün deyildir. Odur ki, Avropa ilə əlaqələr daim genişləndirilir.

Xarici siyasətimizdə daha bir prioritet istiqamət olan Asiya ölkələri ilə əməkdaşlığımız da çox sürətlə inkişaf edir. Prezident İlham Əliyevin Asiya ölkələrinə səfərləri , Asiya dövlətlərinin rəhbərlərinin Azərbaycana səfərləri, qarşılıqlı maraqlar və qarşılıqlı hörmət onlarla siyasiiqtisadi əməkdaşlıq aparmaq üçün çox böyük potensial yaradıb. Müstəqil siyasətimiz və beynəlxalq məsələlərlə bağlı göstərdiyimiz prinsipiallıq Asiya ölkələrinin bizə olan rəğbətini artırır.

Prezident İlham Əliyev xarici siyasətimizi daha geniş məkanda reallaşdırmaq və daha səmərəli nəticələrə nail olmaq üçün dünyanın ən mühüm beynəlxalq təşkilatlarının tədbirlərinin Azərbaycanda keçirilməsinə nail olur. Son dövrlərdə elə bir il olmur ki, ölkəmizdə siyasi, iqtisadi, elmi, texniki, mədəni və idman sahələrinə aid olan bir neçə forum, simpozium, konfrans, spartakiadaya başqa beynəlxalq tədbir keçirilməsin. Bu ilin aprelində Bakıda ATƏT Parlament Assambleyasının toplantısı keçirilmişdir. Dövlət başçımız həmin kürsüdən də sözümüzü çox kəsərli şəkildə dediregion mətbuatı təxminən iki həftə həmin toplantı və Prezident İlham Əliyevin çıxışı barədə dönə-dönə yazdı.

Azərbaycan indi Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Bizim Avropa Şurasında uğurlu fəaliyyətimiz orada Azərbaycana olan münasibəti tamamilə dəyişdirmişdir. Çünki keçən ilin yanvar ayında Azərbaycana qarşı hazırlanan qərəzli məruzə iflasa uğradı. O məruzəni təqdim edən deputat, demək olar ki, tamamilə biabır olmuşdur. Avropa Şurası Parlament Assambleyası o əsassız, qərəzli, yalan üzərində yazılmış məruzəni rədd etdi. Bu, Azərbaycanın qələbəsi idi.

Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birienerji diplomatiyasıdır ki, bu da çox önəmli məsələdir. Çünki bu gün enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyindən ayırmaq mümkün deyildir. Azərbaycan enerji təhlükəsizliyini tam şəkildə təmin edibbaşqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında da fəal iştirak edir. Son vaxtlar imzalanan sazişlər bizim imkanlarımızı xeyli artıracaq və Azərbaycanı dünya üçün, Avropa üçün daha da önəmli ölkəyə çevirəcəkdir. “Şahdəniz-2", TANAP, TAP layihələri Avropanın ən böyük infrastruktur layihələridir. Azərbaycan liderliyi öz üzərinə götürüb. Bu layihələrin icrası nəticəsində biz böyük bazara çıxış əldə edəcəyik. Avropa məkanı da yeni qaz mənbəyinə çıxış əldə edəcəkdir. Yeni qaz mənbəyi – ən önəmlisi budur, yeni marşrut yox, yeni qaz mənbəyi. Avropa üçün bu gün yeni qaz mənbəyi, sadəcə olaraq, Azərbaycandır. Avropa da bunu yaxşı bilirona görə də Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər.

 

İ. QAÇAYEV

 

Xalq qəzeti.- 2014.- 7 sentyabr.- S.1.