Yeni neft erasının başlanğıcı

 

“Əsrin müqaviləsi” - 20

 

 “Əsrin müqaviləsi”ndə qarşıya qoyulmuş vəzifələrə layiqincə əməl edilməsi, yeni neft strategiyamızın uğurla həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin əsas qarantlarından biridir...

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

XX əsrin sonlarında yaranmış tarixi fürsətdən layiqincə yararlanan Azərbaycan  yenidən müstəqilliyini elan etdi. Lakin keçmiş sovet dövlətinin süqutu ilə əlaqədar olaraq müttəfiq respublikalar arasında mövcud iqtisadi əlaqələrin qırılması müstəqilliyini yenicə qazanmış bir dövlət üçün ciddi çətinliklər yaradırdı. Digər tərəfdən, həmin dövrdə ölkə rəhbərliyinə gəlmiş naşı adamların yarıtmaz idarəçiliyi nəticəsində Azərbaycanda xaosanarxiya hökm sürür, iqtisadi tənəzzül gündən-günə dərinləşirdi. Belə bir çətin, ağır tarixi sınaq anında xalqımız müdrik qərar qəbul edərək tanınmış siyasətçi, bacarıqlı rəhbər Heydər Əliyevə üz tutdu.

 

1993-cü ilin təlatümlü iyun günlərində – Azərbaycanın dövlət müstəqilliyi üçün ciddi təhlükə yarandığı bir dövrdə xalqının çağırışına səs verərək xilaskarlıq missiyasını üzərinə götürən ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdı.  Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasiiqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Ölkənin iqtisadi dirçəlişinə nail olmaq məqsədilə ulu öndər xalqımızın əvəzsiz sərvəti olan neft amilindən məharətlə istifadə etdi. Azərbaycanın o zamankı məhdud maliyyə imkanları ilə neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının çətinliyini nəzərə alan Heydər Əliyev məsələnin həll yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında gördübütün geostrateji çətinliklərə baxmayaraq, qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu.

Xatırladaq ki, müstəqilliyin ilk dövrlərində buna cəhd olunsa da, Azərbaycanın o zamankı rəhbərliyinin reallıqdan uzaq şərtləri, üstəlik də, ölkədə siyasi sabitliyin olmaması xarici şirkətləri bu addımdan çəkindirirdi. Lakin ümummilli liderimizin Azərbaycana rəhbərliyə başlaması ilə ölkədə siyasi sabitliyin əldə olunması istiqamətində ciddi işlər görüldü. Bu da Azərbaycanın zəngin neft ehtiyatlarına maraq göstərən xarici şirkətlərlə danışıqların yenidən bərpasına imkan yaratdı. Həmin vaxt danışıqlar prosesinə cəlb edilmiş ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. “Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Həmin dövrü xatırladan Azərbaycanın indiki dövlət başçısı İlham Əliyev demişdir: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”. Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.

Nəhayət, 1994-cü il sentyabr ayının 20-də Bakıda AMOKO, bp, Statoyl, İNPEX,  YUNOKAL, TPAO, EksonMobil, Devon Enerji, Delta Hessvİtoçi kimi iri neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı,  işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. Dünyanın 7 ölkəsini təmsil edən 11 neft şirkəti ilə imzalanmış və sonradan “Əsrin müqaviləsi” adını almış bu nəhəng neft sazişi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilərək 1994-cü il dekabr ayının 12-də qüvvəyə mindi.

“Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi qoyuldu. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşdirilməsi üçünimkan yaratdı, Xəzərdə maraqları təmin olunmuş bir çox aparıcı Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələnin əsasını qoydu. “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı.

Bu nəhəng tarixi sazişin  ilkin neft layihəsi çərçivəsində “Çıraq-1” özülü dünya standartlarına uyğun olaraq yenidən quruldu, böyük maillikli quyuların qazılması məqsədilə özülün üst modulu modernləşdirilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış ilk  istismar quyuları böyük neft hasilatı ilə istismara verildi.

1997-ci il noyabr ayının 7-də “Çıraq” yatağından neft hasilatına başlandı. Bu hadisə Azərbaycanın neft sənayesinin tarixinə möcüzənin reallığa çevrildiyi gün kimi düşdü. Noyabr ayının 12-də bu münasibətlə “Çıraq-1” platformasında təntənəli mərasim keçirildi. Azərbaycanın yeni neft strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev platformaya gələrək neftlə doldurulmuş qurğudakı rəmzi sürgünü açdı. Həmin təntənəli mərasimdə Heydər Əliyev demişdir: “Çıraq” neft yatağında üç il müddətində yaradılmış platforma, həqiqətən, möcüzədir. İnsanı həqiqətən təəccübləndirir. Çünki o, Xəzər dənizində olan başqa platformalardan, estakadalardan öz müasir texnikası, texnologiyası, müasir imkanları ilə fərqlənir. O platformanı görən adam heyran olur. Çünki bu, böyük bir kombinatdır, zavoddur, demək olar ki, böyük bir şəhərdir. Orada insanlar yaşayır da, işləyir də. Orada insanlar neft istehsal etməyə, neft çıxarmağa başlayıblar”.

Xatırladaq ki, suyun 120 metr dərinliyində quraşdırılmış “Çıraq-1" platforması Azərbaycan neftçilərinin gücü ilə ötən əsrin 80-ci illərinin sonlarında inşa olunmuşdur. Lakin SSRİ-nin dağılması ilə əlaqədar olaraq burada işlər yarımçıq saxlanılmış, hasilata başlamaq mümkün olmamışdır. Yalnız “Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində platforma dünya standartlarına uyğun şəkildə modernləşdirildikdən sonra burada neftin və səmt qazının hasilatına başlanılmışdır. Platformadan qazılmış üç min metr dərinliyində ilk quyu istismara daxil edildikdən sonra burada daha 24 quyu qazılaraq istifadəyə verilmişbununla da illik neft hasilatı 6 milyon tona çatdırılmışdır. Bu isə Azərbaycanda illik  neft istehsalını 15 milyon tona çatdırmağa imkan yaratmışdır.

Yeri gəlmişkən, “Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində Azərbaycanın yeni neft sənayesi infrastrukturunun yaradılması istiqamətində digər mühüm işlər də həyata keçirilmişdir. Belə ki, “Çıraq” yatağından çıxarılan nefti sahilə nəql etmək məqsədilə 176 kilometrlik sualtı boru kəməri  çəkilib istismara verilmişdir. Bundan əlavə, neftlə bərabər çıxarılan səmt qazının nəqli məqsədilə Neft Daşlarınadək 48 kilometr uzunluğunda sualtı boru kəməri çəkilmişdir.

Xam nefti qəbul edib onu texnoloji prosesdən keçirərək ixraca yönəltmək məqsədilə dünyanın ən nəhəng terminallarından sayılan Səngəçal terminalı da ilkin neft layihəsi çərçivəsində inşa olunmuş ən mühüm infrastruktur obyektidir. Azərbaycanın neftqaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biri olan bu  terminal Xəzər hövzəsində bp tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, onu texnoloji emaldan keçirərək ixraca yönəltmək üçün nəzərdə tutulmuşdur.Xatırladaq ki, Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalı təxminən 550 hektar ərazini əhatə edir.Terminalın ilkin neft layihəsinə aid hissəsi Xəzər dənizinin “Çıraq” yatağından hasil edilən nefti texnoloji emaldan keçirmək, anbarlarda toplamaqixrac etmək üçün inşa edilmişdir. Terminalın bu hissəsində  hər birinin tutumu 25 min 500 barrel olan 4 ədəd xam neft saxlama çəni mövcuddur. Bu isə ildə 6 milyon tondan artıq xam nefti texnoloji emaldan keçirməyə, anbarlarda saxlamağaixrac etməyə imkan verir.

Səngəçal terminalı sonradan  “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsi layihəsi çərçivəsində bir qədər də genişləndirilmişdir. Səngəçal terminalının genişləndirilməsi proqramı çərçivəsində yaradılmış infrastruktur isə  “Azəri-Çıraq-Günəşli” layihəsinin “Azəri” yatağından  və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindən hasil olunan nefti və “Şahdəniz” yatağından çıxarılan qazı qəbul etmək, anbarlarda saxlamaqtexnoloji emaldan keçirmək üçün nəzərdə tutulmuşdur. Terminalda hər birinin tutumu 880 min barrel olan üç ədəd xam neft çəni də daxil olmaqla bir sıra qurğular vardır. Səngəçal terminalında, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri üçün çox mühüm iki qurğu – əsas nasos stansiyası və dipetçer otağı fəaliyyət göstərir. Dispetçer otağı  bütün boru kəmərinə nəzarət edir, problemləri aşkara çıxara bilir və hər üç ölkədə boru kəmərinin lazımi hissələrini təcrid edə bilir  ya fövqəladə halda qurğunun işini dayandırır. Dənizdəki qurğulardan terminala səkkiz müxtəlif boru kəməri daxil olurburadan da eyni sayda kəmər çıxır. Onlar müxtəlif marşrutlara istiqamətlənməklə yüksək keyfiyyətli Azərbaycan neftini və qazını dünya bazarlarına nəql edir. Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistandan daxil olan üçüncü tərəfə aid nefti də qəbul edir.

bp şirkətinin operatoru olduğu Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 27,4 milyon kubmetrdir. Terminalın ümumi qaz emalı və ixracı gücü isə (“Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon kubmetr təşkil edir.

Hazırda Azərbaycan neftini dünya bazarlarına daşıyan şaxələndirilmiş ixrac marşrutları sisteminin də yaradıcısı ulu öndər Heydər Əliyev olmuşdur. Belə ki, ilkin neft layihəsi çərçivəsində hasil edilən xam neftin ixracı üçün öncə Şimal marşrutu məqbul hesab olundubu məqsədlə Bakı-Novorossiysk boru kəməri seçildi. 1996-cı il  yanvarın 18-də Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Federasiyasının Baş naziri Viktor Çernomırdin Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından çıxarılacaq ilkin neftin  Rusiya ərazisi vasitəsilə nəql edilməsi haqqında hökumətlərarası sazişə imza atdılar. Bunun da nəticəsində Bakı-Novorossiysk ixrac boru kəməri qısa müddətdə bərpa edilərək istifadəyə verildi. İlk dəfə 1997-ci il oktyabr ayının 25-də də Azərbaycan neftinin Novorossiysk limanına  nəqlinə başlanıldı. 1998-ci il  yanvarın 12-də ilkin ABƏŞ nefti Şimal marşrutu boru kəməri sisteminə vuruldu. Həmin il martın 24-də isə səhmdarlar Azərbaycan nefti yüklənmiş ilk tankeri Rusiyanın Novorossiysk limanından yola saldılar. Xatırladaq ki, Azərbaycan ərazisində 231 kilometr uzunluğunda 720 millimetrlik boru kəmərindən, eləcə də nasos, neftvurma və nəzarət-ölçü stansiyalarından ibarət olan Şimal ixrac marşrutu uzun illər xam neftin Rusiyanın Novorossiysk limanından dünya bazarına çıxarılmasında mühüm rol oynamışdır.

Ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu yeni neft strategiyasının inkişafında və “Şərq-Qərb” enerji dəhlizinin gerçəkləşməsində Bakı-Supsa neft kəmərinin müstəsna rolu olmuşdur. Qərb istiqamətində çəkilən 837 kilometr uzunluğunda olan 537 millimetrlik  Bakı-Supsa boru kəmərinin inşasına 1998-ci ildə start verilmişdir. 1999-cu ilin yazında Qərb ixrac marşrutunun işə salınması ilə Azərbaycanın ixrac potensialı xeyli artmışdır. Xatırladaq ki, həmin il aprelin 8-də səhmdarlar Azərbaycan nefti yüklənmiş ilk tankeri Gürcüstanın Supsa limanından yola saldılar. Aprel ayının 17-də isə Azərbaycan, GürcüstanUkrayna prezidentlərinin iştirakı ilə Qərb ixrac boru kəməri marşrutununQara dənizin Gürcüstan sahilindəki Supsa terminalının təntənəli açılış mərasimi keçirildi.

Bütün bunlarla yanaşı, ilkin neft layihəsinin reallaşdırıldığı illərdə Azərbaycan neftinin dünya bazarına çıxarılmasını nəzərdə tutan əsas ixrac boru kəməri marşrutunun seçilməsi istiqamətində də gərgin işlər aparılmış və ulu öndər Heydər Əliyevi ideyası ilə Bakı-Tbilisi-Ceyhan layihəsi həyata vəsiqə qazanmışdır. 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalanmışdır.

Qeyd etdiyimiz kimi, ilkin neft layihəsi çərçivəsində Azərbaycanın neft sənayesi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən bir sıra qurğular modernləşdirilmiş və ya yeniləri tikilmişdir. Bu baxımdan “Dədə Qorqud” yarımdalma üzən qazma qurğusunda bərpa işlərinin uğurla başa çatdırılmasını xüsusi qeyd etmək olar. Yeri gəlmişkən, yeni neft strategiyasının həyata keçirilməsinin mühüm bir hissəsi də Xəzər dənizinin Azərbaycan sektorunun dərinliklərində yerləşən zəngin neftqaz yataqlarının kəşfiyyatının və qazma işlərinin sürətləndirilməsi idi. Məhz buna görə də “Dədə Qorqudqazma qurğusunun bərpasından sonra 1998-ci ildə tam modernləşdirilmiş “İstiqlal”, iki il sonra isə “Qurtuluş  qazma qurğuları istismara verildi. 2002-ci ildə Xəzərin istənilən dərinliyini fəth etməyə qadir olan Heydər Əliyev qazma qurğusunun istifadəyə verilməsi Azərbaycanın neft sənayesinin ən böyük uğurlarından hesab etmək olar. Modernləşdirilmiş qazma qurğularının köməyilə “Azəri-Çıraq-Günəşli” yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazılmış və bunun da nəticəsində sonradan neft ehtiyatlarının əvvəlcədən proqnozlaşdırıldığından 30 faizdən çox olması tam sübuta yetirilmişdir.

“Əsrin müqaviləsi”nin ilkin neft layihəsinin uğurla həyata keçirilməsi sahəsində əldə olunmuş zəngin təcrübə sonralar Azərbaycanda daha iri neft layihələrinin icrası üçün geniş yol açdı. Həmin layihələr çərçivəsində reallaşdırılan nəhəng tikinti-quraşdırma işləri nəticəsində Azərbaycanın neft sənayesinin infrastruktur imkanları bir qədər də genişləndi, ölkəmizin iqtisadi qüdrəti və beynəlxalq nüfuzu xeyli artdı...

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 10 sentyabr.- S.4.