Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri

bütün sahələrdə daha sürətli inkişafa yol açmışdır

 

 Biz burada, düşmənlə üz-üzə Horadizdə bir gülüstan, bir azad şəhər görürük. Getsinlər, öz şəhərlərinə baxsınlar. Bu gün Horadiz abadlığına görə onların paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvandan bir neçə dəfə üstündür. Bu, reallıqdır. Bunu hər kəs görür və görməlidir.  Azərbaycan ictimaiyyəti də bunu bilməlidir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Prezident İlham Əliyevin avqust ayının 28-də Füzuli rayonuna növbəti səfəri bölgənin həyatında daha bir unudulmaz hadisəyə çevrilmişdir. Keçirilən görüşlərdə və yeni obyektlərin açılış mərasimlərində rayonda aparılan hərtərəfli quruculuq işləri təqdir olunmuş, yeni hədəflər müəyyənləşdirilmişdir. Dövlət başçısının görülən işlərə verdiyi yüksək qiymət, irimiqyaslı işlərə göstərdiyi dəstək insanlarda coşqun ruh yüksəkliyi yaratmışdır.

 

Xatırladaq ki, ölkə rəhbəri səfər zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət etdikdən sonra yeni tikiş fabrikinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının, Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərarası avtomobil yolunun, tarix-diyarşunaslıq muzeyinin açılışında iştirak etmişdir. Horadiz şəhərində Bayraq Meydanı, Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə, Mil-Muğam hidroqovşağının fəaliyyəti ilə tanış olan dövlət başçısı sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş və çıxış etmişdir. Görüş və söhbətlərdə dəfələrlə səsləndiyi kimi, həqiqətən, son illər cəbhə bölgəsində yerləşən Füzuli rayonunun iqtisadi, sosial və mədəni həyatının bütün sahələrində əsaslı yüksəlik baş vermişdir. Horadiz respublikanın ən abadmüasir şəhərlərindən birinə çevrilmiş, onlarla yeni emal müəssisəsi, yüzlərlə yeni yeri açılmışdır.

Ölkə rəhbəri rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir: “Sizi ürəkdən salamlayıram, yenidən Füzuli rayonunda olmağımdan çox şadam. Bu mənim Füzuli rayonuna beşinci səfərimdir. Hər dəfə burada olarkən yeniliklər görürəm, ürəyim sevinir və əldə edilmiş bütün uğurlar münasibətilə sizi ürəkdən təbrik edirəm”. Əlbəttə, ölkə Prezidentinin hər  səfəri, keçirdiyi hər  görüş və söhbət insanların qəlbində silinməz-pozulmaz xatirələrə çevrilir. Digər mühüm cəhət isə ondan ibarətdir ki, respublika rəhbərinin bölgəyə səfəri inkişafa və yüksəlişə yeni təkan verir, bütün qüvvə və səyləri hərəkətə gətirir, sadə adamlarda sabaha olan ümidi daha da artırır.

Sözün düzü, rayona növbəti səfərimizin əsas məqsədi də insanların xoş təəssüratını bölüşmək, səmimi duyğularına şərik çıxmaq idi. Ona görə də ayrı-ayrı kollektivlərdə olduq, müxtəlif peşəli insanlarla görüşdük, ziyalılarla, ağsaqqallarla, gənclərlə söhbət etdik. Onların həyat tərzi, güzəranı, arzu və düşüncələri ilə tanış olduq. Gördüklərimizə, müşahidə etdiklərimizə, şahidi olduqlarımıza əsaslanıb deyə bilərik: bu günFüzuli rayonu ölkə Prezidenti İlham Əliyevin bu bölgəyə tarixi səfərinin unudulmaz təsiri altındadır. Adamların əhval-ruhiyyəsi, işə münasibəti, təşəbbüskarlıq hissi ötən günlərdə ikiqat artıb. Rayonda sağlam mənəvi- psixoloji mühit mövcuddur, sabaha möhkəm inam  adamlara əlavə güc verir. Rayon sakinləri gündəlik diqqətə görə ölkə rəhbərinə hədsiz minnətdarlıqlarını bildirir, bu qayğıya əməli işlə cavab vermək üçün bütün imkan və səylərini əsirgəməyəcəklərini söyləyirlər.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev təbiətən narahat, yaradıcı və təşəbbüskar adamdır. Üstəlik, yüksək zövqü var. Yeri gəlmişkən, deyək ki, indi bu cəhət rəhbər işçi üçün, bəlkə də, həmişəkindən daha çox vacibdir. Ona görə ki, abadlıq, quruculuq, səliqə-sahman işləri, əslində, yüksək zövqestetik mədəniyyətlə bağlıdır. Məsələyə bu baxımdan yanaşsaq, indi Füzulinin tikilən, bərpa olunan binalarında, yeni salınan park və xiyabanlarında, küçə və meydanlarında rayon rəhbərinin dəsti-xətti aydın görünür.

Alı Aliyevlə bu dəfəki görüşümüzdə isə daha çox yaxın vaxtlarda tikiləcək, qurulacaq yeni obyektlərin, park və xiyabanların, ev və binaların görkəmi, arxitekturası, bir sözlə, gələcək planlar, arzu və düşüncələr barədə söhbət açdıq. Müsahibimin çöhrəsinə xoş bir təbəssüm yayılmışdı. Bu, ölkə rəhbərinin rayona uğurlu səfərindən, son üç ildə görülmüş və hazırda sürətlə davam etdirilən işlərdən doğan fərəh və qürur hissi idi. Başçı bu duyğuları əməli işlərin timsalında belə ifadə etdi:

Ölkə Prezidenti İlham Əliyinin Füzuliyə səfəri, keçirilmiş görüş və söhbətlər rayonumuzun tarixində, ictimai-siyasi və mənəvi həyatında misilsiz bir hadisədir. Biz bu gün də həmin səfərin xoş təsiri altındayıq, keçirilən görüşlər ürəyimizə, yaddaşımıza əbədi həkk olunmuşdur.

Füzuli Rayon İcra Hakimiyyəti, onun yerli strukturları, bütün idarə, müəssisə və təşkilatlar, ağsaqqallar, ziyalılar, gənclər üçün olduqca xoşdur ki, ölkə Prezidenti son vaxtlar ümumi səylərlə görülmüş işlərə yüksək qiymət verdi. Bu səfər həm də onunla əlamətdar oldu ki, görüləcək işlər, qarşıda duran konkret vəzifələr də müəyyənləşdirildi, yeni vəzifələr dəqiqləşdirildi. Cənab Prezident cəmi bir gün rayonumuzda olsa da, nə qədər görüşlər keçirdi, neçə müəssisədə oldu, xeyli söhbətlər apardı. Ən əsası isə bu görüş və söhbətlərdə nə qədər yeni məsələlər üzə çıxdı, problemlər qaldırıldı.

Yeri gəlmişkən, həmin məsələlərdən, səslənən təklif və mülahizələrdən, Prezidentin tövsiyələrindən bəzilərini yada salmaq istəyirəm: müasir üslubda elektron kitabxanayeni avtovağzal binasınin tikilməsi, tikinti-abadlıq və quruculuq tədbirlərinin bundan sonra da davam etdirilməsi, yerlərinin açılması, insanların həyat şəraitinin  yaxşılaşdırılması və s. Bax, indi biz ölkə Prezidentinin qarşıya qoyduğu həmin vəzifələrin icrası ilə məşğuluq.

İcra başçısı daha sonra vurğuladı ki, ölkəmizin əldə etdiyi hər bir uğur, ümumi irəliləyiş, şübhəsiz, Prezident İlham Əliyevin adı, onun yorulmaz və qətiyyətli fəaliyyəti ilə bilavasitə bağlıdır. Respublikamız günbəgün çiçəklənir, həyatın istənilən sahəsi artan sürətlə inkişaf edir. Bu, şəksiz bir reallıqdır və bu tərəqqinin başlıca amili xalqımızın böyük oğlu Heydər Əliyevin vəsiyyətlərinə, onun siyasi xəttinə sadiqlik, xalqın taleyinə cavabdehlikdir. Bu inkişaf və yüksəliş ölkənin hər bir yerində olduğu kimi, Füzuli rayonunda da aydın  görünür.

Ən mühüm ərzaq məhsulu olan taxılçılığın inkişafını götürək. Havaların əlverişsiz keçməsinə baxmayaraq, builki nəticələr daha yüksək olmuşdur. 35 min hektar sahənin məhsulu nəzərdə tutulmuş müddətdə biçilmiş, 90 min tona yaxın taxıl əldə edilmişdir. Hər hektarın məhsuldarlığı isə 26 sentnerə çatmışdır. Onu da əlavə edim ki, Prezident İlham Əliyevin taxılçılığın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən sonra rayonda 300 hektar sahədə məhsuldar toxumluq təsərrüfatı yaradılmışdır və həmin sahələrdən 60 sentnerə yaxın taxıl götürülmüşdür. Biz yaxın gələcəkdə taxılçılığı özümüz yetişdirdiyimiz elit növ toxum hesabına inkişaf etdirəcəyik və illik istehsalı 200 min ton səviyyəsinə yüksəldəcəyik.

Başçı bildirdi ki, heyvandarlıq məhsulları istehsalı da dinamik inkişaf etdirilir. Hazırda rayonda 31622 baş qaramal, 115490 baş qoyun-quzu, 407190 min baş ev quşları var. Cari ilin ötən ayları ərzində 2194 ton ət, 8849 ton süd, 4150 milyon ədəd yumurta, 148 ton yun istehsal edilmişir. Bunlar isə öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.

Sahibkarlığın inkişafına daha ciddi fikir verilir. Son 3 ildə adamlarına yaradılmış şərait nəticəsində Əhmədbəyli kəndi ərazisində 5 min ton kənd təsərrüfatı məhsulları saxlayan soyuducu anbar kompleksi, ildə 2,5-3 min ton quş əti istehsal edən “Qarabağ-broyler” MMC fəaliyyətə başlamışdır. Müasir üslubda Qarabağ ailəvi istirahət mərkəzi, bir neçə şadlıq evi tikilərək istifadəyə verilmişir. Haramı düzündə 5000 baş ətlik və südlük heyvandarlıq kompleksisutkada 10 ton süd qəbul edəcək zavoun tikintisində işlər sürətlə davam etdirilir. Üçüncü Zobucuq qəsəbəsində gündə 40 ton çörək-un məmulatı istehsal edən zavoun istifadəyə verilməsinə az qalmışdır.

Ölkə başçısının tapşırıqlarına və dövlət proqramına uyğun olaraq rayona təbii qaz çəkilişi sürətlə davam etdirilir. İndiyədək 29 yaşayış məntəqəsinə təbii qaz verilmişdir. Bu mövsümdə rayonun 39 yaşayış məntəqəsinin hamısında əhali təbii qazdan istifadə edəcəkdir.

13 yaşayış məntəqəsinin - Qarabağ - Əhmədbəyli - Böyük Bəhmənli - Kərimbəyli - Arayatılı - Qazaxlar - Mirzənağılı kənlərinin yararsız vəziyyətdə olan 36,6 kilometrlik yolları bərpa edilmişdir. Yaxın vaxtlarda Qayıdış qəsəbələrinin yolları da təmir olunacaqdır. Beləliklə, rayonda yolla bağlı problem olmayacaqdır.

Hazırda Qazaxlar kəndinə tam orta məktəb, Əhmədbəyli kəndində musiqi təmayüllü gimnaziya binaları tikilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Horadiz şəhərində 100 yerlik, Bala Bəhmənli kəndində 60 yerlik uşaq bağçaları tikilmişdir. Böyük Bəhmənli kənd xəstəxanası üşün 15 çarpayılıq yardımçı bina isə tikilməkdədir.

Başçı sonda bildirdi ki, digər sahələrdəki uğurlar da sübut edir ki, ölkə Prezidentinin gündəlik diqqət və qayğısı nəticəsində, həqiqətən, Füzuli rayonu son illər böyük inkişaf yolu keçmiş, ardıcıl və dinamik yüksəliş təmin edilmişdir. İndi məqsəd bu yüksəlişi qoruyub saxlamaq, insanların rifahının daha da yaxşılaşdırılmasına yönəltməkdir. Dövlət başçısının da icra orqanlarından başlıca tələbi bax budur.

Biz rayonda olarkən ayrı-ayrı sahələrdə çalışan məsul adamlarla da görüşdük, ölkə Prezidentinin səfəri ilə bağlı onların arzu və düşüncələri ilə tanış olduq.

Məcnun Namazəliyev:

Ömrüm boyu çox rəhbərlə, saysız- hesabsız insanla görüşmüşəm. Ancaq Prezident İlham Əliyevlə keçirdiyim xoşunudulmaz görüş, sözsüz ki, bütün ömrüm boyu qəlbimdə yaşayacaqdır. İlham Əliyev bizim üçün ikiqat əziz və müqəddəs bir şəxsiyyətdir. Əvvəla, o, ulu öndər Heydər Əliyevin övladıdır, yetirməsidir, siyasi varisidir. İkincisi isə ölkəmizin Prezidentidir. Əldə edilən bütün bu möhtəşəm uğurlar, analoqu olmayan inkişaf və yüksəliş məhz onun ağıllı və uzaqgörən siyasətinin nəticəsidir.

Hər gün adamlar arasında oluram, həmyerlilərimlə söhbət edirəm. Əlbəttə, əsas diqqət Prezident İlham Əliyevin səfərinə, yaddaşlarda iz qoymuş görüş və söhbətlərə yönəlir. Gənclərimizə tövsiyə edirəm ki, xalqımızı, Vətənimizi prezidentimiz kimi sevsinlər, onun kimi savadlı və uzaqgörən, səmimi və mehriban olsunlar.

Almaz Haşımova:

– Dövlət başçısı İlham Əliyevi qarşılayanlar arasında mən də vardım. Səmimiyyətlə etiraf edim ki, möhtərəm Prezidentimizlə keçirdiyimiz unudulmaz görüşlər, onun maraqlı, səmimi söhbətləri əbədi olaraq ürəyimə həkk olunmuşdur. Bu mehribanlıq, diqqət və qayğı hər bir Füzuli sakininin qəlbində sonsuz minnətdarlıq duyğuları yaradır, bütün güc, imkan və səyləri daha yaxşı işləməyə səfərbər edir. Ölkə başçısının tarixi səfərindən sonra sürətlənən işlər, təklif və tövsiyyələrin dərhal yerinə yetirilməsi ilə bağlı tədbirlər buna misaldır.

Bu gün Horadiz şəhəri nəinki regionun, hətta ölkəmizin ən abad, yaraşıqlı və müasir şəhərlərindən birinə çevrilmişdir. Şəhər başdan-başa gül-çiçəyə, yaşıllığa bürünüb. Gördüyünüz müxtəlif təyinatlı binalarının, park və xiyabanların, emal müəssisələrinin, demək olar ki, hamısı son illərin yadigarlarıdır. Bütün bu inkişaf və yüksəlişə, yaradılan gözəl şəraitə görə ölkə rəhbəri İlham Əliyevə hədsiz minnətdarlığımızı bildiririk. Füzulililər həmişə olduğu kimi, bu gün də möhtərəm Prezidentimizin ətrafında sıx birləşmişlər, onun apardığı müdrik, qətiyyətli daxilixarici siyasəti ürəkdən bəyənir və müdafiə edirlər.

Füzulidə mövcud mənəvi-psixoloji mühit, adamların əhval-ruhiyyəsi, arzu və düşüncələri, bir daha əmin olduq ki, bax belədir. Cəbhə xəttində, düşmənlə üz-üzə yaşayan insanlar həyata, gələcəyə böyük nikbinliklə baxır, torpaqlarımızın azad olunacağı günə möhkəm inanırlar. Bu ümidi onlara bəxş edən isə Prezident İlham Əliyevin apardığı müdrik daxilixarici siyasət xətti, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzudur.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 18 sentyabr.- S.5.