Üzeyir bəy Hacıbəylinin adını daşıyan

Beynəlxalq Musiqi Festivalı ənənəyə çevrilmişdir

 

Artıq beşinci ildir ki, Bakı şəhərində Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin adını daşıyan  Beynəlxalq Musiqi Festivalı təşkil olunur.

 

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən bildirilir ki, bu sıradan sentyabrın 18-28-də keçiriləcək festivalda dahi bəstəkara həsr olunmuş bəzi tədbirlərin keçirilməsi planlaşdırılır. Belə ki, sentyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir bəy Hacıbəyli adına  konsert salonundaTürk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusunda elmi-praktik konfrans təşkil ediləcəkdir. Konfransda əcnəbi mütəxəssislərin də iştirakı nəzərdə tutulmuşdur.

Sentyabrın 24-də isə yenə də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir bəy Hacıbəyli adına  konsert salonundaTrio-klassik” ansamblının konserti olacaqdır. Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən möhtəşəm “Muğam aləmi” layihəsi çərçivəsində Azərbaycan muğamına həsr olunmuşMuğam Ensiklopediyası”nın rus dilindəki nəşri az müddət əvvəl işıq üzü görüb. Belə bir ensiklopediyanın ilk nəşri ölkəmizin musiqielmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanaraq, Azərbaycan muğamının qorunub saxlanması, inkişafı və daha geniş şöhrət tapması üçün əlverişli zəmin yaratmışdır. Nəfis şəkildə hazırlanmış nəşrin təqdimat mərasimi sentyabrın 25-də saat 14.00-da Muzey Mərkəzində keçiriləcəkdir.

 

A.ÜLVİ

 

Xalq qəzeti.- 2014.- 19 sentyabr.- S.11.