Balakən Payızı

festivalı uğurla başa çatdı

 

 Mədəniyyət Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı PaytaxtlarıProqramına əsasən, 2014-cü ildəAzərbaycanın Folklor Paytaxtıelan edilən BalakəndəBalakən payızıfolklor turizm festivalı keçirildi.

 

 Mədəniyyət Turizm Nazirliyinin Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən iki gün davam edən festivalda Rusiya Federasiyasının Dağıstan Respublikasının, Gürcüstanın, həmçinin Ağdam, İsmayıllı, Masallı, Şəki, Qax, Zaqatala Balakən rayonlarının folklor kollektivləri iştirak edirdilər.

Rayon rəhbərliyi festivala dəvət olunan qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.

Sonra festival Balakən şəhərinin mərkəzində, Heydər Əliyev prospektində, rayon mədəniyyət mərkəzinin qarşısındakı meydanda tədbirə dəvət olunan kollektivlərin təqdimatı ilə başlandı.

Respublikamızın tanınmış elm incəsənət adamlarının, ziyalıların, şəhər sakinlərinin iştirak etdikləri mərasimdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Mədəniyyət Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək çoxmillətli Balakən rayonunun, eyni zamanda, zəngin folklor ənənələrinə malik olduğunu bildirdilər.

Vurğulandı ki, BalakəninFolklor paytaxtıelan edilməsi rayonun milli-mənəvi dəyərlərinə, onun folkloruna verilən yüksək qiymət etimaddır Xalq Yaradıcılığı PaytaxtlarıProqramı çərçivəsində həyata keçirilən bu festival xalqımıza xas olan mədəni irsi qoruyub saxlamaq təbliğ etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirin ikinci günü folklor turizm festivalının iştirakçıları Qabaqçöl qəsəbəsinə yollandılar. Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev festival iştirakçılarını səmimi salamladıqdan sonra meydan Gürcüstanı, Dağıstanı, Balakəni, Zaqtalanı, Qaxı, Şəkini, İsmayıllını, Ağdamı Masallını təmsil edən folklor kollektivlərinin, rəqs qruplarının ixtiyarına verildi. İki saatadək davam edən festival hamının qəlbində xoş ovqat, böyük çoşqu yaratdı. Festval iştirakçıları nahardan sonra böyük maşın karvanı ilə rayon mərkəzinəHeydər Parkına gəldilər. Parkda təşkil olunmuş tədbirə ilk olaraq Balakəni təmsil edənNənələr”, “Sənəm”, “Cahanfolklor kollektivləri rəqs qrupu çıxış etdi. Daha sonra Gürcüstandan, Dağıstandan gəlmiş folklor kollektivləri, ZaqatalanınHudulki”, “Qızılgül”, AğdamınŞur”, İsmayıllınınİvanovka”, ŞəkininAbay”, MasallınınHalay QaxınPeşvebifolklor kollektivləri öz məharətlərini nümayiş etdirdilər.

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev festivalda yekun çıxışında ulu öndər Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin, eləcə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyətin, xüsusilə muğamın inkişafına, folklorumuzun qorunub saxlanmasına tanıdılmasına göstərdikləri xidmətdən danışdı. Rayon rəhbəri folklor kollektivlərinin hər birini diplomla təltif etdi, onlara qiymətli hədiyyələr verdi.

Festival elmi-praktik konfransla yekunlaşdı. Balakəndə iki gün davam edən uğurla başa çatan folklor turizm festivalının xoş təəssüratı qəlblərdən uzun müddət silinməyəcək.

 

İ. MUSAOĞLU

 

Xalq qəzeti.- 2014.- 28 sentyabr.- S.4.