Bakı əsl beynəlxalq

dialoq məkanına çevrilmişdir

 

Bir neçə gündən sonra rəsmi Bakı  daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. Söhbət paytaxtımızda IV Beynəlxalq Humanitar Forumun keçirilməsindən gedir. Artıq bu nüfuzlu tədbirin proqramı və müzakirə ediləcək mövzuları da bəllidir. Forumda XXI əsrdə qloballaşan dünyada humanitar problemlər, perspektivlər və çağırışlar müzakirə mövzusu olacaq.  Xəbər verildiyi kimi, bu mötəbər tədbirdə  səkkiz “dəyirmi masa” təşkil ediləcək. Birinci “dəyirmi masa” “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğrumövzusuna həsr edilib. Həmçinin bu iclas çərçivəsində Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdimatı olacaq. Bundan əlavə, forumda “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri”, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu”, “Davamlı inkişafekoloji sivilizasiya”, “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”, “Molekulyar biologiyabiotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “Humanizm postmodern dövrün başlıca dəyəri kimimövzular müzakirə olunacaq.

 

Bakının ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyüBMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO-nun dəstəklədiyi təşəbbüsdür. Bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir.

Ötən forumlarda olduğu kimi, bu dəfə də müxtəlif ölkələrdən tanınmış alimlər, Nobel mükafatı laureatları və mədəniyyət xadimləri iştirak edəcəklər. Tədbir  iştirakçılarının Azərbaycanın regionlarına səfərləri də nəzərdə tutulub.

Onu da qeyd edək ki, belə nüfuzlu tədbirlərin Azərbaycanda – paytaxt Bakıda keçirilməsi artıq mütəmadi hal alıb. Bu da ölkəmizin dünya birliyində reytinqinin getdikcə yüksəlməsindən, iqtisadi qüdrətinin artmasından və beynəlxalq miqyasda böyük etimad qazanmasından irəli gəlir. Son illərdə Bakı əsl beynəlxalq dialoq məkanına çevrilmişdir. Yaxın keçmişə nəzər salsaq, paytaxtımızda bir sıra mötəbər beynəlxalq tədbirlərin  keçirildiyinin şahidi olarıq. Əslində, belə tədbirlərin keçirilməsi üçün Azərbaycanda həm zəruri  zəmin, həm də əlverişli mühit mövcuddur. Qədim dövrlərdən bu günə qədər Azərbaycan bütün dünyaya açıq olan bir diyar kimi tanınır və ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidləri, katolikpravoslav kilsələri, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm də nəticəsidir.

Humanitar forumlar xalqlar, millətlər, dövlətlər arasında formalaşan sağlam münasibətlərə xidmət edən bir tədbirdir. Belə tədbirlərin Bakıda keçirilməsi hər bir azərbaycanlı üçün qürurverici haldır. Çünki dünyanın bütün qitələrindən gəlmiş insanların təmsil olunduğu forumda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, merlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar iştirak edirlər.

Bakı Birinci Beynəlxalq Humanitar Forumunun keçirilməsi ilə bağlı təşəbbüsü Rusiya və Azərbaycan ziyalıları irəli sürmüşdülər. Rusiya və Azərbaycan rəhbərlikləri də bu təşəbbüsü dəstəkləmişdilər. Bundan sonra ölkəmizdə son illər ərzində mütəmadi qaydada humanitar əməkdaşlığa dair beynəlxalq tədbirlər keçirilməyə başlanıldı. 2008-ci ildə Bakı prosesinin təməli qoyuldu. O vaxt Bakıda Avropa Şurasına üzv Ölkələrin Mədəniyyət Nazirlərinin Toplantısına  İslam Əməkdaşlığı Təşkilatının nümayəndələri və  nazirləri də dəvət edildi. Ondan sonra ilk dəfə olaraq birgə beynəlxalq tədbir keçirilmişdir. 2009-cu ildə isə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin nazirlərinin Bakıda keçirilən toplantısına Avropa Şurası ölkələrinin nazirləri də dəvət edildi. Bununla da  artıq bu ənənə başlandı. 2010-cu ildə Bakıda Dünya Dinləri Liderlərinin Zirvə Görüşü keçirilmişdir. Həm müzakirələr, eyni zamanda, qəbul edilmiş qərarlar sivilizasiyalararası dialoqun möhkəmlənməsinə dəyərli töhfəsini verdi. Bunun ardınca  isə, paytaxtımızda digər mötəbər beynəlxalq tədbirlər  keçirilmişdir. Nəhayət, Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də əlamətdar hadisə kimi tarixdə qaldı.

Bakı Beynəlxalq Humanitar Forumunun maraqlı və əhəmiyyətli sayılan daha bir xüsusiyyəti də ondan ibarətdir ki, bəşəriyyətin üzləşdiyi aktual iqtisadi, sosial, ekolojitexnoloji problemlərin humanitar cəhətlərini müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan, lakin bir məqsədlə - dünyamızı daha yaxşı, daha mükəmməl etmək naminə birləşmiş insanlar müzakirə edirlər. Bu da onu göstərir ki, zəruri hallarda dinc və təhlükəsiz gələcək naminə qüvvə və imkanları birləşdirmək olar. Bu mənada forum Şərq ilə Qərbin dialoqu, Bakı isə bəşəriyyətin gələcəyi barədə diskussiyalar mərkəzinə çevrilir və tədricən dünyanın humanitar paytaxtı statusu qazanır.

Bakıda keçirilmiş beynəlxalq humanitar forumun iştirakçıları da tədbirin yüksək səviyyədə təşkili və əhəmiyyətindən böyük razılıq hissi ilə danışaraq, Azərbaycanın beynəlxalq aləmə sürətli inteqrasiyasından mənnunluqlarını ifadə ediblər. Forumların iştirakçıları – nüfuzlu ekspertpolitoloqlar Bakını  “Dünyanın humanitar paytaxtı” adlandırdılar. Beynəlxalq aləmdə Bakı Forumuna marağın coğrafiyası və dinamikası da getdikcə genişlənib.

Fransanın Beynəlxalq Əlaqələr və Strategiya İnstitutunun (İRİS) professoru Jan-İv Kamünün fikirləri bu baxımdan böyük maraq kəsb edir. İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olan fransalı tədqiqatçı demişdir:"Bakı forumu iki cəhətdən mənim üçün əhəmiyyətli olmuşdur. Birincisi, biz avropalı tədqiqatçıların başlıca marağı həyata keçdi və dünyanın müxtəlif ölkələrindən, o cümlədən QafqazdanOrta Asiyadan olan həmkarlarımızla görüşüb bizi düşündürən, dünyanı narahat edən problemlər və məsələlər ətrafında fikir mübadiləsi apara bildik. Axı, çox vaxt belə imkan ələ düşmür. İkincisi, forum zamanı müxtəlif sahələr üzrə debatlar keçirilmiş, maraqlı fikirlər söylənilmiş, bəşəri mövzulardan biri kimi kulturalizm ətrafında geniş müzakirələr aparılmışdır. Bu mövzunun əsas maraq doğuran cəhəti İslam dininin yerionun imici ilə bağlı olmuşdur. Çıxışlarda dəfələrlə qeyd edilmişdir ki, Azərbaycan bir müsəlman ölkəsi kimi Avropa dəyərlərinə uğurla inteqrasiya edir.

Müsəlman ölkələrində, habelə Avropada, xüsusilə, Fransada İslamın son illər geniş yayılması, bu istiqamətdə işin davam etdirilməsinin vacibliyi diskussiyalarda geniş müzakirə olunmuş, rasizm meyillərinin doğurduğu fəsadlar pislənilmişdir".

Milliyyətcə yəhudi olduğunu diqqətə çatdıran fransalı professor asudə vaxtında Bakıdakı iki sinaqoqu ziyarət etdiyini bildirib. Onlardan birinin son zamanlar istifadəyə verildiyini vurğulayan professor bildirib ki, bu, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin ölkədə yaşayan azsaylı xalqların dininin, dilinin, mədəniyyətinin inkişafına hər cür şərait yaratmasından və qayğı göstərməsindən xəbər verir. Bəli, Azərbaycan tolerant ölkə olmaqla bərabər, həm də dünyəvi dövlətdir.

Onu da qeyd edək ki, dünya dini liderlərinin Bakı sammitindən sonra  2009-cu il Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdu. Həmin il İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və həm də Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir. 2008-ci ildə isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bütün qitələri əhatə edən beynəlxalq qadın konfransı təşkil olunmuş və mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilmişdir.

Dünyanı ağuşuna almış iqtisadi böhran fonunda Azərbaycan dövlətinin bütün sahələr üzrə böyük uğurlar qazanması və dünya birliyində mövqelərinin getdikcə möhkəmlənməsi nüfuzlu  beynəlxalq qurumların, həmçinin qüdrətli dövlətlərin diqqətini bu gənc, müstəqil dövlətə yönəldib. Dünyanın  nüfuzlu siyasi xadimləri də təsdiq edirlər ki,  iyirmi il ərzində  iqtisadisiyasi sahədə böyük nailiyyətlər qazanmış və dünya dövlətləri ailəsində özünə layiqli yer tutmuş, hazırda inkişaf etmiş dövlətlər sırasına qoşulan Azərbaycan artıq tam suveren, açıq siyasət yeridən müstəqil dövlətdir. Danılmaz faktdır ki, dünyada ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşılır, bir sıra məsələlərdə bizimlə  hesablaşır, hətta məsləhətləşirlər. Bu gün Azərbaycan bazar iqtisadiyyatının arxitekturasında öz modelini yaradan, başqa ölkələrin iqtisadiyyatına sərmayə yatıran dövlətdir. Ölkəmiz beynəlxalq siyasətdə  də təcrübəsiz deyil, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, Avropa Şurası Nazirlər Komitəsinin sədri, kosmik aləmin üzvü, həmçinin müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarda çoxlu qərar və qətnamələrin təşəbbüskarıdır. Bu gün Azərbaycan beynəlxalq müstəvidə sıravi və ya debütant hesab olunmur  dünya səviyyəli tədbirlərə ev sahibliyi edən ölkə olduğunu dəfələrlə təsdiqləyib.

Bakıda beynəlxalq humanitar forumların keçirilməsinin bir əhəmiyyəti də ondan ibarətdir ki, dünyanın müxtəlif ölkələrindən gəlmiş dövlət başçıları, nazirlər, siyasi xadimlər, ekspertlər, kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin digər qonaqlar Azərbaycandakı inkişafla yaxından tanış olur, əsl reallıqları görür və ölkəmizdə  demoktarik proseslərin inkişafına yüksək önəm verildiyinin şahidi olurlar. Müasir humanitar həmrəyliyin güclənməsinə töhfə verən və gündəliyi kifayət qədər geniş olan forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev çox mühüm fundamental qlobal məsələlərə toxunur, müstəqil Azərbaycanın inkişaf yolu haqqında ətraflı məlumat verir.

Dünyada sülh və əməkdaşlıq missiyasına böyük töhfə verən Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tribunalardan işğalgüc faktoruna qarşı barışmaz mövqe nümayiş etdirir. Dövlətimizin başçısı bildirir ki, Azərbaycan dünya birliyində və beynəlxalq təşkilatlarda layiqincə təmsil olunur. Ölkə iqtisadiyyatındakı uğurlar, insanların yaşayış səviyyəsinin artması, qlobal infrastruktur layiələrin reallaşması, cəmiyyətdə mövcud olan ab-hava bizi daha da gücləndirir.

Gücümüzün millidini müxtəliflikdə olduğunu vurğulayan ölkə Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini  də mütəmadi olaraq diqqətə çatdırır. Qeyd edir ki, Ermənistanın hələ də işğalçılıq siyasətindən əl çəkməməsi dünya birliyinin ikili standartlarının bariz nümunəsidir.

Dünyada sülhə və təhlükəsizliyə qarşı təhdidlərin, ərazilərin zor gücünə dəyişdirilməsinin yolverilməz olduğunu, işğalın, terrorçuluğun qarşısının alınmasının vacibliyini bildirən Azərbaycan Prezidenti  işğalçı Ermənistanla bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi və bir sıra nüfuzlu beynəlxalq qurumların bu barədə rəsmi qətnamələrinin  olmasına baxmayaraq, torpaqlarımızın hələ də işğalda saxlanmasına dünya birliyinin təsirli tədbirlər görməməsini ədalətsizlik adlandırır. Respublikamızın rəhbərinin belə nüfuzlu forumlarda qətiyyətli çıxışları  beynəlxalq birliyi haqqa-ədalətə, ikili standartlardan əl çəkməyə dəvət edən bir siyasi bəyanatdır.

Azərbaycanda keçirilən beynəlxalq humanitar forumlar yüksək təşkilatçılığına görə qonaqlar tərəfindən də çox müsbət dəyərləndirilir. Belə faktlardan bir neçəsini diqqətə çatdırmaq istərdik. UNESCO-nun strateji planlaşdırma üzrə baş direktorunun müavini Hans D’Orvil, UNESCO-nin baş direktoru İrina Bokova, İSESCO-nun  baş katibi Əbdüləziz Osman  əl-Tüveycri, Krans Montana Forumunun təsisçisi və prezidenti Jan-Pol Karteron, Sivilizasiyalar Alyansı Katibliyinin icraçı direktoru Mark Şuer belə tədbirlərin məhz Azərbaycanda keçirilməsindən  çox məmnun olduqlarını bildiriblər. Onlar  Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqun inkişafındakı xidmətlərini xüsusi qeyd ediblər. Jan-Pol Karteron mədəniyyətlərarası əməkdaşlığın qurulma formaları barədə düşünməyin vacibliyini bildirib. O deyib ki, bu sahədə fəal rol oynayan Azərbaycan irəlidə gedirbiz bu səylərə dəstək göstərməliyik.

Sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən ölkəmizdə qlobal forumların keçirilməsi bəşəriyyətə humanitar xeyirxahlıq töhfəsi verir. Dünyada humanitar dialoq, elm, mədəniyyət və incəsənətin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün belə məkanlar olduqca azdır. Bakıda keçirilən humanitar forumlar fundamental elmlə mədəni dəyərlərin vəhdətini özündə sıx birləşdirir, dünyaya təqdim edir və bəşəriyyəti yeni qlobal innovasiyalar üzərində düşünməyə vadar edir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 28 sentyabr.- S.1.