Prinsipiallıq olan yerdə

işin səmərəsi daha çox olur

 

Narkotik maddələrin qanunsuz dövriyyəsinin və ondan sui-istifadənin tarixi kökləri qədim olsa da, bu problem hazırda beynəlxalq ictimaiyyət üçün həyəcan təbili çalır. Narkoloq alimlər bu problemi bir sıra ölkələr üçün sosial bəla hesab edirlər.

 

Bir çox təşkilatların apardıqları təhlillər göstərir ki, bu gün narkotiklərdən əldə edilən gəlir neftdən, hətta silah satışından əldə edilən gəliri belə üstələyir. Ona görə də bu bəlanın yayılmasında xüsusi marağı olan narkomafiya bu gün, əsasən, Latın Amerikası ölkələrinin bir çoxunda dövlət idarəçiliyındə xüsusi qüvvəyə çevrilib. Cənub-Şərqi Asiya ölkələrində isə bu təhlükəli təbəqənin öz “mühafizə sistemiordusu” belə var.

Ötən əsrin 80-ci illərində keçmiş SSRİ-də spirtli içkilərin qəbulu və satışına qadağalar tətbiq olunandan sonra insanlar kimyəvi preparatların və psixotrop həblərin qəbuluna üstünlük verməyə başladılar. Məhz bundan sonra İttifaqdanarkotika şəbəkələri” yaranmağa və genişlənməyə başladı. Həmin illərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi il ərzində 500 tona çatırdı. 1996-cı ildən sonra isə opiumheroinin gizli satışı və istifadəsinə genişyol açıldı”. Tədricən narkotiklərdən qanunsuz istifadə “dəbə mindi”. Həmin maddələri metrolarda, bazarlarda, diskotekalarda, məktəblərdə, ali təhsil ocaqlarında, bir sözlə, hər yerdə yaymağa başladılar.Sonralar aparılan tədqiqatlar göstərdi ki, bu, 1996-cı ilə qədər narkomaniya ilə mübarizənin səthi və əksər hallarda səhlənkar aparılmasının nəticəsi idi.

Bəzi ekspert-həkimlərin qənaətinə görə, hazırda Rusiya dünya bazarında sintetik narkotiklərin “istehsalı və ixracı” ilə məşğul olan 5 iri dövlətdən biridir. 2000-ci ildən başlayaraq bu ölkədə 13-17 yaşlı yeniyetmələr narkotiklərin daha ağır növünün-heroinin qəbulunu “kəşf” etdilər. Beləliklə narkomaniya tədricən sağalmaz infeksion xəstəliyə çevrilib sürətlə yayılmağa başladı. Burada savadsızlıq, profilaktik xarakterli informasiyanın zəifliyi və bəzən əks nəticə verməsi də az rol oynamadı. Narkomaniya ilə mübarizədə elmi yanaşmanın olmaması və yaxud səthi xarakter daşıması, mübarizənin ancaq hüquq-mühafizə orqanlarına həvalə edilməsi problemin dərinləşməsinə daha ciddi təsir göstərdi.

Yeri gəlmişkən bir məqamı da unutmaq olmaz ki, həmin dövrdə narkoman xəstələrin müalicəsində qeyri-səmərəli metodlardan istifadə və yaxud müalicənin primitiv metodla-psixi xəstələrin müalicə üsulundan istifadə etməklə həyata keçirilməsi, narkomanların reabilitasiya olunmasında, müalicəsində mütəxəssislərin əməyinin düzgün qiymətləndirilməməsi, bu məqsədlə büdcədən ayrılan vəsaitin məhdudluğu, donorların olmaması və s. səbəblər narkomaniyanın venereoloji xəstəliklərin infeksiya mənbəyinə çevrilməsinə zəmin yaratdı. Elə buna görə də hazırda dünyadaqonşu Rusiyada bu epidemiyanın qarşısının alınmasında və kökünün kəsilməsində səmərəli bir metod axtarışı heç bir nəticə vermir.

Bəs Azərbaycanda vəziyyət necədir? Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2014-cü ilin 6 ayı ərzində narkotik vasitələrlə bağlı mübarizə vəziyyətinə nəzər yetirdikdə adıçəkilən baş idarənin səmərəli fəaliyyətini aydın görmək mümkündür. Belə ki, 2013-cü ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk yarısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cari ildə 261 fakt, o cümlədən satış məqsədilə 47 fakt, narkotik maddələri saxlama üzrə 207 fakt aşkar edilmişdir.

Göründüyü kimi, mübarizə səmərəli aparılsa da narkomaniyanarkotik vasitələrin qanunsuz dövriyyəsi faktları artmaqdadır. Belə olan halda sual yaranır. Gələcəkdə nə etmək lazımdır ki, bu bəlanın qarşısı alınsın?

Dünyada narkotiklərin daha çox genişlənməsinə təsir edən mühüm amillərdən biri Orta Asiyada narkotik mənşəli bitkilərin əkilməsidir. Sibir, Uzaq Şərq də belə ərazilərə daxildir. Təkcə Rusiyanın ərazisində 1 milyon hektardan çox narkotik bitkilərin becərildiyi ərazilər var. Bu, orada yaşayan insanların günahı yox, əslində onların bədbəxtliyidir. Bu işlə məşğul olanların əksəriyyəti əlillər, təqaüdçülər və işsizlərdir. Onlar sosial çətinliklərini və ehtiyaclarını başqa vasitələrlə ödəyə bilmədiklərindən çıxış yolunu narkotiklərin becərilməsində və satışında görürlər.

Ekspertlərin fikrincə, mübarizənin səmərəli olması üçün ilk növbədə dünyada mövcud narkotika vasitələrinin satışına və təchizatına imkan verən leqalyaxud qeyri-leqal bazarlar bağlanmalıdır. Amma necə bağlanmalıdır? - sualına cavab verilmir. Digər mütəxəssislərin fikrincə “nə qədər ki, bazarın işləməsinə maraqlı olan dövlətlər var, narkomaniya da inkişaf coğrafiyasını genişləndirəcək. Belə olan halda narkomanları cinayət məsuliyyətinə cəlb etməyin faydası yoxdur. Əksinə, onların, yəni xəstələrin sağlamlığının qayğısına qalmaq, müalicəsinə üstünlük vermək daha məqsədəuyğundur. Bu, həm də dövlətin ali məqsədinin yerinə yetirilməsidir”. Hər halda maraqlı fikirdir və düşünməyə dəyər.

Ümumiyyətlə narkobiznesin inkişafına pozitiv təsir edən faktor və səbəblərə aşağıdakıları daxil etmək olar:

- mübarizədə beynəlxalq ictimaiyyətin zəifliyi, dövlətlərin ərazi yurisdiksiyasında olan narkoticarətə nəzarətin səthi olması;

-bəzi dövlətlərin bu istiqamətdə həyata keçirdiyi siyasətin başdansovdu xarakter daşıması, cinayətkar birliklərindən qorunmaq xatirinə onların hərəkətlərinə göz yumması, bəzən də belə birliklərə havadarlıq etməsi;

- güclülərin bəzən siyasi məqsədlərinə çatması üçün narkotika bazarlarından gələn gəlirlərin köməyi ilə özündən zəif ölkələri təhdid etmək, ölkədə siyasiiqtisadi sabitliyi pozmaq, milli münaqişələrin inkişafına, habelə mütəşəkkil cinayətkarlığa zəmin yaratması;

- ən başlıcası isə sosial institutların zəifləməsi, 1991-ci ildən sonra sosialist dövlətlərinin keçid mərhələsi ərəfəsində siyasi, iqtisadisosial dəyişikliklərin nəzarətdən çıxması, terrorekstremist qruplarının mütəşəkkil cinayətkarlıqla birliyində müəyyən razılığa gəlməsi;

- nəhayət, narkotiklərin tranziti zamanı sərhədlərin asanlıqla keçilməsi, yoxsulluğa qarşı alternativ yolların qeyri-səmərəliliyi.

Digər amillər sırasına SSRİ-nin süqutundan sonra uzun illər uşaq və gənclər təşkilatı sisteminin ləng bərpası, cəmiyyətin təbəqələrə bölünməsi, sosial statusun qəflətən dəyişilməsi, Qərb həyat tərzinin təbliğı, mənəvi dəyərlərin itirilməsini daxil etmək olar.

Gəlin yenə DİN-nin bu istiqamətdəki mübarizə fəaliyyətinə nəzər salaq. Mübarizənin əməliyyat-axtarış tədbirləri çərçivəsində aparılması nəticəsində xarici vətəndaşlardan ibarət 19 nəfər (2013-cü ildə isə 6 nəfər olmuşdur) 24 kiloqram narkotik vasitələrlə saxlanılmış və barələrində Azərbaycan Respublikası CM-nin tələblərinə müvafiq prosesual hərəkətlər həyata keçirilmişdir. Bunlar əsasən İran, RusiyaGürcüstan Respublikasının vətəndaşlarıdırlar.

Gizli deyil ki, sosial amillər sırasına aid olanbizi düşündürən digər problemlərdən - insanların heç də hamısının iqtisadi şəraitlərinin sabit olmaması, əhalinin müəyyən hissəsinin aşağa həyat səviyyəsi, bəzi regionlarda işsizliyin - nəzərəçarpacaq həddə olması cəmiyyətin müəyyən bir qrupundasosial depressiyamühitini yaradır. Fərdi həyat şəraitinin yüksək standartları barədə KİV-də reklam xarakterli materialların, xarici kinoteleviziya məhsullarının təsiri altında formalaşan rifah halının yaxşılaşdırılması barədə məlumatların dərc edilməsi psixi cəhətdən formalaşmamış gənclərdə imitasiyalı əxlaq-davranış modelinin inkişafına imkan yaradır. Bəzi ölkələrdə, məsələn Niderlandİspaniyada narkotiklərin leqallaşmasına “yaşıl işığın” olması, KİV-də narkotiklərlə bağlı məlumatların zərərli tərəfinə deyil, yalnız onun kəmiyyət göstəricilərinə diqqət yetirilməsi gəncləri qeyri-sağlam marağa cəlb edir. Ona görə də narkomaniyanın ictimai bəla kimi cəmiyyətdə geniş təbliğinə, vətəndaşlar arasında hüquqi tərbiyənin gücləndirilməsinə, gənclər siyasətinə xüsusi önəm verilməsinə zəruri ehtiyac duyulur.

Narkomaniyanın gənclər arasında yayılması və gəncləşməsi bütövlükdə bəşəriyyətin bugününü və gələcəyini təhlükə altına alır. Əgər əvvəllər cəmiyyətdə daha çox alkoqollu içkilərə meyil var idisə, indi narkomanlığa meyil artıb. Narkomaniyaya şərait yaradanetioloji faktorlar sırasında yetkinlik yaşına çatmayanları düzgün həyat yolundan azdıran və onların addiktiv davranışına təsir edən səbəblərdən biri də ailənin rolu, onun necə idarə edilməsidir. Etiraf edək ki, ölkəmizdə bu sahə daim diqqət mərkəzində saxlanılır. Məhz elə buna görədir ki, ötən ilin 6 ayı ərzində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə 18 yaşına çatmış şəxslərdən 8 nəfər, bu ilin müvafiq dövründə isə 1 nəfər, 30 yaşadək olanlardan ötən il 311 nəfər, bu ilin 6 ayı ərzində isə 203 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Gənclərin nəzərində yaşlı nəslə münasibətin dəyişməsinin, milli-mənəvi dəyərlər sisteminin tədricən pozulmasının, valideynlərdən birininya hər ikisinin alkoqollu içkilərə vərdişinin, etik, əxlaq və dini standartların cəmiyyətdə tədricən korroziyaya uğramasının, valideynlərin uşaqların şüuruna təsir edə biləcək narkotik maddələrin zərəri barədə informasiyanın az olmasının da mikrososial faktorlar sırasında müəyyən çəkisi var. Bu amillərin narkomaniyaya o qədər qıcıqlandırıcı təsiri olmasa da, onun inkişafına şərait yaradır.

Mübarizənin coğrafiyasına nəzər yetirdikdə mənzərə tam aydın görünür. Bu ilin 6 ayı ərzində 1822 cinayət faktı qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 273 fakt çox cinayət əməli aşkar edilmişdir. Törədilən cinayətlərin 512-si satış məqsədi ilə, 1209-u isə əldə edib saxlama məqsədi ilə bağlıdır. Bütövlükdə, yarım il ərzində 28 kiloqramdan çox heroin, 118 kiloqram tiryək, 80 kiloqram həşiş və 273 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb məhv edilmişdir. Bütün bunlar DİN-nin narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mübarizəsinin əyani təzahürü, problemləri doğuran səbəblərin aradan qaldırılmasına yönəlmiş çətin xidməti fəaliyyətinin icrasıdır.

Tədbirlərin miqyasının böyüməsi və aşkar olunan faktların müşahidə edilən artım dinamikası şübhəsiz, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin preventiv xarakterindən və daxili işlər orqanlarının prinsipial mövqeyindən irəli gəlir. Prinsipiallıq olan yerdə isə səmərə də olur.

 

Şəmsəddin ƏLİYEV,

“Polisə Dəstək” İB-nin sədri

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət

Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.

 

Xalq qəzeti.- 2014.- 28 sentyabr.- S.4.