Poeziyanın rəngi–rənglərin poeziyası

və ya Nigar Rəfibəylinin şeirləri

Məryəm Ələkbərovanın fırçasında

 

İnsan özünə qapılaraq sözlə ürəyinin, hisslərinin, duyğularının şəklini çəkdiyi an yaranır poeziya. Bu an kainat səninlə həmfikir olur, göylər qəlbinə darlıq edir, yerlər kiçilir gözündə, Tanrı gücü hiss edirsən nəfəsində, qəlbində! Hamı sənə doğma gəlir, sən hamının doğmasına çevrilirsən!

Şübhəsiz, böyük Səməd Vurğun bu hissləri yaşayaraq demişdir bu ölməz misranı: “Allah da çox sevir şeirin səsini!”. Ələlxüsus da bu şeiri zərif, həssas, incə duyğulu, daxilizahiri gözəlliklərlə dolu nəcib bir əsilzadə, gözəl bir xanım yaza!

Qarşımda maraqlı bir kitab var. Gözəl, kövrək, həssas çiçəklərlə süslənmiş bir kitab. Tanınmış ziyalı, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimovun xalq şairi Nigar Rəfibəylinin 100  illik yubileyinə həsr etdiyiÇiçəklərkitabı.

“Letterpress” nəşriyyat evində, nəfis tərtibatla, rəngli formatda dərc edilmiş kitabda gənc, istedadlı rəssam Məryəm Ələkbərovanın çəkdiyi əlvan çiçək şəkillərindən istifadə olunmuşdur.

Sanki heyrətamiz dərəcədə ruh oxşarlığı, fikir həmrəyliyi, zövq eyniliyi var bu üç şəxsiyyətin - Nigar Rəfibəylinin, Nazim İbrahimovun Məryəm Ələkbərovanın arasında. Zaman, məkan yaş anlayışı yoxdu bu kitabda. Elə bil ki, hər üç insan üzbəüz oturaraq ürəkləri, zövqləri, gözəllik duyumları ilə çələng toxumuşdur. Burada rənglər, gözün, hissin yaddaşı, hikmətin dili, müşahidə anlam eyni müstəviyə çıxarılmış, canlı bir söhbətin, məsləhətləşmənin nəticəsi olan zövqlü, ruhlu, diri bir toplu yaradılmışdır. Hər şeydə gözəllik, hər şeydə davamlılıq, axıcılıq, bütün görüntü yaşantılarda heyrətamiz əlvanlıq mövcuddur! Kitab yüksək bir zövq mücəssəməsidir.

çiçəklər”, “Yasəmən”, “Lalə”, Nərgiz gülü", “Neyləyim”, “Çiçəklərşeirlərinə gənc rəssam Məryəm Ələkbərovanın çəkdiyi ayrı-ayrı tablolar çox yaşantılı, uyğun sirayətedicidir. Bu rəssam qızın balaca ürəyində qədər gözəllik duyğusu, qədər ruh, qədər əlvanlıq varmış? Bu qız ruhən Nigar Rəfibəyliyə nədən belə yaxınmış? Yoxsa, o da rənglərin dili ilə poeziyamı yaratmaq istəmişdir? Bəlkə bu bir təsadüfdür, bəlkə yox! Bu xalqın körpələri şair doğulur!

Nazim İbrahimov kitabınınÖn söz”ündə Nigar Rəfibəyli poeziyasının Məryəm Ələkbərovanın rənglər dünyasının həmahəngliyinə belə qiymət verir: “...Onun şeirlərini oxuyanda gözlərini yumub əlvan gözəllikləri aydın görə bilirsən - “Nərgiz”, “Yasəmən”, “Qərənfil”, “Lalə”, çəmən güllərindən dəstələr ən nəhayət, “Qızıl gültoplayırsan. Təbiət Nigar xanıma çox böyük səxavətlə gözəllik duyumu bəxş edib...Lakin kitabda siz onun güllərə həsr olunmuş şeirlərini gənc rəssam Məryəm Ələkbərovanın əlvan şəkilləri ilə birgə görəcəksiniz. Nigar Rəfibəylinin gülləri vəsf edən şeirlərini oxuyanda, rəsmlərə nəzər salanda bir anlıq gözlərini yumursan xalq artisti, bəstəkar Emin Sabitoğlunun şairin sözlərinə bəstələdiyi mahnını eşidirsən...”. Əlbəttə, hisslərin, gözəlliyin, rənglərin, musiqinin ruhun harmoniyası kimi eşidirsən.

Kitabda oxucuya 10 şeir, 19 çiçək təqdim olunmuşdur:

 

Yasəmənin ilk budağını

mənə verin,

qızlar, mənə verin.

Axı siz onu iyləyib,

qoxlayıb

solan kimi atacaqsınız,...

Mən onu ürəyimin başına qoyacağam.

iyindən, rəngindən,

tamaşasından doyacağam.

Mən ona şeirlər,

nəğmələr qoşacağam

 

deyən Nigar Rəfibəyli bilirdi ki, xalqı da onu gözəl bir gül, zərif bir çiçək kimi həmişə sevib, ürəyinin başına qoyacaqdır! Nigar Rəfibəylinin özünün dediyi kimi:

 

Sarı nərgiz, nazlı bənövşə, reyhan,

Sizdən ayrı könlüm olur pərişan,

Siz yad eyləyin məni bircə an...

 

Anadan olmasının 100 illik yubileyi bir çox xalqlar tərəfindən böyük təntənə ilə qeyd olunan, Azərbaycanın bütün mədəniyyət ocaqlarında əziz xatirəsi yad edilən xalq şairi Nigar Rəfibəyli daim doğma xalqının qəlbində yaşayacaqdır. Hələ çox-çox Nazim İbrahimovlar onun şeir çələngindən dəstə tutacaq, Məryəm Ələkbərovalar tablolar yaradacaqlar. Bu şeirlərin rayihəsi Nigar xanımın xatirəsi xalqının ürəyində elə gül yaraşığı, çiçək çələngidir! Əbədi, solmaz!..

 

Zərəngiz MANSUROVA

 

AzərTAc-ın müxbiri

 

Xalq qəzeti.- 2014.- 8 yanvar.- S.6.