Qloballaşan dünyada Azərbaycanın iqtisadiyyatı və siyasəti

 

Azərbaycan iqtisadiyyatı dedikdə bu termin altında Azərbaycan xalqının, əhalisinin maddi rifahı, güzəranı, dövlətin gəliri, çıxarı, xariclə əlaqələri, onun gücü, əhalinin iqtisadi baxımdan təhlükəsizliyi başa düşülür. Hazırki dövrdə iqtisadiyyat dedikdə çoxları sadəcə bir şey düşünürlər: istehsal üsullarının fərqləndirilməsi xüsusiyyəti. Keçmişdə iqtisadiyyat dedikdə bu anlaşılırdı. Ancaq indi müasir dövrdür. İqtisadiyyat geniş anlayışa çevrilmişdir. Bu gün Azərbaycan iqtisadiyyatı dedikdə onun xalqının maddi rifahı, ordusu, taktikası başa düşülür. Məhz bu səbəbdəndir ki, ulu öndər Heydər Əliyev demişdir: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

 

Azərbaycan iqtisadiyyatı daha nələri ifadə edir? İlk baxışda bu anlayış təkcə Azərbaycan adlanan məkanı təmsil etmir. Çox dərinə getmədən sadəcə bunu söyləyə bilərik  ki, Azərbaycan nefti 1994-cü ildə imzalanan  “Əsrin müqaviləsi”nin iştirakçısı olan ölkələrin iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Odur ki, iqtisadiyyatımız ölkəmizin sütunu olmaqla yanaşı, dərindən düşündükdə, həm də  ümumilikdə, dünya iqtisadiyyatının bir hissəni təşkil edir.

Dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası 1993-cü ildən başlayaraq iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçiddünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə bölmək olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaosya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlikdinamik iqtisadi inkişaf dövrü.

Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir model – Azərbaycan modeli yaranmışdır.

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10 faizdən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 85 faizə çatmışdır.

Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,6 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmişuğurla icra olunur.

Xüsusilə qeyd etmək lazımdır ki, dövlət başçımızın regionlarımızın  sosial-iqtisadi inkişafına dair  dövlət proqramları regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə bir milyondan çox yeri açılmışdır. Yeni yerlərinin açılması, müasir standartlara cavab verən müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayını artırmış, ixracdan asılılığı azaltmışdır. Halbuki, həmin dövrdə Rusiyada işsizlik son həddə çatmışdı.

Qlobal maliyyə-iqtisadi böhranı nəticəsində dünyanın aparıcı ölkələrində baş vermiş kəskin ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Eyni zamanda, Azərbaycan 2009-cu ildə iqtisadiyyatın real artım tempinə görə region ölkələri arasında lider olmaqla yanaşı, müvafiq göstərici üzrə dünya miqyasında da yüksək yerdə qərarlaşmışdır. Belə ki, ilin yekunlarına əsasən, 2009-cu ildə ÜDM-in real artımı 2008-ci illə müqayisədə 9,3 faiz, əhalinin hər nəfərinə düşən ÜDM-nin real həcmi isə 7,9 faiz təşkil etmişdir. ÜDM-nin 64,1 faizi iqtisadiyyatın istehsal, 28,3 faizi xidmət sahələrinin payına düşmüşbu sahələrdə real artım müvafiq olaraq 10 faiz və 9,1 faiz təşkil etmişdir. 2009-cu ildə neft-qaz sektorunda real artım 14,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz olmuş və eləcə də sənaye sektorunda real artım tempi 12,8 faiz, nəqliyyatda 9,3 faiz, rabitədə 13,1 faiz, ticarətdə 9,9 faiz təşkil etmişdir.

Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, 2009-2010-cu illər üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Eləcə də, “Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti “Stabil”dən “Pozitiv”ə yüksəldilmişdir.

Növbəti mərhələnin əsas məqsədlərini makroiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi təşkil edəcəkdir. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaqdır. Həmçinin ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcəkdir.

Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı daha da sürətləndiriləcəkdir.

Son on ildə dövlət başçısının yürütdüyü siyasət ölkə iqtisadiyyatını dinamik bir mərhələyə gətirib çıxarmışdır. Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Azərbaycanın yeni inkişaf mərhələsinə uyğun olaraq sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin genişləndirilməsi də sənayeləşmə siyasətinin prioritetlərindəndir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması qeyri-neft sektorunun və xüsusilə də qeyri-neft sənayesinin inkişafını sürətləndirəcək, yerli xarici investisiyaları stimullaşdıracaq, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabət qabiliyyətli məhsul istehsalına təkan verəcək və iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına öz müsbət töhfəsini verəcəkdir.

Son 10 il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb. Bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi problemlərin həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediciliyinə görə də maraq doğurur. Son 10 ildə ölkə iqtisadiyyatına 140 milyard dollar vəsait qoyulub ki, bunun da 50 milyard dollardan çoxu neft-qaz sektorunun payına düşür. Daxili investisiyaların da həcmi artmaqdadır. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi 20 dəfə artıb, 46 milyard dollar həcmində valyuta ehtiyatı toplanıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə dövlət büdcəsi 1,2 milyard dollar, valyuta ehtiyatları 1,6 milyard dollar olub.

Son 10 ildə ölkə iqtisadiyyatına yatırılan kreditlərin həcmi 23,5 dəfə artaraq 2012-ci ilin sonuna 12,24 milyard manat, dövlət büdcəsinin gəlirləri 19 dəfə artaraq 17,28 milyard manat, əsas kapitala investisiyalar 7 dəfə artaraq 15,41 milyard manat olub.

Azərbaycan son 10 ildə sənaye məhsulu istehsalını 2,8 dəfə (34,57 milyard manatadək), kənd təsərrüfatı məhsullarının istehsalını 1,5 dəfə (4,84 milyard manat), İKT və rabitə xidmətinin həcmini 9 dəfə (1,44 milyard manat), tikinti işlərinin həcmini 14 dəfə (7,72 milyard manat), pərakəndə ticarətin dövriyyəsini 3 dəfə (18,24 milyard manat), yükdaşımaları 2,1 dəfə (210,86 milyon ton) artırıb.

Azərbaycanın xarici ticarət dövriyyəsi 8,8 dəfə artaraq 2012-ci ildə 33,56 milyard manata çatıb, xarici ticarət tərəfdaşlarının sayı isə 128-dən 155-dək artıb. Xarici investisiyaların həcmi 4,6 dəfə artaraq 10,31 milyard dollara çatıb.

Son on il - 2003-2013-cü illər Azərbaycan iqtisadiyyatı üçün yaddaqalan olub, Azərbaycan tarixində son 10 ildə əldə edilən iqtisadi artım əvvəlki tarixlərdə belə qeydə alınmayıb. Son 10 ildə ÜDM 16 dəfə artmışdır. Adambaşına düşən ÜDM son on ildə 10 dəfəyə yaxın artıb və digər makroiqtisadi göstəricilərdə də artım qeydə alınıb. Son 10 ilin özünü makroiqtisadi artım aspektindən qiymətləndirsək, son 5 ilin özündə də fərqli tendensiya – həm  iqtisadi artım, həm də iqtisadiyyatın şaxələnməsi özünü göstərir. 2010-cu ildən neft sektorunda azalma müşahidə edilsə də, bu azalmalar ÜDM-dəki artım tempinin qarşısını ala bilməyib. Bu da onunla bağlı olub ki, qeyri-neft sektorunda 2010-cu ildən başlayaraq kəskin artımlar olub, bu da məhz ÜDM-dəki ümumi artım tempini qoruyub saxlayıb.

Son illər qeyri-neft sektorundakı artım tempi təxminən 10 dəfəyə yaxın  olub ki, bu da qeyri-neft  sektorundakı artıma görə digər MDB ölkələri ilə müqayisədə xeyli çoxdur.  Bu iqtisadiyyatın dayanıqlığı baxımından olduqca əhəmiyyətlidir. Bu, eyni zamanda, ÜDM-də qeyri neft sektorunun payının 56 faizə yüksəlməsinə gətirib çıxarıb. Neft sektorundan asılılığın aradan qaldırılması baxımından bu, olduqca əhəmiyyətlidir. Bütövlükdə son 10 ili birinciikinci beş illiklər kimi qiymətləndirmək daha düzgün olar.

Birinci beş ili məhz neft sektorundakı inkişafneft gəlirlərindən əldə edilən vəsait hesabına iqtisadi artımın təmin edilməsi kimi xarakterizə etmək olar.  İkinci beşillik isə daha çox iqtisadiyyatda şaxələnmənin aparılması üçün qeyri-neft sektorunun dəstəklənmməsi aspektindən qiymətləndirilə bilər. Bütövlükdə bu 10 ilin yekunları ondan ibarətdir ki, iqtisadiyyatda şaxələnmə meylləri var. 2012-ci ildə son onillikdə ilk dəfə olaraq ixracatda qeyri - neft sektorunun payı artıq ikirəqəmli olub ki, bu da məhz ixracatda neft sektorundan asılılığın xeyli dərəcədə azalmasından xəbər verir.

Son illər ÜDM-də, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında qeyri-neft sektorunun payında artım var. Bu baxımdan ikinci beşillik iqtisadiyyatın şaxələnməsi ilə, eyni zamanda, qeyri-neft sektorundakı artım hesabına iqtisadi artımdakı dayanıqlalığın qorunması illəri kimi xarakterizə edilə bilər.

Əlbəttə ki, bu günə qədər əldə olunmuş nailiyyətlər son 10 ilin uğurlarıdır. Təbii ki, 1993-2003-cü illərin nailiyyətləri Azərbaycanın inkişafı üçün möhkəm dayaqlar formaşlaşdırıb, cəmiyyətin intellektualkreativ enerjisini ölkənin inkişafı üçün səfərbər edib, sosiumda hakimiyyətə münasibətdə qəti fikir yaradıb. Bu uğurların formalaşdırdığı özül üzərində start götürən sosio-mədəni, eyni zamanda, sosial-iqtisadi modernləşmə siyasəti isə Prezident İlham Əliyevin ölkənin başçısı seçilməsindən sonra reallaşdırılmağa başlanıb. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və rəqabətədavamlı iqtisadiyyatına malikdir, beynəlxalq reytinqlərin hesabatlarında müsbət mənada daim öncül sırada dayanır. Bütün bunlara da son 10 il ərzində nail olunub. Ona görə də, 2003-2013-cü illəri müasir Azərbaycan tarixinin növbəti “qızıl onilliyi” adlandırırıq.

 

Murtəza HƏSƏNOV,

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  Regional İqtisadiSosial Araşdırmalar İnstitutunun  baş elmi işçisi , siyasi elmlər üzrə fəlsəfə doktoru 

 

Xalq qəzeti.- 2014.- 11 yanvar.- S.3.