Olimpizm universal ictimai konsepsiyadır

 

Baron Pyer de Kuberten Olimpiya Oyunlarını bərpa etmək ideyası üzərində düşünərkən, idmanın daha sürətlə inkişaf edərək ümumi mədəniyyətin vacib hissəsinə çevriləcəyinə, bədən tərbiyəsi və idmanın dəyərli ünsiyyət vasitəsi kimi, onun müxtəlif mədəniyyətlərə sirayət edə bilmək və onları birləşdirmək iqtidarına malik olduğuna, şübhəsiz, bþyük inamı vardı.

 

Kuberten bir pedaqoq olaraq apardığı araşdırmalar və həyat təcrübəsinə əsasən idmanın tərbiyəvi xüsusiyyətlərini lazımınca dəyərləndirə bilmişdirodur ki, Olimpizmi bədənin, təfəkkürün və ruhun harmoniyasından pərvazlanan bir həyat fəlsəfəsi kimi formalaşdıraraq təqdim etmişdir.

Müasir dþvrdə cəmiyyətdə durmadan təbliğ edilən demokratiyanın ən ümdə prinsipləri - bərabərlik və insan şəxsiyyətinə hþrmət, təqribən yüz iyirmi il bundan þncə müasir Olimpiya Hərəkatının əsasını təşkil etmişdir.

Olimpizm haqqında düşünərkən, onun dünyada bəlkə də ən çox tanınan, universal, etnik mənsubiyyətindən, cinsindən, sosial sinfindən, irqindən, dinindən və dünyagþrüşündən asılı olmayaraq hər bir insana aidiyyatı olan bir fəlsəfi istiqamət olduğunu dərk edirsən. Olimpizm þz inkişaf yolunda hər bir mədəniyyətə, istənilən coğrafi əraziyə münasib olması üçün þz prinsiplərini və dəyərlərini təkmilləşdirmiş, insanın həyati dəyərlərini əsas hədəf seçmişdir. Olimpizmdemokratiya arasındakı əlaqə və Olimpiya dəyərlərinin demokratik dəyərlərin mþhkəmlənməsinə təsiri məsələləri beynəlxalq institutların diqqət mərkəzindədir və cəmiyyətdə hər kəsin müyəssər ola biləcək effektli bir vasitə kimi geniş şəkildə istifadə edilir. Olimpizmin iştirakçısı olmaq yalnız bir idmançı kimi Olimpiya oyunlarında çıxış edənlərlə məhdudlaşmır. Olimpiyaçı olmaq Olimpiya ruhuna qoşulmaq, onun fəlsəfəsini dərk etmək, onun prinsiplərinə riayət etmək və təbliğində iştirak etməkdir. Bunun üçün isə xüsusi təhsil və ya peşə sahibi olmaq tələb edilmir. Pedaqoq, jurnalist, idman mütəxəssisi, inzibatçı, rəssam, musiqiçi, fəhlə, tələbə və digər fəaliyyət sahiblərinin Olimpiya hərəkatında fəal iştirak etmək, ətrafdakıları bu fəlsəfənin prinsiplərinə riayət etməyə cəlb etmək, nəzəriyyədən təcrübəyə kecmək üçün yaradıcı, geniş düşünmək və cəlb olunanların fəaliyyətdən zþvq alması üçün təşəbbüskarlıq gþstərmək və beləcə, Olimpizmin dəstəkçisinə çevrilmək imkanı vardır. Olimpiya hərəkatının və onun dəyərlərinin cəmiyyətdə səmərəli təbliğ edilməsi üçün ilk nþvbədə Olimpiya fəlsəfəsini þzündə əks etdirən, Olimpiya Xartiyası ilə tanış olmaq, Olimpiya təhsilinin cəmiyyətdə vüsət almasına hər vasitə ilə nail olmaq lazımdır. Olimpiya hərəkatının rəmzləri: Olimpiya devizi, halqaları, himni, məşəli, Olimpiyaçı idmançıların, məşqçilərin, rəsmilərin andı və Olimpiya bayrağı haqqında məlumatları þyrənmək və onu cəmiyyətin digər üzvlərinə çatdırmaqla insanların bu universal həyat fəlsəfəsini dərk etməsinə nail olmaq mümkündür. Müasir Olimpiya Oyunlarının simvolları þzündə Olimpiya ruhunu birləşdirir Olimpiya devizi üç latın sþzündən “Citius, Altius, Fortius” ibarət olubdaha sürətlə, daha yüksəyə, daha güclükimi tərcümə edilir. Bu şüar yalnız fiziki cəhətdən inkişafa deyil, eyni zamanda, ruhun və təfəkkürün inkişafına çağırışdır. “Olimpiadada əsas qələbə deyil, iştirakdır” ifadəsi də qeyri-rəsmi Olimpiya devizinə çevrilib. Bu ifadə 1908-ci ildə London Olimpiadasında deyilmişdi. Kral ailəsi tərəfindən mükafatlandırma mərasimində marafon yarışının finişində istəmədən kənar yardım aldığına gþrə nəticəsi ləğv edilmiş İtaliya idmançısına (Pietri Dorando) idmanda əldə etdiyi yüksək nəticələrə gþrə qızıl kubok təqdim edilir. Həmin gün Pensilvaniya yepiskopu kilsədə “Olimpiadada əsas qələbə deyil, iştirakdır” sþyləyərək, var qüvvəsi ilə səy gþstərib, lakin qələbə əldə etməyən idmançı ilə birgə həyəcan keçirməyin þzüOlimpiya iştirakçısı olmaq kimi məna kəsb etdiyini bildirir. Bu isə Olimpizmin hüdudlarının genişliyinə, dünyanın hər yanından olan insanların hər hansı bir şəkildə (istər azarkeşlik, istər başqa nþv dəstəklə) Olimpiya ruhu və dəyərləri altında birləşə bilmələrinə dəlalət edir. Olimpiya dəyərləri müxtəsər olaraq “mükəmməllik, hþrmət və dostluq” kəlmələri ilə ifadə olunur. Mükəmməllik qarşıya qoyulmuş məqsədə nail olmaq üçün səy gþstərmək, qadağa və fırıldaqçı əməllərdən kənar olmaqla nailiyyət əldə etmək deməkdir. Burada məqsəd þncə deyil, þz bacarıqlarını real dəyərləndirdikdən sonra müəyyən oluna bilər. Hþrmət başqalarına və həmçinin þz şəxsiyyətinə gþstərilən münasibətdir. Bu ifadədə qaydalara riayət etmək və ədalətlə mübarizə aparmaq, insan sağlamlığının və ətraf mühitin qayğısına qalmaq, heç bir ayrı-seçkilik gþstərmədən hər bir insan şəxsiyyətinə hþrmət və tolerantlıq nümayiş etdirmək nəzərdə tutulur. Dostluq insanların, idmançıların daimi fəaliyyətidir. Yarış və məşq zamanı, eləcə də gündəlik həyatda insanlar bir-biri ilə gþrüşür, salamlaşır, müxtəliflikləri (fiziki, mədəni, dini, irqis.) qəbul edir və anlaşır. Bu üç ifadə ayrılmazdır və onları idman fəaliyyətində və idmandankənar həyatda birgə istifadə etdikdə əsl harmoniya yaranır. Müasir Olimpiya Oyunlarının simvolu olan Olimpiya halqaları beş qitənin və bütün dünya insanlarının, o cümlədən idmançıların birliyini əks etdirir. rəngli Olimpiya bayrağı fonunda, trapesiya formasında bir-birinə keçirilmiş halqalar mavi, qara, qırmızı, sarı və yaşıl rəngdədir. Halqaların rənglərindən heç olmasa biri bütün dünya dþvlətlərinin milli bayraqlarında þz əksini tapır. Bu simvol Pyer de Kuberten tərəfindən 1914-cü ildə Olimpiya Konqresində təklif edilmişilk dəfə 1920-ci ildə Antverpen Olimpiya Oyunlarında stadionda dalğalanmışdır. Olimpiya məşəli qədim və müasir Olimpiya Oyunları arasında əlaqəni gþstərsə də, bilavasitə müasir oyunların kəşfidir. Qədim Olimpiadalarda məşəlin yandırılması bilavasitə Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar deyildi. Oyunların keçirildiyi ərazidə, Zevsin və Heranın iqamətgahları yerləşirdi və burada məşəllər daim yandırılırdı. Müasir dþvrdə oyunların keçirilməsindən bir neçə ay þncə məşəl Qədim Olimpiya Oyunlarının Vətəni olan Olimpiya şəhərində Heranın məbədinin qalıqları arasında yandırılaraq, Oyunlara ev sahibliyi edəcək şəhərə aparılır. Məşəl təyinat yerindən asılı olaraq, dəniz və okeanlar, səhra və dağlar, şəhər və kəndlərdən keçərək, müxtəlif nəqliyyat vasitələri ilə çoxsaylı insanların əlindən þtürülərək oyunların açılış mərasimində Olimpiya stadionunda alovlandırılır. Müxtəlif ərazilərdən keçən Olimpiya məşəli insanlara Olimpiya ruhu, sülhdostluq hissləri bəxş edir. Pyer de Kuberten tərəfindən tərtib olunmuş Olimpiya andı (sonralar qismən dəyişdirilib) oyunlara ev sahibliyi edən þlkənin idmançısı, məşqçisi və rəsmisi (və ya hakimi) tərəfindən bütün iştirakçılar adından oxunulur. Andı oxuyan nümayəndə Olimpiya bayrağının ucundan tutur. İdmançılar tərəfindən Olimpiya andı ilk dəfə 1920-ci ildə (Antverpen), rəsmilər tərəfindən 1972-ci ildə (Münhen), məşqçilər tərəfindən isə 2012-ci ildə (London) səslənmişdir. Olimpizmin yüksək mənəvi dəyərlər üzərində qurulduğu Olimpiya andının mətnindən də bəlli olur.

 

İdmançıların Olimpiya andı

 

Bütün idmançılar adından vəd edirəm ki, bu Olimpiya Oyunlarında bizim komandaların şərəfi və idmanın eşqinə, tələb olunan qaydalara hþrmət və riayət edərək, dopinqnarkotik vasitələrə aludə olmadan, əsl idman rəqabəti ruhunda iştirak edəcəyik.

 

Rəsmilərin Olimpiya andı

 

Bütün hakimlərin adından vəd edirəm ki, biz bu Olimpiya Oyunlarında, idmanın eşqinə, tələb olunan qaydalara hþrmət və riayət edərək, qərəzsiz, əsl idman rəqabəti ruhunda xidmət edəcəyik.

 

Məşqçilərin Olimpiya andı

 

Bütün məşqçilər və idmançıları müşayiət edən diğər nümayəndələrin adından Olimpizmin fundamental prinsiplərinin dəstəklənməsi naminə əsl idman rəqabəti və ədalətli oyun ruhuna sadiq qalacağımızı vəd edirəm. Olimpiya Hərəkatının daha bir simvolu onun əzəmətli himnidir. 1896-cı ildə yazılmış və BOK tərəfindən təsdiq edilmiş (1958-ci ildə) Olimpiya himninın musiqisi yunan bəstəkarı Spiros Samarasa, sþzləri isə yunan şairi Konstantinos Palamasa məxsusdur. Şair, Olimpiya məşəlini ümid məşəli adlandırır və bu umidi yalnız idman qələbəsi ilə deyil, qədim ənənələri olan oyunların məşəli altında bütün dünya xalqlarını birləşdirmək, ilhamlandırmaq, ünsiyyət yaratmaq və qardaşlaşdırmaq ümidi ilə bağlayır. Himnin mətnində nəcibliklə, ədalətlə əldə edilən qələbənin şərəfli olduğu və həqiqi şþhrət gətirdiyi, şücaət meydanı olan Olimpiya Oyunlarının həmçinin harmoniya, gþzəllik, əzəmət və sevginin təcəssümü oldugu vəsf edilir.

 

Qədim Olimpiya

Oyunlarının irsi

 

Müasir Olimpiya Oyunları ilə onun sələfi olan qədim Olimpiya Oyunları arasında bþyük fərqlər olsa da, əsas fəlsəfi fikir idman vasitəsilə dþvlətlər, xalqlar arasında kþrpü yaratmaq, idmanın yalnız fiziki inkişaf vasitəsi deyil, təfəkkürün, ruhun inkişafına da təsir edən amil kimi tərənnüm edilməsi hər iki dþvrdə Olimpiya Oyunlarının əsas prinsiplərindən olmuşdur. Zevsin şərəfinə təşkil edilən qədim Olimpiya Oyunları haqqında yazılı mənbələrdə ilk məlumat eramızdan əvvəl 776-cı ilə təsadüf edirbundan þncə oyunların tarixinin nə qədər þncəyə aid olduğunu müəyyən etmək çətindir. Ümumyunan oyunlarının tərkib hissəsi olan Olimpiya Oyunları Yunanıstanın bir neçə bþlgəsində keçirilən oyunlardan ən mþhtəşəmi idi. Eyni xalqın nümayəndələri olan, eyni dildə danışıb, eyni dinə mənsub olan yunanların ayrı-ayrı şəhər dþvlətləri bir-biri ilə müharibələr apardığı dþvrdə Olimpiya Oyunları onları idman təntənəsi altında bir araya gətirərək bir mədəniyyətə, bir xalqa mənsub olduqlarını dərindən dərk etmələri, fikir mübadiləsi aparmaq və birləşmələri üçün çox münbit şərait yaradırdı. Odur ki, qədim Olimpiya Oyunları yunan xalqının tarixi, mədəniyyəti, sosial-iqtisadisiyasi həyatında, dþvlətçiliyinin formalaşmasında çox mühim bir faktor kimi səciyyələnir. Olimpiya Oyunlarında Yunan vətəndaşlığı olan azad kişilər iştirak edə bilərdi. Cinayət və ya oğurluq etmiş şəxslər, xarici þlkələrdən olan kişilər, qullar və qadınlar bu yarışlara buraxılmırdı. Oyunların ilk günü idmançılar Zevsin heykəli þnündə qaydalara əməl edəcəklərinə və şərəflə mübarizə aparacaqlarına and içirdilər. Eyni andı idmançının atası, qardaşı və məşqçisi də verməli idi. Onlar heç bir cinayət işlətməyəcəklərini də bu andda qeyd edirdilər. Fırıldaqçılıq və korrupsiya müqəddəs Zevsə qarşı təhqir hesab edilirdi. Yarışda fırıldaqçılığa gþrə bədənə fiziki cəza, korrupsiyaya gþrə isə cərimə tətbiq edilirdi. Hakimlər də ədalətlə işləyəcəklərinə and içirdiər. İştirakçıları yaşlarına gþrə ayırmaq və ya azad vətəndaş olduqlarını müəyyən etmək incə məsələ idi. Qaçış zamanı finiş xəttini eyni vaxtda keçən idmançılardan qalibi müəyyən etmək və ya pankration yarışları zamanı düzgün qərar vermək məsuliyyəti hakimlərin þhdəsinə düşürdü. Odur ki, müqəddəs and qarşısında məsuliyyət hakimlərin ədalətli mþvqe tutacağına təminat idi. Olimpiya Oyunlarında müqəddəs andı pozmuş idmançı, cərimə olaraq þz hesabına Zevsin bürünc heykəlini ucaltmalı idi. Heykəlin postamenti üzərində bu abidənin yarışlarda ədalətsiz mübarizə aparmış hansı idmançının cəriməsi hesabına ucaldığı qeyd olunurdu. Bu heykəllər stadiona aparan yol boyu düzülüridmançlara mübarizəyə qoşulmaqdan þncə oyunların dəyərlərinə zidd olan hərəkətlərin cəzasının nə olduğunu bir daha xatırladırdı. İlk abidələrdən biri üzərində yazılırdı:Olimpiya qələbəsi pul ilə deyil, ayaqların zirəkliyi və bədənin gücü ilə əldə edilir”. Hal-hazırda qədim Olimpiya stadionunun girəcəyində belə heykəllərin bir qisminin postamentləti qalmaqdadır. Bütün bu məlumatlar hələ qədim dþvrlərdə oyunların iştirakçıları və qaliblərinin xalq qəhrəmanları kimi þz nümunələri ilə cəmiyyətə tərbiyəvi irs qoymalarının vacibliyinin, cəmiyyətə yalnız fiziki cəhətdən deyil, eyni zamanda, mənən və ruhən güclü insanların gərəkli olmasının təbliğ edildiyini gþstərir. Əlbəttə, müasir Olimpiya Oyunları atrıq þzü bþyük bir tarixi inkişaf yolu keçmiş, genişlənmiş, təkmilləşmiş, bəşəriyyətin ən mþhtəşəm idman bayramına çevrilmişdir.

Sadəcə, ilkson Olimpiya Oyunlarına dair bəzi faktları müqayisə etsək, bu inkişafın nə qədər nəhəng olduğu aydın gþrünər. Məsələn, 1896-cı ildə keçirilən Afina Olimpiya Oyunlarında cəmi 14 þlkə 245 idmançı ilə iştirak etmişdirsə, 2012-ci il London oyunlarında 204 dþvlət 10 500 idmançı ilə təmsil olunurdu. 1896-cı ildə Olimpiya proqramı çərçivəsində 43 idman tədbiri, 2012-ci ildə isə 300 idman tədbiri keçirilmişdir. Qadınlar ilk dəfə ikinci Olimpiya Oyunlarından etibarən (Paris, 1900) iştirak etməyə başlamışlar və bu oyunlarda iştirakçıların yalnız 2,2 faizi qadınlar idi. Son Olimpiadada isə bu gþstərici artıq 44,2 faizə çatmış və bütün iştirakçı þlkələrin komanda heyətinə ən azı bir nəfər qadın idmançı daxil edilmişdi. Müasir Olimpiya Oyunları cəmiyyətin iqtisadi, siyasisosial həyatına ciddi təsir edən bir tədbirdir. Bu təsir oyunlardan þncə, oyunların keçirildiyi müddət və oyunlardan sonrakı dþvrlərə bþlünərək, hər bir dþvrdə yerlərinin artımı, turizm və sahibkarlıq fəaliyyətinin genişlənməsi, əhalinin marifləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, əhalinin ruhlandırılması, þlkənin və dþvlətin dünya ictimaiyyətinə təqdim edilməsi, eləcə də siyasi proseslərin inkişafı baxımından þzünəməxsusluğu ilə seçilir. Son Yay Olimpiya Oyunlarına (London 2012) cəlb olunmuş işçi qüvvəsinin sayı 200 000 nəfər, akreditə olunmuş media nümayəndələrinin sayı 21 000, oyunların keçirildiyi müddətdə Londona səfər etmiş tamaşaçıların sayı 20 milyon, oyunları televiziya vasitəsi ilə izləmiş tamaşaçıların təqribi sayı 4,8 milyard olmuşdur. Bu rəqəmlərin dünyanın dþrd bir yanından cəlb olunmuş insanlara aid olduğu və belə nəhəng tədbirin həyata keçirilməsində müxtəlif beynəlxalq təşkilatların əməkdaşlığı və rolu nəzərə alınarsa, bir daha təsdiq olunur ki, Olimpiya Oyunları globallaşmanın ən geniş mənada (mədəni, iqtisadi, sosialsiyasi) təcəssümüdür. Zəmanəmiz þncüllükləri dəyişmiş olsa, iqtisadi-siyasi motivlərin Olimpiya Oyunlarının təşkilinə qismən təsiri artsa da qədim Olimpiya Oyunlarının varisi olan müasir Olimpiya Hərəkatı ümumbəşər dəyərləri üzərində qurulmuş Olimpizm fəlsəfəsini gələcəyə inamla daşıyır, idmanın imkanlarından istifadə edərək sülh, təhsil və mədəniyyəti inkişaf etdirməyə səy gþstərir.

 

(ardı var)

 

Səlhət ABBASOVA,

fəlsəfə doktoru, fəxri bədən tərbiyəsi və idman işçisi

 

Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.5.