Azərbaycanın maliyyə imkanları qlobal iqtisadi

böhran şəraitində getdikcə genişlənir

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi  siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın  sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir. Nəticədə Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur.

 

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş ölkə iqtisadiyyatı son 5 ildə yaşanan qlobal  iqtisadi və maliyyə böhranı şəraitində də uğurla inkişaf etməkdə davam edir. Aparıcı ölkələr hələ də böhran qarşıdurması problemlərini həll etdiyi bir vaxtda, Azərbaycan  dayanıqlı inkişafa yönəlmiş yeni strateji vəzifələri həyata keçirir. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada ilk onluqda qərarlaşmışdır. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərir. Ölkədə yüz minlərlə yeni yerləri açılmış, regionların sosial-iqtisadi inkişafı sürətlənmişdir.

2013-cü ildə Mərkəzi Bank öz siyasətini tarazlı inkişafın vacib şərtləri olan makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəldərək aşağı inflyasiya, sabit məzənnə, bank-maliyyə sektorunda dayanıqlıq kimi mühüm hədəflərə nail olmuş, ölkədə maliyyə vasitəçiliyi genişlənmiş və şaxələnmişdir.

Adıçəkilən bəyanatda vurğulanır ki,  2013-cü ildə ölkədə iqtisadi artım tempi dünya (3,6 faiz) və MDB (3,4 faiz) üzrə orta artım tempini üstələmişdir. Azərbaycan hazırda 70 milyard ABŞ dolları həcmində iqtisadiyyata malikdir (dünyada 67-ci yer). Həyata keçirilən fəal şaxələndirmə siyasəti sayəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 56 faizə yüksəlmişdir.

Ötən il iqtisadi artıma daxili tələbin bütün elementləri müsbət təsir etmiş, dövlət büdcəsi xərclərinin 10 faiz  artması daxili tələbi yüksəldən əsas amillərdən olmuşdur. Əhalinin son istehlak xərcləri dövr ərzində 15 faiz artmışdır. Şaxələndirməyə təkan verən investisiyalar 15 faiz, o cümlədən qeyri-neft sektorunda 8 faiz artmışdır. İnvestisiyaların 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşmüşdür.

Sözügedən dövrdə qeyri-sabit qlobal iqtisadi mühitdə Azərbaycanın əlverişli xarici mövqeyi qorunmuş, qeyri-xammal ixracının genişlənməsi davam etmiş, ölkəyə investisiya axını sürətlənmiş və valyuta ehtiyatları daha da artmışdır. Belə ki, sözügedən dövrdə xarici ticarət balansının profisiti 12,3 milyard  ABŞ dolları olmuş, ixrac idxalı 2,3 dəfə üstələmişdir. İqtisadiyyata qoyulan xarici investisiyaların həcmində artım  31,2 faizdən çox olmuşdur. Mərkəzi Bankın valyuta ehtiyatları isə 18 faiz artaraq 14 milyard ABŞ dollarına yaxınlaşmışdır. Valyuta ehtiyatlarının artması ölkənin beynəlxalq investisiya mövqeyinin yaxşılaşması ilə müşayiət olunmuşdur.

2013-cü ildə ölkədə qiymətlərin sabitliyi təmin edilmiş, inflyasiyanın səviyyəsi qoyulmuş hədəf çərçivəsində saxlanılmışdır. Dünya İqtisadi Forumuna görə Azərbaycan dünyada ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir.

Ötən il artan valyuta gəlirlərinin bir hissəsinin sosial-iqtisadi inkişaf məqsədləri üçün istifadə olunması şəraitində Mərkəzi Bank manatın daha yüksək templə bahalaşmasına yol verməmişdir. Bu məqsədlə valyuta bazarından 2,1 milyard ABŞ dolları həcmində xarici valyuta alınmışdır. Nəticədə dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0,08 faiz möhkəmlənmişdir. Məzənnənin sabitliyi makroiqtisadi və maliyyə sabitliyinə, habelə iqtisadiyyatın rəqabət qabiliyyətinə təsir edən mühüm amillərdən biri olmuşdur. Öz sabitliyini qoruyan manat bu gün regionun ən sabit və etibarlı valyutasıdır və sərhədyanı ticarətdə fəal istifadə edilir.

Azərbaycanda bank sisteminə inam getdikcə güclənir.  Əhalinin əmanətləri 25,5 faiz (regionlarda 32 faiz) artaraq 6,4 milyard manata çatmışdır ki, bunun da 70 faizi sığortalanır. Hazırda ölkədə 3 milyondan çox əmanətçi vardır. Sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi davam etdirilmişdir. 2013-cü ilin dekabr ayının əvvəlinə artıq 1621,7 min əmanət hesabı üzrə 600 milyon manata yaxın həcmdə vəsait ödənilmişdir.

Azərbaycan İpoteka Fondunun (AİF) bankların öz resursları hesabına maliyyələşən ipoteka kreditləri 750 milyon manata çatmışdır. 2013-cü il ərzində verilən ipoteka kreditlərinin həcmi 35 faiz, o cümlədən güzəştli ailələrə kreditlər 33 faiz artmışdır. Nəticədə ipoteka kreditləri hesabına mənzil əldə edən ailələrin sayı 20 mini ötmüşdür. İpoteka kreditlərinin maliyyələşdirilməsində dövlət büdcəsindən ayrılan vəsaitlərlə yanaşı, bazardan cəlb edilən resurslar da mühüm rol oynamışdır.

Ölkənin maliyyə balansında tarazlıq gözlənilməklə 2013-cü ildə iqtisadiyyata rekord səviyyədə sərmayə qoyulmuşdur. Dövlət əsaslı vəsait qoyuluşu da ən yüksək səviyyəyə çatmış, 7 milyard manat səviyyəsində vəsait yönəldilmişdir. Həmin vəsaitdən sosial-mədəni məişət təyinatlı obyektlərin (elm, təhsil, səhiyyə, mədəniyyət, idman s.) tikintisi yenidən qurulması üçün 2 milyard 37 milyon manat, enerji, su qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya digər infrastrukturların tikintisi yenidən qurulması üçün 3 milyard 743 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 262 milyon manat  vəsait sərf edilmişdir.

Dövlət büdcəsinin investisiya xərcləri ilə yanaşı, ölkəmizdə  yol, su təchizatı meliorasiya, kənd təsərrüfatına, sosial digər infrastrukturların tikintisinə yenidən qurulmasına Azərbaycan hökuməti  tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına təxminən 754 milyon manat məbləğində vəsait sərf edilmişdir. Dövlət Neft Fondunun vəsaiti hesabına ölkəmizdə xaricə qoyulmuş sərmayələr hesabına həyata keçirilən bir sıra investisiya layihələrinin icrası üçün ötən il 1 milyard 74 milyon manat vəsait yönəldilmişdir.

Şəhər, rayon qəsəbələrdə abadlıq quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 347 milyon manat vəsait ayrılmışdır.

Azərbaycanda daxili tələbin tədricən xarici tələblə əvəzlənməsi, ixracın şaxələndirilməsi strateji vəzifələrdəndir. Mərkəzi Bankın bəyanatında bununla bağlı bildirilir ki, qeyri-neft sektorunda ixracyönümlü iqtisadi artımın təmin olması bu artımın əsasən özəl daxili xarici investisiyalarla dəstəklənməsi son nəticədə dövlət büdcəsinin artırılmasına xidmət edir. Bunun ən vacib şərtlərindən biri makroiqtisadi dayanıqlıq sabitlikdir. Bu baxımdan 2014-cü il üçün dövlət büdcəsi xərclərinin stabilləşdirilməsi, neft gəlirlərinin büdcə məqsədləri üçün istifadə olunan məbləğinin optimallaşdırılması yeni strateji çağırışlara tam adekvatdır. Neftin dünya qiymətlərinin dəyişkənliyi şəraitində bu, dünya bazarlarının ölkə iqtisadiyyatına konyunktur təsirlərini mərhələlərlə optimallaşdırmağa imkan verir.

Azərbaycanın maliyyə imkanlarının güclənməsi ölkədə sosial siyasətin uğurla reallaşmasına da müsbət təsir göstərir. Respublika əhalisinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasət 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm məzmun etibarilə zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuş daha da güclənmişdir.

Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam fərmanlarda, təsdiq etdiyi digər sənədlərdə çoxlu sayda yeni yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daim ön planda dayanır. Respublikanın iqtisadi potensialının daha da gücləndirilərək onun kompleks şəkildə səmərəli reallaşdırılması nəticəsində əməkhaqları pensiyaların, digər sosial müavinətlərin mütəmadi artırılması, yeni yerlərinin yaradılması bunun daha çox qeyri-neft sektorunu əhatə etməsi vətəndaşların sosial müdafiəsinin daha da güclənməsinə səbəb olmuşdur.

BMT İnkişaf Proqramının son “İnsan İnkişafı Hesabatı”na əsasən, ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə layiq görülmüşdür. Ümumiyyətlə, 2003-2013-cü illərdə İnsan İnkişafı İndeksinin artım sürətinə görə Azərbaycan orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin top-15-liyinə daxil olmuşdur. BMT yanında İnkişaf Artım Komissiyasının son məruzəsinə görə, 1950-ci ildən sonra yalnız 13 ölkədə belə sürətli inkişaf müşahidə edilmişdir.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə olduğu kimi, sosial firavanlığın təmin olunması istiqamətində böyük nailiyyətlərə imza atan bir ölkədir. Əldə olunan  nailiyyətlər xalq-Prezident birliyinin daim möhkəmlənməsi ilə müşahidə olunur ki, bu da respublikanın gələcəkdə həyatın bütün sahələrdə daha möhtəşəm uğurlar qazanması üçün ən mühüm stimuldur.

Burada mühüm bir məqamı da xatırlatmaq yerinə düşər. Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinAzərbaycan 2020: Gələcəyə baxışİnkişaf Konsepsiyasını təsdiq etməsi əhəmiyyətli tarixi hadisələri sırasındadır. Müasir Azərbaycanın siyasi, iqtisadi, sosial mədəni inkişaf xüsusiyyətlərindən, məqsədli dövlət proqramları vasitəsilə yeni yüksəliş mərhələlərinə keçidin zərurətlərindən, ən nəhayət, gələcəyin strateji hədəflərinin müəyyənləşdirilməsindən irəli gələn bu mühüm sənəd dövlətimizin davamlı inkişafının təmin olunmasında, Azərbaycanın geosiyasi geoiqtisadi əhəmiyyətinin artırılmasında, Avropa məkanına inteqrasiya prosesinin sürətləndirilməsində, əhalinin sosial rifahının yüksəldilməsində, cəmiyyətin bütün istiqamətlərdə tərəqqiyə nail olunmasında, keyfiyyətcə mükəmməl inkişaf modelinin formalaşdırılmasında müstəsna rol oynayacaqdır. Azərbaycan 2020: Gələcəyə baxışİnkişaf Konsepsiyası çoxşaxəli olmaqla yanaşı, qarşıdakı illər üçün yeni prioritetləri, hədəfləri əhatə edir.

Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13 min ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr”, habelə BMT İnkişaf Proqramının insan inkişafı ilə bağlı təsnifatına görə “yüksək insan inkişafı ölkələri” qrupunda üstün mövqelərə  yüksəlməsi hədəflənir. Respublikanın beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə malik ölkəyə çevrilməsi də qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. Bu məqsədlə respublikanın regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması proqnozlaşdırılır.

2020-ci ilədək inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə keçidin təmin olunması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Neft-qaz sektorunun, neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmini, ticarət və xidmət növlərinin genişləndirilməsi, xarici ticarətin, investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik artım tempinin 7 faizdən yüksək olması hədəflənir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.3.