Xəzər qazını Avropaya nəql edəcək “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir

 

Layihəyə 45 milyard dollar sərmayə cəlb olunması planlaşdırılır

 

Təməli ulu öndər Heydər Əliyev tərəfindən hələ 1993-94-cü illərdə qoyulmuş yeni neft strategiyamız illər keçdikcə dövlətimizə və xalqımıza daha böyük üz ağlığı, nüfuzsiyasi, iqtisadi səmərələr verməkdədir. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi- Ceyhan neft, Bakı-Tbilisi Ərzurum qaz ixrac kəmərləri, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənməsi məqsədiylə imzalanmış çoxsaylı müqavilələr beynəlxalq aləmdə rəsmi Bakı ilə əməkdaşlığa artan marağın göstəricisi olmaqla yanaşı, həm də bizim neft strategiyamızın ədalətli, tərəfdaşlıq etdiyimiz dövlətlər və qurumlar üçün məqsədəuyğun olmasından xəbər verir.

Ümummilli liderimiz hələ “Əsrin müqaviləsi” imzalanandan sonra mətbuata verdiyi müsahibələrin birində qeyd etmişdi ki, istənilən təbii sərvət ölkə vətəndaşlarının hamısının sərvətidir və eyni zamanda bu sərvətdən ədalətli şəkildə istifadə edildiyini o zaman deyə bilərik ki, biz onu dostlarımıza,  strateji tərəfdaşlarımıza, müttəfiqlərimizə, ümumiyyətlə, istənilən istehlakçıya satarkən öncə xalqımızın və dövlətimizin, sonra isə hamının maraq və mənafelərini nəzərə ala bilək. Geridə qalan illərdəki  neft diplomatiyamız və neft müqavilələrimiz sübut etmişdir ki, Azərbaycan dövləti ulu öndərin həmin prinsiplərinə daim və yüksək səviyyədə əməl edir. Bakıda keçirilən “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində də bunun şahidi olduq. Daha doğrusu, mərasimdə çıxış edən əcnəbi natiqlərin hamısı bu fikri vurğuladılar ki, Azərbaycan dövləti istənilən tərəfdaş ölkə ilə sırf istehsalçı ölkə kimi deyil, inanılmış və etibar edilən dost, tərəfdaş kimi münasibətlər formalaşdırıb.

 Tədbirdə qeyd olunduğu kimi “Şahdəniz-2” layihəsi ölkəmizdən başlayaraq Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət edəcək və  Trans-Anadolu, eləcə də  Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı arzuların reallaşmasına zəmin yaradacaq. Bu kəmər vasitəsiylə  Avropaya  nəql olunacaq  qaz  Xəzərin Azərbaycan sektorunda hasil olunacaq. Bu məqsədlə  26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emalkompressor qurğularının inşası nəzərdə tutulur.  İlkin hesablamalara görə kəmər 3500 kilometr məsafəyə qaz  nəql  edəcək. Layihə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını  təbii qaz yanacağı ilə təmin edəcəkdir. Mərasimdə qeyd edildiyi kimi qazın Avropaya 2019-cu ildə çatdırılması  nəzərdə tutulur.

Xatırladaq ki, hələ 1999-cu ildə azərbaycanlı mütəxəssislərin xarici həmkarları ilə birgə səyləri nəticəsində kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində hələ 2006-cı ildən qaz ixracına başlanılıb.  Bu yataqda aparılan işlərin  ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə ekspertlərin fikrincə, dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən biridir. Bunu ölkəmizin neft-qaz strukturları və aparılan geoloji-kəşfiyyat işlərinin nəticələri ilə yaxından tanış olan mütəxəssislərin hamısı söyləyirlər. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin mərasimdəki çıxışında ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək yeni layihəni yüksək qiymətləndirərək dedi: “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir. Lakin bu gün mən 19 il bundan öncəyə - Azərbaycanın enerji strategiyasının yarandığı 1994-cü ilə dönmək istəyirəm. Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır".

Dövlət başçımız hazırda gündəlikdə olan məsələnin tam mahiyyətini növbəti dəfə tədbir iştirakçılarının diqqətinə çatdırmaq, eləcə də , Azərbaycanın bu qəbildən olan məsələlərdə kifayət qədər təcrübəyə malik olduğunu vurğulamaq məqsədiylə mərasimdə mütəxəssislərimizin “Şahdəniz”dəki fəaliyyətinin tarixçəsinə qısa bir ekskurs etməyi məqsədəuyğun saydı: “ 1996-cı ildə ”Şahdəniz" qaz yatağı ilə bağlı saziş imzalanmış, sonra 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Daha sonra - 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub qaz boru kəməri inşa edilmişdir. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni hazırkı mərasimin tərkib hissəsi olan digər layihə ilə birləşdirmişdir".

 Burada bir məqamı da yada salaq. Azərbaycan Respublikası ötən əsrin 90-cı illərinin ikinci yarısında ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində beynəlxalq beynəlxalq aləmə inteqrasiyanı genişləndirmiş yeni əsrin ilk ilinin ilk ayında Avropa Şurasının üzvlüyünə qəbul edilmişdi.  Strassburqda - Avropa Şurası-nın binası önündə Azərbaycan bayrağının qaldırılması mərasimində çıxış edən ulu öndər söyləmişdi ki, Azərbaycan Avropaya qədər lazımdırsa, Avropa da Azərbaycana bir o qədər lazımdır. Yəni, biz Avropaya  yaxınlaşdığımız qədər Avropa da bizə yaxınlaşmalıdır. Ulu öndər sonra əlavə etmişdi ki, Avropa Azərbaycanla əməkdaşlığın müsbət nəticələrini qısa zaman ərzində, ən uzağı on il müddətində görəcək. Zaman bu tezisin qədər dəqiqliklə, uzaqgörənliklə söylənildiyini artıq çoxdan sübut edib.  Həmin tezislərin səsləndirilməsindən düz on il sonra - 2011-ci ilin yanvarında  Azərbaycanın Avropaya qədər lazım olduğunu göstərən bir sənəd imzalanmışdı. Həmin sənədin adını məzmununu dövlət başçımız İlham Əliyevin  yuxarıda haqqında söz açdığımız mərasimdəki nitqində daha aydın şəkildə görürük: “2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Ötən il biz Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalamışıq. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. Nəhayət, bu gün biz “Şahdəniz-2” yekun investisiya qərarını imzalayırıq”. Bird aha xatırladaq ki, həm TANAP, həm TAP son nəticədə Avropanın enerji təhlükəsizliyinin qorunmasında xüsusi önəm kəsb edir.

Dövlət başçımız hazırda gündəlikdə olan məsələ, “Şahdəniz-2" layihəsi barədə söz açarkən Azərbaycanın bilavasitə Avropanın maraqlarının təmin edilməsində nümayiş etdirdiyi səmimiyyəti önə çəkir: ”Bu gün bu əməkdaşlıq daha geniş formata qədəm qoyur daha çox ölkə şirkəti əhatə edəcək yeni əməkdaşlıq formatı yaradılır. Əminəm ki, gələcəkdə “Şahdəniz-2” layihəsi hazırda nəzərdə tutulduğundan daha çox coğrafi məkanı əhatə edəcəkdir. Bu gün biz təbii ki, qazımızın Avropa bazarlarına vaxtında çatdırılması üçün diqqətimizi TANAP TAP layihələrinin icrasına yönəltməliyik. BuradaŞahdəniz" layihəsinin ilkin mərhələsinin əhatə etdiyi ölkələr - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan ilə sıx əməkdaşlıq tələb olunacaqdır. Sonrakı mərhələdə biz Monteneqro Xorvatiya ilə fəal əməkdaşlığa başlayacağıq. Bu boru kəmərinin Balkanlar istiqamətində uzadılması planlarımız da vardır. Eyni zamanda, ümid edirəm ki, qarşıdan gələn illərdə Rumıniya, Macarıstan Avstriyadakı tərəfdaşlarımızla boru kəmərinin həmin istiqamətdə uzadılması üzrə fəal görəcəyik. Bizim böyük planlarımız vardır boru kəmərinin dizaynı da bu planlara uyğun şəkildə nəzərdə tutulmuşdur".

Xatırladaq ki, gələcəkdə  Azərbaycan  hasil edə biləcəyi qədər qaz həcmini nəzərdə tutulmuş kəmərlər vasitəsilə nəql edəcək.  Yəni  Şahdəniz-2” layihəsi  bir çox ölkələr üçün enerji təhlükəsizliyi layihəsidir. Prezident İlham Əliyevin dediyi kimi  hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin tərkib hissəsidir. Odur ki,  Şahdənizlayihəsinin imzalanması bu layihədə iştirak edən ölkələrin hamısı  üçün faydalı əməkdaşlıq formatı yaradacaqdır. Məhz bunu əsas götürən  Albaniyanın baş naziri Edi RAMA  mərasimdəki çıxışında yeni layihəyə yüksək qiymət verərək dedi: “Azərbaycan şirkətləri ehtiyatları Cənubi Avropa ölkələri üçün yeni bir mənzərə yaradacaqdır. Eyni zamanda, Albaniya mühüm enerji layihəsi şəbəkəsinin tərkib hissəsi olacaqdır. Mən hesab edirəm ki, TAP yalnız imkan fürsətlər demək deyildir. Eyni zamanda, böyük məsuliyyət deməkdir. Bizim hökumətlərimiz zəruri, maddi insani kapital yönəldəcəkdir ki, bu layihə uğurlu nəticələrini versin... Azərbaycanın xüsusi dəstəyi əməkdaşlığı nəticəsində mənim ölkəm qazlaşdırmaya müvəffəq olacaqdır”.

Gündəlikdəki məsələyə münasibət bildirən natiqlərin fikirlərinin bir-birindən dəyərli mənalı olmasına baxmayaraq, Türkiyənin enerji təbii sərvətlər naziri Taner Yıldızın çıxışındakı bir məqam hamı tərəfindən alqışlarla qarşılandı mərasimin leytmotivi kimi səsləndi: “Olmayan bir şey paylaşılmaz, amma var olan bir şey həmişə paylaşıla bilər. Xəzər  xüsusilə bu sərvətlərini dünya bazarlarına təqdim edərək həm yerləşdiyi bölgənin, həm digər bölgələrin rifah səviyyəsini daha da artıracaqdır”. Ancaq bu qısa yazını adıçəkilən mərasimdə xüsusi söz sahibi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ifadələri ilə yekunlaşdırırıq: “Əminəm ki, biz istehsalçı, tranzit istehlakçı ölkələrin maraqlarının düzgün balansına birlikdə nail ola biləcəyik. Hamımız üçün faydalı əməkdaşlıq formatı yaradılacaqdır”.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2014.- 14 yanvar.- S. 3.