Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olmuşdur

 

Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfiri Xun Tsyuin Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə heyəti ilə görüşmüşdür.

Rektor Elmar Qasımov qonağa bu təhsil ocağının yaranma tarixi, tələbə qəbulu prosesinin nəticələri və məktəbin əsas hədəfləri haqqında ətraflı məlumat vermişdir. Daha sonra  bildirmişdir ki, Avropa Kredit Transfer Sisteminin şərtlərinə uyğun tədris prosesinin təşkil edildiyi bu ali məktəblə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında əməkdaşlıq münasibətləri qurulmuşdur. Bu əlaqələr nəticəsində BANM-da Heriot-Vatt Universitetinin tədris proqramları tətbiq olunur, eyni zamanda, dərslərdə keyfiyyətə nəzarəti, imtahanların keçirilməsi və qiymətləndirilməsi prosesi həmin universitetin professorları tərəfindən həyata keçirilir. Məktəbi bitirən tələbələrə həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot-Vatt Universitetinin diplomları verilir.

Səfir Xun Tsyuin BANM-a gəlişindən məmnunluq hissi keçirdiyini vurğulamış, Azərbaycanda tədrisi ingilis dilində həyata keçirən belə müasir tipli texniki ali məktəbin yaradılmasının çox önəmli bir addım olduğunu xatırlatmışdır.  O, bu təhsil ocağının Çin Xalq Respublikasının müvafiq qurumları və bu istiqamətdə fəaliyyət göstərən ali təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu diqqətə çatdırmışdır.

Sonda səfir Xun Tsyuinə BANM-in “Fəxri qonaqdiplomu təqdim edilmişdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 17 yanvar.- S. 6.