2013-cü il Türkiyə-Azərbaycan strateji əməkdaşlığı üçün əlamətdar olmuşdur

 

Hər il yeni transmilli layihələr həyata keçirən və əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Türkiyə və Azərbaycan üçün 2013-cü il xüsusilə əlamətdar olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğanla dostluq və qardaşlıq münasibətləri də digər ölkələrin liderləri üçün örnək ola bilər.

Cənab İlham Əliyevin yenidən xalqımızın etimadını qazanaraq prezident seçilməsindən sonra, ənənəvi olaraq ilk xarici səfərini Türkiyəyə etməsi və səfər çərçivəsində onun qardaş ölkənin ali mükafatı olan “Dövlət nişanı” ilə təltif olunması, Prezident Abdullah Gülə isə Azərbaycanın ali mükafatı olan “Heydər Əliyev” ordeninin təqdim edilməsi ilin ən əlamətdar hadisəsi və qardaşlığımızın daha bir təzahürüdür.

Prezident İlham Əliyevin ötən il noyabrın 12-13-də Ankaraya səfəri zamanı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında qəbul edilmiş qərarlar əməkdaşlığımızın perspektivlərini müəyyənləşdirmək baxımından əhəmiyyətli hadisədir. Hazırda ölkələrimiz arasında 4,2 milyard dollar olan ticarət həcminin 2020-ci ildə 15 milyard dollara çatdırılması kimi yüksək vəzifə də bu səfər zamanı qarşıya qoyulmuşdur. Azərbaycanın Türkiyənin cümhuriyyət tarixində 17 milyard dollarla ən böyük sərmayəçi olacağı perspektivi  əməkdaşlığımızın yeni səviyyəyə yüksələcəyindən xəbər verir.

Türkiyənin Baş naziri səfər çərçivəsindəki mətbuat konfransında bildirmişdir ki, iki qardaş ölkə arasında həyata keçirilən TANAP, “Şahdəniz”, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, İğdır ilə Naxçıvan arasında dəmir yolu şəbəkəsinin yaradılması ölkələrimizin və bütövlükdə regionun inkişafına xidmət edəcəkdir. Qardaş ölkənin Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə güclü dəstəyinin davam etdiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan demişdir: “Dağlıq Qarabağ münaqişəsi hazırda Azərbaycanın hansı səviyyədə problemidirsə, bizimo səviyyədə problemimizdir. Bu, bizim üçün Qafqazda sülhün, qardaşlığın, təhlükəsizliyin təmin olunması baxımından çox önəm verdiyimiz bir məsələdir, xarici siyasətimizdə əsas məqsədlərdən biridir. Bu məsələni diqqətdən kənarda saxlamaq mümkün deyildir. Bunun tezliklə, sülhdialoq yolu ilə həll edilməsi üçün Azərbaycana şəksiz dəstəyimiz davam edir”.

Prezident İlham Əliyev də çıxışında buna cavab olaraq vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində biz daim Türkiyəyə arxalanırıq, güvənirik. Əminik ki, Türkiyə daim bu məsələdə bizim yanımızda olacaqdır.

Dövlətimizin başçısı eyni zamanda, ölkələrimiz arasında strateji əməkdaşlığın perspektivlərinə toxunaraq demişdir: “Gələcəkdə bizi böyük işlər gözləyir. Biz bu işlərə hazırıq. TANAP layihəsinin həyata keçirilməsi Avropanın enerji xəritəsini tamamilə yenidən quracaqdır. Bu xəritədə Türkiyə və Azərbaycanın rolu xüsusi yer tutacaqdır. Çünki TANAP layihəsi dünya miqyasında enerji layihələri arasında ən böyük layihələrdən biridirbunu biz edəcəyik. Bu məsuliyyəti, bu siyasi yükü, maliyyə yükünü Türkiyə və Azərbaycan öz üzərinə götürmüşdür. Biz burada da birgə səylərlə liderlik nümayiş etdirdik”.

İlin sonunda elan edilmiş rəqəmlər sevindiricidir. Belə ki, Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, 2013-cü ildə Azərbaycana 2 milyard 956 milyon dollar həcmində mal və məhsul ixrac edilmişdir. Azərbaycan bu sırada qonşu ölkələr arasında İraqdan sonra ikinci yeri tutmuşdur. Ölkəmizlə əməkdaşlığın əhəmiyyətindən bəhs edən Türkiyə Baş nazirinin müavini Əli Babacan bildirmişdir ki, Türkiyənin ən böyük problemi olan büdcə kəsiri TANAP, “Şahdəniz” layihələrinin həyata keçirilməsindən sonra müəyyən qədər həllini tapacaqdır. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında isə qeyd edilir ki, ötən il Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa dair 30 sənəd imzalanmışdır.

2013-cü ildə iqtisadi layihələrlə yanaşı, Türkiyə-Azərbaycan əlaqələrinin çoxşaxəli inkişaf dinamikası hərbi və hərbi-texniki əməkdaşlıqda da özünü bariz şəkildə göstərmişdir. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı üzvlərinin Bakıya səfərləri, dekabrın 24-25-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Ankarada keçirdiyi görüşlər bu sahədə əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olmuşdur.

Azərbaycan rəsmiləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri həmişə olduğu kimi, 2013-cü ildə də Türkiyədə keçirilən mühüm beynəlxalq tədbirlərdə fəal iştirak etmişlər. Aprel ayında Mərmərə Qrupu StratejiSosial Araşdırmalar Vəqfinin keçirdiyi Avrasiya İqtisadi Zirvə toplantısı, dekabrda Xəzər Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi Xəzər forumu ölkəmizin iqtisadi-sosial inkişafının təbliği, beynəlxalq nüfuzunun artması istiqamətində mühüm tribuna rolunu oynamışdır.

Ötən il Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımının tanıdılması baxımından da Türkiyədə mühüm işlər görülmüşdür. Qardaş ölkədəki diplomatik korpusumuzun səyləri nəticəsində Ankaranın Mamak rayonundakı küçələrdən biri Xocalı küçəsi adlandırılmış, Qızılcahamam və Keçiörən rayonlarında, UşakKayseri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılmış, 20 Yanvar faciəsi və Xocalı soyqırımının ildönümü ilə bağlı qardaş ölkənin bütün şəhərlərdə tədbirlər keçirilmişdir.

Türkiyə ilə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq getdikcə güclənir. Ölkəmiz 2013-cü il Türk dünyasının mədəniyyət paytaxtı olan Eskişehirdə keçirilən tədbirlərdə, TÜRKSOY xətti ilə təşkil edilən layihələrdə ən fəal iştirakçı olmuşdur. İlkTürkvizyon” mahnı müsabiqəsinin qalibinin azərbaycanlı olması da qürur doğuran digər bir faktdır.

Türkiyənin turizm şirkətləri də ölkəmizdə keçirilən sərgi və konfranslarda fəal iştirak etmişlər. Aparıcı türk turizm şirkətləri 10-cu Azərbaycan beynəlxalq turizm və səyahətlər, 2-ci respublika daxili turizm sərgiləri ilə tanış olmuş, 2-ci Bakı “Sağlamlıq turizmiişbirliyi günləri”ndə öz layihələrini təqdim etmişlər.   

Bütün bunlar 2014-cü ildə Türkiyə-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi üçün zəmin yaratmışdır. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi,

TANAP layihəsi və “Starneft emalı zavodunun tikintisi çərçivəsində işlərin başlanması və digər əlamətdar hadisələr strateji əməkdaşlığa yeni töhfələr olacaqdır.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 18 yanvar.- S. 8.