Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir

 

Yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, xarici þlkələrdən gəlmiş qonaqlar iştirak etmişlər.

İştirakçılar əvvəlcə akademiyanın foyesində Ədəbiyyat İnstitutunun alimləri tərəfindən nəşr etdirilmiş kitablarla tanış olmuşlar.

Yubiley tədbirini giriş sþzü ilə aşan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Ədəbiyyat İnstitutunun fəaliyyət gþstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli tþhfələrdən və milli ədəbi nümunələrimizin tədqiqi, þyrənilməsi və təbliği istiqamətindəki çoxşaxəli fəaliyyətindən geniş sþz açmışdır.

Ulu þndər Heydər Əliyevin Azərbaycan elm adamlarına gþstərdiyi diqqət və qayğıdan danışan natiq hazırda bu istiqamətdə işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Mili Məclisin deputatı, akademik İsa Həbibbəyli “Nizami adına Ədəbiyyat İnstitutu davamlı ənənələr və müasirləşmə yollarında” mþvzusunda geniş məruzə ilə çıxış etmişdir.

Məruzədə institutun keçdiyi tarixi yola bir daha nəzər salınmış və qeyd edilmişdir ki, 1933-cü ildə əsası qoyulan bu elm məbədi 80 ildən artıq müddətdə Azərbaycan filologiya elminin mərkəzinə çevrilmiş, mili mənəvi dəyərlərimizin, xalqın folklorunun, klassik və müasir ədəbiyyatının þyrənilməsi ilə ardıcıl məşğul olmuş, onun tədqiqi, nəşri və təbliği sahəsində miqyaslı işlər gþrmüşdür.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin bir neçə nəsli Nizami adına Ədəbiyyat İnstitutunda formalaşıb inkişaf etmişdir. Bu gün tanınmış ədəbiyyatşünas alimlər institutunda elmi fəaliyyətlərini uğurla davam etdirirlər. Bu elmi-tədqiqat institutunda çalışanların sıralarında 1 akademik, 2 müxbir üzv, 49 elmlər doktoru, 80 nəfərdən çox fəlsəfə doktorları vardır. Ədəbiyyat İnstitutunun əməkdaşlarından 3 nəfəri Dþvlət mükafatı laureatı, 2 nəfəri isə əməkdar elm xadimidir.

İsa Həbibbəyli demişdir ki, müstəqillik dþvründə Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin yeni mərhələsi başlanmışdır. Azərbaycançılıq ideyasının, milli maraqların þn mþvqeyə çəkilməsi, dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, açılmamış səhifələrin tədqiqata cəlb olunması Ədəbiyyat İnstitutunun müasir mərhələsinin əsas istiqamətlərini müəyyən edir.

Hazırda Ədəbiyyat İnstitutunda yeddi cildlik Azərbaycan ədəbiyyatı tarixinin dþrd cildinin nəşri başa çatdırılmışdır. Ədəbiyyat İnstitutunun çap etdirdiyi bþyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxmış “Molla Nəsrəddin” jurnalının səkkiz cilddə və Əli bəy Hüseynzadənin “Füyuzat” jurnalının bir cilddə transliterasiya nəşri þlkə miqyasında elmi-ədəbi hadisə sayılmağa layiqdir.

Vurğulanmışdır ki, hazırda bütþvlükdə Azərbaycan Milli Elmlər Akademiyasında olduğu kimi, Nizami adına Ədəbiyyat İnstitutu da yeni islahatlar dþvrünü yaşayır. Bu elmi-tədqiqat institutunda aparılan yeniləşmə və dəyişikliklər müstəqillik dþvrü Azərbaycan ədəbiyyatşünaslıq elminin daha dərindən və əsaslı şəkildə, þlkənin milli maraqlarına və dünya elmi-ədəbi mühitində gedən proseslərlə əlaqəli şəkildə þyrənilməsinə geniş şərait yaradır.

Yubiley tədbirində iştirakından bþyük məmnunluq hissi keçirdiyini sþyləyən M.V.Lomonosov adına Moskva Dþvlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Ədəbiyyat İnstitutunun bütün əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik etmişdir.

Nərgiz Paşayeva sþzünə davam edərək demişdir: “Mən də ədəbiyyata bağlı olan, bütün þmrünü onun inkişafına xidmət edən bir nəslin nümayəndələrindənəm. Bəlkə də bu sahəyə olan marağımın əsasında da bu amilin bþyük rolu vardır. Ədəbiyyat bþyük aləmdir. Dünyanın yaranışının þzəyində də sþz dayanır. Dünya yaranandan mþvcud olan sþz, bütün zamanlarda tədqiqat obyekti olmuşdur”.

Nərgiz Paşayeva demişdir: “Azərbaycan ədəbiyyatı əsirlər boyu bþyük inkişaf yolu keçmişdir. Amma bəzən dünya çərçivəsində, bþyük arenada biz ədəbiyyatımızı lazımi səviyyədə təbliğ etməyi bacarmamışıq. Arzu edərdim ki, bundan sonra Azərbaycan ədəbiyyatının dəyərli, nadir nümunələri dünyada lazımi səviyyədə təqdim olunsun”.

N.Paşayeva demişdir ki, ədəbiyyat xalqları, millətləri birləşdirən bir qüvvədir. Əgər bədii sþz insanı daxilən  gþylərə ucaldır, ona yeni ruh, mənən zənginlik, sakitlik, təmizlik gətirirsə, elmi sþz insanı ədalətli olmağa səsləyir, onu yer üzündə mþvcud qayda-qanunlara əməl etməyə çağırır. Bütün bunlar sþzün, ədəbiyyatın gücünün, bþyüklüyünün gþstəricisidir. Bu günədək  dünyada ictimai fikrə, cəmiyyətə, insana ədəbiyyat qədər təsir edəcək ikinci bir silah kəşf edilməmişdir.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, AMEA-nın humanitarictimai elmlər bþlməsinin akademik-katibi, Bakı Slavyan Universitetinin rektoru, akademiyanın müxbir üzvi Kamal Abdullayev, Macarıstan Elmlər Akademiyası Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georg Xazai, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, dünya şþhrətli azərbaycanlı alim, doktor Cavad Heyət, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Rafael Hüseynov, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı  və başqaları əlamətdar gün münasibətilə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarını təbrik etmiş, onlara yeni uğurlar arzulamışlar.

Tədbirə yekun vuran Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli yubiley münasibətilə xarici þlkələrdən və Azərbaycanın bir sıra ali təhsil ocaqlarından, gþrkəmli mədəniyyət xadimlərindən gəlmiş təbrik məktublarını oxumuşdur.

Yubiley tədbirində institutun inkişaf yolundan bəhs edən slaydlar nümayiş olunmuşdur.

 

Xalq qəzeti.- 2014.- 18 yanvar.- S. 9.