Bakı şəhəri və onun qəsəbələrinin sürətli inkişafı davam etdiriləcək

 

Yeni qəbul edilmiş Dövlət Proqramı belə deməyə əsas verir

 

Son illərdə Bakı şəhərində və onun qəsəbələrində tikinti-quruculuq işləri geniş vüsət almışdır. “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif sahəvi dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi paytaxtda irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaratmışdır. Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, ətraf qəsəbə və kəndlər yeni inkişaf mərhələsinə qədəm qoymuş, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradılmış, yeni yerləri açılmış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlaması və hər bir sahə üzrə verdiyi tapşırıq və tövsiyələr adıçəkilən proqramın uğurlu icrasını təmin etmiş, nəticədə Bakı qəsəbələrinin inkişafı sürətlənmiş, əhalinin həyat səviyyəsi daha da yaxşılaşmışdır.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülmüş işlərə qısaca nəzər salaq. Adıçəkilən proqramın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, qəsəbə və kəndlərində infrastruktur təminatı, o cümlədən yol-nəqliyyat infrastrukturu daha da təkmilləşdirilmiş, əhalinin sukanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafı təmin edilmiş, yeni sosial obyektlər tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, sahibkarlığın inkişafı, sənaye, kənd təsərrüfatı, turizm, ekologiya, əhalinin sosial müdafiəsi və təhlükəsizliyi sahəsində mühüm işlər görülmüşdür.

Dövlət Proqramının icrası nəticəsində 3 il ərzində paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 3500 kilometr  qaz kəməri çəkilmiş, əlavə 132 min abonent qazla təmin olunmuşdur. Bundan başqa, 39 elektrik yarımstansiyası və 264 transformator tikilmişya təmir edilmiş, 4400 kilometr elektrik kabel xətti çəkilmişdir. Dövlət Proqramının tələblərinə uyğun olaraq, əhalinin istilik təchizatının səviyyəsi xeyli yüksəldilmiş, 21 qazanxana tikilmişya modernləşdirilmiş, 36540 mənzilin istilik sistemi yenidən qurulmuş və 130 sosial obyekt istiliklə təchiz edilmişdir.

Son illər Bakı şəhərində və ümumən Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq, su təchizatı və kanalizasiya sahəsində əhəmiyyətli işlər görülmüşdür. Dövlət Proqramına uyğun olaraq su təminatı zəif olan ərazilər əsas götürülməklə, paytaxtda və ətraf qəsəbələrdə 820 kilometr uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan 7 ədəd su anbarı tikilmiş, uzunluğu 61 kilometr olan Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral su kəməri istifadəyə verilmişdir. Proqramın icra edildiyi müddətdə 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmiş və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılmışdır. Eyni zamanda, 200 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi tikilmiş, uzun illər lillənərək suburaxma imkanını 50 faizə qədər itirmiş 225 kilometr uzunluğunda kanalizasiya kollektoru və şəbəkəsi xüsusi maşınlarla yuyularaq təmizlənmişdir.

Dövlət Proqramında yol infrastrukturunun təkmilləşdirilməsi də diqqət mərkəzində olmuşdur. Belə ki, Zabrat-Maştağa-Buzovna, “Zığ dairəsi-aeroport” yolundan Qala stansiyasınadək gedən yolda və Zabrat-Kürdəxanı-Pirşağı yolunda yenidənqurma işləri başa çatmış, Bilgəh-Novxanı-Sumqayıt, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda isə işlər davam etdirilir. 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 kilometr  qəsəbələrarası yol təmir olunmuş, rayon və qəsəbədaxili yollara 3 milyon kilometrdən çox asfalt örtüyü salınmış, 41 körpü, tunelpiyada keçidi istifadəyə verilmişdir.

Rabitə və informasiya texnologiyalarının tətbiqi sahəsində proqram çərçivəsində 11 ATS, 9 poçt şöbəsi üçün bina tikilmiş, 28 ATS yenidən qurulmuş, Zirə, Gürgan və Pirallahı qəsəbələrinə fiber-optik kabel çəkilmişdir. Eyni zamanda, Pirallahı Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti 2013-cü il sentyabrın 16-da fərman vermişdir.

Aparılan sənayeləşmə siyasəti şəhərin və ətraf qəsəbələrin dinamik inkişafına ciddi təkan vermiş, son 3 ildə Bakıda gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri tikilmiş, bir sıra istehsalemal sənayesi müəssisəsinin tikintisi davam etdirilmişdir. Həmçinin Dövlət Proqramının icrası çərçivəsində Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında 2011-ci il dekabrın 28-də Azərbaycan Prezidenti sərəncam imzalamış, 2012-ci il dekabrın 19-da isə Balaxanı Sənaye Parkının rəsmi təməlqoyma mərasimi keçirilmişdir. Hazırda həmin  parkın infrastrukturunun qurulması, həmçinin Balaxanı qəsəbəsində plastik tullantı materiallarının, işlənmiş şinlərin və işlənmiş akkumulyatorların təkrar emalı müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir.

Bakıətrafı qəsəbələrdə aqrar sahənin inkişafına dəstək vermək məqsədilə Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilmiş, Xəzər, Sabunçu, Suraxanı və Abşeron rayonlarında əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması üçün 278 min metr boru kəməri çəkilmişdir.

Dövlət Proqramının əsas hədəflərindən biri olan sahibkarlığın inkişafı daim diqqət mərkəzində saxlanılmış, proqramın qəbulundan ötən dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun xəttilə 680 sahibkara 148,2 milyon manat güzəştli kredit verilmiş və 5300-dək yeni yerinin açılması imkanı yaradılmışdır. Müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilmişdir.

Sosial sahənin inkişafı Dövlət Proqramının prioritetlərindən biri olmuş, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və digər sosialyönümlü sahələrdə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Proqram çərçivəsində 174 məktəbdə və 121 uşaq bağçasında, habelə 4 peşə və 3 yaradıcılıq məktəbində təmir-tikinti işləri başa çatdırılmışdır.

Əhalinin sosial müdafiəsi sahəsində də əhəmiyyətli işlər görülmüşdür. Buzovnada 9 saylı ixtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin əsaslı təmiri başa çatdırılmış, Bilgəhdə Qocalar Evinin yeni korpusu tikilmiş, Yeni Ramana qəsəbəsində sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi istifadəyə verilmişdir.

Bakının ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün neftlə çirklənmiş torpaqların və göllərin təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni yaradılan müəssisələrə ciddi ekoloji tələblərin qoyulması artıq öz müsbət nəticəsini verməkdədir. Belə ki, neftlə çirklənmiş 228 hektar ərazi rekultivasiya edilmiş, 1350 hektar sahədə 1,3 milyon ədəd ağac əkilmiş, 408 hektar ərazi abadlaşdırılmış, 53 yeni mədəniyyət və istirahət parkı salınmışdır.

Abşeron yarımadasında yerləşən 9 gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə aparılan hazırlıq işləri başa çatmaq üzrədir. Eyni zamanda, Böyük Şor gölünün şərq hissəsindəki ərazinin ekoloji bərpası üçün layihələndirmə və mühəndis işlərinə başlanılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində işləri davam etdirmək məqsədilə 17 yanvar 2014-cü il tarixli  sərəncam imzalamışdır. Həmin sərəncamda bildirilir ki, Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədi ölkədə davamlı və yüksək iqtisadi artıma və sosial rifaha nail olunmasıdır. Bunun üçün hazırkı mərhələdə iqtisadiyyatın şaxələnməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazımi infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür. Ölkədə gedən inkişaf hər bir bölgəni, şəhəri, qəsəbəni və kəndi əhatə edir.

Dövlət başçısının   Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində işləri davam etdirmək məqsədilə imzaladığı sərəncamla  “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda qarşıda duran əsas məqsədlər sırasında əhalinin sukanalizasiya təminatı, elektrik enerjisi, qazistilik təchizatı, yol və nəqliyyat infrastrukturu, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində yeni yerlərinin və müəssisələrin açılması siyasətinin davam etdirilməsi, habelə  əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məsələləri mühüm yer tutur.

Dövlət Proqramında  2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının əsas istiqamətləri, həyata keçiriləcək tədbirlərin maliyyələşdirmə mənbələri də  öz aydın ifadəsini tapmışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 22 yanvar.- S. 13.