Qərbi Çıraqplatformasından neft hasilatına başlandı

 

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin  operatoru olan bp şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşənAzəri-Çıraq-Günəşliyatağının işlənməsi çərçivəsində Qərbi Çıraq platformasından neft hasilatına başlandığı barədə rəsmi məlumat yaymışdır. Bununla da, 2010-cu ildə sanksiya verilmişÇıraqneft layihəsi reallığa çevrilımişdir.

Xatırladaq ki, “Qərbi Çıraq”dan hasilat yanvarın 28-də öncəqazma quyularındanbiri olan J05 quyusundan başlayıb. Neft əvvəlcə platformada  quraşdırılmış texnoloji qurğulardan keçəcək, sonra isə yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud 30 düyməlik sualtı ixrac boru kəmərinə ötürüləcək bu kəmərlə Səngəçal terminalına nəql ediləcək. 2014-cü il ərzində digər öncəqazma quyuları  işə düşdükcə hasilat artacaq.

bp şirkətinin Azərbaycan, Gürcüstan Türkiyə  üzrə regional prezidenti Qordon Birrell bu əlamətdar hadisə münasibətilə demişdir: “Qərbi Çıraqbizim Xəzər dənizində təhlükəsiz səmərəli şəkildə inşa istismar etdiyimiz səkkizinci dünya səviyyəli dəniz platformasıdır. Bu vaxtadəkAzəri-Çıraq-Günəşliyatağından 2,3 milyard barreldən artıq neft hasil edilib. Bu gün hasilata başlamış bu yeni platforma kimi yeni texnologiyalara qurğulara gələcəkdə davamlı  investisiyaların qoyulması iləAzəri-Çıraq-Günəşlihələ uzun onilliklər boyunca dünya səviyyəli yataq kimi öz hasilatını davam etdirəcək. Yatağın operatoru olan bp şirkəti bizim tərəfdaşlarımız hasilatın optimallaşdırılması yatağın neftvermə əmsalının maksimuma çatdırılması istiqamətində bizi addım-addım irəliyə aparacaq səyləri davam etdirmək əzmindədirlər. İnanırıq ki, bu layihəAzəri-Çıraq-Günəşliyatağından hasilatın sabitləşdirilməsi yeniQərbi Çıraqplatformasından daha çox quyular qazmaqla neftvermə əmsalının artırılması istiqamətində atılmış böyük bir addımdır. Fürsətdən istifadə edərək sualtı boru kəmərlərini, yeni platformanın dayaq blokunu üst modullarını inşa etmiş quraşdırmış, əksəriyyəti azərbaycanlı olan minlərlə insana ötən dörd il ərzində göstərdikləri fədakarlığa mükəmməl nəticəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Mən həmçinin hökuməti, tərəfdaşlarımızı, əməkdaşlarımızı, podratçıları, təchizatçıları bu möhtəşəm nailiyyətdə rolu olan bütün şəxsləri təbrik edirəm. Mən həmçinin təhlükəsiz şəkildə ilk neftin hasil olunmasındaAzəri-Çıraq-Günəşliüzrə layihə, qazma əməliyyatlar qrupunun xüsusi əməyini vurğulamaq istəyirəm. Bu, Xəzər dənizində bizim planlaşdırma, tikinti əməliyyatlar sahəsində sanballı təcrübəmizi davam etdirməyə qadir olduğumuzu bir daha göstərir”.

Məlumat üçün bildiririk ki, “Qərbi Çıraqplatforması dənizin 170 metr dərinliyində, mövcudÇıraqDərinsulu Günəşliplatformaları arasında quraşdırılmışdır. Yeni platformanın layihə gücü gündəlik 183 min barrel neft təşkil edir. Platforma, həmçinin gündəlik 285 milyon kub fut qaz ixrac etmək gücündədir.

 

 

M.YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 30 yanvar.- S. 1.