Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilir

 

2013-cü ildə ölkəmizdə 33,7 milyard manatlıq sənaye  məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir

 

Ötən ilin yekunları

 

2013-cü ildə ölkəmizin  iqtisadisosial həyatında dinamik inkişaf prosesi  davam etmiş, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı bir qədər də artmışdır. Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması,  investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını bir qədər də möhkəmləndirmişdir. “Azərbaycan Respublikası regionlarının  2009-2013-cü illərdə sosial-iqtisadi  inkişafı Dövlət Proqramı”nın, eləcə də “Bakı şəhəri və onun qəsəbələrinin 2011-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası paytaxtda və bölgələrdə iqtisadi fəallığı xeyli artırmış, yeni istehsal sahələrinin yaradılması prosesini bir qədər də sürətləndirmişdir. Bütün bunlar isə ölkəmizdə iqtisadiyyatın dinamik və tarazlı inkişafını təmin etmişdir.

Dövlət Statistika Komitəsinin 2013-cü ilin yanvar-dekabr aylarının sosial-iqtisadi inkişafına dair hesabatında bildirilir ki, ötən il   Azərbaycanda 57,7 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5,8 faiz  çoxdur. İqtisadisosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) 46,3 faizi sənaye sahələrinin, 11,8 faizi inşaat kompleksinin, 5,3 faizi kənd təsərrüfatının, 8,9 faizi ticarət və pullu xidmət sahələrinin, 4,8 faizi nəqliyyatın, 1,8 faizi rabitənin, 14,7 faizi isə digər sahələrin payına düşmüşdür. ÜDM-in strukturunda məhsula  idxala görə ödənilmiş xalis vergilərin payı isə 6,4 faiz təşkil etmişdir.

Hesabat ilində  ölkənin qeyri-neft sektorunda məhsul istehsalı 10 faiz, neft sektorunda isə 1 faiz artmışdır. Qeyri-neft sektorunda əldə olunmuş əhəmiyyətli artım, heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin məntiqi nəticəsidir. 2013-cü ildə ölkədə adambaşına düşən ÜDM-in həcmi 6207,3 manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 4,4 faiz artım deməkdir. Göründüyü kimi, dünyanın əksər ölkələrinin maliyyə böhranından tam qurtula bilmədikləri bir şəraitdə Azərbaycanda sosialiqtisadi həyatın bütün sahələrində inkişaf tendensiyası davam etmişdir. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: “ Keçən il bütövlükdə ölkəmiz üçün uğurlu olmuşdur. 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır... Əlbəttə ki, ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən ediriqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atıb. Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, əminəm ki, nə beynəlxalq aləmdə, nə də regionda bu uğura nail ola bilərdik. 2013-cü ildə iqtisadiyyatımız inkişafını davam etmişdir. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, təxminən 6 faiz səviyyəsində artan ümumi daxili məhsul böyük nəticədir”.

2013-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatmışdır ki, bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir.  Valyuta ehtiyatlarının artması, ölkənin maliyyə dayaqlarının güclənməsi isə öz növbəsində iqtisadi fəallığın güclənməsinə, yeni-yeni istehsal və xidmət sahələrinin yaradılmasına səbəb olmuşdur. Belə ki, ötən il həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində ölkəmizdə nəhəng inftrastruktur layihələrinin icrası davam etdirilmişdir.

Ötən il Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da yüksək nailiyyətlər əldə edilmiş, sənaye məhsulları istehsalının həcmi artmışdır. Bu da ölkədə rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələrin icrasının davam etdirilməsi və s. stimullaşdırıcı tədbirlərin məntiqi nəticəsidir. Qeyd etdiyimiz kimi, bu artım özünü həm neft, həm də qeyri-neft bölməsində büruzə vermişdir. Yeri gəlmişkən, son iki il ərzində ölkəmizin neft sənayesində nisbi geriləmə müşahidə olunsa da, ötən il bu tendensiya da aradan qaldırılmış, ölkədə neftqaz hasilatı artmışdır. Bir sözlə, bu sahədə mühüm malların istehsalının davam etdirilməsi ölkə sənayesinin iqtisadiyyatda ən böyük xüsusi çəkisini qoruyub saxlamışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin yanvar-dekabr aylarında sənaye müəssisələri, fərdi sahibkarlarev təsərrüfatları tərəfindən 33 milyard  696,7 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1,8 faiz çoxdur. Bütövlükdə isə, son yeddi ildə ölkədə sənaye istehsalının real həcmi təqribən üç dəfə artmışdır.  Bu da heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasətinin əyani təcəssümüdür. Sənaye məhsulunun 24 milyard 938,2 milyon manatlığı və ya 74 faizi mədənçıxarma, 6 milyard 769,2 milyon manatlığı və ya 20,1 faizi emal,  1 milyard 770,6  milyon manatlığı və ya 5,3 faizi elektrik enerjisi, qazbuxar  istehsalı, bölüşdürülməsi və təchizatı, 218,7 milyon manatlığı və ya 0,6 faizi isə su təchizatı bölmələrində yaradılmışdır.

Onu da qeyd etmək lazımdır ki, ölkə sənayesinin real həcminin artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft strategiyası mühüm rol oynamışdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə bağlanmış sazişlər Azərbaycanda neftqaz sənayesinin sürətli inkişafını təmin etmiş, adıçəkilən sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olmuşdur. Yeri gəlmişkən, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırmışdır. Bu da ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirak etməsinə imkan yaratmışdır.

Neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da inkişaf tendensiyası sürətlənir. Bu da ondan irəli gəlir ki, son illər ölkəmizin ayrı-ayrı yerlərində yeni istehsalemal müəssisələri yaradılır, idxalı əvəzləyən rəqabətədavamlı məhsul buraxılışının həcmi artır. İndi hətta Azərbaycan istehsalı olan mallara dünya bazarlarında da maraq  getdikcə çoxalır.

2013-cü ildə ölkə üzrə istehsal olunmuş sənaye məhsulunun 81,4 faizi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 93,1 faizi sənaye mallarının, 6,9 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Göründüyü kimi, ölkədə sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur.

Hesabat ilində istehsal olunmuş sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilmişdir. Bununla yanaşı, sənaye  müəssisələrinin anbarlarında  əvvəlki dövrlərdən  qalan  qalıqlar da  nəzərə  alınmaqla  251,3  milyon  manatlıq hazır  məhsul  ehtiyatı  olmuşdur.  Ehtiyatların  daha  çox  hissəsi – 65  faizi  Bakı   şəhərinin  payına  düşmüşdür. Qalan  hissəsi  isə  Sumqayıt  (9,6 faiz), Gəncə (1,6 faiz),  Mingəçevir (0,3 faiz) və respublikanın digər rayonlarının sənaye müəsisələrinin anbarlarında  qalmışdır. Bundan əlavə, anbarlarda başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 18,2 milyon manat məbləğində digər  mallar  da  olmuşdur.

Beynəlxalq iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə isə, yanvar-dekabr aylarında mədənçıxarma və ya hasilat sənayesində 24,9 milyard manatlıq  məhsul  istehsal  olunmuşdur ki, bu da  əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7  faiz  çoxdur. Sahənin əsas məhsulu olan xam neftin hasilatı 43,1 milyon ton, əmtəəlik təbii qazın istehsalı isə 17,9 milyard kubmetr təşkil etməklə 3,6 faiz artmışdır. Bundan əlavə, il ərzində mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar  tərəfindən  2  milyon ton tikinti qumu, 382,1 min ton inşaat üçün əhəng daşı, 30,6 ton duz, 1,6 ton qızıl, 630 kiloqram gümüşs. istehsal  edilmişdir.

Ölkə sənayesində ikinci böyük xüsusi  çəkiyə malik olan  emal  bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının  sənaye istehsalı da  nəzərə  alınmaqla) tərəfindən 6,8 milyard  manatlıq  məhsul  istehsal  olunmuş,  sənaye  xarakterli  xidmətlər  göstərilmişdir. İstehsalın daha çox hissəsi qida məhsullarının və içkilərin payına  düşmüşdür. Belə ki, il ərzində mühüm  növ qida məhsullarından  sayılan  makaron, ət, südsüd məhsulları, kərə yağı, həmçinin marqarin, qənd və şəkər tozu, çörək və çörək-bulka məmulatları, eləcə də araq, pivə və alkoqolsuz içkilərin istehsalı xeyli artmışdır. Bütövlükdə isə ötən il qida məhsullarının və içkilərin istehsalında müvafiq olaraq 4,2 faiz və 13,6 faiz artım qeydə alınmışdır.

Emal bölməsinin toxuculuq,  tikiş, dəri, dəridən məmulatlar  və ayaqqabı  istehsalı ilə məşğul olan  müəssisələr  tərəfindən  ötən dövr  ərzində 46,8  milyon manatlıq məhsul buraxılmışdır. İl ərzində hazır pambıq parçalar və pambıq iplik istisna olmaqla digər malların istehsalında azalma müşahidə edilmişdir.

Emal sənayesinin  ikinci  böyük  xüsusi çəkiyə  malik olan  neft  məhsullarının  istehsalı sahəsində 8,5 faiz artım müşahidə olunmuşdur. Hesabat ilində Azərbaycanda 1 milyon 407,2 min ton  avtomobil   benzini, 703 min  ton  neft, 2 milyon 495,2 min ton dizel  yanacağı   312,7  min  ton  neft  bitumu   istehsal  olunmuşdur.

Adıçəkilən bölmənin kimya sənayesində, rezin plastmas   məmulatlarının, həmçinin əczaçılıq məhsullarının  istehsalı ilə  məşğul olan  müəssisələr isə ötən il 270,5 milyon manatlıq məhsul  istehsalına  nail olmuşlar. Əsas kimya məhsullarından izopropil spirti, yod, propilen, polietilen, lak-boya məmulatlarının, rezin plastmas məmulatlarından isə polimer örtüklər, bərk polietilen borular borucuqların istehsalı  xeyli  artmışdır.

2013-cü ildə tikinti  materialları  sənayesində məhsul istehsalı 21 faiz artaraq 345,4 milyon manat təşkil etmişdir. İl ərzində müəssisələr tərəfindən iki milyon ton  sement, 170,4 ton tikinti gipsi, 393,8 min kubmetr tikinti kərpici, 1 milyon 373,4 min ton hazır  beton qarışığı  s. mallar  istehsal olunmuşdur.

Emal bölməsinin  metallurgiya  sənayesi   hazır metal  məmulatlarının  istehsalı  müəssisələri  isə il ərzində 400,7 milyon  manatlıq məhsul istehsal  etmiş xidmətlər göstərmişlər.  Adıçəkilən  bölmənin  mühüm növ məhsullarından sayılan çuqun tökmə, alüminium çubuqlar, millər profillərin istehsalı xeyli artmışdır. Bundan əlavə, hesabat ilində qara metallardan konstruksiyalar, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil kabellərin istehsalında yüksək artım qeydə alınmışdır. Ötən il Azərbaycanda kompyuter, məişət soyuducuları televizorların istehsalı da artmışdır.  Hesabat ilində ölkəmizdə maşın avadanlıqların, eləcə nəqliyyat vasitələrinin, avtomobil qoşquların istehsalı sahələrində isə məhsul istehsalının həcmi 262,7 milyon manat təşkil etmişdir. Bunun da hesabına 246 ədəd yük 424 ədəd minik avtomobili, eləcə   739 ədəd traktor istehsal olunmuşdur.

Ölkə  sənayesinin digər  sahəsi olan  elektrik  enerjisi,  qaz buxar istehsalı, bölüşdürülməsi təchizatı bölməsinin müəssisələri tərəfindən  1,8 milyard manatlıq məhsul istehsal olunmuş xidmətlər göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə 3,2 faizlik artım deməkdir. İl ərzində ölkədə 20,6 milyard kilovat-saat elektrik enerjisi istehsal olunmuş, onun 93,4 faizi istilik, 6,6 faizi isə su elektrik stansiyalarının payına düşmüşdür.  Ötən il, həmçinin sənayenin su təchizatı, tullantıların təmizlənməsi emalı bölməsində məhsul xidmətlərin istehsalı 11,6 faiz artmışdır.

Yaxın illərdə ölkəmizdə sənayeləşmənin daha da sürətləndirilməsi nəzərdə tutulur. Belə ki, iqtisadiyyatın sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan səmərəli istifadə etmək məqsədilə dövlət başçısı İlham Əliyev 2014-cü il yanvarın 10-da imzaladığı sərəncamla cari ili ölkəmizdəSənaye ilielan etmişdir. Göründüyü kimi, Azərbaycanın yeni neft strategiyasının uğurla reallaşdırılması, regionların inkişafının daha da sürətləndirilməsi ilə bağlı tədbirlərin davam etdirilməsi, eləcə yerli istehsalın  stimullaşdırılması istiqamətində həyata keçirilən  işlər ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayeyə daha yüksək inkişaf perspektivləri  vəd edir.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 30 yanvar.- S. 1.