Xeyrəddin Qoca: sözün düzüduzu

 

Təqvimdə qışın oğlan çağıdır. Yazıçı-publisist Xeyrəddin Qocanın ömür- gün təqvimində isə 65-ci baharın ilk günüdür. Satiriklərin həyatında, adətən, təzadlı məqamlar daha çox diqqəti cəlb edir. Sözündən-söhbətindən, yazısından-bəzəməsindən bahar təravəti duyulan Xeyrəddin Qocanın özü dünyaya böyük çillənin kiçik çilləyə qovuşduğu vaxt – yanvarın 29-da göz açmışdır.

Göz açıb deyəndə ki, cəmi bəşər övladı kimi, o da umumi qayda üzrə ilk dəfə göz qapaqlarını aralayıb. Və hamı kimi, o da  gördüyünü anlaya bilmək imkanını aylar-illər keçəndən sona qazanıb. Elə o vaxtdan da, böyüyəndə satirik olanların hamısı kimi: uzağa getməyək, özümüzün dünya dərdi daşımış və aşırmış mirzələrimiz – Cəlil Məmmədquluzadəmiz və Ələkbər Sabirimiz, Əbdürrəhim bəy Haqverdiyevimiz  Üzeyir Hacıbəylimiz, Sabit Rəhmanımız və Seyfəddin Dağlımız kimi o da ətrafda bir çox şeyi baş aşağıda – ayaq yuxarıda görüb.

Belə işləklər, başqa qəribə mənzərələr balaca Xeyrəddini əvvəl güldürdükcə, sonra qəlbini ağrıtdıqca və axırda gördüklərini anladıqca, nəhayət, içində baş qaldıran dünyanı ayaq aşağıda – baş yuxarıda görmək arzusu olub-qalan dincliyini əlindən alıb. Belə hallarda deyildiyi kimi, çətini də anlamaq olub. Bundan sonra güldüklərini başqalarına da göstərmək, onları da güldürmək - gülüb-güldürməklə çoxlarını anlatmaq istəyinin qarşısını heç nə kəsə bilməyib.

Bizim günlərin tanınmış satirik yazıçı- publisisti Xeyrəddin Qocanın həyata baxışı, gördüklərini göstərə bilmək bacarığı bax belə bir axarda biçimlənib. Dünyanın düz tərəfində görüb-götürdükləri çoxaldıqca, əyri tərəfində göstərib-güldürdüklərinin də duzu artıb.

O ki qaldı ilin çilləqovuşanından başlayan ömür yolunun bahar nəfəsli, yaz təravətlili aylarına-illərinə, həmkarımız çox  bərkdən-boşdan keçməli, çox namərddən ötüşüb, mərdlə ortaqlaşmalı olub. Xeyrəddin Qocanın uşaqlıq-gənclik illəri zəmanənin çox sazağına-şaxtasına düşsə də canı-ruhu ağlından-iradəsindən güc alıb, bərkidikcə bərkiyib. Bəzən boranlardan keçsə də, arzu-istəklərinin çiçəyini dözümünün ilıq nəfəsi qızdırıb.

Bax beləcə Vətən sevgili, yurd qeyrətli ustadların xeyir-duası ilə Xeyrəddin Qoca indi püxtələşib-yetkinləşib, dövrümüzün sözükeçən publisist-yazıçısı kimi mötəbər mövqe qazanıb. Onun ömür və yaradıcılıq yolunu açıqlıq, sadəlik, səmimilik, doğruluq, xeyirxahlıq kimi dünyanın o başından üzü bəri Xeyirin Şərlə savaşında silaha çevrilmiş ulu dəyərlər səciyyələndirir.

Beləliklə, həyatı soyuq bir qış günündən başlayan Xeyrəddin Qoca indi ömrünün 65-ci baharına qədəm basıb. Arxada qalan illərin diqqətçəkən məqamlarını birlikdə vərəqləyək:

1967-ci ildə Ağdaşda Qəsil kənd orta məktəbini bitirib. 1971-ci ildə Pedqaqoji Universiteti, 1977-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Uzun müddət müxtəlif qəzet-jurnal, teleradio redaksiyalarında çalışıb əməkdaşlıq edib. “Dan ulduzuqəzetində baş redaktorluğu isə həyatının seçilən öyünclü bir dovrü kimi xatırlanır. Korlar üçün buraxılan bu çoxtirajlı nəşrdə 1990-1991-ci illərdə ümümmilli lider Heydər Əliyevi çevrələmiş sərt informasiya blokadasını yaran materiallar çap etdirdiyinə, gözlüləri həqiqəti görməyə çağırdığına görə bundan xəbər tutan yuxarılar cəsarət itaətsizliyin qarşısını almaq üçün onu redaksiyadan kənarlaşdırmışlar.

Lakin cəza hədə-qorxular artıq çoxsaylı satirik hekayə yazıları ilə tanınmış, oxucu rəğbəti qazanmış yazıçı-publisisti haqq yolundan döndərməmişdir.Mədəniyyət”vəAçıq söz  qəzetlərində, “MozalanŞeytanjurnallarında mübarizəsini davam etdirmiş, ulu öndərin dövlət müstəqilliyimizi ərazi bütövlüyümüzü qorumaq üçün hakimiyyətə qaytarılması çağırışını ucadan səsləndirənlərin ön sırasında olmuşdur. Bu mübarizə zəminində yaranan Yeni Azərbaycan Partiyasının əsas publisistlərindən olan Xeyrəddin Qoca ilk 4 ildə Heydər Əliyev partiyasının orqanı olanYeni Azərbaycanqəzetinə baş redaktor kimi rəhbərlik etmişdir. 1995-ci ildə Milli Məclisə deputat seçilən tanınmış yazar 1997-2003-cü illərdə ölkəmizin İstanbuldakı baş konsulu olmuşdur.

Hazırda  Yap Siyasi Şurasın üzvü, Prezidentin fərdi təqaüdçüsüdür. Müxtəlif yaradıcılıq vətəndaş cəmiyyəti qurumlarının üzvüdür, çoxsaylı təltif mükafatlara layiq görülmüşdür. Minlərlə jurnalist yazısı çıxışından əlavə, son 20 ildə ölkəmizdə xaricdə çap olunmuşFilankəslər”, “Hərə öz payını götürsün”, “Marallar”, “Gərək yazam”, “Pyeslər”, “Bu da belə həyatdır”, “Biz bizə bənzərikkimi kitabların müəllifidir. “Hərənin öz payı...” pyesi Milli Dram Teatrında, “Qonşularıma, qohumlarıma, kirvələriməkomediyası Azərbaycan Televiziyasında, “Düzü-düz, əyrini-əyri”, “Bu bizim zəmanədir”, “Toy olacaq...” pyesləri Azərbaycan radiosunda tamaşaya qoyulmuşdr.

Ciddi publisist, satirik yazıçı-dramaturq Xeyrəddin Qocanın əhatəli dövrün aktual movzuları ilə bağlı yaradıcılığı ötən illərdə müəllifini geniş tanıtmış şöhrətləndirmişdir. Onun əsərlərini təhlil edən, dəyərləndirən bir sıra məqalə kitab işıq üzü görmüşdür. Daha bir kitab – “Həyati proseslərin axarındatoplusu  isə bu günlərdə çap olunmuşdur. Nəşrdə ölkənin tanınmış elm, sənət siyasət xadimlərinin dəyərli mülahizələri, Xeyrəddin Qocanın həyat yaradıcılığına işıq salan fakt, sənəd illüstrasiyalar toplanmışdır. Yazıçı- şairlərdən Anarın, Elçinin, Qabilin, Cabir Novruzun, Zəlimxan Yaqubun, Sabir Rüstəmxanlının, Ramiz Heydərin, alimlərdən Pənah Xəlilovun, İsa Həbibbəylinin, Nizami Cəfərovun s. yazılarında Xeyrəddin Qoca yaradıcılığının bədii-satirik özəllikləri, yazıçının ədəbi prosesdəki mövqeyi yüksək dəyərləndirilir.

Kitaba ad olmuşHəyati proseslərin axarındaməqaləsində akademik İsa Həbibbəyli yazır: “Çoxcəhətli fəaliyyətə malik olan Xeyrəddin Qocanın keçdiyi yol maarifçilikdən publisistikaya, ictimai fəaliyyətdən diplomatik işə, qəzetçilikdən satirik nəsrə qədər geniş bir dairəni özündə cəmləşdirir... Xeyrəddin Qoca yeni dövr Azərbaycan ədəbiyyatında satirik nəsr publisistika sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə xidmət edən ən aparıcı yazıçı- publisistir.”

Şair Ramiz Heydər isəYaş üstə yaş gəlsə ...” şeirində Xeyrəddin Qocanın bədii portretini sözlə belə rəsm edib:

 

 

Şirin ürəklərdədir onun sözü-söhbəti,

 

Yazıb- yaratdıqları onun varı-dövləti,

 

Özündən öndə gedir adı, şanı-şöhrəti,

 

Vallah mənim gözümdə

 

                          Nəsrəddin Xocadır o -

 

Xeyrəddin Qocadır o !

 

 Sonda bildirək ki, axır iki əsrin bir çox istedadlı yazıçıları kimi, Xeyrəddin Qoca da ədəbiyyata jurnalistikadan gəlmişdir, lakin jurnalistikadan birdəfəlik getməmişdir. Həmkarımız yenə qəzet-jurnallarda, teleradio kanallarında ardıcıl çıxışlar edir, günümüzün baş-ayaq əməllərini yerbəyer etməyə çağırır. Xeyrəddin Qoca sözünün düzü əyriləri kəsir, duzu isə könüllərə dad gətirir. Qoy onun  həyatın şaxta-sazaqlarında göyərib boy atmış yaradıcılığı ömrünün yetkinlik çağında da barlı-bəhrəli olsun !

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 30 yanvar.- S. 6.