Müasir Azərbaycan etnoqrafiyasının

inkişafının yeni mərhələsi

 

Azərbaycanda etnoqrafiya elminin uğurları danılmazdır. Ərsəyə gələn sanballı elmi - tədqiqat işlərinin nəticələri vaxtaşırı nəşr olunur, ölkənin müxtəlif tarixi-etnoqrafik bölgələrinə hər il müntəzəm olaraq maraqlı səfərlər təşkil edilir. Müstəqillik illərində Azərbaycan xalqının maddi və mənəvi mədəniyyəti, məişəti, ailə-məişət münasibətləri, müasir etnomədəni və etnodemoqrafik proseslər, etnik durum və digər aktual mövzular tədqiq olunur. Başqa elm sahələrinə olduğu kimi, etnoqrafiyaya da dövlət öz qayğısını əsirgəmir.

 

Hazırda Azərbaycanda etnoqrafların böyük bir ordusu çalışmaqdadır. Yaddan çıxarmaq olmaz ki, Azərbaycan etnoqrafiyası sovet etnoqrafiyasının tərkibində 70 il tədqiq edilmişdirbu da özünü elmdə göstərməyə bilməzdi. Həmin illərdə sovet etnoqrafiyası Qərb ölkələrinin “burjua elminitam inkar etmək prinsipinə əsaslanmış və ölkədə “kommunizm ideyalarını” həyata keçirmək uğrunda mübarizənin tərkib hissələrindən birinə çevrilmişdi. Bununla belə, bu müddət ərzində  Azərbaycanda sovet   təbliğatından uzaq, milli ruhda yazılmış bir çox dəyərli elmi-tədqiqat əsəri də nəşr olunmuşdur.

Lakin inteqrasiyaqloballaşma, cəmiyyətin sosiallaşması, beynəlxalq elmi əlaqələrin genişlənməsi, həyatın bütün sahələrində olduğu kimi, etnoqrafiyadan da yan keçməmişdir.  İndi bu elmin adına, məqsəd və vəzifələrinə, tədqiqat metodlarına yeni baxış qaçılmazdır. Dünya etnoqrafiyasını bürüyən innovasiyalar elmi işləri, baxışları fərqli istiqamətlərə yönəltməyi tələb edir. Elmbir yerdə dayanmayaraq dəyişikliklərə uğrayır, inkişaf edir, yeni-yeni tələblər irəli sürür.

Elmşünaslıq tarixində buya başqa bir elmin adı ilə onun tədqiqat obyektinin üst-üstə düşüb-düşməməsi önəmli məsələlərdən biridir. Elmlərin çoxunda bunlar bir-birlərini tamamlayır və müzakirə obyektinə çevrilmir. Bu baxımdan etnoqrafiyanın bəxti gətirməmişdir. İki əsrə yaxındır ki, antropoloqlar, etnoqraflar, etnoloqlarfilosoflar arasında elmin nəinki adı, hətta onun maraq dairəsi, tədqiqat obyekti ətrafında ziddiyyətli və mübahisəli müzakirələr səngimir. Bu elm XIX əsrin birinci yarısında AvropaAmerikada əsasən antropologiya, Rusiyada isə etnoqrafiya adı altında formalaşmışdır. Qərb ölkələrindən fərqli olaraq, Rusiyada etnoqrafiya adı, demək olar ki, bu günədək sabit olaraq saxlanılmaqdadır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu elmin adı və əhatə dairəsi baxımından Avropanın öz ənənələrində də qeyri-sabitlik müşahidə olunmaqdadır. Tədqiqatçıların bir qismi antropologiya, etnoqrafiya və etnologiyanı bir-birinin analoqu hesab edir, başqaları isə bu anlayışları fərqləndirməyə çalışırlar. Alimlərin bir çoxu etnologiya  və etnoqrafiyanı vahid bir elm saysa da, onu heç bir əsas olmadan iki hissəyə  - nəzəri (etnologiya) və təsviri (etnoqrafiya) hissələrə ayırmağa çalışır. Halbuki bütün elmlərdə nəzəriyyə və təsvir bir-birini tamamlayır və onlar vəhdətdədir. Təsviri material elmi-nəzəri ümumiləşdirmə üçün mənbədir. Bəzi tədqiqatçılar bu məsələdə, heç bir tutarlı əsas olmadan, mürəkkəb sözlərin tərkib hissələri olanlogiya” (loqos - yunanca söz, məfhum, nəzəriyyə) və “qrafiya”nı (qraphö - yunanca yazıram deməkdir) əldə əsas tuturlar. Bu elmi iki hissəyə bölən alimlərdən E. Reklü, F.Spenser, K.Veyle, T.Vays və başqalarının adlarını çəkmək olar.

XIX əsrdən başlayaraq AvropaŞimali Amerikanın bir sıra şəhərlərində antropologiya, etnologiyaetnoqrafiya cəmiyyətləri (1839-cu ildə Parisdə Sosial Antropologiya Cəmiyyəti, 1844-cü ildə Etnologiya Cəmiyyəti, 1859-cu ildə  Antropologiya Cəmiyyəti, 1848-ci ildə Londonda, 1870-ci ildə Berlində Etnologiya Cəmiyyəti) təsis edildi. 1871-ci ildə Böyük Britaniyaİrlandiya Antropologiya İnstitutu, 1896-cı ildə isə Oksford Universitetində Antropologiya kafedrası açıldı. Alman antropoloqu T.Vaysa görə, antropologiya təbiətşünaslıq və tarix elmləri arasında vasitəçi rol oynayır. Onun fikrincə, bu elmin əsas məqsədi qədim insanların həyat tərzini öyrənməkdir. Etnoqrafiyanı və etnologiyanı antropologiyanın tərkib hissəsi hesab edən T.Vays bu elmin başqa bir vəzifəsini bir-birinə qohumluğu çatan xalqların və tayfaların öyrənilməsində görürdü.

Alman alimi İ.Kantın antropologiyaya aid bəzi mülahizələri bu günöz aktuallığını saxlamaqdadır. İ.Kanta görə, bu elm sahəsi etnik özünüdərk, etnopsixologiyainsan fiziologiyası problemləri ilə məşğul olmalıdır. F.Engels “Təbiətin dialektikası” əsərində antropologiyanı “insan morfologiyası və fiziologiyasından insan irqlərinə və tarixinə keçidi əlaqələndirən” bir elm sahəsi kimi dəyərləndirirdi.

Yeri gəlmişkən qeyd edək ki, Qərb etnoqrafiyasının təsiri altında etnoqrafiya ilə antropologiya arasındakı qarşılıqlı münasibətlər, onların oxşar və fərqli cəhətləri haqqında məşhur rus bioloqu, fizioloqupatoloqu İ.Meçnikovun fikirləri də maraqlıdır. O, hələ 1873-cü ildə Rusiya Coğrafiya Cəmiyyətinə məktubunda yazırdı ki, indi heç kim antropologiyanı təkcə kəllələrlə məşğul olan bir elm kimi qəbul etmir, antropologiyanın imkan dairəsi xeyli genişlənmiş və hərtərəfli olmuşdur. İ.Meçnikov  antropologiya ilə etnoqrafiya arasında kəskin fərq görmür, onları bir elmin iki şaxəsi hesab edirdi. O, uzun illər Fransada yaşadığından, fransız dilini dərindən bilirdi. Təsadüfi deyil ki, İ.Meçnikov Fransa antropologiyasının banilərindən biri hesab olunan Pol Topinarın “Antropologiya” əsərini rus dilinə tərcümə edərək, 1879-cu ildə nəşr etdirmişdir.

Antropologiyaya verilən orijinal təriflərdən biristruktur antropologiyanın banilərindən biri olan Klod Levi-Strossa məxsusdur. Onun aşağıdakı sözləri antropologiyanın əsl mahiyyətini açmağa imkan verir: “Bu dəyişən dünyada antropologiya o zaman sağ qalıb yaşaya bilər ki, o, yeni qiyafədə dirçəliş naminə məhv olmağı özünə rəva bilsin”.

Antropologiyanın nə dərəcədə geniş bir spektrə malik olduğunu heçtam olmayan aşağıdakı siyahı sübut edir: sosial antropologiya, mədəni antropologiya, antropocoğrafiya, fiziki antropologiya, etnik antropologiya, sosial-mədəni antropologiya, sosial-tarixi antropologiya, təsviri antropologiya, fəlsəfi antropologiya,  siyasi antropologiya, praqmatik antropologiya, tarixi antropologiya, hüquqi antropologiyas.  Qeyd olunan antropologiya sahələrinin, demək olar ki, hər birinə ayrıca elmi əsərlər həsr edilmişdir (N.Yemelyanov, V.Y.Stolyarenko, N.Kozlova, L.Lotman, E.Orlovab.). Lakin bu elmlərin az-çox sabitləşmiş hüdudları haqqında, təxmini də olsa, meyarlar işlənib hazırlanmamışdır.

Onu da qeyd edək ki, istər sovetlər dönəmində, istərsə də bu gün Azərbaycanda etnoqrafiya adı altında apardığımız bütün tədqiqatlarla Qərbdə bir çox hallarda antropologiya, mədəni antropologiya  sosial antropologiya məşğul olur. Britaniyada, Şimali Amerikada etnoqrafiya sosial və mədəni antropologiya üçün təsviri baza rolunu oynayır. Xarici ölkələrin bir çox elm mərkəzlərində arxeologiya da antropologiyanın tərkib hissəsi və yaxud onun bir şaxəsi kimi öyrənilir. Lakin bu məsələdə istisnalara da rast gəlmək olur. Etnoloq A.P.Sadoxin etnoqrafiyanı sosialogiyanın tərkib hissəsi kimi dəyərləndirir. Hətta indi bəzi müəlliflər antropologiyanı etnologiyanın tərkibinə daxil etməyə cəhd göstərirlər. Yuxarıda qeyd etdiyimiz kimi, fiziki antropologiyanı istisna etməklə, antropologiyanın və onun bizim üçün yeni olan ayrı-ayrı sahələrinin məqsəd və vəzifələri hələ dərindən öyrənilməmişdir. Bunu etnik antropologiya, mədəni antropologiyasosial antropologiyanın timsalında müşahidə etmək olar. Müasir dövrdə rus elmindəki fiziki antropologiyanın tərkibində öyrənilən etnik antropologiya və Qərbdəki etnik antropologiya arasındakı fərqlərə də indiyədək aydınlıq gətirilməmişdir.

Qeyd edək ki, terminoloji qarışıqlığı, qismən də olsa, bu gün Rusiya etnoqrafiyasında da izləmək mümkündür. 1992-ci ildə Rusiya Elmlər Akademiyası Etnoqrafiya İnstitutunun adı dəyişdirilərək, EtnologiyaAntropologiya İnstitutu adlandırılsa da,  onun dövri elmi nəşri bu gün də “Etnoqrafiçeskoe obozreniye” adlanır.

Məlumdur ki, sovet elmi uzun illər sosial antropologiyanı və etnologiyanı “burjua elmikimi qələmə verərək, onları hətta sosial darvinizmlə eyniləşdirməyə çalışırdı. Hazırda isə Rusiyada sosial antropologiyaya və mədəni antropologiyaya həsr edilmiş dərs vəsaitləri nəşr olunur. Rusiya tədqiqatçılarının belə əsərlərində sosial antropologiya ilə mədəni antropologiya çox zaman üst-üstə düşürona görə də bu bölgü şərtidir. Struktur antropologiyaya gəlincə, onun baniləri Evans-Riçard, Klod Levi-Stross bütün sosial və mədəni proseslərdə oxşar strukturlar axtarmağa çalışmışlar. Klod Levi-Strossa görə, əsas diqqət sosial modellərin tədqiqinə yönəldilməlidir.

Yuxarıda deyilənlərdən aşkar görünür ki, etnoqrafiya elminin adı və onun elmi maraq dairəsi ətrafında mülahizə və müzakirələr bu günədək davam etməkdədir. İndi AvropadaAmerikada etnoqrafiya, əsasən, antropologiya elmləri çərçivəsində (etnologiya, etnoqrafiya, sosial antropologiya və mədəni antropologiya da daxil olmaqla) araşdırılır. Həmin ölkələrdə sosial antropologiya, etnoqrafiya  etnologiya adları altında da müstəqil elmi qurumlara rast gəlmək olur.

İndi etnoqrafik tədqiqatlar xaricdə  ABŞ-ın Corctaun Universitetinin Antropologiya şöbəsində, Nevada-Reno Universitetinin Antropologiya fakültəsində, Vaşinqtonun Smitson Universitetində, London Antropologiya İnstitutunda, Makedoniyanın, Fransanın sosial antropologiya institutlarında və s. aparılır. Araşdırılmalarda üstünlük çox zaman sosial yönümə verilir.

İndiki şəraitdə etnoqrafiyanı antropologiya ilə əvəz etmək çox məsuliyyətli və çətin işdir. Ən azı ona görə ki, dünyanın bütün qabaqcıl ölkələrində antropologiya adı altında aparılan işlər bu gün bizim məşğul olduğumuz etnoqrafik problemlərdən fərqlənir.

2005-ci ildən başlayaraq Rusiya və bəzi MDB ölkələrində olduğu kimi, Azərbaycanda da əvvəlki “etnoqrafiya” ixtisasına “etnologiya” ixtisası da əlavə edilmişdir.  Nəticədə isə buya digər dissertasiya mövzusunun həmin ixtisaslardan məhz hansına aid olduğunu müəyyənləşdirmək  mümkün olmur.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 2012-ci il 13 aprel tarixli qərarı ilə respublikada elmielmi-pedaqoji işçilərə elmi dərəcələrin verilməsi üzrə ixtisasların yeni nomeklaturası təsdiq edilmişdir. Əvvəllər tarix elmlərinin tərkibində olmuşetnologiya” və “etnoqrafiya” ixtisasları bu nomeklaturadaantropologiyaelmi sahəsinə daxil edilmişdirburaya  daha iki ixtisas - “ictimai antropologiya  və “mədəni antropologiyada əlavə olunmuşdur. Beləliklə, yeni nomeklaturadaantropologiyaelmi sahəsində “mədəni antropologiya” ixtisası ilə bağlı - “antropologiya, tarix, fəlsəfə” üzrə elmi dərəcələr; “etnoqrafiyaetnologiya” ixtisasları ilə bağlı - “antropologiya, tarix” üzrə elmi dərəcələr;  ictimai antropologiya” (əslində “sosial antropologiya  adlandırılmalıdır - E.K.) ixtisası ilə bağlı -  antropologiya, tarix” üzrə elmi dərəcələrin verilməli olduğu göstərilir.

Zənnimizcə, nomeklaturada bizim ixtisaslara aid təsnifatın elmi izahına böyük ehtiyac duyulur.

Müasir antropologiyada, adətən, məşğul olduğumuz bir sıra problemlər yeni-yeni elmi mənalar kəsb edir. Əgər biz antropologiya adı altında tədqiqatlara başlamalı olsaq, onda işlərimizi dünya elmində qəbul edilmiş standartlara uyğunlaşdırmalıyıq. Fikrimizcə, insan haqqında sistemli elmlər sahəsi sayılan antropologiya (anthröpos - yunanca insan deməkdir) bu gün Azərbaycan elmi üçün daha məqbul bir anlayışdır.

Tədqiqatçılarımız müstəqillik illərində meydana çıxmış, günün tələblərinə cavab verən novasiyaları və başqa aktual problemləri, dünya elminin əldə etdiyi son nailiyyətləri nəzərə almaqla, yeni layihələr işləyib hazırlamalıdır. Elə əsərlər yazılmalıdır ki, geniş ictimaiyyətin diqqətini cəlb etsin, xalqın həyat tərzini və mədəniyyətini əməli olaraq zənginləşdirsin.

 

Emil KƏRİMOV,

AMEA-nın Arxeologiya

Etnoqrafiya İnstitutunun şöbə müdiri,

tarix üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2015.- 5 aprel.- S.5.