Ömürdən izlər qaldı...

 

Görkəmli alim, maliyyə sahəsində ilk azərbaycanlı professor, respublikanın Əməkdar iqtisadçısı Bəybala Aslan oğlu Xankişiyev şərəfli bir həyat yaşayıb. O, ömrünün 51 ilini  maliyyə və təhsil sahələrində çalışmaqla respublikamızda kadr hazırlığı işində böyük xidmətlər göstərib.

Bəybala Xankişiyevin hələ sağlığında  çap edilən “Ömrümün izləri” adlı kitabda özü barədə verilən qeydləri diqqət çəkir: “Mən zəngin bir həyat yolu keçmişəm. Bir mütəxəssis kimi müxtəlif təşkilatlarda, ayrı-ayrı vəzifələrdə işləmişəm.Yaşımın bu çağında da əlimi işdən-gücdən soyutmuram. Misqal-misqal topladığım  biliyi, bacarığı hec vaxt, hec kimdən əsirgəməmişəm. İndi yenə də elmi - pedaqoji fəaliyyətimi davam etdirirəm. Elə hesab edirəm ki, biliyimi, təcrübəmi tələbələrimlə böluşməkdən aldığım mənəvi həzzi heç nədən, heç yerdən əldə etmək mümkün deyil.

Bəlkə də özüm haqda yazmaq istədiklərim, deyəcəklərim kiməsə   lazım oldu. Çünki biz yaşlıların örnək ola biləcək fəaliyyəti gənclərə həmişə gərəklidir. Hər bir insan ömrü öz dəyərilə sahilsiz ümmana bənzəyir və həm işıqlı, həm qaranlıq, həm də sirli tərəflərilə çox qiymətlidir. Bir o var ki, dünya binnət olandan insan tarixin bir ucundan yol başlayıb gəlir. Hər bir kəs öz tarixini, şəcərəsini yarada-yarada kökünü, ənənəsini davam etdirir”.

Bəybala Xankişiyev 1939-cu ilin oktyabr ayının 10-da Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. Anası söyləyirmiş ki, o,  dünyaya gəldikdən sonra ayağı sayalı olduğundan var-dövlətləri artmağa başlayıb. Atası sənətkar olduğundan (kolxozda dəmirçi işləyib) müharibəyə aparmayıblar, ona xüsusibronveriblər. Onu arxa cəbhədə işləmək üçün Sabirabad rayonunda fəaliyyət göstərən Maşın-Traktor Stansiyasında (MTS) yüksək ixtisaslı mütəxəssis kimi işə götürüblər.

Bəybalagil ailədə beş bacı, beş qardaş olub, ancaq onlardan beşi sağ qalıb. Böyük qardaşı Əlibala 1941-45 müharibəsində həlak olub. O biri bacı-qardaşları müxtəlif xəstəlikdən dunyalarını dəyişiblər. Qalanları isə  ev-eşik, övlad, nəvə-nəticə sahibi olublar...

Bəybala Xankişiyev 1956-cı ildə orta təhsilini başa vurduqdan sonra  Bakı şəhərinə gəlib. Azərbaycan Politexnik İnstitutunda müsabiqədən keçə bilməyib. Sənədlərini Bakı Maliyyə-Kredit Texnikumuna verib Dovlət budcəsiixtisası fakültəsinə qəbul olunub. Burada təhsilini başa vurduqdan sonra Maliyyə Nazirliyinin  Baş Sığorta İdarəsində çalışıb. 1960-1999-cu illərdə  isə Azərbaycan Ali Orta İxtisas Təhsili Nazirliyi, Bakı Axşam Neft Texnikumu,   Bakı Dövlət Universiteti Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda maliyyə üzrə müxtəlif vəzifələrə irəli çəkilib. İşləyə-işləyə Azərbaycan Dövlət Universitetində ali təhsil alıb. 1976-cı ildə ona  SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri namizədi elmi dərəcəsi verilib.

Bəybala Xankişiyev 1981-1985-ci illər SSRİ Ali Orta İxtisas Təhsili Nazirliyinin xalq təsərrüfatında mütəxəssislərin hazırlanması, bölüşdürülməsi istifadəsinin planlaşdırılması məsələləri üzrə Metodoloji Şurasının üzvü seçilib. Azərbaycan Dövlət İqtisad İnstitutunun elmı şurasının qərarı ilə 1991-ci ildə “Maliyyə”kafedrasının professoru seçilib. 1996-1999-cu illərdə isə  həmin universitetinElm” şobəsinin müdiri kimi irəli çəkilib.

Bəybala Xankişiyevin  keçdiyi şərəfli ömur yolu gənclərimizə əsl nümunədir. Onun gördüyü işlər arasında, belə demək mümkünsə, sərhəd yoxdur, tələbəlik illəri əmək fəaliyyəti ilə paralel olaraq davam etmişdir. Elə elmi işə marağı da erkən vaxtlardan özünü büruzə vermişdir. Ailədə aldığı tərbiyə, zəhmətsevərlik B. Xankişiyevin  həyatda qazandığı əmək nailiyyətlərinin təməlində dayanıb, onu öz xalqını, Vətənini ürəkdən sevən, güclü milli təəssübkeş hissinə malik alim, vətəndaş kimi yetişdirib.

Bəybala Xankişiyev çalışdığı bütün vəzifələrdə nümunəvi bacarığı, yüksək məsuliyyət hissi, səriştəlilik göstərə bilib, dövlət qanunlarını dərindən mənimsəmək, qanunlara əməl etmək, elmlə praktikanın vəhdətini yaratmaq əsas məqsədi olub. O, bütün bunlara zəhmətkeşliyinə görə nail olub. 1975-ci ildə Bəybala müəllim daha məsuliyyətli işə – Azərbaycan Respublikası AliOrta İxtisas Təhsili Nazirliyinin Plan-Maliyyə İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib. Bu vəzifədə o, 1988-ci ilədək səmərəli fəaliyyət göstərib. 1981-1988-ci illərdə həmin nazirliyin kollegiya şurasının üzvü kimi, operativ məsələlərin həllində fərqlənib.

Burada bir məqamı da xatırlatmaq yerinə düşərdi. Bəybala Xankişiyev 1988-1993-cü illərdə Təhsil Nazirliyinin iqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləyərkən,  respublika ağır  bir dövr yaşayırdı. Amma o, həmin vaxtlarda bir ziyalı kimi mövqeyini düzgün saxlaya bilib.

Bəybala müəllim   sovet hakimiyyəti illərində kecmiş SSR respublikalarından yeganə mütəxəssis kimi Moskvada təhsil müəssisələri üzrə bir necə İttifaq nazirliyinin Birləşmiş Elmi-Metodiki Şurasının üzvü olub. Onun qazandığı təcrübə və bacarıq burada köməyinə  gəlib. Bəybala müəllimin timsalında  İttifaq miqyasında respublikamızda yuksək ixtisaslı mütəxəssislərin, güclü elmi potensiallı   alimlərin olduğu sübuta yetirilib.

Bəybala Xankişiyev vətənpərvərlik nümunəsi gostərərək keçmiş  SSRİ-nin təhsil ocaqlarında (Moskva,   Kiyevb.) musabiqədənkənar ixtisaslar üzrə milli kadrların hazırlanmasında təqdirəlayiq işlər görüb. Ümumiyyətlə, 1975-1993-cu illərdə Təhsil Nazirliyində işlədiyi dovrdə Bəybala muəllimin əmək fəaliyyəti çox məhsuldar olub. O, həmişə yeniliyə, tərəqqiyə can atıb, güclü təşəbbüskarlıq nümunəsi gostərib. Bunun ücün   daim oxuyub-öyrənib, axtarıb-arayıb, işində mütərəqqi və yeni üsullardan istifadə etməyə çalışıb.

O, təhsil problemlərini öyrənmək və respublikamızda tətbiq etmək məqsədilə xarici ölkələrə səfərlər edən kecmiş SSRİ numayəndə heyətlərinin tərkibində bir sıra Avropa dövlətlərində, Kubada, daha sonra isə Türkiyədə, İranda, Moldovada, Fransadabaşqa ölkələrdə beynəlxalq elmi konfranslarda məruzələrlə cıxış edib. Həmin dövrdə B. Xankişiyev respublikamızda Təhsil Nazirliyinin nəzdində ittifaqda analoqu olmayan Fasiləsiz Təhsilin Proqnozlaşdırılması Laboratoriyasını yaradıb və uzun illər ona rəhbərlik edib.

Onun praktik işlə nəzəri elmi fəaliyyəti  həmişə bir-birini tamamlayıb. İqtisadçı-alim pedaqoji fəaliyyətə də erkən başlayıb, 1966-cı ildən 1993-cü ilədək Azərbaycan Dövlət İqtisad İnstitutunun “Maliyyə” kafedrasında əvəzçilik uzrə müəllim, dosentprofessor vəzifələrində pillə-pillə irəliləyib. 1981-ci idə dosent, 1991-ci ildə professor elmi rütbəsini alıb.

Bu da bir həqiqətdir ki, Azərbaycanda maliyyə-kredit ixtisası üzrə elmlər doktoru olmayıb. 60-cı illərin sonlarında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit kafedrasının dosenti, iqtisad elmləri namizədi Aleksandr Abramoviç Trivus bu sahədə ilk professor kimi tanınıb. Respublikamızda professor adının ikinci sahibi XX əsrin sonlarında, 1991-ci ildə ilk azərbaycanlı alim Bəybala Xankişiyev olub.

İqtisadiyyat sahəsində xidmətlərinə görə ona 1990-cı ildə “Azərbaycan Respublikasının Əməkdar iqtisadcısı” fəxri adı verilib. 1993-cü il noyabrın 11-də Təhsil Nazirliyinin əmrilə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Maliyyə” kafedrasına tam ştatla professor vəzifəsinə qəbul edilib. Bu ali təhsil ocağında əvəzçilik üzrə elmi-pedaqoji fəaliyyət göstərib və 1999-cu ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyində analitik informasiya xidmətinə rəhbərlik edib.

Professor B.Xankişiyevin tədris, metodikaelmi tədqiqatlarla bağlı fəaliyyəti də olduqca zəngin və məhsuldar olub.  O, bir sıra dərslik, dərs vəsaiti və  metodiki göstərişlərin, proqramların yazılmasında fəal iştirak edib, çoxsaylı doktorluq və namizədlik dissertasiyası işlərinə və elmi-metodiki işlərə rəylər verib.

Bəybala muəllim Bakıda Heydər Əliyev İqtisadi Məktəbində “Heydər Əliyev və respublikamızın maliyyə siyasəti” mövzusunda maraqlı mühazirələr oxuyub. Həmin  mühazirələr dinləyicilər tərəfindən yuksək qiymətləndirilib.

Professor B.Xankişiyev həm də fəal ictimaiyyətçi kimi tanınıb, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edib. 1966-1975-ci illərdə OADKYC-nin Təftiş Komissiyasının, 1975-ci ildən 2000-ci ilədək isə Maarif, Ali məktəb və Elmi İşçilərin Təftiş Komissiyasının sədri olub. 1989-cu ildə kecmiş SSRİ AliOrta İxtisas Təhsili Nazirliyinin Fərqlənmə nişanı ilə təltif olunub.

Bəybala müəllim müstəqil respublikamızın “Mühasibat uçotu” haqqında dövlət qanununun hazırlanmasında işçi qrupunun üzvü kimi də fəal iştirak edibMilli Məclis tərəfindən mükafatlandırılıb.  Respublika Maliyyə Nazirliyinin Mühasibat Uçotu və Hesabatı uzrə Metodologiya Şurasının, o cümlədən “Maliyyə və uçot” və “Audit” jurnallarının redaksiya heyətlərinin üzvü kimi səmərəli fəaliyyət göstərib.

 

V. BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 26 aprel.- S.7.