Azərbaycanda Avropa Oyunları

Olimpiya oyunlarına keçid mərhələsidir

 

Bunu “Rossiya-1” telekanalı da öz tamaşaçılarının diqqətinə çatdırıb

 

  xoş təsadüf! Ulu öndər Heydər  Əliyevin anadan olmasının  növbəti ildönümü böyük tarixi  hadisə, tezliklə qitəmizin bütün ölkələrinin ən yaxşı idmançılarını Bakıda öz bayrağı altına toplayacaq ilk Avropa Oyunları ərəfəsinə  təsadüf edir.

Bütünlükdə ölkəmiz kimi,  idmanımızın  da bu gün belə yüksək  səviyyəyə ucalmasında, qitənin idman hərəkatında yeni  bir dövrün başlanğıcı olacaq Avropa Oyunlarının  təşkili  hüququnun Bakıya verilməsində, üstəlik də, paytaxtımızın  Avropa Olimpiya Komitəsinin (AOK)  Baş Assambleyasında bu yüksək etimada, demək olar,  yekdilliklə layiq görülməsində ümummilli  liderin hələ  13 il  əvvəl, 2002-ci  ilin noyabrında Şəki  Olimpiya  İdman Kompleksinin  açılış  mərasimindəki nitqində  bəyan  etdiyi  bir  arzu, istək indi  daha dərindən dərk etdiyimiz kimi, güclü təkan rolu oynamışdır.

Azərbaycan Prezidenti Heydər Əliyev onda  qətiyyətlə bildirmişdi: “İdman, eyni  zamanda, həqiqətən,  hər  xalqın,  millətin başqa  xalqlar  içərisində şöhrətini yüksəldən  sahələrdən  biridir. İstəyirik ki, bizi  hər yerdə tanısınlar,  hər yerdə bilsinlər ki, Azərbaycan  nəyə  qadirdir    nədən ibarətdir”.

Uzaqgörənliklə ifadə olunan böyük arzunun   idman meydanlarında həyata  keçməsini  çox gözləmək lazım  gəlmədi. Şəkidə həmin  mərasimdən  cəmi iki il  sonra ulu öndərin həmvətənləri  Afina Olimpiya Oyunlarında 5, sonra  da  Pekin — 2008-də 7, xüsusən də 2012-ci ildə London səması altında 2-si qızıl olan 10  medal qazanmaqla qısa bir  müddət ərzində ümumdünya olimpiyaçılar ailəsinin ən fəal  üzvlərindən birinə  çevrildiklərini bütün planetin gözü qarşısında  sübuta yetirmiş oldular. Beləliklə də,  Azərbaycan idmanının nailiyyətlərindən heyrətə gələn dünya  uğurlarımızı  etiraf etdiböyük  əksəriyyət ölkəmizə hörmət və  məhəbbətlə, qələbələrimizi və  inkişafımızı  həzm  edə bilməyən  istər  daxildəki, istərsə də  xaricdəki bədxahlar isə  təlaşla,  təşvişlə.

Ulu öndərin canından  da  artıq  sevdiyi    şah əsəri  olan  gənc  müasir Azərbaycan Respublikasının paytaxtı Bakıda  keçiriləcək  ilk   Avropa Oyunlarından sonra isə, söz  yox ki, beynəlxalq aləmdə ölkəmizə göstərilən inametimad, respublikamızın yüksək  nüfuzu ceyran gözəlliyinə, nardakı birliyə və  möhkəmliyə biganə  qalmayanları  daha  da sevindirəcək,  riyakarları isə susdurub, istəsələr də, istəməsələr də həqiqətlə  barışmağa  məcbur edəcək.

Azərbaycanın Avropa Oyunlarını  Olimpiya oyunları  səviyyəsində keçirmək istəyi  əslində AOK-un 2012-ci ilin finişində Baş Assambleyada  qəbul etdiyi qərarla eyni vaxtda ifadə  olunmuşdu. Bu  qərardan dərhal  sonra  dövlət başçımız,  Milli  Olimpiya  Komitəsinin prezidenti cənab İlham Əliyev və Avropa Oyunlarının Təşkilat Komitəsinin  sədri,  Azərbaycanın birinci  xanımı,  Milli  Gimnastika  Federasiyasının  prezidenti  Mehriban Əliyeva öz  çıxışlarında  dəfələrlə  bildirmişlər ki,  Azərbaycan Avropa idmançılarını    çoxsaylı  qonaqları,  turistləri  layiqincə  qəbul  edəcək,   ölkəmizdə  onlar üçün  hər cür şərait  yaradılacaq, respublikamızda qitə  idmançılarının  ilk ən genişmiqyaslı yarışları  Olimpiya oyunları  səviyyəsində  keçiriləcəkdir.  Çox  qısa müddət,  cəmi iki il yarım  ərzində görülən böyük  işlər    Azərbaycanın  nəyə  qadir olduğunu inamla  təsdiq  edir. Deməli, Bakının  Avropa Oyunlarından sonra Yay Olimpiya Oyunlarının da  paytaxtı olacağı gün  uzaqda deyil. Çünki dinamik  inkişaf  edən   Azərbaycanın  gördüyü  işlər,  qazandığı böyük  uğurlar göz qabağındadır.

Rossiya - 1”  telekanalının “Vesti nedeli  analitik  proqramı da bu  uğurları  yüksək  qiymətləndirmişdir:  “Bakıda  Avropa Oyunlarının  keçid  mərhələsi olduğunu, başlıca  məqsədin Yay Olimpiya Oyunları  olduğunu gizlətmirlər. Gecələr Bakı  Şərq nağıllarını  xatırladır. Minlərlə  projektorlarla işıqlandırılan  kosmosdan  gələcək  Oyunların  mayakını  xatırladan  idman obyektlərini  görəndə  aydın olur ki,  Azərbaycanın  Olimpiya oyunlarını keçirmək iddiası  əsassız  deyil. Birinci  olmaq    qədər  çətindirsə, bir  o qədər də şərəflidir”.

Azərbaycanda idmana  sevgi böyükdür. Bakının mötəbər beynəlxalq yarışların yüksək  səviyyədə  keçirilməsində  kifayət qədər təcrübəsi var. Bu təcrübə  son illər  ərzində güləş, boks, bədii gimnastika, futbol    bəzi  başqa  növlər üzrə dünya  Avropa  çempionatlarına,  qadın  voleybol    otüstü hokkey  komandalarının, taekvondo ustalarının  Olimpiya  təsnifat turnirlərinə, habelə  bir  sıra başqa  böyük  yarışlara  hazırlıq  zamanı toplanılmışdır.  Doğrudur,  həmin  yarışlar ayrı-ayrı  növləri  əhatə etmiş    müxtəlif vaxtlarda  keçirilmişdir.  Avropa Oyunlarında isə 17 gün ərzində 20  növdə 50 ölkənin 6000-dən  çox idmançısı  mübarizə aparacaq. Lakin belə böyük  rəqəmlər də Bakıda  heç bir  narahatlıq  yaratmır. Əksinə, Avropa Oyunlarına aparan yolda  görülən  böyük  işlər, yeni inşa  edilən  əzəmətli  idman  mərkəzləri,  şəhər  infrastrukturundakı yeniliklər, turizm,  nəqliyyat,  mehmanxana    digər istiqamətlərdə  həyata keçirilən  təxirəsalınmaz  tədbirlər hamıda  əminlik  yaradır ki, hər şey  Azərbaycan  vətəndaşlarının həyəcanla gözlədiklərindən,  arzuladıqlarından  da  yaxşı olacaq, ölkəmiz  növbəti  sınaqdan  da şərəflə çıxacaq.

Xüsusi olaraq, Avropa  Oyunları  üçün  yaradılmış  idman  obyektlərindən  danışılanda onların  hər birinin  ən  müasir  üslubda, beynəlxalq  standartlara tam  uyğun şəkildə  inşa edildiyi haqqında  çox eşitmişik, artıq  həmin  saraylarla tanış  olmaq fürsəti qazananlar  isə   hər şeyi öz  gözləri ilə görmüşlər.

Bu  mənada iyunun 16-dan 22-dək hədəfi dəqiq  nişan alma ustalarının yarışlarının iştirakçılarını  qəbul edəcək Bakı  Atıcılıq Mərkəzi    öz  gözəlliyi  və müasirliyinə görə artıq  ilk  təriflər eşidir. Aprelin ortalarında “Rossiyskaya qəzeta”da yer almış  Atıcılıq  Mərkəzinin baş meneceri avstraliyalı  Uorren Naytanın bir fikri bizim üçün çox dəyərlidir:  “Mən üç Olimpiadada olmuşam, amma ömrümdə belə mərkəz görməmişəm. Bu  Atıcılıq Mərkəzinin dünyada ən böyük mərkəz olduğunu istisna  etmirəm”.

Monteneqro Milli  Olimpiya Komitəsinin prezidenti Duşan Simonoviç də “Bakı — 2015" ilk  Avropa Oyunlarına hazırlıq prosesinə heyran qaldığını gizlətmir. Bu yaxınlarda cənab Simonoviç  Azərbaycanın onun ölkəsindəki diplomatik nümayəndəliyinin  müşaviri Seyran Mirzəzadənin ilk Avropa Oyunlarını işıqlandırmaq məqsədilə akkreditasiyadan keçmiş monteneqrolu  jurnalistlərlə görüşü zamanı Monteneqro MOK-unun prezidenti Azərbaycanın bu tarixi idman tədbirini ən yüksək  səviyyədə təşkil  edəcəyinə əminliyini bildirib.

İdman aləmi tarixdə ilk Avropa Oyunlarınadək olan məsafəni gündən-günə qısaldır. Artıq aprel də “səlahiyyət müddətini” başa vurub estafeti ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün qeyd olunduğu may ayına ötürür. Xatirə günü, Gül bayramı, Respublika günü kimi əlamətdar hadisələrlə zəngin olan may hiss olunmadan finişə çatdıqdan sonra isə bəxtinə ilk Avropa Oyunları kimi tarixi bir hadisə düşmüş iyun ayı starta çıxacaq.

Bu sətirlərin müəllifi idman mətbuatında çalışdığı yarım əsrə qədər müddət ərzində bir sıra ölkələrdə ayrı-ayrı növlər üzrə dünyaAvropa çempionatlarının, mötəbər beynəlxalq yarışların gedişini izləmək imkanı qazanıb. Ötən əsrin səksəninci illərinin əvvəlində SSRİ idman jurnalistləri qrupu tərkibində Yuqoslaviya, Çexoslovakiya və Macarıstanda həndbol və basketbol üzrə Avropa birincilikləri, 86-da uzaq Meksikada əfsanəvi Maradonanı da Argentina-Uruqvay görüşündə yaxından, birbaşa Puebla şəhərindəki stadionun tribunasından gördüyüm dünya futbol  çempionatı, 93-də Azərbaycan Dövlət İdman Komitəsi tərəfindən Hollandiyanın Valkensvaard şəhərinə ezam olunub gedişini işıqlandırdığım yeniyetmələrin Avropa Olimpiya Həftəsində həmvətənlərimin çıxışları yaxşı yadımdadır.

O zaman Yuqoslaviyanın Banya-Luka şəhərində, Çexoslovakiya və Macarıstan paytaxtları Praqa və Budapeştdə, 1986-cı ildə əhalisinin sayı, səhv etmirəmsə, 18 milyon nəfərə çatan Mexikoda, habelə Meksikanın digər şəhərləri Leon, İrapuato, Qvadalaxara və Monterreydə, Hollandiyada yarışlara hazırlıq üçün çox zəhmət çəkdiklərini görmüşdüm. Lakin həmin ölkələr idmanın yalnız bir növü üzrə çempionatın iştirakçılarını qəbul etmişlər. İndi isə bizim Bakı birdən-birə 20 növ üzrə yarışın medalları uğrunda mübarizə aparacaq 6000-dən çox idmançının yolunu gözləyir, onları, eləcə də nümayəndə heyətlərinin bütün üzvlərini, paytaxtımızla görüşə can atan çoxsaylı turistləri yüksək səviyyədə, əsl qonaqpərvərliklə qarşılamağa hazırlaşır.

Bayaq Meksika yazarkən Kolumbiya yadıma düşdü. Dünya futbol çempionatı-86 məhz bu ölkədə təşkil olunmalı idi. Lakin çempionata iki il qalmış Kolumbiya hökuməti gözlənilmədən ölkədəki iqtisadi çətinliklərlə əlaqədar mundialdan imtina etdi. Yaranmış vəziyyətdə FİFA çıxış yolunu çempionatın təşkili hüququnu artıq 1970-ci ildə planetin ən böyük futbol bayramının sevincini yaşamış Meksikaya həvalə etməkdə gördübu ölkə ikinci dəfə dünya çempionatına ev sahibliyi etdi.

Meksika və Kolumbiyanı xatırlamaqla deməyim odur ki, hər hansı bir ümumdünya miqyaslı tədbirin istənilən səviyyədə təşkili heçaz zəhmət tələb etmir. Bu səbəbdən də Azərbaycanın, Bakının bu sahədə hər bir uğuru dünya idmançılarının səmimi və xeyirxah ailəsində həmişə böyük razılıq hissi ilə qarşılanır, hamı bizim uğurlarımızın gətirdiyi sevincə şərik çıxır.

Güllə atıcılığı üzrə dəfələrlə dünyaAvropa çempionu, Olimpiya oyunlarının qalibigümüş mükafatçısı, Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Nino Salukvadzenin müsahibələrindən birində dediyi kimi: “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar Azərbaycan ilə yanaşı, bizim üçünböyük uğurdur. Bu qərara görə azərbaycanlı dostlarım kimi mən də fəxr edirəm. Əminəm ki, Azərbaycan Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil edəcək.”

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 30 aprel.- S.7.