Birinci xanım ali ideallara tapınaraq öz missiyasını şərəflə yerinə yetirir

 

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun xoşməramlı səfiri və İSESCO-nun ilk qadın xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva sədaqətli həyat yoldaşı, sevimli ana və nənə olmaqla yanaşı, həm də insanların güvənc yeri kimi nəcib bir missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasız həyata keçirir. İnamla deyə bilərəm ki, ulu öndərin ali ideyalarına tapınan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Heydər Əliyev Fondunun prezidentinin xalqımızın milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri var.

 

Ölkə həyatının heç bir sahəsi onun diqqətindən kənarda qalmayıb. Azərbaycanın birinci xanımının rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idmans. sahələri əhatə edir. Mehriban xanımın bütün şərəfli fəaliyyəti müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. O, indiyədək bütün imkanlarını, bacarığını insanların rifahı naminə humanitar proqramların reallaşdırılmasına yönəldib.

 

Mehriban xanım Əliyeva özünü köməyə ehtiyacı olan insanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan kimi tanıda, sevdirə bilib, cəmiyyətdə xeyriyyəçilik və mesenantlıq ənənələrinin daşıyıcısına, qoruyucusuna çevrilib. O, hər zaman xeyirxahlıq, başqasının dərdinə şərik çıxmaqla, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları ilə ona üz tutanların qəlbinə hakim kəsilib. Beləliklə, ürəyi şəfqət və mərhəmətlə dolu bu insan işi, əməli ilə bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll edilməli olması barədə ictimai şüurda kök salmış təsəvvürləri aradan qaldırıb və cəmiyyətin bütün təbəqələrinin sevimlisinə çevrilib.

 

UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri haqlı olaraq qeyd edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Çətin məqamda başqalarından dəstək almış insan imkanı daxilində başqalarına kömək göstərməyə daha çox meyil edir. Beləliklə, cəmiyyətdə xeyirxah işlərin dairəsi genişlənir, qarşılıqlı kömək və dəstək sistemi yaranır. Bütün bunlar isə son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhval-ruhiyyəsinə müsbət təsir göstərir.

 

Heydər Əliyev Fondu fəaliyyətə başladığı 2004-cü ildən Azərbaycan xalqının zəngin mənəvi irsini, azərbaycançılıq fəlsəfəsini yaşatmaq, dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq kimi vəzifələri şərəflə həyata keçirir. Ötən müddətdə fond həyatın ayrı-ayrı sahələrində müxtəlif layihələr reallaşdıraraq yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi tərəqqisinə öz töhfəsini verir.

 

Fondun fəaliyyəti haqqında danışarkən, bir məqam mütləq xatırladılmalıdır. Bu, onun adını daşıyan dahi Heydər Əliyevin şərəfli ömür yolu ilə bağlıdır. Ulu öndərin həyatı bütövlükdə Azərbaycana, ölkənin inkişafına yönəlib. Bu həyat hər birimizin taleyində silinməz iz qoyub. Ümummilli liderin fəaliyyəti nəticəsində biz bu gün müstəqil, gündən-günə güclənən, inkişaf edən, dünya birliyində layiqli yer tutan bir ölkədə yaşayırıq. Heydər Əliyevin uğurları, Heydər Əliyevin qələbələri və zirvələri respublikanın tarixində və xalqımızın qəlbində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaq.

 

Ümummilli lider Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassikçağdaş dövlətçiliyin təməl prinsipinə istinad etməsi bu fenomen şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ekstrimal vəziyyətlərdə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir. Heydər Əliyev Fondunun yaradılması da tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun yuxarıda vurğuladığım zəngin mənəvi irsini yaşatmaq ideyasından qaynaqlanıb.

 

Fondun fəaliyyətə başlamasından ötən müddətdə görülən işlər deməyə əsas verir ki, qarşıya qoyulan vəzifələrin məsuliyyəti dərindən dərk edilib, əməldə, işdə bu yüksək ada layiq olmağa çalışılıb. On bir il ərzində sözügedən fond Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində fəal iştirak edərək, neçə-neçə uğura imza atıb. Görülən işlərin nəticəsi göz önündədir. Bu, yüzlərlə yeni inşa olunan məktəb və təmir edilən, müasirləşən uşaq evləri, internat məktəbləridir. Yeni tikilən tibb müəssisələri, diaqnostika və müalicə ocaqlarıdır, müxtəlif xəstəliklərdən əzab çəkən uşaqlar üçün xüsusi tibbreabilitasiya mərkəzləridir. Bu, fondun dəstəyi ilə bərpa olunan tarixidini abidələr, eyni zamanda, yeni qurulan mədəniyyət ocaqları, muzeylər, konsert hollarıdır. Fondun uğurlu sosial proqramının reallaşdırılması nəticəsində yeni salınan parklar, yollar, çəkilən su, işıq və qaz xətləridir. Bu, Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq istiqamətində həyata keçirilən tədbirlər nəticəsində işıq üzü görən yüzlərlə kitablar, foto və videoalbomlardır. Fondun dəstəyi ilə keçirilən və zəngin mədəni və tarixi irsimizin təbliğinə yönələn beynəlxalq simpoziumlar, festivallar, elmi konfranslardır. Ən əsası, ən vacibi, bu, Heydər Əliyev Fondunun səmərəli xeyriyyəçilik fəaliyyətinin nəticəsində sağlam həyata qayıtmış yüzlərlə insandır.

 

İnamla deyə bilərəm ki, dövlət müstəqilliyimizin bərqərar olması, möhkəmləndirilməsi, iqtisadi tərəqqisi, milli mədəniyyətimizin qorunub inkişaf etdirilməsi, vətəndaş cəmiyyətinin yaradılması, ölkəmizin dünya birliyində öz layiqli yerini tutması üçün ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi və dönmədən həyata keçirdiyi siyasi kursun tam düzgünlüyü artıq real təsdiqini tapıb, indi bu fakt hamı tərəfindən etiraf olunur. Alternativi olmayan bu siyasi kursun davam etdirilməsi Azərbaycanın bugünkü və gələcək inkişafının yeganə etibarlı təminatıdır. Bu baxımdan Heydər Əliyev irsinin öyrənilməsi, onun ideyalarının geniş təbliğ olunaraq gündəlik həyatımızda tətbiq olunması və gələcək nəsillərə çatdırılması üçün araşdırmalar aparılması vacib vəzifələrdən biridir. Heydər Əliyev Fondu yarandığı ilk gündən məhz bu vəzifənin də yerinə yetirilməsi istiqamətində işlər aparıb və bundan sonra da aparacaqdır, bütün həyatını Azərbaycanın inkişafına həsr edən dahi şəxsiyyətin zəngin məktəbindən daha məqsədyönlü faydalanmaq üçün müxtəlif layihələrin gerçəkləşdirilməsi yolunda öz dəstəyini verəcəkdir.

 

Fond fəaliyyəti dövründə ictimai təşkilat olaraq geniş ictimaiyyətlə əlaqələri daim möhkəmləndirməklə, Heydər Əliyev ideyalarının həyata keçirilməsinə yardımçı olmaq məqsədi daşıyan missiyasını daha da təkmilləşdirməklə Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizdə vətəndaş cəmiyyətinin bərqərar edilməsi işinə misilsiz töhfələr verib.

 

Qarşıya qoyduğu məqsəd və vəzifələrin əhəmiyyətinə və miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli qurum olan Heydər Əliyev Fondu bu gün təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda nüfuz, inametimad qazanıb. Fondun rəhbəri xarici ölkələrdə Azərbaycanın müsbət imicini formalaşdıran sistemli konsepsiyanın həyata keçirilməsi üzərində yorulmadan çalışır yaxud xeyriyyəçilik kimi ciddi ictimai-siyasi fəaliyyəti ilə azərbaycançılıq ideyalarını, Azərbaycanın mədəni-siyasi məqsədlərini inamla gerçəkləşdirir.

 

Hazırda yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin öncül sahələrindən biridir. İndiyədək bu sahədə həyata keçirilən neçə-neçə proqram və layihə təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olan uşaq və yeniyetmələrin həyat şəraitini yaxşılaşdırmağa imkan verib.

 

Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə uğurla reallaşan Uşaq evləri və internat məktəblərin inkişafı proqramı respublikadakı uşaq evləri və internat məktəblərində mövcud problemlərin həllinə yönəlib. Bu proqram artıq fondun başlıca fəaliyyət istiqamətlərindən birinə çevrilib. Proqramın ilkin mərhələsində aparılan monitorinqdən sonra uşaq müəssisəsində təhsil və sosial sahədə problemlərin həllinə yönələn dörd əsas istiqamət: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirilib. Fond belə müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğunu nəzərə aldığından, ilk növbədə, texniki dəstək istiqaməti üzrə işlərə başlanılıb.

 

İndiyədək bu kateqoriyadan olan onlarca uşaq müəssisəsində yenidənqurma və tikinti-təmir işləri aparılıb. Bu zaman onların zəruri avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin kitabxanaların yaradılması, informasiya texnologiyalarının tətbiqi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.

 

Fondun həyata keçirdiyi Yeniləşən Azərbaycana yeni məktəb layihəsi təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə-tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Yeri gəlmişkən, sözügedən layihənin həyata keçirilməsi ilə bağlı fondun prezidentinin cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurub. İndi Azərbaycanın müxtəlif bölgələrində dağ kəndlərində, ən ucqar yaşayış məntəqələrində belə məktəb tikintisi geniş vüsət alıb.

 

Əhalinin sağlamlığının təmin olunması, tibb, səhiyyə sahəsində problemlərə diqqət Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutub. Bu sahədə ilk tədbirlərdən biri olan Diabetli uşaqlara ən yüksək qayğı layihəsi diqqət çəkir. Xatırladaq ki, Azərbaycanda bu xəstəliyə tutulmuş uşaqların insulinlə təminatında əvvəllər böyük çətinlik vardı. Layihə çərçivəsində həmin uşaqlara insulin preparatları və şpris-qələmlər verilib.

 

Fondun səhiyyə sahəsində həyata keçirdiyi digər layihə isə ölkədə talassemiyanın qarşısının alınmasına yönəlib. Respublikanın bəzi rayonlarında bu xəstəlik geninin yayılma tezliyi yüksəldiyinə görə fond sözügedən sahəyə daha çox diqqət yetirməyi zəruri hesab edib. Layihədə bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə də diqqət artırılıb.

 

Mehriban Əliyevanın qarşıya qoyduğu vəzifələrdən biribütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpasıdır. Ermənistan tərəfindən təcavüzə məruz qalanişğal altında olan ərazilərdə vandalizm aktları ilə qarşılaşan Azərbaycanın Versal Sarayının parkındakı mədəniyyət abidələrinin, Luvrda İslam incəsənəti şöbəsinin, Berlin Qəsrinin, Romada Kapitoli muzeyindəki Filosoflar zalının və digərlərinin bərpasında fəal iştirakı haqqında informasiyanı hazırda bütün dünyada məmnunluq hissi ilə qarşılayırlar.

 

Azərbaycanı dünyaya olduğu kimi, yəni dünyəvi, çoxmillətli və müxtəlif dinlərin mövcud olduğu, müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmətə və etibara əsaslanan səmimi dostluğun və əməkdaşlıq münasibətlərinin tarixən mövcud olduğu, yüksək tolerantlıq ənənələrinin formalaşdığı dövlət kimi təqdim etmək ölkənin birinci xanımının fəaliyyətində prioritet məsələlərdən biridir. Onun təşəbbüsü ilə həyata keçirilən Tolerantlığın ünvanı. Azərbaycan layihəsi çərçivəsində müxtəlif dini obyektlərdə - Pir Həsən ziyarətgahı, Bakıda Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsi və Müqəddəs Məryəm Kilsəsi, Şamaxıda Cümə Məscidi, Gəncədə Həzrəti Zeynəb Məscidindən tutmuş Fransanın müxtəlif regionlarındakı kilsələrin, Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajlarının bərpasına, eləcə də Həştərxanda Knyaz Vladimirin abidəsinin ucaldılmasınadək bərpa və xeyriyyə işləri görülüb. Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpası isə beynəlxalq ictimaiyyət tərəfindən müsəlman dünyasının xristianlığın müqəddəs abidələrinin qorunub saxlanmasına töhfəsi kimi qəbul edilir.

 

Mehriban xanım ötən illər ərzində cəmiyyətdə məşğulluğun təmin edilməsi sahəsində səmərəli fəaliyyət göstərib, neçə-neçə istedadlı gəncin məsuliyyətli layihələrə cəlb edilməsi ilə onların xoşbəxt həyat yollarını müəyyənləşdirib. Valideyn qayğısından və himayəsindən məhrum olmuş nə qədər körpəyə yiyə durmaqla, onların taleyinə həssaslıqla yanaşmaqla, buya digər xəstəlikdən əziyyət çəkən nə qədər uşağın xilası naminə mümkün olan hər şeyi etməklə Allah sevgisini qazanıb.

 

Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği ilə bağlıdır. Bununla əlaqədar milli musiqimizin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı ciddi addımlar atılıb və bu, hazırda da davam etdirilir. Fondun prezidentinin təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi fəaliyyətə başlayıb və adı çəkilən mərkəz üçün bina tikilərək istifadəyə verilib. Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində növbəti addım kimi Qarabağ xanəndələri musiqi albomu nəfis şəkildə nəşr olunub. Tanınmış ifaçıların, gənc xanəndələrin iştirakı ilə ardıcıl olaraq muğam axşamları, müsabiqələr sənətsevərlər, milli musiqi həvəskarları tərəfindən dərin razılıq hissi ilə qarşılanıb, bu ənənə yüksək dəyərləndirilib.

 

Bu gün Azərbaycan mədəniyyəti, milli varlığımız dünyanın mədəniyyət və mənəviyyat məkanında layiqli yer almışdır. Ölkəmiz tərəfindən təklif olunan unikal mənəvi sərvətlər dünya ictimaiyyətinin böyük marağına səbəb olur. Fikrimi bir misalla izah etmək istərdim. Uzun illərdir cəmiyyətimiz tərəfindən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın həm beynəlxalq miqyasda, həm də ölkə daxilində mədəni-intellektual sferadakı yeni məzmuna malik fəaliyyəti müşahidə və təqdir olunmaqdadır. Məhz onun təşkilatçılığı və iştirakı ilə reallaşan layihələr sayəsində milli, tarixi-mədəni irsin əhəmiyyətli hissəsinin Azərbaycana məxsusluğu dünya ictimaiyyəti tərəfindən təsdiqlənib. İçərişəhərin, Qobustan tarix-mədəniyyət qoruğunun, xalça, saz, tarmuğam sənətlərinin, Novruz bayramının, Çövkən Qarabağ atüstü oyununun ardınca bu yaxınlarda Azərbaycan kəlağayısı da UNESCO-nun mədəni irs siyahısına xalqımızın mədəni sərvəti kimi daxil edilib.

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Caz Festivalı, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Beynəlxalq Müasir Musiqi Festivalı, Rostropoviç Beynəlxalq Festivalının keçirilməsi ənənəyə çevrilib.

 

Mehriban xanım Əliyevanın bir neçə dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi də cəmiyyətdə yüksək razılıq hissi ilə qarşılanıb. Onun bu təşəbbüsü insani dəyərlərin, mərhəmət hissinin cəmiyyətə aşılanmasına, ictimai şüura hakim kəsilməsinə yönəlib. Xatırladım ki, amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşan müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir. Yaxşı xatırlayıram, ümummilli liderin humanist siyasətinə daim yüksək sədaqət nümayiş etdirən fondun prezidenti firavanlıq, əmin-amanlıq və mərhəmət rəmzi olan Novruz bayramı münasibəti ilə amnistiya təşəbbüsü irəli sürərək bununla bağlı qərar layihəsini Milli Məclisə təqdim etmişdi. O zaman Mehriban xanım bildirirdi ki, məhkum edilmiş şəxslərin və onların ailə üzvlərinin fonda ünvanlanan müraciətləri ilə əlaqədar aparılan araşdırmalar həmin insanlara da münasibətdə mərhəmətli olmağın zəruriliyini göstərir.

 

Azərbaycanın birinci xanımı ayrı-ayrı vaxtlarda UNESCO-nun, İSESCO-nun xoşməramlı səfiri adına, Qızıl ürək və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, Əsrlərin xeyriyyəçiləri Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, XXI əsrin böyük qadını laueratına, Fransanın Fəxri Legion ordeninə, yenə də UNESCO-nun Qızıl Motsart medalına, Krans Montana Forumunun qızıl medalına layiq görülüb. Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyeva İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adını alıb, eyni zamanda, ona Moskvada Birlik ulduzları Dövlətlərarası Mükafatı verilib.

 

Bütün bu mükafatlar, şübhəsiz, dünyada fəaliyyəti ilə böyük nüfuz qazanan, xüsusi xidmətləri olan insanlara verilir. Azərbaycanın birinci xanımının belə yüksək mükafattitullara layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrildiyini bir daha təsdiqləyir.

 

Mehriban xanım Əliyevanı xalqımıza sevdirən həm də onun tariximizə dərin marağı və bu kontekstdə tarixi reallıqları, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini, eləcə də XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı, habelə işğal edilmiş ərazilərimizdəki vandalizm faktları barədə məlumatları dünya ictimaiyyətinə çatdırmasıdır. Məhz onun Heydər Əliyev Fondu qarşısında aydın şəkildə qoyduğu əsas vəzifələrdən birinin bu olması təsadüfi deyil. Elə bu yerdə bir məqamı da vurğulamağı özümə borc bilirəm: Dünyanın müxtəlif ölkələrində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi, eləcə də xarici ölkələrlə diplomatik münasibətlərin qurulması münasibətilə tədbirlər, onun təşəbbüsü ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı, Avropa ParlamentininUNESCO-nun mənzil-qərargahlarında, BMT-nin Cenevrədəki mənzil-qərargahında silsilə tədbirlərin keçirilməsi bir məqsəd güdür: ölkənin mövqeyinin möhkəmləndirilməsi və beynəlxalq arenada Azərbaycanın imicinin yaxşılaşdırılması.

 

İndiyədək Fransa, Rusiya, Almaniya, İtaliya və digər ölkələrdə Azərbaycan Respublikasının Müstəqillik Günü ilə bağlı geniş tədbirlər keçirilib və beynəlxalq ictimaiyyətin diqqəti bir daha Azərbaycanın tarixinə, mədəniyyətinə və incəsənətinə yönəldilib. Fondun dəstəyi ilə İngiltərə, Fransa, Almaniyaİtaliyada Bakıya uçuş: müasir Azərbaycan incəsənəti sərgiləri keçirilibbu sərgilər Azərbaycan rəssamlarının beynəlxalq miqyasda tanıdılması üçün yeni imkanlar yaradıb.

 

Fondun humanitar sahədə fəaliyyəti daim yenilənib, genişlənib. Sirr deyil ki, müasir dünyada humanitar əməkdaşlıq mövcud problemlərin, münaqişələrin aradan qaldırılmasında, müxtəlif xalqlar arasında qarşılıqlı hörmət və anlaşma yaradılmasında ən vacib vasitələrdən biridir. Məhz buna görə də fond indiyədək bu sahədə bir çox vacib işlər həyata keçirib. Luvr Muzeyinin, İkinci dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının bərpasında, Haitidə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında, Afrika İrs Məktəbinin yaradılmasında fond fəal iştirak edib.

 

Bakı-2015" ilk Avropa Oyunlarının həyəcanını, sevincini, təntənəsini hələ uzun illər yaşayacağıq. Bu Oyunların yüksək səviyyədə, möhtəşəm keçməsi gözlərimiz önündədir. Açılış mərasimindən tutmuş bağlanışadək hər şey əla təşkil olunmuşdubunu çoxları, hətta bizi gözü götürməyənlər belə etiraf edirdilər. Amma yəqin ki, qlobal idman tədbirinin necə, hansı zəhmət və gərginlik hesabına başa gəldiyini çoxları bilmir. Təsəvvür etmək çətin deyil ki, hazırlıq üçün ayrılmış 30 ayın hər gününün, saat və dəqiqəsinin hesabı gedirdi.

 

Bu haqda söhbət düşəndə diqqət istər-istəməz Təşkilat Komitəsinə yönəlir. Adından da göründüyü kimi, təşkilati işlərin bütün məsuliyyəti və ağırlığı məhz bu qurumun üzərinə düşürdü. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva başda olmaqla, Təşkilat Komitəsi, sözün həqiqi mənasında, möcüzə yaratdı, əfsanəni reallığa çevirdi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin görülən işləri fantastika adlandırması heç də təsadüfi deyildi.

 

Mehriban xanım Əliyeva mətbuata müsahibələrinin birində deyib: Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən. Bu kömək müxtəlif cür ola bilər. Bəziləri itirdiyi sağlamlığını qaytarmağa çalışır, bəzisi təhsil almaq, digəri muzey yaratmaq istəyir, biri isə gələcək nəsillər üçün abidələri qorumaq istəyir. Bəzən infrastruktur dəyişikliklərini müdafiə etmək zərurəti yaranır, bəzən də maraqlı layihələrin təşkilati dəstəyə ehtiyacı olur. Ən əhəmiyyətlisi odur ki, biz həm böyük layihələrin həyata keçirilməsi ilə, həm də insanlara kömək etməklə məşğuluq.

 

Bax, Mehriban xanımın bu sözlərinə əsaslanıb əminliklə deyə bilərəm ki, fond ən müxtəlif sahələrdəki fəaliyyətini bundan sonra da davam etdirəcək, ulu öndər Heydər Əliyevin ölməz ideyalarına tapınmaqla milli intibah prosesinə bundan sonra da layiqli töhfələrini verəcək.

 

Nizami CƏFƏROV,

AMEA-nın müxbir üzvü,

Milli Məclisin deputatı

Xalq qəzeti.-2015.-26 avqust.-S.3.