Ümumxalq və dövlətçilik maraqlarını qovuşduran media qurumu İctimai Teleradio-10

İctimai Teleradio Yayımları Şirkəti Azərbaycanın demokratik inkişafının yetirməsidir

 

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaranmasından on il keçir. Bu ictimai media qurumu respublikamızda demokratik dəyərlərin formalaşmasının gerçək təzahürlərindən biri kimi 10 ildir ki, uğurla fəaliyyət göstərir. Müstəqil dövlətin Avropa Şurasına daxil olarkən qəbul etdiyi öhdəliklərə, ölkədə azad, demokratik medianın inkişafı üçün həyata keçirilən sistemli və ardıcıl tədbirlərə uyğun olaraq yaradılmış İctimai Teleradio canlı xalq tribunası, vətəndaş cəmiyyəti quruculuğunun informativ-analitik ruporu rolunu geniş miqyasdaintensiv ardıcıllıqla yerinə yetirməkdədir.

 

Ötən müddətdə ölkənin çoxrəngli və çoxsəsli teleradio məkanında öncül mövqe qazanan, fəaliyyəti beynəlxalq qurumlarda yüksək qiymətləndirilən, xalqımızın ictimai maraqlarını hərtərəfli və obyektiv işıqlandıran bu yeni tipli teleradio yayımının uğurlu inkişaf yoluna, qazandığı samballı nailiyyətlərə əlamətdar yubiley prizmasından nəzər salaq.

 

Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il avqustun 29-da dövlət başçısı kimi özünün cəsarətli mövqeyi, xeyir- duası və himayəsi ilə qısa müddətdə ərsəyə gətirdiyi İctimai Teleradio Şirkətinə gələrək təntənəli açılış mərasimində xalqımızı və kollektivi bu tarixi hadisə münasibətilə təbrik etmişdi.  Sonda ölkə rəhbərinin mərkəzi pultdan düyməni basması ilə canlı yayıma başlayan ictimai teleradio proqramları yaxın-uzaq ünvanlara Azərbaycanda  ümumxalq və dövlətçilik maraqlarını qovuşduran yeni efir epoxasının başlanması müjdəsini çatdırmışdı.

 

Bundan əvvəl isə ölkənin tarixində ilk dəfə olaraq ictimai teleradio yayımları qurumunun formalaşdırılması və uğurlu fəaliyyəti üçün onun hüquqi- normativ  əsasları və ali idarəedici orqanı olan Yayım Şurası yaradılmışdı. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il sentyabrın 28-də “İctimai TeleviziyaRadio yayımı haqqında Azərbaycan Respublikasının Qanununu imzalaması demokratiya yolu ilə inamla irəliləyən gənc müstəqil dövlətdə əsl xalq teleradiosunun meydana gəlməsi prosesinə start vermişdi. Bu sənəddə ictimai yayım xidmətinin prinsipləri belə müəyyənləşdirilmişdi: “Müstəqillik; informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü; plüralizmdözümlülük; açıq siyasi maraqlardan uzaqlaşma; ümumi maraqların uzlaşdırılması və təmin edilməsi; milli özünüdərkin inkişaf etdirilməsi; universallıq; rəngarənglik; başqalarından fərqlənmə”.

 

İctimai TeleviziyaRadio Yayımları Şirkəti “İctimai televiziyaradio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli fərmanına əsasən yaradılmışdı. Həmin sənədə əsasən, Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai TeleviziyaRadio Yayımının Yayım Şurasına verilmişdi.

 

İctimai TeleviziyaRadio Yayımları Şirkətinin fəaliyyətinə nəzarəti qanun əsasında 9 üzvdən ibarət Yayım Şurası həyata keçirir. 2005-ci il martın 17-də İctimai Teleradionun Yayım Şurası özünün ilk iclasını keçirmiş, Teleradionun Nizamnaməsini qəbul etmiş, bir sıra mühüm strukturlarını təsis etmişdi. Bir aydan sonra, aprelin 16-da Şura müsabiqə yolu ilə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxs olaraq 4 il müddətinə İctimai Teleradionun baş direktorunu seçmişdi. Teleradionun rəhbərliyi qurumun strukturu, kadrların seçilib-yerləşdirilməsi ilə bağlı məsələləri Yayım Şurasının iclaslarında müzakirəyə çıxarmış,  zəruri təşkilati məsələləri ləngimədən həll etmişdi.

 

Beləliklə, cəmi dörd aya ictimai efir yayımının fəaliyyətə başlaması təmin edilmiş, avqustun 29-da Azərbaycanın teleradio tarixində yeni səhifə açılmışdı. Həmin vaxtdan İctimai Teleradio Azərbaycan cəmiyyətini maraqlandıran ciddi məsələləri müzakirə müstəvisinə çıxaran proqram formatları ilə tamaşaçıya dəqiq, qərəzsiz, vicdanla xidmət göstərir.

 

Ötən 10 ilin başlıca yekunu ictimai teleradio yayımları şəbəkəsinin tam formalaşması, bu şirkətin mövcud media qurumları arasında özəlliklərini sübuta yetirməsi, cəmiyyət qarşısında hesabatlı olması, ictimai rəyin mesajlarına həssaslığını və peşəkarlığını daim artırmasıdır. Bütün bunlar İTRYŞ- nin inkişafı, qarşısında duran vəzifələri  bundan sonra daha yaxşı yerinə yetirməsi üçün yeni bir mərhələ açmışdır.

 

Məramı tərəfsiz və qərəzsiz informasiya yaymaq, obyektiv təhlillər aparmaq, cəmiyyətin siyasi, etnik, dini rəngarəngliyini əks etdirmək, ümummilli dəyərlərə üstün yer ayırmaq, maarifçilik yönlü proqramlar hazırlamaq olan ictimai teleradio xidməti ötən 10 ildə öz ana xəttini bütün bu istiqamətlər üzrə daha da genişləndirmiş və dərinləşdirmişdir. Mövcud özəl və kommersiya teleradio qurumlarından fərqli olaraq, İctimai Teleradio Yayımları Şirkəti yalnız ictimai maraqlara xidmət etmək üçün onun fəaliyyətinə yaradılmış imkanlardan məharətlə istifadə edir, digər elektron media qurumları ilə işgüzar rəqabət aparmadan öz yolu ilə gedir.

 

 İlk illərdə şirkət xeyli dərəcədə reytinq  ardınca qaçmaq prinsipindən uzaqlaşa bilmirdisə, son iki ildə bu qurum beynəlxalq təcrübəyə üstünlük verir. Şirkət ən baxımlı kanal və ən çox dinlənilən radio olmaq üçün  peşəkarlıq potensialını daim artırmağa arxalanır. İTR Azərbaycan teleradio məkanının ən yaxşı tarixi təcrübəsi, Avropa ictimai teleradio yayımlarının çağdaş örnəklərini  öyrənməklə  ondan yaradıcılıqla faydalanır.  İctimai teleradio yayımlarının fəaliyyətində qazanılmış kəmiyyət göstəricilərini keyfiyyət meyarlarına çevirmək, yeni ideyaları dövriyyəyə gətirmək, yaradıcı potensialın gerçəkləşmə imkanlarını artırmaq üçün 2013-cü ildə yenidən formalaşdırılmış İctimai Teleradio Yayımları  Şurası şirkətin rəhbərliyini ölkənin teleradio məkanında peşəkarlığı, demokratik dəyərlərin inkişafında xidmətləri ilə seçilən, nüfuzlu yaradıcı qüvvələrlə təzələmişdir.

 

2013-cü ilin aprel ayında müsabiqə yolu ilə İctimai TeleviziyaRadio Yayımları Şirkətinə baş direktor seçilmiş Əməkdar incəsənət xadimi, tanınmış kinoteleviziya mütəxəssisi Cəmil Quliyevin 2 illik fəaliyyəti müddətində qurumun işində həm təşkilati, həm də peşəkarlıq istiqamətində xeyli yeniliklərin həyata keçirdiyini xatırlatmaq yerinə düşərdi. Baş direktor fəaliyyətinin ilk dövründə zəruri təşkilati məsələləri həll etmiş, teleradioda peşəkarlıq istiqamətinin yeni parametrlərini müəyyənləşdirmişdir.

 

İctimai Televiziyanın nəzərəçarpan “boy artımı”nı iri planda görmək üçün son bir neçə həftənin proqram və verilişlərini ardıcıl izlədik. İTV-nin yeni proqram siyasətini də araşdırdıq.

 

İctimai TeleviziyaRadio Yayımları Şirkətinin əsas fəaliyyət istiqamətlərindən biri informasiya, ictimaisiyasi proqramlar departamentinin işi ilə bağlıdır. Bu bölmə özünün xəbər proqramları və bir sıra analitik verilişləri ilə artıq çoxdan tamaşaçı rəğbətini qazanmışdır. Son bir ildə informasiyaictimai-siyasi proqramların fəaliyyət dairəsi daha da genişləndirilmiş və yeni tendensiyalara uyğun layihələr hazırlanaraq tamaşaçıya və dinləyicilərə təqdim edilmişdir. Əsas informasiya proqramı olan “Carçı”nın peşəkarlıq və operativlik imkanları xeyli genişləndirilmişdir. Gün ərzində beş dəfə tamaşaçılara təqdim edilən informasiya buraxılışlarında qanunun bütün müddəalarına ciddi riayət edilir.

 

Ölkənin bölgələrindən informasiyaları daha geniş auditoriyaya çatdırmaq üçün həftənin altı günü saat 21:05-də efirə çıxan “Carçı region” proqramı açılıb. Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri və hədəflər nəzərə alınaraq, “İqtisadiyyat” buraxılışında xəbər formatından analitik tərzə keçilərək müxtəlif sahələr üzrə ixtisaslaşma aparılıb. “İqtisadiyyat” buraxılışı nəqliyyat, texnologiya, sənaye, maliyyə, aqrarturizm məsələlərinə həsr olunur və həftədə altı dəfə olmaqla hər gün saat 21:15-də efirə verilir. Ölkədə idmanın inkişafı və bu sahənin prioritetliyi nəzərə alınaraq idman xəbərlərinin efir sayı gündə iki dəfəyə çatdırılıb.  Həftənin ən mühüm ictimai-siyasi hadisələrinin geniş təhlili hər bazar günü 21:00- da “Həftənin yekunuanalitik-informasiya proqramında geniş tamaşaçı auditoriyasına təqdim olunur. Regionların sosial-iqtisadi inkişafı barədə dövlət proqramlarına həsr olunmuşRegional inkişaf” layihəsində dövlət proqramları çərçivəsində görülən işlər haqqında ətraflı müzakirələr aparılır.

 

İTV-nin səhər proqramları xüsusi rəngarəngliyi ilə böyük tamaşaçı auditoriyası qazanmışdır. Teleradionun səhər proqramları departamentinin əməkdaşları hər gün 3 saat canlı efirdə bir-birindən maraqlı təqdimatlarla tamaşaçıların görüşünə gəlirlər. Təsadüfi deyil ki, televiziya tənqidçiləri İTV-nin səhər proqramını “mini televiziyakimi səciyyələndirirlər. Bu gün ölkə teleməkanında müxtəlif adlı və rəngarəng səpkili səhər proqramları mövcuddur. İctimai Televiziyanın “Yeni gün” səhər proqramı bu sırada özünəməxsusluğu və orijinallığı ilə seçilir. “Yeni gün”dən müsbət enerji alan milyonlarla tamaşaçı öz gününə yeni ovqatla başlayır.

 

Əsas məqamlardan birionunla bağlıdır ki, “Yeni günsiyasi baxışlarından, dini görüşlərindən, milli mənsubiyyətindən asılı olmayaraq, hamının üzünə açıqdır.  Ümumiyyətlə, dünya ictimai yayım konsepsiyasının əsas tələblərindən birimilli, dini azlıqların hüquq və azadlıqlarına xüsusi diqqət yetirməkdən ibarətdir. İctimai Televiziya fəaliyyətə başladığı ilk gündən bu konsepsiyanı öz fəaliyyətinin vacib istiqamətlərindən biri kimi müəyyənləşdirib. İctimai Televiziya 80-dən çox xalqın yaşadığı Azərbaycanın dünyaya nümunə olan milli, dini tolerantlıq ənənələrinin təbliğinə böyük önəm verir.

 

Mediazaman” proqramında mətbuatımızın problemlərinə toxunulur, jurnalist peşəkarlığı, medianın vəzifələri geniş spektrdə təhlil olunur. Cəmiyyəti narahat edən bəzi sosial mahiyyətli mövzular fərqli formatda hər həftənin bazar ertəsi saat 21:40-da “Müzakirə vaxtı”nda ekrana çıxarılır. Həftənin ən aktual sosial-iqtisadi yenilikləri “Diqqət mərkəzi” verilişi vasitəsilə izləyicilərə çatdırılır. Ən mühüm ictimai-siyasi məsələlər ölkənin tanınmış ictimai-siyasi xadimlərinin iştirakı ilə “Ortaq məxrəc” tok- şousunda müzakirəyə çıxarılır.

 

“Vətənin səsi” proqramı isə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin fəaliyyəti, diasporun gördüyü işlər, Azərbaycan həqiqətlərinin təbliği məsələlərini diqqət mərkəzində saxlayan, Dünya azərbaycanlılarının maraq göstərdiyi bir veriliş kimi fəaliyyətdədir. Azərbaycanın 20 faiz ərazisinin işğalı, təcavüz nəticəsində ölkəmizə dəymiş maddi- mənəvi zərərlərin araşdırılması və qiymətləndirilməsi “Qarabağ sərvətləri ” verilişinin başlıca mövzusudur.

 

Azərbaycanın görkəmli ziyalılar pleyadasının ənənələrini davam etdirən İctimai Teleradionun yaradıcı kollektivi hazırlanan verilişlərin həm də maarifləndirici mahiyyət daşımasına böyük önəm verir. Gənclər, elm və təhsil departamentinin hazırladığı verilişlərin əsasını sosial və maarifləndirici proqramlar təşkil edir. Belə proqramlarda Azərbaycan ədəbi dilinin norma və prinsipləri ciddi şəkildə qorunur. Artıq departamentin “Gənclik həyatı” verilişi yeni formatda hazırlanır. “Salam əsgər” verilişində “Dünya orduları” adlı yeni rubrika açılıb.

 

İctimai Televiziyanın musiqi, bədii və əyləncəli verilişlər departamentiöz verilişlərinin əyləncə və maarifçilik xüsusiyyətlərini məharətlə uzlaşdırır. Haqqında bəhs olunan departamentin tamaşaçılara təqdim etdiyi, əslində, “əyləncə” hesab olunan verilişlərin böyük əksəriyyəti, eyni zamanda, maarifçilik xarakteri daşıyır. Tamaşaçılar “Telemizan”, “Antrakt”, “Bakı vaxtı ilə”, “Səhər sovqatı”, “Ozan məclisi”, “Qadın dünyası”, “Yadigarlar”, “Teleportret”, “Yurd inciləri”, “Ötən əsrin nəğmələri” və digər proqramların maarifçilik xarakterinə yaxşı bələddirlər.

 

İctimai Radioda da son iki ildə efirə gedən verilişlərin formatında bir sıra dəyişikliklər olmuşdur. Radioverilişlərdə indi rəngarənglik, aktuallıq daha çox hiss olunur. İctimai Radio vasitəsilə də informasiyaictimai- siyasi proqramların yayımına xüsusi diqqət yetirilir. Radionun xəbərlər proqramında günün aktuallığına, təqvimə və mövzu seçiminə xüsusi həssaslıqda yanaşılır. İctimai Radioda da xəbərlərin operativliyi və aktuallığı son zamanlar dinləyicilərin diqqətindən yayınmır. Xəbərlərin əsas buraxılışının yeni vaxtda təqdim olunması uğurludur.

 

İctimai Radionun səhər saat  09:00-da başlayan informasiya yayımları günün yekunu olaraq 20:30- da əsas xəbər buraxılışı ilə başa çatır. Radio xəbərlərinin operativliyi nəzarətdə saxlanılır və gün ərzində müxtəlif bağlantılar vasitəsilə çevik informasiya təminatı yaradılır.

 

 Hər gün saat 12:00-da “Türkiyənin səsi ”radiosu ilə birgə “Qorqud Ata” layihəsində Azərbaycan, Türkiyə, o cümlədən türk dünyası ilə bağlı informasiyalar dinləyicilərə təqdim olunur. Yeni  ictimai- siyasi proqramların hazırlanması istiqamətində də əməli işlər görülməkdədir. Bu qəbildən hər həftənin şənbə günü saat 17:10- da siyasi şərhçilərin iştirakı ilə efirə gedən “Qarabağ həftəsi ” və hər bazar ertəsi saat 12:25-də efirə gedən “Azərbaycan gündəmi” proqramlarını ayrıca qeyd etməyə dəyər.

 

Ədəbiyyat və incəsənət departamentinin hazırladığı nağılların radio versiyası tam yeni formatdadır və indi dinləyici auditoriyasını nəzərə alan münasib bir vaxtda efirə gedir. Departamentin hazırladığı “Hekayə axşamı”nda dünya ədəbiyyatı nümunələrinə də müraciət olunur.

 

Bütün bu proqramların peşəkarlıq səviyyəsi Direktorlar Şurasının diqqət mərkəzindədir. İctimai TeleviziyaRadio Yayımları Şirkətinin bir sıra önəmli departamentləri var ki, Direktorlar Şurası öz iclaslarında bu departamentlərin fəaliyyətini vaxtaşırı olaraq müzakirəyə çıxarır və onların fəaliyyəti ilə bağlı müvafiq qərarlar qəbul edir.

 

Teleradio proqramlarının hazırlanması zamanı beynəlxalq əməkdaşlıq əlaqələrindən geniş istifadə etməklə Azərbaycan həqiqətlərinin təbliği məsələsinə xüsusi diqqət yetirilir. İl ərzində xüsusi günlər və əlamətdar hadisələrlə bağlı Türkiyənin “T R T avaz” telekanalı ilə telekörpülər təşkil edilir. Digər ölkələrin media qurumlarında ölkəmizlə bağlı obyektiv və diqqətçəkən infomasiyaların ardıcıl əldə edilməsi üçün geniş əməkdaşlıq əlaqələri yaradılır.

 

İctimai Teleradioda fəaliyyət göstərən “Carçıfilm” Yaradıcılıq Birliyi zəngin tariximizin öyünclü salnaməsini yaradır. Bu qrup görkəmli sənət adamlarımız haqqında peşəkarlıqla lentə aldığı filmlərlə gələcək nəsillər üçün zəngin irs formalaşdırır. Təkcə ötən il “Carçıfilm”də 140 bədii, sənədli və cizgi filmi dublyaj olunmuş, 137 veriliş, teleportret və sənədli film çəkilmişdir. “Carçıfilm” respublikamızda yaşayan azsaylı xalqların məişətindən bəhs edən bir-birindən maraqlı verilişlər də hazırlamışdır.  İctimai Teleradionun Yayım Şurası  4 fevral 2015-ci il tarixli iclasında kinodublyaj departamentinin iki fəaliyyət istiqamətinə bölünməsi təklifini təsdiqləmişdir. Dünya kino yeniliklərini, yeni ekran əsərlərini, məşhur aktyorların və rejissorların yaradıcılığını əks etdirən, eyni zamanda, yerli kinoxəbərlər və ekranlaşdırılan təzə filmlər haqqında süjetlər hazırlayan “Film media”nın bu vaxtadək 60-dan artıq verilişi efirə çıxarılmışdır.

 

Beləliklə, ümidlərlə, sınaqlarla, axtarışlarla, yeniliklərlə əlamətdar 10 ilin inkişaf parametrləri, son iki ildə təzələnmiş mühit, hərəkətə gətirilmiş yaradıcılıq potensialı İctimai Teleradio Yayımları Şrkətinə yeni mərhələdə bir sıra  uğurlar qazandırmışdır.

 

İnanırıq ki, fəaliyyətinin ilk illərində Avropa Yayımları Birliyinə qəbul edilmiş, dünyaca populyarAvroviziya” beynəlxalq musiqi yarışmalarında ilk cəhddən Azərbaycanı öncül mövqelərə çıxarmağa, hətta qalib kürsüsünə qaldırmağa nail olmuş İctimai Teleradio Yayımları Şirkəti  öz tarixinin növbəti onilliyində daha sanballı nailiyyətlər qazanacaq, çoxmilyonlu tamaşaçı və dinləyici auditoriyasının sevimli yayımı imicini qoruyub möhkəmləndirəcəkdir.

 

Əlamətdar yubiley münasibətilə İctimai Teleradio Yayımları Şrkətinin kollektiviniXalq qəzeti”nin redaksiyası və oxucuları adından təbrik edir, burada çalışan həmkarlarımıza ictimai yayım fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Tahir AYDINOĞLU,

Xalq qəzeti”

Xalq qəzeti.-2015.-28 avqust.-S.5.