Azərbaycan və Türkiyə bütün dövrlərdə

və bütün məsələlərdə bir-birinin yanındadır

 

Məncə, dünyada bir-birinə bu qədər yaxın olan ikinci ölkələr mövcud deyil. Bizi birləşdirən tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir, dilimizdir. Eyni zamanda, bu gün Türkiyə və Azərbaycan iki müstəqil dövlət kimi bir-biri ilə çox sıx əməkdaşlıq edir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. O gündən bu günədək bizim əlaqələrimiz çox sürətlə və hərtərəfli inkişaf edir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bazar ertəsi gecə etimad səsverməsindən sonra Türkiyə Respublikasının 64-cü hökuməti olaraq vəzifəmizin icrasına başladıq. Hələ İstanbuladoğulduğum Konya şəhərinə getməmişəm, amma Bakıya gəlmişəm. Çünki Bakı, Azərbaycan bizim canımızdır, ürəyimizdir. Ona görə mən həmişə burayaCan Azərbaycan” deyirəm. Ona görə bu ənənəyə sadiq qalaraq heyətimizlə birlikdə ilk səfərimi Bakıya etməkdən çox böyük məmnunluq hissi keçirirəm.

 

Əhməd DAVUDOĞLU

Türkiyə Cümhuriyyətinin Baş naziri

 

Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmaz və əbədi olduğu artıq dünya birliyinə də məlumdur. Hər dəfə bu iki ölkədə yeni seçkilər keçirildikdən sonra dövlət və hökumət başçılarının ilk rəsmi səfərlərini qardaş ölkədən başlamaları da bu əməkdaşlığın əbədiliyindən xəbər verir.  Bu, bir daha Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının yüksək səviyyədə olduğunu göstərir. Bu gün  iki qardaş ölkə arasındakı əlaqələr ən yüksək zirvədədir. Azərbaycan və Türkiyə bir-birinə çox yaxın, dini, kökü bir olan ölkələrdir. Məhz buna görədir ki, “bir millət, iki dövlət” bütün məsələlərdə bir yerdədir, bir-birini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.

Artıq Türkiyədə parlament seşkiləri başa çatmış, qardaş ölkənin 64-cü hökuməti formalaşdırılmış və öz vəzifəsinin icrasına başlamışdır. Yeni hökumətin başçısı Əhməd Davudoğlu da rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə iki ölkə arasındakı dostluq ənənələrinə sadiqliyini nümayiş etdirərək, ilk rəsmi dövlət səfərinə Azərbaycandan başlamışdır. Baş nazir demişdir ki, o, hələ İstanbuladoğulduğu Konya şəhərinə getməzdən öncə Bakıya gəlib. Bu da təsadüfi deyil. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkədir və həmin vaxtdan başlayaraq, iki ölkə arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edib.

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək vermiş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlətolmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik qurucusu Mustafa Kamal Atatürk “Azərbaycanın kədərini özlərinin “kədəri, sevincini isə öz sevincləri” hesab etmişdir.

Türk dünyasının hər iki lideri öz müdrik kəlamları ilə iki  qardaş dövlətin gələcək nəsillərinə əbədi bir mesaj qoymuşdur: “Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır”.

Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri də Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasıdır. Azərbaycan isə iqtisadiyyatın sürət tempinə, iri infrastruktur layihələrinin reallaşdırılmasına, qüdrətli Milli Ordunun formalaşdırılmasına  uğurlu islahatların aparılmasına görə regionda lider dövlətdir. Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərində, həmçinin digər nüfuzlu tədbirlərdə səslənən fikirlər, gündəliyə çıxarılan məsələlər və digər amillər də bir daha  təsdiqləyir ki, Azərbaycan-Türkiyə münasibətləri türkdilli dövlətlərin əməkdaşlığının daha da genişləndirilməsinə öz töhfələrini verməkdədir.

Həm Azərbaycanın, həm də Türkiyə prezidentlərinin, həmçinin hökumət başçılarının  qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qeyd edilir, əsl bayram əhval-ruhiyəsi yaradır. Baxmayaraq ki, iki qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq mövcuddur, dövlət başçılarının səfərləri zamanı yenə də müxtəlif sənədlər imzalanır, bütün sahələr üzrə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atılır. Bu, iki ölkə arasındakı dostluq əlaqələrinin daha sıx tellərlə bağlanmasının bariz nümunəsidir.

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun bu səfəri də hər iki xalq üçün böyük bayrama çevrilmişdir. Qonaqları səmimi salamlayan Azərbaycan Prezidenti İlham Əliyev  bu səfərə böyük əhəmiyyət verdiyini vurğulayaraq, bunun parlament seçkilərindən sonra ilk səfər olduğunu diqqətə çatdırmış və  seçkilərdə qazandıqları qələbə münasibətilə onları təbrik etmişdir. Dövlətimizin başçısı qardaş ölkənin hökumət başçısının ilk səfərini Azərbaycana etməsini yüksək dəyərləndirmişdir: “Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik. Bu, bir daha Türkiyə-Azərbaycan birliyini, qardaşlığını göstərir. Bizim əlaqələrimiz ən yüksək zirvədədir. Türkiyə və Azərbaycan bir-birinə çox yaxın olan ölkələrdir, bütün məsələlərdə bir yerdəyik, bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik”.

Respublikamızın rəhbəri bu yaxınlarda Antalyada keçirilmişBöyük İyirmilər”in Zirvə görüşündən söhbət açmış və belə nüfuzlu tədbirə Azərbaycanı dəvət etdiyinə görə qardaş ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir. Məlum olduğu kimi, Türkiyə bu Zirvə görüşünə bir ölkəni dəvət edə bilərdi və bu ölkə də Azərbaycan oldu. Azərbaycan Prezidenti bu dəvətin  bizim üçün çox önəmli olduğunu diqqətə çatdırmışdır: “İlk növbədə ona görə ki, həm Türkiyə, həm Azərbaycan, həm də dünya ictimaiyyəti gördü ki, biz bir-birimizə nə qədər yaxınıq. Məncə, dünyada bir-birinə bu qədər yaxın olan ikinci ölkələr mövcud deyil. Bizi birləşdirən tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir, dilimizdir. Eyni zamanda, bu gün Türkiyə və Azərbaycan iki müstəqil dövlət kimi bir-biri ilə çox sıx əməkdaşlıq edir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. O gündən bu günədək bizim əlaqələrimiz çox sürətlə və hərtərəfli inkişaf edir”.

Dövlətimizin başçısı iki dost ölkənin bütün dövrlərdə və bütün məsələlərdə daim biri-birini dəstəklədiyini bildirmişbu dəyişməz siyasətin əbədi olaraq davam etdiriləcəyini bildirmişdir. Çünki  bu siyasət həm ədalətə, həm də Azərbaycan və Türkiyənin tarixi keçmişinə söykənir. Gələcək nəsillərin də bu əlaqələri davam etdirmələri üçün  böyük zəmin yaradılıb. İlk növbədə ona görə ki, hər iki ölkənin siyasi maraqları üst-üstə düşür.

Azərbaycanın siyasi kursunun sülhməramlı olduğu dövlət başçımızın çıxışında da öz əksini tapdı. Ölkə rəhbəri amalımızın bölgədə sülh, əmin-amanlıq olduğunu bildirdi. Biz istəyirik ki, qarşıdurmalar olmasın, bütün ölkələr, bütün xalqlar rahat yaşasınlar, öz həyatını qursunlar, heç kim heç kimin daxili işinə qarışmasın.

Prezident İlham Əliyev  qeyd etmişdir ki, bütün beynəlxalq təşkilatlarda bu iki ölkənin nümayəndələri bir-birini daim dəstəkləyir. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi Türkiyə tərəfindən daim yüksək müdafiə olunur. Dövlətimizin başçısı Azərbaycanın uzun illərdir ki,  erməni işğalından əziyyət çəkdiyini həm qardaş ölkənin nümayəndə heyətinin üzvlərinin, həm də media nümayəndələrinin diqqətinə çatdırmışdır: “Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul etmişdir. Qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Ancaq Ermənistan buna məhəl qoymurbu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Bu münaqişə və bütün başqa münaqişələr beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa həll yolu yoxdur”.

Dövlətimizin başçısı iki ölkə arasındakı energetika, ticarət, nəqliyyat, mədəniyyət sahələrində, o cümlədən humanitar sahədə də çox geniş əlaqələrimizin olduğunu vurğulamışdır. Hərbi sahədəki əməkdaşlığa münasibət bildirən ölkə rəhbəri diqqətə çatdırmışdır ki,  Azərbaycan Türkiyədən ordumuza lazım olan silahları alır: “Eyni zamanda, biz artıq bir neçə dəfədir ki, birgə hərbi təlimlər də keçirdik, həm Türkiyədə, həm Azərbaycanda. Bu, bir daha bizim birliyimizi nümayiş etdirir, gücümüzü artırır. Bu gün həm regionda, həm Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan artıq ciddi amil kimi mövcuddur”.

Dost ölkələr arasında qarşılıqlı sərmayə qoyuluşunun uğurla həyata keçirildiyini Azərbaycanın yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacağı faktı da təsdiləyir. Bu sərmayənin bir hissəsi artıq qoyulmuşdur.

Səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən Baş nazir Əhməd Davudoğlu bu səfərdən mənunluğunu ifadə etdi: “Türkiyə ilə Azərbaycan, - mən nə vaxt “Azərbaycan” deyirəmsə, həmişə “Can Azərbaycan” deyirəm, - bizim canımızdır, canımızla iç-içədir. Çox özəl əlaqələrə sahibik. Bunun bir göstəricisi də Türkiyədə və Azərbaycanda kim hökumət qurursa, vəzifəyə gəlirsə, ilk səfərini qarşılıqlı olaraq Türkiyəyə və Azərbaycana edir”.

Baş nazir Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının uğurları münasibətilə dövlətimizin başçısını təbrik etmişdemişdir ki, qarşıdakı illərdə Türkiyədə və Azərbaycanda iki sabit hökumətin iqtidarda olması əlaqələri möhkəmləndirəcək, gücümüzə güc qatacaqdır.

Səfər zamanı  keçirilən görüşlərdən məmnunluğunu ifadə edən Əhməd Davudoğlu həmişə olduğu kimi, bu dəfə də  çox faydalı görüşlər keçirildiyini bildirmişdir: “Ortaq məsələlərimizi tam əməkdaşlıq şəraitində müzakirə etdik. Türkiyə və Azərbaycan həm Qafqaz regionunda, həm Avrasiya bölgəsində sabit inkişaf edən ölkələrdir. Çox dərin iqtisadi böhranların yaşandığı bir dövrdə—2005-ci ildən 2015-ci ilədək Azərbaycan böyük inkişaf nümayiş etdirib, milli gəliri təxminən 5 dəfə artıb. Bu uğurların qazanılmasında cənab Prezidentinonun hörmətli komandasının yaxşı işləməsi və Azərbaycan xalqının vətənpərvərliyi böyük əhəmiyyətə malikdir”.

Baş nazir bildirmişdir ki, Türkiyə hər zaman Azərbaycanın yanında olubolacaq. Hansı mövzuda olursa-olsun, əgər Azərbaycanı maraqlandıran bir məsələ varsa, Türkiyənin mövqeyi bəllidir. Bütün sahələrdəki kimi, siyasi sahədə də əlaqələrin  hər zaman ən yüksək səviyyədə olduğunu qeyd edən Ə.Davudoğlu Prezident İlham Əliyevi Türkiyədə, Antalyada görməyinin  ona böyük şərəf verdiyini vurğulamışdır: “Türkiyə bayrağının dalğalandığı hər yerdə Azərbaycan bayrağı vardır. Azərbaycan bayrağının dalğalandığı hər yerdə Türkiyə bayrağı vardır”.

İki ölkə arasında bütün sahələr üzrə bundan sonra da əməkdaşlığın yüksək səviyyədə davam edəcəyini bildirən qardaş ölkənin Baş naziri Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi, ədalətli və davamlı sülhün təmin olunması istiqamətində atılacaq hər addıma dəstək verəcəklərini də bir daha bəyan etmişdir. Bildirmişdir ki, Qafqazda davamlı sülhünsabitliyin bərqərar olması üçün bütün Qafqazı əhatə edəcək sülhrifah layihələrinə hər zaman töhfə verəcəyik.

Əhməd Davudoğlu Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin əbədi olacağını və bu əlaqələrin heç vaxt qırılmayacağını bildirmişdir: “Bilsinlər ki, hər şey yox olsa, hər şey tar-mar olsa da, qiyamətə qədər yıxılmayacaq, tar-mar olmayacaq yeganə amil Türkiyə ilə Can Azərbaycan arasındakı dostluq, qardaşlıqdır. Bu baxımdan, cənab Prezidentim, qarşıdakı 4 ildə Türkiyə Respublikasının iqtidarda olacaq Baş naziri kimi Azərbaycan harada olsa, bizorada olacağıq. Azərbaycanın mənafeyi haradadırsa, Türkiyənin də mənafeyi orada olacaq. Azərbaycan bayrağı haradadırsa, Türkiyənin də bayrağı onun yanında olacaq”.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2015.- 5 dekabr.- S.1.