Heydər Əliyev siyasi

fəlsəfəsi və müasir dünya

 

Dünya siyasət korifeylərindən hesab olunan ümummilli liderimiz Heydər Əliyevin respublikamızın müstəqillik əldə etməsində və inkişafında xidmətləri o qədər böyükdür ki, onun həyat yolu, idarəçilik fəlsəfəsi, səriştəlilik və nüfuz səviyyəsi hələ uzun müddət araşdırılacaq və təhlil ediləcəkdir. Heydər Əliyevin ideyaları, hərtərəfli həyat təcrübəsi müasir Azərbaycanın gələcək uğurları üçün nəinki öz əhəmiyyətini itirməyib, əksinə, ildən-ilə bu təcrübənin aktuallığı və əhəmiyyəti daha da artır.

 

Müasir dövrdə beynəlxalq siyasi prosesin ziddiyyətli və mürəkkəb xarakteri dünya siyasətində baş verən radikal dəyişikliklərlə müəyyən edilir. Bu gün müasir siyasi prosesin dominantlarından biri ondan ibarətdir ki, xalqlar beynəlxalq siyasətin passiv obyektləri vəziyyətindən çıxmağa və qlobal qərarlar qəbul edilməsi prosesinin tamhüquqlu iştirakçılarına çevrilməyə çalışır. Bu prosesdə xarici siyasət qlobal siyasi iqlimin formalaşması və beynəlxalq münasibətlər sisteminin əsas fəaliyyət amillərindən biridir. İstənilən dövlətin milli maraqlarının xarici siyasət təminatı problemi həmişə aktualdır, lakin müstəqil inkişaf yoluna qədəm qoymuş ölkə qarşısında bu problemlə bağlı təhdidlər xüsusilə aşkar görünür.

Ümummilli lider Heydər Əliyev Azərbaycanı dünya siyasətinin coşqun okeanında passiv müşahidəçi kimi yox, bu məkanda öz dividendlərini və əsaslandırılmış üstünlüklərini müəyyən etməyi bacaran fəal siyasi dövlət kimi görürdü. Uzaqgörən dövlət başçısı Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq arenada atdığı ilk praktiki addımlar dünya birliyinə sanki bir siqnal verdi ki, Azərbaycanın xarici siyasəti real müstəqillik kəsb edir, bu siyasətin azimutlarının müxtəlifliyi isə onun ardıcıllığına və fasiləsizliyinə zəmanət verir. Ümummilli lider Heydər Əliyev əsas səylərini əvvəlki siyasətin — alətlər dəstinin və tərəfdaşların məhdudluğu ilə fərqlənən və bu səbəbdən müflisləşmiş siyasətin nöqsanlarının aradan qaldırılması məsələləri üzərində cəmləşdirmişdi.

Heydər Əliyev Azərbaycanın zəngin mədəni-tarixi keçmişini və əlverişli coğrafi mövqeyini, həmçinin güclü geosiyasi imkanlarını nəzərə alaraq, probleminya Qərb, ya Şərq” şəklində deyil, “həm Qərb, həm də Şərq” şəklində qoyulmasına üstünlük verirdi. Bu məsələyə başqa mövqedən yanaşmaq Azərbaycanın unikal üstünlüklərinə məhəl qoymamağa bərabər olardı. Ümummilli lider Heydər Əliyev deyirdi: “Respublikamızın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin olmasıdır. Müstəqillik əldə edildikdən sonra xarici siyasət sahəsində, təəssüf ki, az görülmüşdür. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”.

Bu gün Prezident İlham Əliyev tərəfindən fəal və yaradıcı tərzdə inkişaf etdirilən siyasi rəhbərlik üslubu respublikamızın milli, siyasi, iqtisadi, mədəni maraqların, həmçinin milli təhlükəsizlik maraqlarının nəzərə alınmasına əsaslanır. O, ümummilli lider Heydər Əliyev Azərbaycanın geosiyasi, geostratejigeoiqtisadi maraqlarını dünya siyasətinin bütün istiqamətlərində fəallığı nəzərdə tutanbütün azimutlar” siyasəti ilə məntiqi şəkildə əlaqələndirməyə müvəffəq oldu. Heydər Əliyev əmin idi ki, qlobal siyasətdə Azərbaycanın yeri iki istiqamət üzrə onun strateji dividendləri ilə təmin olunacaq. Əvvələn, Azərbaycan özünün təbii sərvətləri və coğrafi mövqeyi əsasında Qərblə strateji əməkdaşlığı inkişaf etdirməyə hazır olur. İkincisi, Azərbaycan bu strateji əməkdaşlıqdan istifadə edərək, öz iqtisadiyyatını modernləşdirmək və sonrakı innovasiya sıçrayışı üçün geniş imkanlar əldə edir.

Müstəqil Azərbaycanın ərazi bütövlüyününmilli maraqların müdafiəsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya məsələlərini əhatə etməsi, xarici siyasət konsepsiyasının logistikası məhz ümummilli lider Heydər Əliyev tərəfindən məqsədyönlü şəkildə formalaşdırılmışdır. Nüfuzlu xarici ekspertlərin çoxunun təsdiq etdiyi kimi, Azərbaycanın gələcək dinamik inkişafı üçün baza rolu oynayan çoxvektorlu, tarazlaşdırılmış və praqmatik xarici siyasət sayəsində struktur xarakterli bir sıra məsələlər həll edilmişdir. Heydər Əliyev neft-qaz layihələri ətrafında vəziyyəti kökündən dəyişməyə, boru kəmərlərinin strateji marşrutlarının prinsiplərini müəyyən etməyə nail olmuşdur.

Bütün azimutlarxarici siyasət konsepsiyasının uğurla həyata keçirilməsi iqtisadiyyatın inkişafı və xalqın rifahının yaxşılaşdırılması üçün zəmin oldu. Heydər Əliyev Azərbaycanın xarici siyasətinin prioritetlərini həm ikitərəfli, həm də çoxtərəfli formatda reallaşdırılmalı olan uzunmüddətli maraqlar vasitəsilə müəyyən edirdi. Azərbaycanın Heydər Əliyev tərəfindən işlənib hazırlanan xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələr yaratmaq, bu əlaqələri inkişaf etdirmək, istər ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, istərsə də daxili siyasi sabitliyinin təmin olunması üçün bu əlaqələrdən maksimum səmərə ilə istifadə etmək məqsədi güdürdü.

Heydər Əliyev Azərbaycanın xarici siyasətində beynəlxalq hüququn dövlətlərarası münasibətləri tənzimləyən norma və prinsiplərini dəstəkləməyin tərəfdarı idi. Həmin norma və prinsiplər aşağıdakılardır: bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaq, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həlli, qarşılıqlı sərfəli iqtisadi, elmi və mədəni əməkdaşlıq, həmçinin dövlətlərarası əlaqələrin inkişafına mane olan hər hansı məhdudiyyətlərin aradan qaldırılması.

Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya kimi aparıcı Qərb ölkələri ilə strateji əlaqələr yaradılması və inkişaf etdirilməsi Azərbaycan üçün prioritet əhəmiyyət kəsb edir. Qərb ölkələri böyük iqtisadi, siyasi potensialadünyada gedən proseslərə təsir göstərmək imkanına malikdirlər. Lakin Azərbaycan ABŞ-ı inandıra bilməyib ki, bizim ölkəmizin özü Ermənistan tərəfindən həyata keçirilən və beynəlxalq terrorizmin dəstəklədiyi terror siyasətinin qurbanıdır. İndiki halda buna inanmaq üçün kifayət qədər çox fakt vardır, ancaq burasındadır ki, Qərb cəmiyyətində Dağlıq Qarabağ münaqişəsi barədə “xüsusi rəy” formalaşmamışdır. Əvvəllər bu münaqişə ilə əlaqədar, dünya birliyinin Azərbaycan barəsində mövqeyi tamamilə mənfi idi. Heydər Əliyev özünün çoxillik və gərgin fəaliyyəti nəticəsində məsələyə bu cür yanaşmanı dəyişdirməyə müvəffəq oldu. Erməni təcavüzünün respublikamızın həyat fəaliyyətinin bütün sferalarına mənfi təsir edən nəticələri ilə bağlı problemlər dəfələrlə Avropa Şurasında, onun siyasi orqanı olan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qaldırılmış və bu istiqamətdə fəaliyyət indidavam etdirilir.

Ümummilli lider Heydər Əliyev tez-tez vurğulayırdı ki, Azərbaycan Qafqazla Mərkəzi Asiya, Avropa ilə Asiyanın Uzaq Şərq regionu, Rusiya ilə Yaxın Şərq arasında körpü rolu oynayan dövlətdir. Bütün bu amillərə görə Azərbaycan ərazisi həm regional, həm də qeyri-regional ölkələrin maraqlarının cəmləşdiyi məkana çevrilib.

Bu gün “Qərb-Şərq” və “Şimal-Cənub” dəhlizləri kimi ən mühüm nəqliyyat-kommunikasiya dəhlizləri, habelə Avropa ilə Asiya ölkələrini birləşdirən “İpək yolu” Azərbaycan ərazisindən keçir. Məhz, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş genişmiqyaslı energetika və nəqliyyat-kommunikasiya layihələri Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlıq çərçivəsində reallaşır. Azərbaycan bütün Cənubi Qafqaz regionunun inkişafına imkan yaradan iqtisadi lokomotivə çevrilir.

Avropaya çıxışı təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Heydər Əliyevin danılmaz xidmətidir. Gələcəkdə bu magistralın Asiya Dəmir Yolu Şəbəkəsinə qoşulması yükləri Uzaq Şərqdən birbaşa Qərbi Avropaya çatdırmağa imkan verəcəkdir. Heydər Əliyev deyirdi: “Azərbaycan Avropa ilə Asiyanın qovşağındadır, lakin həm Avropa, həm Asiya ilə... xoş münasibətlər yaratmağa çalışır. Azərbaycan qonşu ölkələrlə daha sıx əlaqələr yaradılmasına böyük əhəmiyyət verir”.

Tarix sübut etdi ki, “Əsrin müqaviləsi”nin bağlanması və həyata keçirilməsi təkcə Azərbaycanın sosialiqtisadi yüksəlişi, ölkəmizin investisiya baxımından cəlbediciliyinin artması ilə məhdudlaşmır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş kurs sayəsində ölkəmiz multiplikativ siyasi effekt fenomeninə nail olub. Birincisi, ölkəmizin geosiyasi statusu kəskin yüksəlib, ikincisi, Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilmiş çoxvektorlu strateji əməkdaşlığının təməli qoyulub. Çoxtərəfli qarşılıqlı inteqrasiya siyasəti, ölkəmizin dövlətlərarası münasibətlərdə gərginliyin aradan qaldırmasına yönəlmişdir. Dialoqa üstünlük vermək siyasəti də haqlı olaraq, dünya nizamında Avropa halqasının möhkəmlənməsində Azərbaycanın rolunu gücləndirir.

Azərbaycan dövlətinin xarici siyasətinin Avropa vektoru sübut edir ki, bizim respublikamız dünya siyasətinin başqa subyektləri ilə qarşılıqlı əlaqələrə zərər vurmadan, Avropa İttifaqı ilə əməkdaşlığı daha da dərinləşdirməyə çalışır. Azərbaycanın xaricidaxili siyasət kursu arasında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü qarşılıqlı əlaqə ölkəmizin Avropa Birliyi ilə dialoqu və əməkdaşlığı intensivləşdirməsinə imkan verir.

Avropa Birliyinin ölkəmizə xüsusi marağı Azərbaycanın əlverişli coğrafi mövqeyi, onun mühüm nəqliyyat kommunikasiyalarının kəsişdiyi məkanda yerləşməsi, zəngin karbohidrogen xammalı ehtiyatları ilə müəyyən edilir. Ölkə Prezidenti İlham Əliyevin mövqeyiyürütdüyü siyasət Azərbaycanın Avropa Birliyi ilə yaxınlaşmasının yönəlmiş mühüm amili kimi özünü təsdiq edir. Xarici siyasətlərin də qeyd etdikləri kimi, diqqətəlayiq faktdır ki, “vaxtilə AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı olarkən, Avropanın yüksək standartlarını mənimsəmiş İlham Əliyev indi öz atası Heydər Əliyevin ənənələrini davam etdirərək həmin standartları doğma ölkəsində həyata keçirir”.

Azərbaycan öz dəyərlərinə sədaqət nümayiş etdirərək, həm Qərblə, həm də Şərqlə müstəqil xarici təzyiqdən azad əməkdaşlığı inkişaf etdirir. Prezident İlham Əliyevin həyata keçirdiyi tarazlaşdırılmış və praqmatik siyasət Azərbaycanın müxtəlif geosiyasigeoiqtisadi layihələr formatında dəqiq mövqe tutmasına imkan verir. Bu dəqiq mövqe isə “Real politik başlanan yerdə Avropa dəyərləri qurtarır” deyən riyakar Ermənistanın etdiyi kimi, gah Avropa Birliyinə, gah da əksinə, Rusiyaya tərəf meyli qəbul etmir.

Dünya iqtisadiyyatında müstəqil siyasət yürüdən Azərbaycan dövlətinin siyasi və hərbi sərbəstliyi ölkəmizin Avropa İttifaqına daxil olmasını nəzərdə tutmayan, lakin Avropa İttifaqı ilə tamhüquqlu strateji əməkdaşlığı genişləndirərək müstəqil iqtisadi inkişafa obyektiv ümid etməsinə imkan verir. Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş strategiya çərçivəsində, qarşılıqlı sərfəli maraqlara malik olan bərabərhüquqlu tərəfdaşların münasibətləri kimi inkişaf edir. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər Heydər Əliyev tərəfindən qoyulmuş və 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş əsasında qurulur. Praktiki olaraq artıq iyirmi ildir ki, həmin sazişin qüvvədə olma müddəti hər il uzadılır.

Ölkəmizin regionda günbəgün artan siyasiiqtisadi nüfuzu, bir tərəfdən, Azərbaycana marağı keyfiyyətcə yeni səviyyəyə qaldırmış, digər tərəfdən Avropa siyasətçiləri üçün strateji xarakter daşıyan yeni bərabərhüquqlu və qarşılıqlı məsuliyyətli əməkdaşlıq axtarışlarına ciddi təkan vermişdir. Avropa İttifaqının mehriban qonşuluq siyasətinin reallaşdırılması üzrə Fəaliyyət Planında Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında Azərbaycana kömək etmək məsələsi qarşıya qoyulur. Lakin həmin Fəaliyyət Planında Avropa İttifaqı tərəfindən Azərbaycan və Ermənistan üçün təklif edilmiş tədbirlər eynidir, yalnız Avropa İttifaqının əməkdaşlıq sferalarının prioritetlik ardıcıllığında fərq var: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi bizim ölkəmiz üçün birinci prioritet, amma Ermənistan üçün - yeddinci prioritet sahə kimi göstərilmişdir. Bu fakt, bir çox cəhətdən Avropa siyasətinin ardıcıl olmamasına dəlalət edir. Lakin Prezident İlham Əliyev ölkəmizin maraqlarını fədakarlıqla müdafiə edirisrarla irəli aparır. Respublikamız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli kursunun ümumavropa miqyasında siyasi dəstəyinə ehtiyac duyur.

Avropanın enerji siyasəti Azərbaycan-Avropa İttifaqı ümumi iqtisadi məkanının formalaşmasına və inkişafına təkan verən amil  kimi çıxış edir. Azərbaycan üçün Avropa İttifaqı ilə enerji dialoquinvestisiyalar cəlb edilməsi və Dağlıq Qarabağ probleminin ən qısa müddətdə həlli üçün əlverişli şərait yaradılması üsuludur. Avropa İttifaqı haqqında Müqavilənin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Avropa İttifaqının tərəfdaşı kimi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə münaqişə zonasında hərbi kontingent yerləşdirilməsini, həmçinin münaqişədən sonrakı dövrdə vəziyyətin sabitləşməsi üzrə əməliyyat aparılmasını təkidlə tələb edə bilər.

Avropa İttifaqı üçün enerji dialoqu - karbohidrogenlər idxalının şaxələndirilməsi və bütün üzv ölkələrin etibarlı enerji təchizatı üçün Azərbaycanın enerji resurslarından istifadə imkanı deməkdir. Beləliklə, energetika sahəsində Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq hər iki tərəfin qarşılıqlı marağını əks etdirir. Prezident İlham Əliyev haqlı olaraq belə hesab edir ki, Azərbaycan möhtəşəm enerji layihələrinin uğurla reallaşdırılması nəticəsində Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir. Bakı-Tbilisi-Qars nəqliyyat layihəsinin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri kimi güclü energetika layihələrinin təşəbbüskarı qismində çıxış edən Azərbaycan “Şahdəniz-2" layihəsi üzrə Azərbaycan qazının hasilatını və Avropaya nəql edilməsini nəzərdə tutur. Prezident İlham Əliyev əmindir: ”TANAP və TAP qaz kəmərlərinin tikintisi Avropanın ən iri infrastruktur layihəsi olacaq".

Avropa İttifaqı təhlükəsizlik anlayışının “yumşaq” parametrləri kimi, münaqişədən sonrakı dövrdə bərpa işləri üçün ən vacib mülki vasitələr dəstinə malikdir. Bu, müasir şəraitdə son dərəcə əhəmiyyətli faktdır. Döyüş əməliyyatları yalnız bizim ölkəmizin ərazisində aparıldığı üçün Azərbaycan qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasında, erməni təcavüzü nəticəsində işğal edilmiş rayonların müharibədən sonrakı dövrdə abadlaşdırılmasında, bu ərazilərin minalardan təmizlənməsində və döyüş silahlarının məhv edilməsində qonşuluq siyasəti çərçivəsində Avropa İttifaqının ciddi maliyyə dəstəyinə ümid bəsləyə bilər. Avropalı siyasi analitiklərin çoxu əmindir ki, məhz Avropa İttifaqı, özünün beynəlxalq nüfuzu və münaqişələrin tənzimlənməsi sahəsində sınaqdan çıxarılmış alətlər dəsti sayəsində Azərbaycan üçün çox vacib olan neytral vasitəçi qismində çıxış edə bilərdi.

Avropa qonşuluq siyasəti çərçivəsində Fəaliyyət Planında göstərildiyi kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq ümumi dəyərlərə, o cümlədən “suverenliyə, ərazi bütövlüyünə hörmət və onların dəstəklənməsi, beynəlxalq hüquq baxımından tanınmış sərhədlərin toxunulmazlığı” prinsiplərinə əsaslanır. Heydər Əliyev Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyününmilli təhlükəsizliyin etibarlı təminatına tərəfdar olduğunu dəfələrlə vurğulamışdı. Azərbaycan lap əvvəldən belə bir şərt qoymağı bacardı ki, Avropa İttifaqı Dağlıq Qarabağ ərazisində hər hansı layihələr həyata keçirməsindən imtina etməlidir. Azərbaycanın siyasəti etnik separatizmə və ərazi iddialarına qarşı mübarizəyə, Xəzərin zəngin neft - qaz ehtiyatlarının nəql olunması üçün istifadə edilən dəhlizlərin təhlükəsizliyinin təmin olunması üzrə real tədbirlər görülməsinə yönəldilmişdir.

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın inkişafında üstünlük təşkil edən siyasi və əxlaqlı dəyərlərin strategiyasını praktikada da həyata keçirirdi. O, Azərbaycanın xarici siyasət fəaliyyətinin iki baza elementini dəqiq müəyyən etmişdi: praqmatizmrealizm. Heydər Əliyev təkzibolunmaz faktlarla sübut etdi ki, Azərbaycan dövlətinin xarici siyasəti, onun beynəlxalq münasibətlər məcrasına çıxışı, müstəqil diplomatiyasının beynəlxalq ictimaiyyət tərəfindən tanınması - hüquqifaktiki suverenliyinin ən mühüm atributlarıdır. XXI əsrin dünyada bütün sahələrdə, o cümlədən sivilizasiya baxımından polisentrik dövr olacağını yaxşı bilən Heydər Əliyev həm ölkəmizin xarici siyasətinin dinamik inkişafını, həm də bizim milli mənliyimizin hökmən qoruyub saxlanılmasını nəzərdə tuturdu.

Müasir dövrdə Azərbaycan Respublikasının sürətlə modernləşdirilməsində və davamlı inkişafında xarici siyasət xüsusi əhəmiyyət kəsb edir. Qloballaşma şəraitində formalaşan polisentrik dünya aparılan siyasətin subyektləri arasında münasibətlərin sabitliyə, inkişafa və əməkdaşlığa doğru razılaşdırılmış qərarlar əsasında harmonikləşdirilməsini tələb edir. Blokların qarşıdurması dövrünə xas olan ənənəvi paradiqmaların dəyişməsi ilə əlaqədar, qlobal təhdidlərə və çağırışlara qarşı mübarizədə dövlətlərin və dövlətlərarası münasibətlərin böyük qisminin kollektiv səylərinin birləşdirilməsi beynəlxalq təhlükəsizliyin prioritetləri sırasına keçmişdir. Hətta müasir şəraitdə, “soyuq müharibə” dövrü üçün səciyyəvi meyillərin Ukrayna hadisələri ilə əlaqədar kəskin təzahür etdiyi bir vaxtda da Azərbaycan öz xarici siyasətində Heydər Əliyev tərəfindən işlənib hazırlanmış xarici azimutlar strategiyasına sadiqdir. Dövlətimiz xarici ölkələrlə münasibətlərini hüquq bərabərliyi, qarşılıqlı faydabir-birinin maraqlarının nəzərə alınması əsasında qurmağa hazırdır.

 

Aqiyə NAXÇIVANLI,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2015.- 15 dekabr.- S.3.