Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi

Prezident İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü

siyasətin mühüm tərkib hissəsidir

 

Müasir və müstəqil Azərbaycan dövlətinin memarı olan ümummilli lider Heydər Əliyevin zəngin siyasi uzaqgörənliyi, idarəçiliyi və gərgin əməyi sayəsində qoyulmuş möhkəm təməl və əldə olunmuş möhtəşəm nailiyyətlər sonrakı illərdə respublikanın kompleks, davamlı və dinamik yüksəlişi üçün möhkəm zəmin yaratdı. Ulu öndərin Azərbaycanın hərtərəfli inkişaf kursu bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, onun işıqlı ideyaları reallığa çevrilərək ölkəmizin hazırkı inkişafında, qazanılan böyük uğurlarda öz tarixi əksini tapır.

 

Cənab İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Son on iki ildə möhtərəm dövlət başçımız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə davam etdirmiş, Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına gətirib çıxarmışdır.

Xatırlatmaq yerinə düşər ki, möhtərəm İlham Əliyev 2003-cü ilin oktyabrında ölkəyə rəhbərliyə başlayarkən bu siyasəti dönmədən davam etdirəcəyini bəyan etmişdi: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülhsabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.

Akademik Ramiz MehdiyevAvropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti”  məqaləsində  yazmışdır ki,  Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi inkişafda sıçrayış edib. Bu gün ölkəmiz Dünya İqtisadi Forumunun rəqabətə davamlılıq reytinqində 140 ölkə arasında 40-cı yeri tutur və MDB ölkələri arasında liderdir. Elektron hökumətin tətbiqi sahəsində BMT-nin apardığı sorğuda Azərbaycan 68-ci yeri tutur. Liberal ideoloqlar dünya ictimaiyyətinə daim deyirlər ki, iqtisadi inkişaf yalnız demokratiyanın mövcud olması və hüquqlara riayət edilməsi şərti ilə mümkündür. Lakin bu halda onlar dolayısı ilə etiraf edirlər ki, demokratik təsisatlara təzyiq göstərildiyi şəraitdə iqtisadiyyatda bu qədər sanballı uğurlar qazanmaq qeyri-mümkündür. İnkişafın Azərbaycan modeli iqtisadisiyasi sistemlərin paralel inkişafını nəzərdə tutur. Hazırda Azərbaycan İKT indeksinə görə Cənubi Qafqazın digər ölkələrini inamla qabaqlayaraq, dünyada 64-cü yeri tutur. Son beş ildə ölkədə internet bazarının həcmi dörd dəfə genişlənib. Ölkədə müstəqil medialar açılmasına və onların sərbəst fəaliyyətinə məhdudiyyət yoxdur, arzu edən hər kəs üçün sosial şəbəkələr açıqdır. 

Ulu öndər Heydər Əliyevin zəngin irsinə söykənən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental bəşəri prinsipə istinad etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyatazad insandır. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı nailiyyətlər hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir. Ölkə Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsünonu hiss eləsin...”- deyən, cənab İlham Əliyev ulu öndərin dövlətçilik irsinə sədaqətini bir daha nümayiş etdirir. Dövlət başçısı irəli sürdüyü bu prinsipləri gerçəkliyə çevirmək üçün ardıcıl, məqsədyönlü və uğurlu fəaliyyət göstərmiş, bütün məsələlərdə məhz xalqın mənafeyini əsas götürmüşdür.

Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti nəticəsində ilk növbədə Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə müəyyənləşdirilən balanslaşdırılmış xarici siyasət kursunun davamlığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyənləşdirən  aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə inkişaf etdirilmişdir.

Prezident İlham Əliyevin ötən 12 ildə yürütdüyü siyasət deməyə əsas verir ki, respublikamız öz inkişafının Qərb modelini müəyyənləşdirərək davamlı iqtisadi inkişafademokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir. Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Prezident bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir. Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəltmiş, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlamışdır. 

Ötən illər ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Bu gün dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan birienerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyasıdır ki, bu da uğurla həyata keçirilməkdədir.

2003-2015-ci illər Azərbaycanda sosial-iqtisadi inkişaf, demokratikmüasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Bu dövr ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Azərbaycanın kredit reytinqləri artmaqdadır. Hazırda Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən rəqabətqabiliyyətli 40 iqtisadiyyat arasındadır. Bundan başqa, orta gəlirli ölkələr siyahısında öz mövqeyini daha da möhkəmləndirmiş, Cənubi Qafqazın lider ölkəsinə çevrilmişdir. Azərbaycanda yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüşdür. Təxmini olaraq bu göstərici 49 faizdən 5 faizə qədər enmişdir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdi: “Bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəlidir. Məhz buna görə iki-üç il bundan əvvəl dünyada neftin qiymətləri kəskin şəkildə aşağı düşəndə biz böyük çətinliklərlə üzləşməmişdik. Hətta o illərdə ki dünyada neftin qiyməti 4-5 dəfə aşağı düşmüşdü, Azərbaycan iqtisadiyyatı 8-9 dəfə artmışdı. Nəyin hesabına,  məhz qeyri-neft sektorunun inkişafı hesabına. Bu, bizim siyasətimizdir və gələcək illərdə çalışacağıq ki, qeyri-neft sektorunun inkişafına daha da güclü təkan verək”.

Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Dövlət başçımızın imzaladığı regionların sosial-iqtisadi inkişafı dövlət proqramları bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bugünə qədər ölkəmizdə 1 milyon 300 mindən çox yeri açılmışdır. Yeni yerlərinin açılması, müasir standartlara cavab verən müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artmış, ixracdan asılılıq azalmışdır.

Ulu öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biriinfrastrukturun inkişaf etdirilməsi olmuşdur. Ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılaraq müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri tərkibində avtomobil magistrallarının tikintisi və genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin bərpası və yenilənməsi, sərhəd-keçid məntəqələrinin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, müasir gəmiqayırma müəssisəsinin tikintisi, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında yeni Aerovağzal Kompleksinin inşası, habelə regionlarda hava limanlarının, uçuş-enmə zolağının yenidənqurulması və genişləndirilməsi kimi layihələrin icrası ölkəmizin nəqliyyat potensialının reallaşdırılması üçün geniş imkanlar yaratmışdır.

Ölkəmizin nəqliyyat sahəsi  hazırda sözün həqiqi mənasında, özünün sürətli inkişaf dövrünü yaşayır. Azərbaycanın nəqliyyat-yol kompleksinin müasir səviyyədə qurulması, bu sahədə islahatların aparılması, nəqliyyat qurumlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, ölkə iqtisadiyyatının və əhalinin daşımalara olan tələbatının ödənilməsi, nəqliyyat qanunvericiliyinin təkmilləşdirilməsi, texniki yeniləşmə və müasir texnologiyaların tətbiqi üzrə müəyyənləşdirilmiş tədbirlər ötən illər ərzində ardıcıl olaraq davam etdirilmişdir. Azərbaycan artıq Cənubi Qafqazda mühüm nəqliyyat qovşağı və dəhlizlərin keçdiyi məkan olmuşdur.

Avropa və Asiyanı birləşdirən dəmir yolu xəttinin çəkilməsi də regional əməkdaşlığı daha da sürətləndirir. Bu gün nəqliyyat-yol kompleksinin fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində sürətlə inkişaf edən ölkə iqtisadiyyatının və əhalinin nəqliyyat xidmətlərinə olan tələbatının ödənilməsinə, ölkəmizin tranzit potensialının artırılmasına, nəqliyyat infrastrukturunun və parkının yeniləşməsinə yönəldilmişdir. Bütün növ nəqliyyat infrastrukturunun etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülmüş, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə dövlət başçısının şəxsi dəstəyi sayəsində nail olunmuşdur.

Onu da xatırladım ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizləri reallaşandan sonra ölkə iqtisadiyyatı inkişafının yeni mərhələsinə qədəm qoyacaq. Burada haşiyə çıxıb deyə bilərəm ki, dünyada istənilən dövlətin iqtisadi inkişafının və ümumi təhlükəsizliyinin fundamental şərtlərindən biri nəqliyyat dəhlizlərinin mövcudluğu və əsas nəqliyyat növlərinin bir neçəsinin vacib istiqamətlər üzrə hərəkətinin təmin olunmasıdır. Əks halda, hər hansı ciddi iqtisadi inkişafdan, ümumi təhlükəsizliyin təmin edilməsindən söhbət belə gedə bilməz. Hazırda ölkəmiz quru, hava, su, dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışa malikdir. Bu da müxtəlif nəqliyyat vasitələrilə beynəlxalq iqtisadi əlaqələrin qurulmasında, eləcə də idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinə geniş imkanlar yaradır.

Ölkədaxili nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması xarici adamlarının ölkəmizə sərmayə yatırmasında mühüm rol oynayır. Belə ki, beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış və daxili infrastrukturun mükəmməl olması xarici investorları özünə cəlb edən amillərdən biridirbu səbəbdən mükəmməl nəqliyyat-kommunikasiya sistemi olmayan ölkədə biznes sahəsində uğur qazanmaq, sadəcə,  mümkün deyil. Tarixi İpək yolunun bərpası Azərbaycan, eləcə də AvropaAsiya ölkələri üçün böyük önəm daşıyan layihədir. Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizi olan – TRASEKA-nın keçdiyi dövlətlər içərisində ölkəmizin xüsusi yeri var. Buna görə də tarixi İpək yolunun bərpasına həsr olunmuş mühüm konfrans da Bakıda keçirilmişdir. 1998-ci il sentyabrın 8-də 9 dövlət başçısının, 13 beynəlxalq təşkilat və 32 ölkənin nümayəndə heyətinin iştirakı ilə “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmışdır. Həmin layihənin icrası sayəsində Azərbaycan ərazisindən keçməklə daşınan tranzit yüklərin həcmi ildən-ilə çoxalır ki, bu da ölkəmizin siyasi, strateji əhəmiyyətini artırmaqla yanaşı, gəlirlərini də yüksəldir. Bir sözlə, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan yol-nəqliyyat və digər infrastruktur layihələrinin icrası uğurla davam edir.

Həyata keçirilən irimiqyaslı layihələr Azərbaycan, Türkiyə və digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisidir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələrdən sonra TANAP layihəsinə start verilməsi ölkələrimizin regiondadünyada nüfuzunu daha da artırmışdır.

Son illər ərzində ölkə nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunmuş, sərəncamlar imzalanmışdır. Bununla da dəmir yolunun tarixində yeni bir dönəm başlamışdır. Prezident İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam bu sahənin inkişafını daha da sürətləndirmişdir. Adıçəkilən proqramın reallaşdırılması ilə Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətinin təmin edilməsi ilə bağlı uğurlu nəticələr əldə olunmuşdur.

Xatırladım ki, hazırda dəmir yolunda vaqonlokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı – Böyük Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır.

Azərbaycan dəmir yolunda  aparılan yenidənqurma və abadlıq işləri xətt boyu bütün sahələri əhatə etmişdir. İdarə, müəssisə və təşkilatlarda yeniləşmə prosesi özünün yeni mərhələsinə qədəm qoymuşdur. Son illər  Gəncə stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Təmir işləri çərçivəsində qazanxana inşa edilmiş, həmçinin bina mərkəzləşdirilmiş kondisioneristilik sistemləri ilə təchiz olunmuşdur. Sərnişinlərin rahatlığı üçün stansiyada VİP zalı, anauşaq otağı   yaradılmışdır. Eyni zamanda, Yük Daşımaları Departamentinin Qərb sahəsi üzrə bölməsinin inzibati binasının fasadı və dam örtüyü, Gəncə lokomotiv deposunun fasadı təmir olunmuş, piyada keçid körpüsü yenidən qurulmuşdur. Bunlarla yanaşı, Poylu-Salahlı mənzilinin 73-cü kilometrliyindəki Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsü istismara verilmişdir. Çarxı-Sarvan mənzilinin 2508 kilometrliyində  Vəlvələçay üzərində yerləşən dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin 98 kilometrliyində Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası da görülən işlər sırasındadır.

Azərbaycanın dəmir yolu sistemində nəzərə çarpan canlanmanın  bir səbəbi də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyində edilən dəyişikliklə bağlıdır. Belə ki, Cavid Qurbanovun  səhmdar cəmiyyətə sədr  təyin edilməsi ilə “Azərbaycan Dəmir Yolları”nda həyata keçirilən islahatlar daha da sürətlənmiş, qarşıda duran vəzifələrin uğurlu  icrası  üçün bütün qüvvələr səfərbər edilmişdir. Bir sözlə, dəmir yolu sistemində yeni dönəm başlamışdır. Bu,  tranzit daşımaların mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasına,  QSC-nin investisiya layihələrində fəal iştirakına, dəmir yolu infrastrukturunun, texniki vasitələrin müasirləşdirilməsinə, şübhəsiz ki, öz müsbət təsirini göstərəcəkdir.

Bakı-Böyük Kəsik dəmir yolu xəttində hazırda yenidənqurma işləri davam edir. Relslər və şalbanlar artıq yenilənmiş,   rabitə xətlərinin dəyişdirilməsinə, optik kabellərin quraşdırılmasına başlanılmışdır. Quraşdırma işlərinə Ağstafanın Böyük Kəsik kəndində start verilmiş və Biləcəri stansiyasınadək davam etdirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edim ki, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən, Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz olunacaq.  Xatırladım ki,  Stadler” Gəncə vaqon istehsalı zavodunun təməli qoyulmuşPrezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq ediləcək. Zavodun 2016-cı ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Bu müəssisənin  işə düşməsi ilə  QSC-nin sərnişin vaqonu parkında yeni bir mərhələ başlayacaq. Gəncədə vaqon istehsalı zavodunun fəaliyyət göstərməsi  sərnişin vaqon parkını tam yeniləməyə imkan yaradacaq. İstehsal olunacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulmuşdur.

Sonda  əminliklə qeyd etmək istərdim ki, dəmiryolçular əldə olunan uğurları  bundan sonra da artıracaq, dövlətin və hökumətin irəli sürdüyü vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcək,  göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sistemləri arasında özünün layiqli yerini tutacaq.

Dövlət başçısının müasir azərbaycanlı təfəkküründə Vətən və xalq təəssübkeşliyi, Şərqin pozitiv ənənəçilik meyilləri, türk mənəvi-əxlaqi dəyərləri, habelə Qərb və Avropanın liberal ideyaları üzvi vəhdət təşkil edir. Prezident İlham Əliyev mədəni, elmi, habelə yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə dövlət himayəsini iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır. Bu, dünyanın ümumi həyatının rəhnidir və hər bir millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməsində mühüm amildir.

Son illər bütün sahələrdə əldə edilən nailiyyətlər Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, hətta kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib. Geridə qalan illər tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, tərəqqidən sürətli inkişafa keçid mərhələlərini özündə ehtiva edir.

 

Məhərrəm MƏMMƏDOV,

iqtisadçı-ekspert

 

Xalq qəzeti.- 2015.- 22 dekabr.- S.6.