MASALLI: inkişaf dinamikası ilbəil güclənir

 

İllər ötdükcə regionlarımızda davam edən sosial-iqtisadi inkişaf addım-addım ucqar qəsəbə kəndlərə, uzaq obalara gedib çıxır. Hər yerdə həyat daha da canlanır. Sosial obyektlər tikilir, yollar təmir edilir. Masallı rayonu bu baxımdan örnək sayıla bilər. Ötən il bu rayon xeyli abadlaşıb gözəlləşib.

 

Rayon mərkəzindən 12 kilometrlik məsafədə yerləşən Boradigah inzibati ərazi dairəsi eyniadlı qəsəbəni, Mollaoba Babaser kəndlərini əhatə edir. Ərazidə 11 mindən artıq əhali yaşayır, təsərrüfatların sayı 2700-ə qədərdir. İnzibati ərazidə 6 ümumi yaşayış evi var. 172 sahibkarlıq obyekti qeydiyyata alınıb ki, bu da böyük göstəricidir. Qəsəbədə 1 həftə bazarı, 2 şadlıq evi, 2 taxta satışı məntəqəsi, 2 yanacaqdoldurma 1 qazdoldurma məntəqələri, 4 müasir yeməkxana, 1 mebel evi digər müxtəlif obyektlər fəaliyyət göstərir.

Boradigahda arxeoloji abidələrdənAğbala təpəsiMehdi təpəsi” (Tunc dövrü) mühafizə olunur. Qəsəbədə yeni idman mərkəzi, müasir tibb məntəqəsi fəaliyyət göstərir. Yol kənarları, çay vadisi sair yerlərdə təmizlik-abadlıq işləri mütəmadi səciyyə daşıyır.

Mülahizələrə görə, “Boradigahtoponimibırə diqo” (“tikanlıqdakı kənd yeri”) söz birləşməsindən yaranıb. Ötən onilliklərdə həmin tikanlı kənd yeri xeyli inkişaf edib 1966-cı ildən şəhər tipli qəsəbə statusu qazanıb. Bu məntəqənin zəngin tarixi keçmişi var.

XIX əsrdə Şeyx Məhəmməd Sadiq Boradigahi Qafqazın tanınmış din xadimlərindən sayılıb. O, Qəzvində fəlsəfə-kəlam elmlərini öyrəndikdən sonra Kərbəla Nəcəf şəhərlərində yüksək dini dərəcələrə çatıb. İraqda Şeyx Sadiq Türk təxəllüsü ilə tanınıb. Nəhayət, təhsilini başa vuraraq Qafqaza qayıdıb, Vətəndə yeganə mərcəyi-təqlid kimi tanınıb. Bütün ömrünü müxtəlif kitablardan dərs deməyə sərf edib, çoxlu fazil tələbə yetişdirib. 

Boradigahlılar, əsasən, haqqı nahaqqa verməyən ədalətli, igid zəhmətsevər adamlar kimi tanınırlar. 1913-cü ildə 700 həyətdən ibarət olan Boradigah kənd icması Mir Əsgər xanın 130 desyatin torpağını tutaraq ona icarə haqqı verməkdən imtina etmişdi. Hətta Yusif adlı igid kəndli xanı öldürmək məqsədilə ona güllə atıb. O vaxt boradigahlıların öhdəsindən gələ bilməyən xan acizanə şəkildə Qafqaz canişini N.Nikolayeviçə şikayət yazıbmış.

Hazırkı Boradigah çoxsaylı elmlər doktoru namizədi ilə fəxr edir. İsmayıl Babayev, Miri Fəttayev, Alxas Kişiyev, Sayadulla Babayev, Bahadır Tağıyev, Məmmədhüseyn Novruzov, Vaqif Nəsirov digər alimlər Azərbaycan elminə layiqli töhfələr veriblər. Milli Məclisin deputatı Elmira Axundova, alim-şair Gülhüseyn Hüseynoğlu, Nurməmməd Ağa, rayon ağsaqqallar şurasının sədri Hacı Cavanşir Əsədov Boradigahın şöhrətini artıranlardır.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Ələkbər Cəfərovdur. Elə maraqlı tarixi ekskursu da onunla birgə etdik. Ələkbər müəllimin yurdsevərlik nümunəsi, ərazinin tərəqqisi üçün göstərdiyi səylər xüsusi qeyd olunmağa layiqdir. Ə.Cəfərov 2015-ci ilin ölkəmiz üçün mühüm hadisələrlə yadda qaldığını söylədi:

– Bu gün ölkəmizdə vüsət almış tərəqqi Masallıda da yüksək səviyyədə davam etdirilir. Son illər rayonumuzda yeni məktəblər, səhiyyə ocaqları tikilərək istifadəyə verilib, əhalinin sosial-məişət şəraiti yaxşılaşdırılıb, qaz su çəkilişində mühüm tədbirlər həyata keçirilib. Görülən işlər dövlətimizin başçısının Masallıya dogma münasibətinin nəticəsidir. Qədirbilən əhalimiz bunu yüksək qiymətləndirir. Rayonumuzun rəhbərliyi böyük təşkilatçılıq bacarığı sayəsində Masallıda saf ab-hava yaradıb, bunun da nəticəsində bütün sahələrdə çalışanların məsuliyyəti birə-beş güclənib. 

Nümayəndəlik ərizə şikayətlərləVətəndaşların müraciətlərinə baxılması qaydası haqqındaQanuna müvafiq şəkildə işləməyə daim səy göstərir.  2015-ci il ərazisində vətəndaşların bütün müraciətlərinə vaxtında cavab verilib. Leysan yağışları nəticəsində həyətləri evləri su basması, elektrik dirəklərinin dəyişdirilməsi, ünvanlı sosial yardım, torpaq bu kimi digər məsələlərlə əlaqədar əməli tədbirlər görülüb.

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov ərazidə dəfələrlə səyyar qəbul görüş keçirib. Bir qayda olaraq, vətəndaşları narahat edən məsələlərin həlli üçün zəruri addımlar atılır, onların təklifləri ciddi surətdə nəzərə alınır.

Qəsəbə ərazisində üç tam orta   bir ümumi orta məktəb fəaliyyət göstərir. Məktəblərdə 1500-ə qədər şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 123 müəllim məşğul olur. İl ərzində ərazi nümayəndəliyi tərəfindən məktəblərdə şagirdlərin dərsə davamiyyətinə, tədrisin keyfiyyətinə nəzarət olunur. Qəsəbədəki 15 çarpayılıq sahə xəstəxanası 32 yaşayış məntəqəsinə xidmət edir. Xəstəxanada 70 nəfərlik tibb heyəti çalışır. Onlardan 15 nəfəri ali təhsillidir. Burada doğuş, terapiya, ultrasəs müayinəsi, laboratoriya, rentgen şöbələri fəaliyyət göstərir. Səyyar qəbul-görüşlərdə Boradigah sahə xəstəxanasının təmiri ilə bağlı təkliflər irəli sürülürdü. Rayon rəhbərliyinin səyi sayəsində xəstəxana müasir qaydada əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir.

İnzibati ərazi dairəsi üzrə nümayəndəlik gənclərin asudə vaxtının səmərəli keçməsindən ötrü bir sıra tədbirlər həyata keçirir. Bu məqsədlə hər il ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş ənənəvi mini futbol turniri keçirilir. Turnirdə ətraf ərazilərin komandaları iştirak edir, qaliblərə Gənclər İdman İdarəsinin fəxri fərmanları xeyriyyəçilər tərəfindən pul mükafatları verilir. Xatırladım ki, ötən ilin  dekabrında Boradigahda yeni idman mərkəzinin açılışı olub. Milli Məclisin deputatları, Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin məsul şəxsləri tədbirdə iştirak ediblər. Obyektin özəlliyi bundadır ki, onun elektrik sistemi günəş panelləri ilə təchiz olunub. Binanın damında 70 kilovat enerji verən 280 ədəd günəş paneli quraşdırılıb. Burada 9 nəfər daimi işlə təmin olunub. Mərkəzin qış idman zalında mini-futbol, voleybol, basketbol, həndbol, güləş atletika yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılıb. Burada, həmçinin, məşq otaqları inşa edilib, trenajorlar quraşdırılıb. Ötən il uşaq yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi burada təşkil olunub. Böyük bir sahəni əhatə edən idman mərkəzinin ərazisində gələcəkdə stadion otelin tikilməsi nəzərdə tutulur.

Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2736 hektar torpaq sahəsi var. Ərazi nümayəndəliyində 2784 baş iribuynuzlu, 3602 baş xırdabuynuzlu mal-qara var. Sahə baytar həkimləri tərəfindən ərazidə vaxtlı-vaxtında mal-qara arasında heyvan xəstəliklərinə qarşı dabaq, qara yara, çiçək, quşlarda taun-peyvənd işləri aparılır. Amma hər il ərazimizdə 100 hektardan artıq taxıl əkilir ki, bu da lazımi səmərə vermir. Çünki ərazimiz vaxtilə tərəvəzçilik üzrə ixtisaslaşmışdı. Bu gün Boradigah ərazisində təqribən 800 hektardan artıq əkinə yararlı torpaq var ki, həmin torpaqlardan düzgün istifadə edilsə, vətəndaşlarımız böyük fayda götürə bilərlər.

Qəsəbə inzibati ərazi dairəsində elektron ATS, poçt filialları səmərəli fəaliyyət göstərir. Onların işindən əhali razılıq edir. Lakin rabitə xidmətində müəyyən yenilənmə işləri görülməlidir. Bazarda səliqə-sahmanın lazımi səviyyədə olmaması nümayəndəliyin diqqət mərkəzindədir, tezliklə bazar ətrafında bələdiyyə ilə birlikdə geniş quruculuq işlərinin aparılması nəzərdə tutulur.

Yeri gəlmişkən, bizim bələdiyyə ilə əlbir işimizin nəticəsində Boradigah-Qumbaşı yolu kənarında ağaclar əkilib bu ağacların qorunması üçün dəmir məftillər çəkilib.  Qəsəbənin qəbiristanlıq sahəsi genişləndirilib, xeyriyyəçilərin köməkliyi ilə oraya daş hasar çəkilib. Həmçinin, ərazimizin “Çaylıq” adlanan sahəsində qonşu Qəzvinoba kəndi ilə sərhəddə kanal qazılmaqla əraziyə gələn sel suları   Boradigah çayına birləşdirilib.

Qəsəbənin H.AslanovS.Zülfüqarov küçələri asfaltlaşdırılıb, qaz xətləri, işıq dirəkləri, kanalizasiya xətləri yenidən qurulub. Təzə yaşayış sahəsinin içməli suya olan ehtiyacının ödənilməsi üçün tədbirlər görülür, digər küçələrinin təmiri qarşıda duran vəzifələrimizdəndir.

Masallının digər ərazi vahidlərində də  işgüzar ovqat hökm sürür. Ölkə miqyasında aparılan abadlıq-quruculuq işlərini, sosial sahənin inkişafı naminə atılan addımları əhali bəyənir. 2016-cı ildə işlər daha böyük səylə davam etdiriləcək.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2015.- 30 dekabr.- S.10.