Tanınmış publisist, dramaturq Xeyrəddin

Qocanın 65 yaşı tamam olmuşdur

 

Məncə Xeyrəddin Qocanın təbiətində ən əlamətdar cəhət onun bir jurnalist, bir publisist kimi prinsipiallığı, əzmkarlığı, qorxmazqlığıdır. O, öz cəsarətli, prinsipial məqalələri ilə Azərbaycan publisistikasının tarixində qalacaqdır. Mən məhz onun 90-cı illərin jurnalistikasından danışmaq istəyirəm, çünki bu sahə mənə daha yaxındlr, ikinci tərəfdən Heydər Əliyev haqqında çoxcildliyimin 5-ci cildində mən Xeyrəddin müəllimin obrazını onun Heydər Əliyevlə münasibətlərini canlandırmışam.

 

Xeyrəddin Heydər Əliyev haqqında yazılarını 90-cı ildə Azərbaycanın KİV-lərində çap elətdirməyə başlamışdı. Onda bir çox yazarlar Heydər Əliyevə qarşı törədilən haqsızlıq barəsində danışmağa cürət etmirdilər.  Xeyrəddin tam başqa bir insan idi.

1990-cı il iyulun 3-də “Dan ulduzuqəzetində Xeyrəddin QocanınHeydər Əliyevi düşünərkən”, elə həmin il iyulun 13-də yenə həmin qəzetdə iki səhifəlik geniş məqalələri, 1990-cı ilin sentyabr ayında isəXalq məhəbbəti böhtançıların aqibətiadlı materialı dərc olundu. Bu yazılarda respublika mətbuatında bəlkə ilk dəfə Heydər Əliyev onun ailəsi haqqındayenidənqurmaillərində respublika ittifaq mətbuatının səhifələrində özünə yer tapan uydurmaların çoxu təkzib edilir. Lakin daha əhəmiyyətlisi budur ki, jurnalist həmin məqalələrdə Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində işləyərkən sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələrində apardığı böyük quruculuq işlərini oxuculara xatırladır.

1990-cı il avqustun 1-də təxminən 80 min nüsxə tirajla çıxanVətən səsiqəzetində dərc edilmişNiyə susurlar?” adlı yazıda Xeyrəddin Qoca heyrətlənir: “Necə olur ki, “Komsomolskaya pravda”, “İzvestiya”, “Arqumentı i faktıqəzetləri, “İnterfaksagentliyi, “Azadlıqradiostansiyası başqaları Əliyev haqqında materiallar, onunla müxtəlif müsahibələr dərc edir, yerli mətbuat, radio, televiziya isə respublikanın keçmiş rəhbərinin vətənə qayıtması, Naxçıvanın mərkəzində təxminən 80 min nəfərin toplaşdığı möhtəşəm mitinq haqqında, Heydər Əliyevin həmyerliləri tərəfindən səmimi qarşılanması haqqında inadkarlıqla susur?”

 Bu ədalətsizliyin aradan qaldırılmasını jurnalist kimi özünə borc sayan Xeyrəddin rəhbəri olduğu “Dan ulduzuqəzetində Heydər Əliyev fenomeni haqqında məqalələr dərc etməyə başladı.  Ümumiyyətlə 1991-1993-cü illərdə Xeyrəddin Qoca Heydər Əliyev ilə bağlı mifləri stereotipləri puç edərək müxtəlif dövri nəşrlərdə (“Şərq qapısı”, “Açıq söz”, “İki sahil”, “Millət digər qəzetlərdə) Heydər Əliyevi dəstəkləyən çoxlu məqalə dərc etdirmişdir. O, Heydər Əliyevin opponentlərinə bədxahlarına uzaqgörənliklə cavab verərək, yazırdı: “Kimin istəyib-istəməməsindən asılı olmayaraq Heydər Əliyev siyasi fəaliyyətdədir, xalq üçün böyük işlər görür. Bu, danılması mümkün olmayan həqiqətdir. Əminəm ki, gec-tez Heydər Əliyev həqiqəti dərk olunacaqdır”.

Bu yazılarına görə Xeyrəddin Qoca təqib olunur, işlədiyi qəzetlərdən qovulurdu.  Bu barədə heç vaxt Heydər Əliyevə şikayət etməmişdi, lakin o vəfalı jurnalistin işlərindən xəbərdar idi. 1991-ci ilin yayında Heydər Əliyev Kommunist Partiyasından çıxmaq haqqında ərizə vermək üçün Moskvaya getməzdən əvvəl Cəlal müəllimin evində Xeyrəddinlə görüşdü.

- Partiyadan çıxmaq haqqında ərizə verməyə gedirəm, - dedi, - sənin başına gələnləri yazacağam.

Xeyrəddin əvvəl düşündü ki, o zarafat edir, lakin sonra onun ərizəsinin mətni ilə tanış oldu, orada belə bir cümlə vardı: “Qəzet redaktorları, jurnalistlər mənim Azərbaycandakı çıxışlarımı dərc etdiklərinə görə işdən azad edilir, təqiblərə məruz qalırlar”.

Xeyrəddin Qoca dəfələrlə Naxşıvana uçur, Heydər Əliyevin əhatəsində olur, onun işini müşahidə edir sonra Bakının KİV-lərində bunu təbliğ edirdi. Deyərdim ki, məhz Xeyrəddin Qoca kimi namuslu jurnalistər sayəsində Heydər Əliyevin ətrafında süni yaradılan informasiya blokadası yarıla bildi belə insanlar ona mənəvi dayaq oldular.

Sonralar “El” qəzetinə verdiyi müsahibədə Xeyrəddin Qoca özü Heydər Əliyevin təmiz adı uğrunda mübarizəsinin motivlərini belə izah edirdi:

Müxtəlif qəzetlərdə Əliyev haqqında yazılar dərc etməyə bir növ məcbur olmuşdum. Çünki gözüm görə-görə bütün planetdə görkəmli siyasi xadim nadir dövlət adamı kimi tanınmış Heydər Əliyevin bədxahları onun haqqında keçmiş İttifaq respublika mətbuatında böhtan iftiralarla dolu yazılar dərc edirdilər. Özü bir-birindən yalanfaktları” o “jurnalistləruydururdular ki, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi

14 il müddətində işləri-peşələri onu TƏRİFLƏMƏK idi.

Təsadüfi deyil ki, yeni yaradılanYeni Azərbaycanpartiyasının mətbu orqanını təşkil etməyə Heydər Əliyev məhz Xeyrəddin Qocaya təklif etmişdi. Onların binası vardı, texniki imkanları, lakin Heydər Əliyev tapşırmışdı ki, qəzetin birinci nömrəsi 1993-cü il aprelin 10-da buraxılmalıdır. Həmin gün bütün maneələri dəf edərəkYeni Azərbaycanqəzeti fəaliyyətə başlamış, partiyanın lideri isə bu münasibətlə öz təbrikini göndərmişdi.

Həmin tarixi gündən Xeyrəddin Qoca Türkiyədə Baş konsul işləməyə gedənə qədər onun baş redaktoru vəzifəsində çalışdı. Məgər bunları unutmaq olar? Olmaz!

Mən Xeyrəddin Qocayla çoxdan ünsiyyətdəyəm, vaxtı ilə Heydər Əliyevi Türkiyəyə səfərlərində müşayiət edərkən orada onunla təmasda olmuşuq, mən şəxsən Heydər Əliyevin Xeyrəddin Qocaya necə səmimi, isti münasibət bəslədiyini görmüşəm, hiss etmişəm. Onları həqiqətən   dostluq telləri bağlayırdı.

Şadam ki, böyük siyasətçi istedadlı jurnalist arasında olan bu qeyri-adi  dostluq tarixçəsini mən öz kitablarımda əks etdirmişəm Xeyrəddin Qoca öz dəyərli səmimi xatirələri ilə çoxcildlik romanımı zənginləşdirib.

Bir dəfə Xeyrəddin mənimlə söhbətində etiraf etmişdi:

Heydər Əliyev mənim həyatımda heç kəsin oynaya bilməyəcəyi rol oynayıb. Bu insan mənim ən güclü dayağım köməyim idi. Heydər Əliyevin sayəsində indiyə qədər yaşayıram...”

Mən öz həmkarım dostuma səmimi-qəlbdən arzu edirəm: yüz il yaşa, yarat, yazılarınla bizi coşdur, silkələ. Çünki cəmiyyətimiz sənin kimi dəyərli insanlara həmişə möhtacdı. Ad günün mübarək, qocalmayan Qocamız!

 

Elmira AXUNDOVA

yazıçı, publisist, millət vəkili

 

Xalq qəzeti.- 2015.- 1 fevral.- S.7.