İstedadlı iqtisadçı alim,

nüfuzlu pedaqoq

 

TOFİQ QULİYEV - 80

 

Azərbaycanın elmi- pedaqoji ictimaiyyəti milli iqtisad elminin görkəmli nümayəndələrindən biri, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor,  əməkdar elm xadimi, “Şöhrət” ordenli alim Tofiq Əvəz oğlu Quliyevin anadan olmasının 80 illiyini yubiliyarın çoxillik səmərəli elmi-pedaqoji fəaliyyətinə, nurlu şəxsiyyətinə ehtiram və qədirbilənliklə qeyd edir.

Qocaman alimpedaqoq yüksək vətəndaşlıq qayəsi ilə səciyyələnən mənalı və şərəfli bir ömür yolu keçmiş, böyük əməksevərliyi ilə görkəmli ziyalı kimi tanınmışdır. Ölkə iqtisadçılarının böyük əksəriyyətinin müəllimi olan Tofiq Quliyev geniş nəzəri biliyi, iqtisadi prosesləri dərindən təhlil etmək, faydalı elmi- praktik mülahizələr irəli sürmək, iqtisad elminin əsaslarını tələbələrinə öyrətmək bacarığı, yüksək insani keyfiyyətləri  ilə həmkarları və yetirmələri arasında böyük nüfuz qazanmışdır.

Azərbaycan iqtisad elmini uzun illərdən bəri ölkəmizdən kənarda ləyaqətlə təmsil edən professor Tofiq Quliyev 1980-1990-cı illərdə Beynəlxalq İqtisadçılar İttifaqının üzvü, sonralar isə bu qurumun rəyasət heyətinin üzvü olmuşdur.

Tofiq Quliyev 1935-ci ildə Ağdam rayonunun Paşabəyli kəndində anadan olmuşdur. O, 1953-cü ildə Xındırıstan kənd orta məktəbini bitirmiş və həmin il Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1957-ci ildə ali təhsilini sənayenin iqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə başa vuran gənc iqtisadçı ayrı-ayrı idarə və nazirliklərdə sənaye müəssisələrinin layihələndirilməsi üzrə mühəndis-iqtisadçı, baş iqtisadçı kimi çalışmışdır. Respublika Təhsil Nazirliyində ali təhsil üzrə baş inspektor vəzifəsində işləyərkən Tofiq Quliyev elmi fəaliyyətlə məşğul olmaq qərarına gəlmiş və 1960-1963-cü illərdə Moskva Xalq Təsərrüfatı İnstitutunda əməyin iqtisadiyyatı kafedrasının məqsədli aspirantı olmuşdur.

Azərbaycan iqtisad elminin tarixində əməyin iqtisadiyyatı üzrə ixtisaslaşan ilk alim olaraq həmyerlimiz 28 yaşında namizədlik, 33 yaşında isə doktorluq dissertasiyaları müdafiə etmişdir. Alim 1970-ci ildən professordur. O, iqtisadi proseslərə  fəlsəfə, sosiologiyasosial psixologiya elmlərinin qovşağından nəzər salmağı önəmli bildiyindən  iqtisadi mənafelər probleminə də bu baxımdan yanaşaraq doktorluq dissertasiyasının mövzusu kimi seçmişdir. Bu mövzuda onun Moskvanın “Mısl” nəşriyyatında “Sosializm cəmiyyətində mənafelər problemi” adlı monoqrafiyası nəşr edilmişdir. Keçmiş İttifaqın görkəmli alimləri Azərbaycan iqtisadçısını bu problem üzrə pioner olaraq qəbul etmişlər.

 Bir neçə ildən sonra onun həmin nəşriyyatda buraxılmış  “Sosializmdə əməyin reduksiyası” monoqrafiyası da elmi dairələrdə böyük maraq doğurmuşdur. 1990-cı ildə isə Moskvanın “Znaniye” nəşriyyatı az müddətdə sovet iqtisad elminin ön mövqeyinə çıxmış soydaşımızın idarəetmədə sosial-psixoloji münasibətlərə həsr edilmiş kitabçasını böyük tirajla çap etmişdir.

Müstəqillik illərində də keçmiş İttifaq məkanında professor Tofiq Quliyevin elmi yaradıcılığına maraq azalmamışdır. 2013-2014-cü illərdə Moskvanın “Ekonomika” nəşriyyatı Azərbaycan alimininİqtisadi məntiq” və “Liberalizmin böhranı” adlı fundamental tədqiqatlarının nəticələrini  monoqrafiyalar şəklində çap edərək rusdilli məkanda yaymışdır.

Professor Tofiq Quliyevin iqtisadiyyatla bağlı elmi yaradıcılığı çoxcəhətli və geniş diapazonludur. O, bir sıra dərslik, monoqrafiya və kitabçanın, 450-yə qədər qəzet və jurnal məqaləsinin müəllifidir. “Əməyin iqtisadiyyatı”, “Əməyin elmi təşkili”, “İdarəetmənin əsasları”, “Əməyin sosiologiyası”, “Menecmentin əsasları” kimi dərsliklər, “İnflyasiyanın anatomiyası” və “İnsan resurslarını idarə” kimi sanballı monoqrafiyalar onun qələmindən çıxmışdır. Tofiq Quliyevin rus dilində nəşr olunmuş “Tənzimlənən bazar iqtisadiyyatı” kitabı 2000-ci ildə Budapeştdə keçirilən beynəlxalq konfransda internetə daxil edilmişdir. Bu kitaba görə həmyerlimiz Çin Xalq Respublikasının Dövlət kitabxanasının və bu ölkənin Azərbaycandakı səfirliyinin fəxri fərmanına layiq görülmüşdür.

Bir neçə ixtisaslaşmış dissertasiya şurasının üzvü olan professor Tofiq Quliyevin rəhbərliyilə 56 namizədlik və bir doktorluq işi müdafiə olunmuşdur. İqtisadçı alim Kiyev, Voronej, Tbilisibaşqa şəhərlərdə də doktorluq və namizədlik dissertasiyalarına opponentlik etmişdir.

ABŞ-ın Harvard Universitetinin kitabxanasında onun 5 monoqrafiyası var. Kitabxananın direktoru Kristin Conson bildirmişdir ki,Tofiq Quliyevin kitabları ən oxunan, iqtibas, sitat gətirilən mənbələr sırasına daxildir. KitabxananınXəbərlərbülletenində elektron versiyada həmin kitabların ingilis dilində mükəmməl annotasiyası verilmişdir. Xaricdə alimin əsərlərinə 180-dən artıq istinad qeydə alınmışdır.

Professor Tofiq Quliyev iqtisadiyyatın aktual problemlərini tədqiq etməklə yanaşı, bədii-publisistik fəaliyyətlə məşğuldur. Onun iqtisadi təfəkkürü ilə bədii təxəyüllü arasında dərin bir vəhdət vardır. Tofiq Quliyev hələ tələbəlik illərində silsilə elmi məqalələrlə yanaşı, hekayə şeirlər yazıb çap etdirmişdir. Moskvada aspiranturada təhsil aldığı illərdə o, jurnalistika  kursunu da  bitirmiş gənc yaşlarından SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.

İqtisad elmində olduğu kimi, ədəbi yaradıcılıqda da uğurlar qazanan, “Tofiq Fəridimzası ilə şeirlər yazan professor Tofiq Quliyev estetik məsələlərə tədqiqatlar həsr etmişdir. OnunƏdəbiyyatda realizm modernizm problemləri”, “Musiqili incəsənət böhranmonoqrafiyaları ədəbi- mədəni mühitin ciddi marağına səbəb olmuşdur. Türkün türküsü”, “Dünyanı dəyişə bilsəydim”, “Mən kiməm?” (rus dilində), “Haqqın səsi”, “Qəzəllər”, “Satirik şeirlər”, “Yumoristik satirik hekayələrkitabları isə Tofiq müəllimi geniş maraq dairəsi, bədii fantaziyası olan ədib kimi tanıtmışdır. Bu kitablar haqqında maraqlı yazılar mülahizələr söylənilmişdir.

Xalq şairi Nəriman Həsənzadə iqtisadçı alimin bədii- estetik düşüncələrini belə dəyərləndirir: “Tofiq Quliyevin şeirlərində etikalılıq prinsipi, insanların mənəvi kamilliyinə doğru təkmilləşməsinin tərbiyəvi meyilləri, onların kreativliyi, harmoniya, insanların sivil davranışları dominantlıq təşkil edir. O, ədəbiyyatda, o cümlədən poeziyada etik estetik halların bir-birinə qarşı qoyulmasını, estetikanın fetişitləşdirilməsini, bayağılaşdırılmasını, mütləqləşdirilməsini qeyri-normal bir hal hesab edir.”

Onun bədii mövzuları müasirliklə bərabər, klassik qaynaqlarla da səsləşir. Şeirlərindəki yaşantı onun həyatının bir parçası, özünün taleyi, mənəviyyatının tərkib hissəsi, məfkurə sahibi olan alimin xəlqilik manifesti, iqtisadi-fəlsəfi düşüncələrinin bədii məhsulu kimi əks-səda yaradır. Dərin vətəndaşlıq yanğısından qaynaqlananKimsəsiz oldun, Qarabağ”, “Qarabağ marşı”, “Qarabağı qaytaraqkimi şeirlər müasirlərimizin ağrı- acılarını, ümid inamlarını ifadə edir.Tofiq müəlliminQəribə-qəribə işlər”, “Alçala-alçala ucalanlar”, “Lovğa insan”, “Qüsurunu bilə-biləkimi satirik şeirlərində isə içi xüdbinlər, başqalarında eyib axtaran bədxahlar incə yumorun hədəfinə çevrilir.

Alimin bədii aləminin məhsulu olanMuğamlarda axtar məni”, “Yaxşılıq”, “Həya”, “Ölmək asan, yaşamaq çətin”, “Xatirələrlə tək qalmışam”, “Dostluğa zəhər qatmazlar”, “Taleyinə məni yaz”, “Razı qalmıram özümdənkimi şeirlər adlarından da göründüyü kimi, mənəvi- əxlaqi problemlərin estetik tədqiqi kimi qavranılır.Tofiq  müəllimin milli-mənəvi dəyərlərimizə dərin bağlılığı ilə diqqəti cəlb edən şeirləri az deyil.

Uzun illər Azərbaycan Dövlət İqtisad Universitetinin əməyin iqtisadiyyatı və sosiologiyası kafedrasına rəhbərlik edən professor Tofiq Quliyevin elmiictimai fəaliyyətini dövlətimiz də yüksək qiymətləndirmişdir. O, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Uzun illər bir universitetdə işlədiyim görkəmli alimpedaqoq, şair qəlbli insan, professor Tofiq Quliyevi 80 yaşa çatması münasibətilə dostları və həmkarları adından səmimi təbrik edir, ömrünün müdriklik çağında ona möhkəm cansağlığı, yeni uğurlar arzulayıram.

 

Maarifə HACIYEVA,

filologiya elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2015.- 10 fevral.- S.10.