Goranboy: Gəncəbasarın

abadlaşan, gözəlləşən bölgəsi

 

Hərtərəfli yeniləşmə Prezident İlham Əliyevin regionlara gündəlik qayğısından,

yerlərdə işin düzgün qurulmasından, ciddi tələbkarlıqdan qaynaqlanır

 

Bakı Qazax magistralının Yevlax–Goran hissəsindəki çoxcərgəli yoldan sola burulub Goranboy şəhərinə yön alanda hər addımda insan zəhməti ilə yaradılmış gözəlliyin, ürəkaçan mənzərənin şahidi olursan. Son illərədək bu yolun ətrafı adicə əkin- biçin sahəsi idi. İndi isə geniş və yaraşıqlı bir xiyabanı xatırladan bu yol Gəncəbasarda hərtərəfli abadlığı ilə yeni libas geyinmiş yaraşıqlı bir şəhərin əsas  giriş qapısına çevrilmişdir.

 

Rayonda hərtərəfli yeniləşmə və sürətli inkişafın sorağı ilə ayrı- ayrı adamlarla görüşəndən, müxtəlif kollektivlərə baş çəkəndən sonra bu quruculuq işlərinin baş qərargahı olan Goranboy Rayon İcra Hakimiyyəti Başçısı Aparatına gəldik. Ötən ilin sosial-iqtisadi yekunlarını əks etdirən hesabatla tanışlığımızı rayon rəhbəri ilə söhbətimizdə davam etdirdik.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son illərdə rayonda qazanılan uğurların dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən davamlı və genişmiqyaslı regional inkişaf siyasətinin bilavasitə nəticəsi olduğunu söylədi.

Müsahibim bildirdi ki, cənab Prezident əvvəlki dövrlərdə olduğu kimi, sayca üçüncü regional inkişaf proqramının da ardıcıl icra olunmasını ciddi nəzarətdə saxlayır, vaxtaşırı bölgələrə səfərlər edir, gerçəkləşdirilən layihələrlə yerindəcə tanış olur, hər dəfə də işlərin sürtərlənməsi üçün əlavə vəsait ayırır, lazım olan köməyi təmin edir. Başçı bu baxımdan ölkə rəhbərinin Goranboya sonuncu səfərinin üzərində ayrıca dayandı:

– Ötən il hər şeydən əvvəl, rayonumuz üçün möhtərəm Prezidentimiz İlham Əliyevin oktyabrın 18-də xalqımızın əziz bayramlarından olan dövlət  müstəqilliyinin bərpası günündə Goranboya növbəti səfəri ilə əlamətdar oldu. Son 5 ildə sayca 4-cü gəlişi cənab İlham Əliyevin rayonumuza artan diqqət və qayğısının, görülmüş işlərə verdiyi qiymətin parlaq göstəricisidir.

Səfər zamanı cənab Prezident və xanımı Mehriban Əliyeva yeni inşa edilmiş Heydər Əliyev Mərkəzinin, “Goranboy” paylayıcı elektrik məntəqəsinin, Goranboy – Yuxarı Ağcakənd avtomobil yolunun açılışında iştirak etdilər. Onlar Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimə də gələrək, goranboyluları uzun illər gözlədikləri günə qovuşmaları münasibətilə təbrik etdilər, onların sevincini bölüşdülər.

Əvvəlki səfərlər kimi, cənab Prezidentimizin bu gəlişi də Goranboyun ən yeni tarixində, rayon əhalisinin yaddaşında  silinməz izlər qoydu, adamlarda böyük sevincruh yüksəkliyi yaratdı. Səfərin yekununda Prezidentin ehtiyat fondundan rayonumuza 2 milyon manat vəsait ayrılması sosial-iqtisadi inkişafın sürətləndirilməsinə yeni təkan oldu. Təbii ki, bu vəsait 2015-ci ildə görüləcək işlərin də miqyasını artırdı.  Bu diqqət və qayğıya görə cənab İlham Əliyevə rayon sakinlərinin sonsuz minnətdarlığını bildirirəm.

Söhbətin davamında rayon rəhbəri ötənilki nailiyyətlərdən, bu il qarşıda duran mühüm sosial-iqtisadi vəzifələrdən söz açaraq bildirdi:

  Respublikamızın bütün regionlarında olduğu kimi, rayonumuzda da sosial-iqtisadi quruculuq tədbirləri 2014-cü ildə də uğurla davam etdirilmişdir. Regionların inkişafına dair üçüncü dövlət proqramında rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. İllik rayon büdcəsinin mədaxil hissəsi 4 milyon 466 min manatya əvvəlki illə müqayisədə 116,9 faiz, məxaric hissə isə 24 milyon 512 min 412 manat  ya 95,9 faiz icra edilmişdir.

Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri sahibkarlığın inkişafına dövlət dəstəyidir. Rayonda son illərdə bu sahəyə üstün  diqqət göstərilir. Məhz bunun nəticəsidir ki, ötən il açılmış 1486 yerinin 904-ü yeni istifadəyə verilmiş sahibkarlıq obyektlərinin payına düşür. Rayonda yeni 4 bank filialı açılmış, 222 biznes layihəsinin icrası üçün Sahibkarlığa Kömək Milli Fondununkredit təşkilatlarının verdiyi 2,7 milyon manat vəsaitlə 313 yeni yeri yaradılmışdır.

Ümumi məhsul istehsalında qeyri- dövlət sektorunun xüsusi çəkisi 5,5 faiz olmuşdur ki, bu da əvvəlki ilə nisbətən çoxdur. Hazırda rayonda 7 sənaye müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrin respublika iqtisadiyyatında da xüsusi çəkisi vardır. Yeni sənaye sahələrinin yaradılması məqsədilə rayonun mövcud potensialını təhlil edib yeni təkliflər hazırlayırıq.

Ötən il aparılmış abadlıq-quruculuq işləri Goranboy şəhərinin simasını daha da gözəlləşdirmiş, sakinlərin rahatlıq və istirahət imkanlarını yüksəltmişdir. Heydər Əliyev Parkında müasir memarlıq üslubunda yaradılmış üçmərtəbəli Heydər Əliyev Mərkəzinin tikintisi başa çatmış, binanın qarşısında ümummilli liderin abidəsi ucaldılmışdır. Mərkəzin ərazisində müasir işıqlandırma sistemi quraşdırılmış, yaşıllıq zolağı salınmış, avtomatik suvarma qurğusu quraşdırılmışdır. 200 metr məhəccər inşa edilmiş, yağış sularının axıdılması üçün kollektor şəbəkəsi tikilmiş, həyətə beton plitə döşənmişdir.

Mədəniyyət və istirahət parkının özü də yenidən qurulmuş, burada 2 fəvvarə və təntənəli üslubda giriş qapısı tikilmişdir. Dediyim kimi,  rayonumuza səfərində cənab Prezident mərkəzin açılışında iştirak etdi, ərazidə yaradılmış abadlıqla tanış oldu.

Şəhərin 3 izdihamlı ərazisində ulu öndər Heydər Əliyevin fotoabidəsi inşa edilmişdir.

Nizami Gəncəvi adına istirahət parkının 4 hektarlıq ikinci hissəsinin tikintisi başa çatmışdır. “Goranboyotelinin yanında memarlıq üslubunda parka giriş qapısı tikilmişdir. Əhalinin istirahəti üçün yeni əyləncə yerləri, “Şəlalə” kompleksi inşa edilmişdir. Parkda geniş yaşıllıq zolağı salınmış, çoxlu ağacgül kolları əkilmiş, yeni suvarma xətti çəkilmiş, xüsusi gecə görüntüsü yaratmaq üçün işıqlandırma sistemi quraşdıırlmış, 3 ədəd fəvvarə  təmir edilmişdir.

Prezident İlham Əliyevin tapşırığı ilə Goranboyda da Olimpiya idman kompleksininregional kənd təsərrüfatı idarəsi üçün inzibati binanın tikintisinə başlanmışdır. Keçən il Böyük Vətən və Qarabağ müharibələrində həlak olanların xatirə kolmpleksində yenidənqurma işləri aparılmışdır.

Təhsil şöbəsinin qarşısındakı yol dairəsi yenidən qurulmuş, ərazidə gül- çiçək əkilmiş, işıqlandırma sistemi qurulmuş, saat qülləsi inşa edilmişdir. Ağcakənd istiqamətindən şəhərə girişdə giriş qapısı tikilmiş, ərazidə 600 Eldar şamı, 220 dekorativ ağac əkilmiş, 4000 kvadratmetr sahədə yaşıllıq zolağı salınmışdır. Goran istiqamətindən giriş qapısının ətrafında da yenidənqurma işləri başa çatmışdır. Bu ərazidə ikitərəfli yol çəkilmiş, xüsusi yaşıllıq zolağı salınmış, işıqlandırma və avtomatik suvarma sistemi quraşdırılmışdır.

Avtobaza dairəsindən “Goranboy” otelinə qədər məsafədə, Heydər Əliyev prospektində, Cəfər Cabbarlı, Dədə Qorqud küçələrində, Ağcakənd istiqamətindən girişdə yol genişləndirilmiş, ikitərəfli yolun tikintisi başa çatmış və həmin ərazilərə müasir işıqlandırma dayaqları qoyulmuşdur. Ümumilikdə, küçələrə 15 min 600 metr bordür düzülmüş, 8 min 500 kvadratmetr piyada yolu çəkilmişdir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün altımərtəbəli yaşayış binası istifadəyə verilmiş, 54 ailə mənzillə təmin olunmuşdur. Bu qəbildən olan 12 ailə üçün fərdi evlərin tikintisinə başlanmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli sərəncamına əsasən 2014-cü il yanvarın 1-dək uçota alınmış, qeyd edilən qəbildən olan ailələr 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərlə təmin ediləcəkdir.

Goranboy şəhərinin içməli sukanalizasiya sisteminin yenidən qurulması” layihəsi başa çatmış, evlərə smart-kart tipli sayğaclar qoyulmuşdur. Kəmər boyu yerləşən 17 yaşayış məntəqəsi də bu kəmər vasitəsilə içməli su ilə təmin edilmişdir.

Ölkə rəhbərinin tapşırığı ilə təmas xəttində yerləşən Tap QaraqoyunluTap kəndlərinin problemlərinin həlli istiqamətində işlər ötən il davam etdirlmişdir. Murov-Goranboy su kəmərindən kəndə, o cümlədən evlərə su xətti çəkilmişdir. Xeyir-şər evi tikilmişdir. Əsgər-Ana abidə kompleksi inşa edilmişdir. Kənd qəbristanlığının ətrafına 840 metr hasar çəkilmişdir. Naftalan-Tap Qaraqoyunlu avtomobil yoluna yeni asfalt örtük salınmışdır.

Son illər rayonda yol tikintisi sahəsində xeyli görülmüşdür. 22,5 kilometrlik Dəliməmmədli – Həmənli, 7,5 kilometrlik Səmədabad – Əhmədabad, 5 kilometrlik Dəliməmmədli – Fəxralı, 7  kilometrlik GoranGoranboy yolu, 3,3 kilometrlik, magistral yoldan, Nadirkənd kəndindən keçməklə dövrələmə yol asfalt-beton örtüklə yenidən tikilmişdir.

Möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə hazırda 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən 38 kilometr uzunluğunda Goranboy – Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi aparılır. Yol tikintisinin davam etdirilməsi üçün dövlət başçısının sərəncamı ilə 7,2 milyon manat vəsait ayrılmışdır. Artıq Qaraçinar kəndinədək 25 kilometr yola asfalt-beton örtük salınmışdır.

AzKİL təşkilatı ilə birlikdə Zeyvə, Qarqucaq, Hacallı, Şəfibəyli, Səmədabad, Xəsədərli, Yolqullar, Qaraçinar, Xınalı, Todan kəndlərində 49 kilometr kənddaxili yollar təmir edilmişdir. Nəqliyyat Naziri Ziya Məmmədov 2014-cü il fevralın 28-də Goranboy rayonunda vətəndaşları qəbul edərkən Sarov kəndinin bir qrup sakini Dəliməmmədli – Sarov avtomobil yolunun təmiri ilə bağlı müraciət etmişdi. Nazirin tapşırığı əsasında həmin yola qısa müddətdə asfalt-beton örtük salınmışdır.

Hazırda kəndlərarası avtomobil yollarından daha ciddi ehtiyac olan Dəliməmmədli-Muzdurlar – Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı aparılır. Yaxın vaxtlarda bu məsələ müsbət həll ediləcəkdir. Digər kəndlərarası yolların və körpülərin tikintisi ilə bağlı məsələ qaldırılmışdır.

Sosial-mədəni və xidmət  sahələrində əldə olunmuş uğurlardan danışan başçı dedi ki, son illərdə məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Son 5 ildə rayonda 4720 yerlik 24 məktəb və 2 əlavə tədris korpusu tikilmiş, 1920 yerlik 8 məktəb əsaslı təmir edilmişdir. Hər biri 180 şagird yerlik Xınalı, Qarasuçu, Yenikənd kənd tam ortaGoran qəsəbə ümumi orta məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilmişdir.

140 yerlik Aşağı Ağcakənd qəsəbə, 320 yerlik Borsunlu kənd 2 saylı tam orta məktəbləri əsaslı təmir edilmiş, məktəblərin inventar və avadanlıqla təchizatı xeyli yaxşılaşdırılmışdır. 78 adda 83 min 150 nüsxə dərslik və metodiki ədəbiyyat alınmışdır. Hazırda 600 ədəd kompüter şagirdlərin istifadəsindədir ki, bu da hər 23 şagirdə 1 kompüter deməkdir. Məktəblərdən 36-sı internet şəbəkəsinə qoşulmuşdur.

Ötən il Xınalı kəndində yeni uşaq bağçası açılmışdır. Boluslu, Xan Qərvənd kənd və Qızılhacılı qəsəbə 2 saylı uşaq bağçaları əsaslı təmir edilmişdir. Hazırəhmədli kənd uşaq bağçasında əlavə 2 otaq inşa edilmişdir. Nərimanlı kənd uşaq bağçası qəzalı vəziyyətdə olduğundan müvəqqəti olaraq başqa binaya köçürülmüşdür. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboy şəhərində 100 yerlik yeni uşaq bağçasının tikintisinə başlanmışdır. Bu il şəhər 3 saylı uşaq bağçasında bərpa-gücləndirmə və əsaslı təmir işləri aparılacaqdır.   

Rayon Mərkəzi Xəstəxanasının poliklinikası və Səfikürd həkim məntəqəsi təmir edilmiş, inventartibbi avadanlıqlarla təchizat, imtiyazlı xəstələrin dərmanla təminatı yaxşılaşmışdır. Bunun nəticəsidir ki, son illərdə belə xəstələr arasında ölüm halları azalmışdır. Fevral ayının 2-dən əhalinin dispanserizasiyasına başlanmış, tədbir mayın 1-də başa çatdırılacaqdır.

Rayonda rabitə xidmətinin həcmi artmaqdadır. Bütün yaşayış məntəqələri telefonlaşmışdır. İl ərzində 1000, o cümlədən kənd və qəsəbələrdə 496 abonentə yeni telefon çəkilmiş, abunəçilərin sayı 15 min 199-a çatmışdır. Nərimanlı kəndində 208, Aşağı Ağcakənd qəsəbəsində 150 nömrə tutumu olan EATS istifadəyə verilmişdir. Veyisli kəndi yaxınlığında salınmış qəsəbədə 512 nömrə tutumlu EATS quraşdırılmışdır. 35 ATS-dən 33-də genişzolaqlı internet avadanlıqları quraşdırılmış, 4007 abunəçi bu xidmətdən istifadə edir

Mədəniyyət müəssisələrinin maddi bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən söz açan Nizaməddin Quliyev qeyd etdi ki, keçən il Mərkəzləşmiş Kitabxana Sistemində bərpa işləri aparılmış, Tarix-Diyarşünaslıq Muzeyi yeni binaya köçürülmüşdür. Hazırəhmədli kənd mədəniyyət evinin əsaslı təmiri başa çatmaq üzrədir. Şəhər Mədəniyyət evi, Qaraçinar, Qaradağlı kənd mədəniyyət evləri, 6 kitabxana filialı əsaslı təmir edilmiş, Şahməmmədli kitabxana filialı yeni binaya köçürülmüşdür. Rayonda turizm sahəsi də sürətlə inkişaf edir. “Gülüstan” ərazisində ötən il 2 turizm-istirahət obyekti istifadəyə verilmişdir. Mədəniyyət və Turizm Nazirliyi ilə Avropa Birliyi arasında bağlanmış müqaviləyə əsasən, rayonda turizm üçün əlverişli olan ərazilərin xəritəsi hazırlanmış, həmin yerlərin turizm zonası elan olunması üçün aidiyyəti dövlət qurumlarına təqdim olunmuşdur. Ötən il turizm-istirahət mərkəzlərindən 8 mindən çox insan istifadə etmişdir. Hazırda rayonda Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında müasir tələblərə cavab verən 4 otel fəaliyyət göstərir.

Rayon rəhbərinin verdiyi məlumatlara əlavə olaraq öyrəndik ki, 2014-cü ildə Goranboy şəhərinin 58-ci yaşayış massivində küçələrə 17 min 950 kvadratmetr, V.Bayramov, C.Cabbarlı və N.Nərimanov küçələrinə isə 52 min kvadratmetr asfalt- beton örtük salınmışdır. S.Civəzadə küçəsində 5, 9 və 11 saylı 2 mərtəbəli yaşayış binalarının dam örtüyü müasir formada yenidən qurulmuşdur. 15 saylı yaşayış binasının fasadı dekorativ materialla üzlənmişdir. Heydər Əliyev prospektində 2 mərtəbəli yaşayış binasının həyətində sakinlərin istirahəti üçün əyləncə yeri tikilmişdir. C.Cabbarlı küçəsində 4 saylı binada daxili su xətləri çəkilmişdir. Şəhər avtovağzalı üçün yeni inzibati bina, müasir ticarət  mərkəzi və yeni çörək zavodu da inşa edilmişdir.

Keçən il rayon mərkəzi ilə yanaşı, digər yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davam etdirilmişdir. Aşağı Ağcakənd qəsəbəsində, Tatarlı, Qarqucaq, Zeyvə, Balakürd və Nərimanlı kəndlərində giriş qapısı inşa edilmişdir.  Əzizbəyov kəndində meyvə-tərəvəz saxlamaq üçün tutumu 22 ton olan soyuducu anbar tikilir.

Nadirkənd kəndində klub binasının tikintisi başa çatmaq üzrədir. Yaxın vaxtlarda yeni dəyirmanın tikintisinə başlanacaqdır. Aşağı Ağcakənd qəsəbəsində, Rəhimli, Gürzallar, Yenikənd, Xəsədərli, Əzizbəyov, Quşçular, Muzdurlar, Kələk, Yolpaq, Əhmədabad, İrəvanlı, Xınalı, Alpoud kəndlərində və Borsunlu kəndinin Qazaxlar yaşayış massivində 15950 metr içməli su xətləri çəkilmiş, 700-dən çox ev içməli su ilə təmin edilmişdir. Qazanbulaq qəsəbəsinə, Nadirkənd kəndinə və Veyisli kəndi yaxınlığındakı qəsəbəyə yeni içməli su xəttinin çəkilişi layihəsinin icrasına başlanacaqdır.

Əkin sahələrinin suya tələbatının yaxşılaşdırılması məqsədilə ötən il 15 subartezian quyusu qazılmış, 10-u bərpa edilmişdir. 2015-ci ildə zəruri ehtiyac olan 13 yaşayış məntəqəsində 20 subartezian quyusu qazılacaqdır.

 “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində oktyabr-noyabr aylarında 4600 ədəd ağac əkilmişdir. Bu tədbirlər cari ildə də davam etdiriləcəkdir.

Goranboydan ötən il qazanılmış uğurlar barədə əfraflı məlumatdan doğan xoş əhvalla ayrıldıq. Davam etdirilən quruculuq işlərinin miqyası və sürəti belə bir əminlik yaradır ki, goranboylular 2015-ci ili də nailiyyətlər ilinə çevirəcəklər.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2015.- 15 fevral.- S.6.

 

.