Prezident İlham Əliyev:

Avropa ilə əməkdaşlıq prioritetdir

 

Azərbaycanın  açıq, prinsipial, ədalətə və beynəlxalq hüquqa söykənən xarici siyasəti ölkəmizin dünya birliyindəki reytinqini getdikcə yüksəldir. Respublikamız artıq  regional və qlobal məsələlərin həllində xüsusi rola malikdir. Hazırda  gündəmdə olan bir sıra beynəlxalq məsələlərlə bağlı Azərbaycanın mövqeyi, gələcək strateji planları və perspektivləri beynəlxalq aləmin diqqət mərkəzindədir.

 

Beynəlxalq aləmdə yaranmış gərgin vəziyyətlə əlaqədar bir sıra dövlət rəsmiləri  mövqe bildirməkdən çəkinirlər. Ancaq Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir, beynəlxalq aləmdə baş verən hadisələrə həssaslıqla yanaşır və obyektiv münasibət sərgiləyir. Bu zaman ölkəmizin milli maraqları ilə yanaşı, beynəlxalq hüququn norma və prinsipləri də əsas götürülür. Dövlətimizin başçısı da ən yüksək tribunalardan dəfələrlə bəyan edib ki, bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır. Bəzi beynəlxalq məsələlərlə bağlı dünya ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən çəkinir. Ancaq Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir.

Azərbaycanın açıq mövqe nümayiş etdirməsinə şərait yaradan əsas amil heç bir ölkədən nə iqtisadi, nə də digər sahələrdə asılılığının olmaması ilə bağlıdır. Prezident İlham Əliyev bu məqama da toxunaraq qeyd edib ki, “bizim çox güclü maliyyə vəziyyətimiz müstəqil siyasətimizi şərtləndirir. Çünki iqtisadi cəhətdən azad olan, heç kimdən asılı olmayan ölkə beynəlxalq aləmdə öz sözünü daha da qətiyyətlə deyə bilir.

Hadisələrin gedişi də təsdiqləyir ki, beynəlxalq aləmdə sərgilənən qətiyyətli mövqe Azərbaycana böyük rəğbət yaradır. Dünya birliyində ölkəmizə qarşı yaranan belə müsbət yanaşma  imkan verir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlarda anoloji qətnamələrin qəbulunu tələb etsin. Eyni zamanda, Ermənistana qarşı  sərt təzyiq vasitələrinin tətbiq olunmasına nail olmaq imkanlarının işartıları da görünməkdədir. Əslində, işğalçı Ermənistana qarşı sərt təzyiq vasitələri, beynəlxalq sanksiyalar  çoxdan  tətbiq olunmalı idi. Çünki artıq dünya birliyinə də məlumdur ki, Ermənistan  iyirmi ildən artıqdır Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20 faizini işğal altında saxlayır. Dövlətimizin başçısı da bu məsələdən danışarkən sərt şəkildə bildirib: “Nə üçün qondarma Dağlıq Qarabağ respublikasının rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Niyə onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə, biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq”.

Bir sıra beynəlxalq təşkilatların, xüsusilə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin açıq şəkildə ikili standartlar nümayiş etdirməsi işğalçı Ermənistanı getdikcə həyasızlaşdırır. Məhz bunun nəticəsidir ki, Ermənistan silahlı qüvvələri tərəfindən, demək olar ki, hər gün atəşkəs pozulur, günahsız insanlar qətlə yetirilirdinc sakinlərin həyat tərzi pozulur.  Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən  ATƏT-in Minsk qrupunun həmsədrləri, təəssüf ki, bu ədalətsizliyə və beynəlxalq hüququn normalarının kobud surərtdə pozulmasına hələ də göz yumurlar. Üstəlik, işğalçı dövlətə maliyyə yardımı da edirlər. Məsələn, bir neçə il əvvəl Rusiya Ermənistana əvəzsiz olaraq 1 milyard dollar dəyərində silah-sursat vermişdir. Digər həmsədr ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə və Azərbaycanın 20 faiz ərazisini 20 ildən artıqdır ki, işğal altında saxlayan Ermənistana maliyyə yardımı göstərməsi ikili standartların və ədalətsizliyin  bariz nümunəsidir. Postsovet məkanındakı digər münaqişələrlə bağlı fərqli mövqe sərgiləyən, Gürcüstan, Moldova, Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən və separatçı rejimlərə qarşı nəinki maliyyə yardımı göstərməyən, hətta onlara qarşı sərt sanksiyalar qərarı verən Vaşinqtonun Qarabağ ermənilərinə və işğalçı Ermənistana tam fərqli münasibət bəsləməsi qəbuledilməzdir.

Artıq ABŞ-ın Minsk qrupunun həmsədr ölkələrindən biri olmasına qarşı haqlı etirazlar eşidilir. Bu da səbəbsiz deyildir. Ötən illərə nəzər salsaq şahidi olarıq ki, ABŞ “Dağlıq Qarabağ respublikası”na Azərbaycandan üç dəfə çox yardım edib. Bu yaxınlarda ABŞ-da irqçilik əleyhinə yürüşlər keçirilərkən  Prezident  Barak Obama dedi ki, bu, bir mentalitet məsələsidir. Başqa ölkələrə gəldikdə isə mentalitet nəzərə alınmır. Bu da onu göstərir ki, ev ikili standartlardan hələ də əl çəkmək istəmir.  Bu gün ABŞ yeganə dövlətdir ki, qondarma Dağlıq Qarabağ respublikasına maliyyə dəstəyi göstərir. Ermənistan mətbuatı yazır ki, ABŞ qondarma Dağlıq Qarabağ respublikasına 2 milyard dollar maliyyə vəsaiti ayırıb. Azərbaycan ABŞ tərəfindən 907-ci düzəlişin tətbiqi ilə sanksiyaya məruz qalıb. Halbuki regionda sanksiyaya məruz qalacaq yeganə ölkə Ermənistandır. Belə vəziyyətdə ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı bir uğura imza atacağı  inandırıcı görünmür. Xatırladaq ki, ABŞ BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsvermə zamanı neytral mövqe sərgiləyib. Bu, Minsk qrupunun həmsədr ölkəsi üçün yolverilməzdir.

ABŞ-ın  ATƏT-in Minsk qrupunun həmsədri və dünyada haqq-ədalətin tərəfdarı kimi bölgədəki siyasətində açıq-aşkar ermənipərəst mövqeyri sərgiləməsi bu ölkənin obyektiv siyasətinə şübhələr doğurur. ev rəsmiləri həmişə bəyan edirlər ki, bizim əsas hədəfimiz terrora qarşı mübarizədir. Amma özləri terrorçu Ermənistanı müdafiə edirlər. Biz Azərbaycan sərhədlərini pozan Ermənistan hərbi  helikopterinin Milli Ordumuz tərəfindən məhv edilməsi zamanı da bunun şahidi olduq. Azərbaycan ərazisinə helikopterlə hücum edən ermənilərin məhv edilməsi ABŞ-ı, Avropanı, xüsisilə də ATƏT-in Minsk qrupunu xeyli narahat etmişdi. Narahatlıqdan hətta o qədər başlarını itirmişdilər ki, bütün beynəlxalq qanunlara görə Azərbaycan torpağı sayılan helikopterin düşdüyü yerineytral ərazi” adlandırmışdılar.

Azərbaycanın ATƏT-in Minsk qrupunun bu cür absurd bəyanatına etiraz etməsi nəticəsində  üçlük” yaydığı bəyanatda dəyişiklik etdi. Ancaq bu dəyişiklikdə də Ermənistanın xətrinə dəymədilər: “neytral ərazi” yaşayış olmayan" ifadəsi ilə əvəz edildi. Sözsüz ki, bunu Azərbaycan diplomatiyasının uğuru saymaq olar. Çünki ikili standartlar dünyasını idarə edənləri bu cür dəyişikliyə vadar etmək elə də asan deyil. Təəssüf edirik ki, Ukraynanın cənub-şərqindəki DonetskLuqansk vilayətlərinin silahla ələ keçirilməsini işğal adlandıran ATƏT 20 ildən artıqdır ki, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamasını hələ də görmürQarabağ məsələsində qəti və obyektiv mövqe ortaya qoymur.

Bütün bunları görməzlikdən gələrək, işğalçıya və işğala məruz qalana eyni gözlə baxmaq riyakarlıq deyilmi?  Görəsən, əl-Qaidə terrorçularının idarə etdiyi helikopter ABŞ, Avropaya Rusiya ərazilərinə soxulsaydı, həmin ölkələrin hərbçiləri  onu vurmazdılarmı?

ATƏT-in Minsk qrupu həmsədrlərinin vaxtaşırı yaydıqları bəyanatlara artıq bişmiş toyuğun da gülməyi gəlir. Çeynənmiş söz yığınından ibarət olan belə bəyanatlar Minsk qrupunun 20 ildir ki, vaxtını boş və mənasız yerə sərf etməsindən xəbər verir. Bu baxımdan Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi  Əli Əhmədovun açıqlaması diqqət çəkir: “ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə bölgəsinə tez-tez səfər edirlər. Bu səfərlər o qədər adiləşib ki, xalq arasında ”turist səfərləri" adı alıb. Biz həmsədrlərin səfərlərinin əleyhinə deyilik, qoy səfər etsinlər. Ancaq münaqişənin həlli üçün real addımlar atsınlar. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təcavüzkar, işğalçı öz adı ilə çağırılmalıdır. Beynəlxalq güclər, özəlliklə Minsk qrupunun həmsədri olan dövlətlər Ermənistandan təcavüzə son qoymağı, Azərbaycanın torpaqlarını boşaltmağı tələb etməlidir. Əks halda vasitəçiliyin heç bir səmərəsi olmayacaq".

Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən yüksək tribunalarından ATƏT rəsmilərindən, həmçinin, beynəlxalq birlikdən təcavüzkara adekvat təzyiq göstərilməsini tələb edir. Bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində çıxışı zamanı da bu məsələni yenidən gündəmə gətirən dövlət başçımız deyib ki, bizim timsalımızda Ermənistan və Azərbaycan arasında münaqişənin 20 ildən çox tarixi var. Bu münaqişə hətta Sovet İttifaqı dağılmamışdan əvvəl başlamış və dağılandan sonra daha da kəskinləşmişdir. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə nəticələnmişdir. Ərazilərimizin 20 faizi işğal altındadır və Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ zəbt olunub. Dağlıq Qarabağdan bütün azərbaycanlılar zorla çıxarılıb. 700 min nəfər əhalinin yaşadığı 7 ətraf rayon da Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə hər şey məhv edilibbiz hər hansı bir nəticə əldə etmədən 20 ildən çoxdur ki, danışıqlar aparırıq. ATƏT bu məsələ ilə məşğul olur. ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün - Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu adlı xüsusi qrupu var. İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin heç bir nəticə hasil olunmayıb.

Dövlətimizin başçısı Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiqlərin olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, digər ölkələr üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib. Təcavüzkara adekvat təzyiq göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması bizim bu gün üzləşdiyimiz real vəziyyətə gətirib çıxarıb. Çünki Ermənistan əsasən asılı olan ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə bilmirlər və hətta onların dövlətçiliyi belə sual altındadır. Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz. Onlara dəstək əsasən Minsk qrupuna həmsədrlik edən ölkələr tərəfindən göstərilir. Bu da paradoksdur. Biz burada ikili standartları görürükbu məsələ bizi məyus edir.

Ölkəmizin rəhbəri deyib ki, postsovet məkanındakı bütün münaqişələrə eyni münasibət göstərilməlidir. Azərbaycanın ərazi bütövlüyü indi hər kəsin haqqında danışdığı Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir.

Azərbaycan Prezidenti  2010-cu ilin dekabrında Astanada  ATƏT-in VII sammitində və ötən il ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyasının açılış mərasimindəki çıxışlarında da beynəlxalq birliyin bu ədalətsizliyə son qoymasını tələb edib.  Ölkə başçısı Astanadakı çıxışı zamanı sammit iştirakçılarının diqqətini regiondakı təhlükəsizlik məsələlərinə cəlb edərək deyib ki, Ermənistan ilə Azərbaycan arasında hazırkı silahlı münaqişə beynəlxalq və regional sülh və sabitliyə əsas təhdid olaraq qalır. Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyon azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan nəinki Dağlıq Qarabağı, o cümlədən Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Ermənistan şəhər və kəndlərimizi, evlərimizi və müqəddəs yerlərimizi, ulu babalarımızın məzarlarını və məscidlərimizi dağıtmışdır. Onlar hərbi cinayətlər və Xocalıda soyqırımı törətmişlər və orada yüzlərlə mülki şəxs yalnız azərbaycanlı olduğuna görə Ermənistanın silahlı qüvvələri tərəfindən məhv edilmişdir. Xocalının günahsız qurbanları arasında 100-dən artıq uşaq olmuşdur. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. O, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir. Bu gün Ermənistan işğal edilmiş ərazilər üzərində nəzarəti saxlamaq və məcburi köçkünlərin öz evlərinə qayıdışına mane olmaq məqsədilə gücdən istifadə edir.Dövlətimizin başçısı vurğulayıb ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılmışdır, danışıqlar təxminən 20 ildir ki, aparılır, lakin heç bir nəticə yoxdur.

Eyni fikirlər və tələb ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında da irəli sürülüb. BMT-nin, ATƏT-in Azərbaycanın işğal olunmuş torpaqları, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarına Ermənistanın məhəl qoymadığını sessiya iştirakçılarının diqqətinə çatdıran dövlət başçısı demişdir: “Həmsədrlər bildirirlər ki, status-kvo dəyişməlidir. Yəni torpaqlar işğaldan azad edilməlidir. Ermənistan buna məhəl qoymur. Münaqişənin ərazi bütövlüyünə əsaslanaraq həlli ilkin şərtdir. Öz müqəddəratını təyin etməyə gəlincə, Helsinki prinsiplərinə görə bu, ərazi bütövlüyünə zidd olmamalıdır. Ermənilər bir dəfə öz müqəddəratlarını müəyyən ediblər, niyə ikinci dəfə Azərbaycan torpaqlarında ikinci dövlət yaratmalıdırlar? Axı indiki Ermənistan da Azərbaycan ərazisində yaradılıb”.

Azərbaycan Prezidenti Avropa ilə əməkdaşlığı prioritet hesab edirbu əməkdaşlığın bütün beynəlxalq təşkilatlarla yüksək səviyyədə davam etdiriləcəyini bildirir.

Sonda qeyd edək ki, Azərbaycan ictimaiyyəti ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır.  Hər birimiz istərdik ki, ATƏT-in Minsk qrupunun  vasitəçiliyi ilə irəliləyiş əldə olunsun. Təəssüf ki, bu irəliləyişi görmürük. Ancaq ümid edirik ki, Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət bu ədalətsizliyin aradan qaldırılmasına öz təsirini göstərəcək.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2015.- 22 fevral.- S.1.