Cənub qaz dəhlizinin Məşvərət Şurasının

ilk yığıncağı: siyasi iradə və milli maraqlar

 

Cənub qaz dəhlizi Məşvərət Şurasının birinci iclasının Bakıda keçirilməsi ölkəmiz üçün çox mühüm tarixi hadisəyə çevrildi. İlk iclasda dünyanın ayrı-ayrı ölkələrindən gələn enerji nazirlərinin və vəzifəli şəxslərin iştirak etməsi Azərbaycanın  qüdrətli bir ölkə olmasını bir daha təsdiqlədi.

 

Cənub qaz dəhlizi layihəsi təchizatın təhlükəsizliyi, marşrutların və mənbələrin şaxələndirilməsi, eləcə də İtaliyaAvropa bazarlarında rəqabət aparan bir sıra qaz təchizatçılarının sayının artırılmasının təmin edilməsi işinə xidmət edəcək. Bununla bağlı İqtisadiSosial İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri namizədi Vüqar Bayramov söhbət zamanı dedi:

– Ötən həftə Cənub qaz dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə dövlət başçımız  cənab İlham Əliyev bildirdi ki, 2013-cü ildə Trans Adriatik boru kəməri Avropaya əsas ixrac marşrutu kimi seçilib və 2014-cü il sentyabrın 20-də isə Cənub qaz dəhlizinin təməlqoyma mərasimi Bakıda keçirilib. Bu, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra baş verib... Artıq Azərbaycanda və qonşuluqda yaradılan həmin mühüm elementlər olmadan bu gün Cənub qaz dəhlizi layihəsi yalnız yaxşı bir ideyaya istək kimi səslənərdi. Lakin hazırda bu layihə  həyata keçirilmə mərhələsində olan layihədir.

Xatırladım ki, dünya tarixində ən böyük sərmayə qoyulacaq Cənub qaz dəhlizi Azərbaycan mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını təmin edəcək. İlkin qiymətləndirməyə əsasən, sərmayənin həcmi 45 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək.

Uzunluğu 870 kilometr olacaq Trans Adriatik Qaz Kəməri (TAP) “Şahdəniz” yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 milyard ABŞ dollarına bərabərdir. TAP layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İkinci mərhələdə Avropaya nəql olunacaq mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Hazırda layihənin 3 səhmdarı var. Bu, İsveçrənin “Axpo” (42,5 faiz), NorveçinStatoil” (42,5 faiz) və Almaniyanın “E.ON Ruhrgas” (15 faiz) şirkətləridir.

TAP “Nabuccodan 450 kilometr qısadır və deməli, iqtisadi baxımdan daha rentabellidir. “Nabuccoda “West”ə nisbətən kəmərin inşaat xərcləri xeyli az olacaq. Azərbaycan artıq öz qazını birbaşa Avropa bazarına  bazar qiymətləri ilə çıxara biləcək. Bu isə ölkənin bir bazardan asılılığının aradan qalxması anlamına gəlir. Odur ki, TAP anlaşması Azərbaycan üçün həm də siyasi-diplomatik əhəmiyyət daşıyır.

Anlaşmadan birmənalı şəkildə udan tərəflər, eyni zamanda, qonşu Türkiyə və Gürcüstandır. Türkiyə TANAP-a sahib olmaqla, TAP-a daev sahibliyi” edəcək, ölkənin bu layihədən öz daxili ehtiyacları üçün faydalanmaq imkanı yaranacaq. Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Gürcüstan yenə də tranzit ölkədir və TAP çərçivəsində qoyulacaq 45 milyard dollar sərmayənin 25 milyard dollardan çoxu Azərbaycan və Gürcüstan iqtisadiyyatına yönəldiləcək. Beləliklə, bu anlaşma Azərbaycan üçün sadəcə iqtisadi mənfəət baxımından deyil, eyni zamanda, strateji cəhətdən də kifayət qədər əhəmiyyətlidir.

Onu da deyim ki,  sözügedən anlaşmanın Azərbaycanın dövlət gəlirlərinin uzun  müddətdə təmin edilməsi baxımından strateji  əhəmiyyəti var. Belə ki, ilkin qiymətləndirmələrə əsasən, ölkəmizin “Şahdəniz” yatağının birinciikinci fazasının işlənilməsindən əldə etdiyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaq. Bu isə dövlətin və eləcə də ölkə əhalisinin iqtisadi gəlirlərinin kəskin artması cəhətdən ciddi maliyyə ehtiyatının  yaranması deməkdir.

“Şahdəniz” yatağından ikinci faza qazı Türkiyə və Avropa bazarlarına 2018-ci ildən başlayaraq daxil olacaq. Nəticədə isə Azərbaycanın enerji resurslarının satışından əldə etdiyi gəlirlər sabit şəkildə tənzimlənəcək. Qaz satışından gələn gəlirlərin sabit şəkildə artması, eyni zamanda, Hasliatın Pay Bölgüsü üzrə neft ixracının mərhələli aşağı düşməsi iqtisadiyyata mənfi təsirlərin qarşısını alacaq. Başqa sözlə, sözügedən anlaşma mərhələli olaraq Azərbaycanın neft dövrünün uzunmüddətli qaz dövrü ilə əvəzlənməsinə əlverişli şərait yaradacaq.

Azərbaycan bu anlaşma ilə  müstəqilliyinin daim təmin edilməsi üçün bir daha yeni zəmin formalaşdırdı. Belə ki, ölkəmizin mavi qazının Avropa bazarlarına çıxarılmasına qarşı kifayət qədər xarici təzyiqlər var idi. Praktik olaraq, Azərbaycan  Xəzər hövzəsində Avropa Birliyi ilə danışıqlarda sonadək öz mövqeyini qoruyub saxlayan yeganə dövlət oldu. Avropa Birliyinin Türkmənistan ilə apardığı uzun sürən danışıqlara baxmayaraq, Cənub qaz dəhlizində rəsmi Aşqabadın iştirakını reallaşdırmaq mümkün olmadı. Buna rəğmən, Azərbaycan həm TANAP, həm də TAP-ın gerçəkləşməsinə nəinki töhfə verdi, hətta bu prosesdə birbaşa iştirak etdi. Bax, elə buna görə də ölkəmizin müstəqil qərarı  Azərbaycanın regionda müstəqil fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər.

Bu qərar Avropanın enerji təhlükəsizliyinə həm müsbət təsir göstərəcək, həm də onun  Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 21 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, “Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan, 98 faiz asılı olan Macarıstan da TAP-dan yararlanan ölkələr olacaqlar. Ümumilikdə TAP Avropanın Mərkəzi Şərqində, eləcə də cənubi Avropada enerji təhlükəsizliyinin formalaşmasına müsbət təsir göstərəcək.  Azərbaycan üçün TAP, eyni zamanda, rentabelliyi təmin edilmış layihədir. Bu da onun çəkiliş xərclərinin daha az olmasına şərait yaradır. Rentabellik baxımından bu, olduqca vacibdir. Yəni, tikinti xərclərinin az olması layihənin daha rentabelli işləməsini şərtləndirən amildir.

Azərbaycan üçün bunun iqtisadi üstünlüyü ondan ibarətdir ki, ölkəmiz TAP layihəsi vasitəsilə daha bahalı, qiymətlərin daha yüksək olduğu bazara çıxış imkanı qazanır. Nəzərə almaq lazımdır ki, TAP İtaliyanın qaza olan tələbatına hesablanıb. Bu da Azərbaycana imkan verir ki, öz qazını daha yüksək qiymətə təklif edə bilsin. Digər tərəfdən, Azərbaycan TAP layihəsini reallaşdırmaqla birmənalı şəkildə bir neçə bazara qazını çıxarmaq imkanı qazanır. Buna misal olaraq, TANAP vasitəsilə Türkiyə, həmçinin Gürcüstan, Rusiya, eləcə də Avropanın digər dövlətlərinə, o cümlədən Albaniya, Baltik ölkələrinə, xüsusən də BosniyaHersoqovina, Bolqarıstan, Monteneqro, İtaliya bazarlarına çıxışı qeyd edə bilərik. Göründüyü kimi, TAP sayəsində Azərbaycanın bir bazardan asılılığı aradan qalxır.

Burada bir məqamı da xatırlatmaq istərdim. Bir müddət bundan əvvəl Prezident İlham Əliyev ölkəmizin mavi yanacaq strategiyasında yalnız Azərbaycanın maraqlarına uyğun olan qiymətlə qazın xarici bazarlara çıxarılmasına üstünlük veriləcəyini bəyan etmişdi. Bu baxımdan Azərbaycan TAP layihəsinə qoşulmaqla praktiki olaraq bu hədəfə çata bildi. Ən nəhayət, TAP imkan verir ki, Azərbaycan birbaşa, heç bir tranzit olmadan öz qazını Avropaya çıxarsın. Bu, Avropa bazarlarına ilk daxilolma sayılacaq. Bununla Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində regionda Avropanın enerji təhlükəsizliyinə töhfə verən ilk ölkə kimi tarixə düşəcək.

Azərbaycan Dövlət Neft Şirkəti TANAP-da əsas investor olmaqla yanaşı, TAP-da da aparıcı sərmayəçilərdən biri kimi iştirak edəcək. Bu isə təbii ki, Neft Şirkəti üçün yeni sərmayə imkanları və eləcə də yeni bazar deməkdır. Həmin investisiyaların rentabelli olması isə SOCAR-ın timasılında respublikamıza daxil olunan vəsaitlərin həcmini artıracaq.

Həhayət, TAP boru xəttinin çəkilməsi onun Azərbaycan da daxil olmaqla keçdiyi ölkələrdə yeni yerlərinin açılması deməkdir. Layihə çərçivəsində 30 min yeni yerinin yaradılması nəzərdə tutulur. Yeni yerlərinin əhəmiyyətli hissəsi ölkəmizin payına düşəcək. Bununla yanaşı, digər iştirakçı ölkələrin də məşğulluq sferası bu layihədən faydalana biləcək. Məsələn, layihə çərçivəsində Yunanıstanda 2 min yeni yerinin yaranması, bu ölkənin iqtisadiyyatına 1,5 milyard, Albaniya iqtisadiyyatına isə 1 milyard avro investisiya qoyulması, 1000-dən artıq yeni yerinin açılması gözlənilir.

Bütövlükdə, təsdiqlənmiş neft ehtiyatı 1,5 milyard ton, qaz ehtiyatı isə 2,55 trilyon kubmetr olan Azərbaycanın etibarlı tərəfdaş imiciAvropaya çıxış imkanları ölkəmizin əhəmiyyətini daha da artırır. İndiki imkanla Azərbaycan Avropa ölkələrinin ümumi qaz tələbatını 10 ilə yaxın bir müddətə ödəmək gücünə malikdir. Lakin respublikamızın ehtiyatları bununla bitmir. Çünki mütəxəssislər hesab edirlər ki, Xəzərin Azərbaycan sektorunda kəşf edilməmiş neft-qaz ehtiyatları hələ kifayət qədərdir. Digər mühüm məqam isə Xəzər regionunun enerji resurslarını Avropa bazarlarına Rusiyadan kənar keçməklə çıxaracaq ən optimal yolun məhz Azərbaycandan keçməsidir. Bu səbəbdəndir ki, Avropa Birliyinin Azərbaycanla apardığı müzakirələrdə və həyata keçirilməsi planlaşdırılan layihələrdə respublikamız sadəcə ixracatçı kimi deyil, həmçinin tranzit ölkə olaraq iştirak edir. Azərbaycanın qaz potensialı növbəti on ildən sonra ixracın həcmini təxminən 60 milyard kubmetrə qədər artırmaq imkanı yaradır.

Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir. Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq.

Azərbaycan milli suverenliyini qazandıqdan sonra təbii ki, karbohidrogen resurslarından ölkə maraqları naminə istifadə edilməsinə start verdi. Bu məqsədlə yeni ixrac marşrutları yaradılmalı, daha sağlam tərəfdaşlar seçilməli və dünya bazarlarına birbaşa çıxış təmin edilməli idi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum (BTƏ) boru kəmərlərinin işə salınması Azərbaycanın qlobal enerji bazarlarında statusunu möhkəmləndirməklə yanaşı, ölkəmizin Avropa dövlətləri ilə iqtisadi əlaqələrini də gücləndirdi. Ötən müddət ərzində Azərbaycan dünya bazarlarında etibarlı tərəfdaş imici formalaşdıraraq, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verdi.

Qeyd edək ki, bu gün “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. “Şahdəniz-2” layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2019-cı ildə gözlənilir. “Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək. Azərbaycan qazının Avropaya çatması 2020-ci ildə mümkün olacaq. “Şahdəniz-2” çərçivəsində qaz Türkiyəyə artıq 2019-cu ildə çatacaq.

Beləliklə, Azərbaycan yeni bir layihənin reallaşması üçün daha bir siyasi iradə nümayiş etdirdi. Bu layihə uzunmüddətli dövrdə Azərbaycanın dövlət gəlirlərinin formalaşmasında mühüm rol oynayacaq.

 

Söhbəti qələmə aldı:

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 22 fevral.- S.5.