“Bakı-2015”: Bu cür möhtəşəm

uğuru yalnız belə yüksək peşəkar

komanda ilə qazanmaq olardı

 

Müsahibimiz AMEA Fəlsəfə və Hüquq İnstitutu direktorunun elmi

işlər üzrə müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidovdur

 

— Bəhram müəllim, “Bakı-2015” idman yarışları barədə fikir və mülahizələrinizi bölüşməzdən əvvəl, zəhmət olmasa deyin: İdmanın milli dövlətçilik fəlsəfəsində yeri və əsas vəzifəsi nədən ibarətdir?

— Müstəqil Azərbaycan dövlətçiliyinin qurucusubaş memarı, ulu öndər Heydər Əliyev cəmiyyətin bütün sahələrinin, o cümlədən idmanın harmonik inkişafına böyük önəm verirdi. Dahi siyasətçi hesab edirdi ki, idman milli identikliyin təşəkkül tapmasında, milli şüurun formalaşmasında, ölkəmizin dünyada imicinin yüksəlməsində, ən başlıcası, torpağını, millətini qorumağı bacaran sağlam nəslin yetişməsində mühüm rol oynayır.

İdman sadəcə gücçevikliyi nümayiş etdirən yarış deyil, həm də sağlamlığın və fiziki  gözəlliyin rəhnidir. Müasir dövrdə sivil dövlətlər, ilk növbədə, çalışırlar ki, kütləvi idmanın davamlı inkişafına nail olsunlar. Azərbaycanda bu istiqamətdə son illər həqiqətən böyük işlər görülür. Məncə, ölkəmizin “Bakı-2015” yarışlarında 21-i qızıl olmaqla, 56 medal qazanaraq 50 dövlət arasında ikinci yer tutması məhz bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının sayəsində mümkün olub.

— Oyunlar böyük uğurla keçdi. Sizcə, bu uğur əsasən hansı amillərin hesabına mümkün oldu?

— Azərbaycan paytaxtında keçirilən birinci Avropa Oyunları çox yüksək səviyyədə baş tutdu. Bu uğurun əldə olunmasında adi, sıravi vətəndaşdan tutmuş dövlətimizin başçısına qədər hamının əməyi və payı var.  Bəli, dünyanı heyrətə gətirən 17 gün ərzində Azərbaycan vahid bir komanda halında işləyirdi. “Bakı -2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Təşkilat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, digər dövlət, hökumət və ictimai qurumların təmsilçiləri çox gərgin çalışaraq böyük tarixi nailiyyətə imza atdılar. Lakin bu faktı xüsusi olaraq vurğulamaq istəyirəm ki, “Bakı -2015”-ə hazırlıq, işin təşkili, yarışların keçirilməsi, bir sözlə, möhtəşəm açılış mərasimindən tutmuş əsrarəngiz bağlanışıdək hər şey dövlət başçımızın daimiümumi nəzarətində idi, başqa sözlə, vahid komanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlindəki “dirijor çubuğu” ilə idarə olunurdu. 

Bir məqamı da qeyd etmək istəyirəm. Azərbaycanda son illər ərzində bütün sahələrdə, o cümlədən idman təşkilatçılığı sahəsində çox istedadlı, səriştəli gənc kadrlar yetişib. Məhz onların yüksək intellekti, vətəndaşlıq təəssübkeşliyi hesabına  Bakıda sonrakı bütün Avropa Oyunları üçün yüksək standartlar müəyyən edildi. Bu cür möhtəşəm uğuru yalnız belə yüksək peşəkar komanda ilə qazanmaq olardı.

— Müasir dönəmdə idmanın qlobal siyasətə təsirini necə dəyərləndirirsiniz?

— “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq son müsahibələrinin birində deyib ki, Azərbaycanın müdrikxarizmatik lideri Prezident İlham Əliyev müasir dövrdə idmanın siyasətə böyük təsiri olduğunu avropalı həmkarları arasında hamıdan yaxşı bilir. Onun fikrincə, burada cənab İlham Əliyevin 1997-ci ildən Azərbaycanda Milli Olimpiya Komitəsinə rəhbərlik etməsinin də rolu var. Bəli, Avropada idman təşkilatçılığı sahəsində böyük nüfuza sahib olan həmin Kleq haqlı olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin Oyunların təşkilində böyük köməyi olub.

Azərbaycan lideri cəmiyyətdə idmanın səfərbəredici və təşviqedici rolunu gözəl bilir.  O, öz xalqının milli mənafeyini nəzərə alaraq, Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsi təşəbbüsündə bulundu. Dövlətimizin başçısının müdrik və uzaqgörən siyasəti nəticəsində bu möhtəşəm tədbir Azərbaycana böyük siyasi dividendlər və başucalığı gətirdi.

— Bir sıra müxalifət siyasətçiləri, eləcə də radikal qəzetlər Oyunlara böyükizafi vəsaitlərin xərclənməsini iddia edirlər. Bu məsələyə münasibətinizi bilmək istərdik.

— Belə əsassız şayiə və yersiz ittihamları vaxt itirib təkzib etməyə belə dəymir. Hər kəsə billidir ki, elmə, təhsilə, o cümlədən idmana çəkilən xərclər birə-on bəhrəsini verir. Ola bilər ki, yarışlara çəkilən xərclərin faydası özünü dərhal, yəni bir aya, ya bir ilə göstərməsin. Amma yarışların nəticəsi olaraq Azərbaycanın qazandığı yüksək imicin ya turizm, ya iqtisadiyyata əlavə sərmayələr şəklində maddiiyyata çevriləcəyi şəksizdir.  Təssəvvür edin: birinci Avropa Oyunları 145 ölkədə nümayiş etdirilib. Azərbaycanın bu ölkələrdə nə qədər dostu, təəssübkeşi artıb. Məgər bu maddiiyyatdan azmı dəyərlidir?!

— Professor, Avropa Oyunları başlanmazdan əvvəl Avropanın bir sıra siyasi çevrələrində də Azərbaycanın bu “ağır yük”ün öhdəsindən gələ biləcəyinə, yumşaq desək, inamsızlıq ifadə olunurdu.

— Həmin çevrələr ölkəmizi, burada aparılan böyük sosial-quruculuq işlərini ya yaxşı tanımayan, ya da Azərbaycanı aşkar sevməyən, qısqanclıq edən qüvvələrdir. Yeri gəlmişkən, dövlətimizin potensialına bələd olan heç bir ciddi siyasətçi “Bakı-2015" yarışlarının böyük uğurla keçiriləcəyinə zərrə qədər də şübhə etməyib.

Ölkəmizin həqiqi dostlarını isə qısa zaman  kəsiyində Azərbaycanda Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində görülən işlərin miqyası və sürəti heyrətləndirdi. Məsələn, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki dəfələrlə vurğulayıb ki, belə böyük  yarışları təşkil etmək üçün, adətən, ölkələrə 7 il vaxt lazım olur. Amma Azərbaycan həmin işlərin öhdəsindən cəmi 2 il yarıma gəlib və bu zaman inşa edilən idman obyektlərinin keyfiyyətinə zərrə qədər də ziyan dəyməyib. Bunu həmin idman obyektlərinin monitorinqini aparan avropalı mütəxəssislər də təsdiq edirlər.

— Azərbaycan birinci Avropa Oyunlarını keçirməklə nə əldə etmək istəyirdi?

— Bu suala ən gözəl cavabı Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyularında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla keçirilən görüşdə səsləndirib. Cənab Prezident deyib: “Bu Oyunlar imkan verdi ki, biz özümüzü göstərək.  Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan bir xalq kimi, dövlət kimi göstərmişik”.

Dövlətimizin başçısı haqlı olaraq qeyd edir ki, hər bir xalqın, dövlətin özünü göstərməyə çalışmasında  heç bir qəbahət yoxdur. Azərbaycanın dünyaya nümayiş etdirməyə çox şeyi var. Azərbaycan qədim tarixi və zəngin mədəniyyəti olan bir ölkədir. Burada başqa dillərə, dinlərə, adət-ənənələrə mənsub xalqlara, etnik qruplara tolerant münasibət var. Bəli, Azərbaycan bu gün dünyanın multikulturalizm beşiklərindən biridir. Bunları nümayiş etdirmək bizim borcumuz və vəzifəmizdir.

Bir məsələni diqqətinizə çatdırmaq istərdim. Bu yaxınlarda ABŞ Dövlət Departamentində, Avropa İttifaqında, Avropa Parlamentində ölkəmizdə insan hüquqlarının pozulması iddiası ilə Azərbaycan iqtidarına qara yaxmaq istəyənlər tapıldı. Onların məqsədi buranı, ərəb dövlətlərində olduğu kimi, qarışdırmaqdır. Lakin bilsinlər ki, Azərbaycan xalqı ilə onun dövləti arasında heç vaxt nifaq və ədavət toxumları səpib cücərdə bilməyəcəklər. Nahaq yerə əziyyət çəkməsinlər!

— Siz uzun illər prokurorluq orqanlarında çalışıbsınız. “Bakı-2015” yarışları zamanı  Azərbaycanın inzibati orqanlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

— Bu sualı sizdən gözləyirdim. Həqiqətən, Azərbaycanın polisimilli təhlükəsizlik orqanları yarışların keçrildiyi günlərdə yüksək peşəkarlıq nümayiş etdirdiər. Yadınızdadırsa, Oyunlar ərəfəsində Bakıda terror təhdidləri ilə bağlı xəbərlər yayılmışdı. Təbii ki, təxribat xarakterli bu xəbərlər Azərbaycanın uğurlarını istəməyən mənbələrdən qaynaqlanırdı. Milli təhlükəsizlik oranlarının yüksək peşəkar və fədakar əməyi göz qabağındadır.

Azərbaycan əsgəri də  cəhbənin təmas xəttində, həmişə olduğu kimi, ayıq-sayıq dayanmışdı. Ermənilər cəbhədə təxribatlar törətmək istədilər, dərhal da layiqli cavablarını aldıılar.

— Oyunlar zamanı bir vətəndaş, ziyalı olaraq sizi ən çox heyrətləndirən nə oldu?

— Mən Oyunların həm açılış, həm də bağlanış mərasimlərini canlı izləmişəm. Bu təntənəli mərasimlərdə Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin nümayişi zamanı  keçirdiyim qürur hissindən qəlbim riqqətə gəldi. Bu hissləri sözlə ifadə etmək çətindir. Yəqin ki, həmin anları bütün ömrüm boyu unutmayacağam. Buna necə sevinməmək və qürur duymamaq olar?!

— Sonuncu sual: İlk Avropa Oyunlarında qazandığımız qələbə, sizcə, Qarabağdakı Böyük Qələbəmizin tezləşməsinə stimul verirmi?

— Təbii ki, bizi həmin Qələbəyə yaxınlaşdırdı. Oyunlar ölkəmizin gücünü və qüdrətini bir daha nümayiş etdirdi! Yalnız güclü və qüdrətli Azərbaycan tarixi ədalətsizliyə son qoyaraq, öz torpaqlarını azad etmək iqtidarında olacaq. Sadəcə, hər şeyin zamana ehtiyacı var. Unutmayaq ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız iki ölkə arasında münaqişə deyil. Əgər belə olsaydı, Azərbaycan çoxdan bu məsələni həll edərdi. Ermənistanın arxasında ayrı-ayrı güclər, nəhəng ölkələr durur. Bu düyünün açılmasını ləngidənlər, ona mane olanlar məhz onlardır. Mən əminəm ki, Azərbaycanın birinci Avropa Oyunlarındakı uğurlarının bütün istiaqmətlərdə, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli yönündə gedən müzakirələrə müsbət təsiri olacaq.

Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan bütün dünyaya Günəş kimi doğacaq. “Bakı-2015” yarışları zamanı hər dəfə axşamlar metronun “Koroğlu” stansiyasının yanından keçəndə mənə elə gəlirdi ki, öz parlaq işıqları ilə möhtəşəm Olimpiya Stadionu məhz Günəşi xatırladır. Qoy Azərbaycanın bütün sahələrdəki parlaq uğurları bütün dünyaya səs salsın!

 

Söhbəti qələmə aldılar:

Qüdrət PİRİYEV,

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2015.- 3 iyul.- S.7.