Tarixi Oyunlarda möhtəşəm qələbə

 

Avropa Oyunları əlilliyi olan insanların sosial həyatının yaxşılaşdırılmasına böyük təkan verəcək”

 

I Avropa Oyunlarında Azərbaycan komandasının misilsiz idman nailiyyətlərinin əldə edilməsində paralimpiyaçılarımızın da böyük əməyi oldu. 3 idmançı ilə təmsil olunan komanda  yığmamızın aktivinə 3 medal yazdırdı. “Bakı–2015” bağlı təəəssüratlarını bölüşən paralimpiyaçılarımız ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyduqlarını bildirdilər və qeyd etdilər ki, komandamızın möhtəşəm qələbəsində payları olduğu üçün xoşbəxtdirlər.

 

Şaiq Həmidov, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti:

Pekin London olimpiadalarının açılış bağlanış mərasimlərində iştirak etmişəm. I Avropa Oyunlarının mərasimləri nəinki onlardan geri qalmadı, hətta müəyyən üstünlükləri var idi. I Avropa Oyunlarının açılış mərasimi dünyaya gözəl bir startın başlanması mesajını verdi. Belə bir mərasimi izləyən atletlər möhtəşəm bir yarışda iştirak edəcəklərini anladılar. I Avropa Oyunları ilk idi. Əslində, idmançılar bu Oyunların hansı səviyyədə olacağını bilmirdilər. Olimpiya Oyunlarının açılışına bərabər mərasim başa çatdıqdan sonra, doğrudan da, əsl idman mübarizəsi başlandı. İki yay paralimpiya, iki dünya oyunlarının iştirakçısı kimi deyə bilərəm ki, I Avropa Oyunlarının həm yüksək səviyyəsinə, həm ədalətliliyinə görə fərqlənirdi. Gərgin idman mübarizəsindən qalib çıxmağa can atan idmançıların sağlam rəqabətə kökləndiklərini aşkar görmək olurdu. Oyunların keçirildiyi 17 gün ərzində qocaman qitə təmsilciləri arasında çox səmimi münasibət yaranmışdı. Onlar bir-birləri ilə mübarizə apardıqları anlarda belə bu hiss onları tərk etmirdi. İdmançılar görüşdə zədə alan rəqiblərinin qayğısına qalırdılar. Belə faktlar çox oldu. Azərbaycanın təşkil etdiyi birinci Avropa Oyunları, həm möhtəşəm bir dostluq bayramına çevrildi. Paralimpiyaçılarımız yarışlara ciddi hazırlaşdıqlarına görə nəticələr çox yaxşı oldu. Sevinirik ki, belə bir tarixi oyunlarda möhtəşəm qələbə qazandıq.

Kamal Məmmədov, Milli Paralimpiya Komitəsinin şöbə müdiri:

- Avropa Oyunları əlilliyi olan insanların sosial həyatının yaxşılaşdırılmasına böyük bir təkan verəcək. Mən özüm əlil arabasından istifadə edirəm əlilliyi olan insanlara xüsusi qayğının qədər vacib olduğunu bilirəm. Fiziki məhdudiyyətli insanların idmanla məşğul olması onların cəmiyyətə inteqrasiya etməsinə, müxtəlif psixoloji baryerləri kompleksləri aşmasına çox kömək edir. I Avropa Oyunlarının təşkilində belə insanların nəzərə alınması, onlar üçün yüksək şəraitin yaradılması mühüm əhəmiyyət daşıyırdı. İdman obyektlərində əlilliyi olan insanların heç kimin köməyi olmadan sərbəst hərəkət etmələri, yarışları rahat izləmələri üçün yaradılan şərait yüksək səviyyədə idi. Tibb məntəqəsindən, restoran, kafedən növbəsiz istifadə etmək üçün hər bir şərait yaradılmışdı. Nəqliyyatın işini xüsusi qeyd etmək istəyirəm. Rahatlığımız üçün avtobuslarda panduslar digər vasitələrdən istifadə edirdik. Paralimpiyaçılarımız təkcə paralimpiya komandamızı yox, əlilliyi olan bütün insanları təmsil edirdilər. 3 idmançımızın üçünün medal qazanması cəmiyyətə bir mesaj idi. Paralimpiyaçılarımızın da digər idmançılarımız kimi yüksək nailiyyətlər əldə etmələri, ölkəmizdə bu sahədə görülən işlərin bariz nəticəsidir. Qeyd edim ki, idmançılarımızın çıxışları xüsusilə maraqlı idi. İyunun 26-da olan yarışlara 10 gün qabaq kassalarda artıq bilet tapmaq mümkün deyildi. Azarkeş dəstəyi fiziki məhdudiyyətli idmançıların mübarizə əzmini daha da artırdı. Azərbaycan Prezidentinin İlham Zəkiyevə qızıl medalı təqdimetmə mərasimi bütün Azərbaycan xalqı eləcə idmançılar üçün çox təsirli bir məqam idi. Bu an Avropa dünya mətbuatı tərəfindən geniş işıqlandırılmışdır. Dövlət başçımız İlham Zəkiyevin cəsurluq, ləyaqət simvolu olduğunu qeyd etmiş, ona medalın məhz Azərbaycanın Silahlı Qüvvələr Günündə təqdim edilməsinin çox rəmzi əlamətdar xarakter daşığını bildirmişdir. Şübhəsiz, bütün bunlardan sonra cəmiyyət əlilliyi olan insanlara daha çox diqqət yetirəcək.

İlham Zəkiyev, I Avropa Oyunlarının qalibi:

I Avropa Oyunlarının Bakıda keçirilməsi özü bir qələbədir. İki Yay Paralimpiya Oyunlarında gücümü sınamışdım. Bu qədər həyəcan olmamışdı. Doğma divarlar, azarkeşlər qarşısında çıxış etmək böyük məsuliyyət idi. Məndən qızıl medal gözləyirdilər. Burada reytinqinə görə Avropanın ən güclü idmançıları mübarizə aparırdılar. Rəqiblərimin hamısını tanıyırdım. Ruhuma belə bir hiss hakim kəsilmişdi ki, hamıdan güclüyəm. Düşünürdüm ki, onlar məndən ehtiyat etməlidirlər. Güclü azarkeş dəstəyi rəqibləri qorxuya salır, bizə güc verirdi. Yarımfinal döyüşündə qalib gəldikdən sonra mənə zəng gəldi ki, cənab Prezident final görüşlərini izləyəcək. Bu mənim gücümü birə-yüz artırdı. Finalda uduzmağa haqqım yox idi. Qalib gəlməliydim. Çox şükür ki, hər şey yaxşı oldu.

I Avropa Oyunlarına həm yüksək səviyyədə ev sahibliyimiz, həm böyük nailiyyətlərimiz çox qürurvericidir. Azərbaycanın Avropa Oyunlarının Vətəni olması bizim üçün böyük fəxrdir.

Necə ki, Olimpiya Oyunları deyiləndə, öncə Yunanıstan yada düşür, eləcə Avropa Oyunları deyiləndə Azərbaycan yada düşəcək. Bəzən irad bildirirlər ki, Oyunların keçirilməsinə çoxlu vəsait xərclənib. Bu vəsait Azərbaycan xalqının gələcəyi üçün  sərf olunub. Oyunlar üşün inşa edilən idman arenalarından uşaqlarımız istifadə edəcəklər. Yarışlarda 21-i qızıl medal olmaqla əldə edilən 56 medal idmanda kütləviliyin artmasına yeni təkan verəcək. Valideynlər istəyəcəklər ki, övladları Rəsul Çunayev, Elvin Mürsəliyev, Rəfael Ağayev digər tanınmış idmançılarımız kimi olsunlar.

Səbinə Abdullayeva: I Avropa Oyunlarının gümüş  medalçısı:

- İlk Avropa Oyunlarında iştirakımız böyük məsuliyyət tələb edirdi. Gümüş medal qazandığım üçün qürur duyuram. Finalda ukraynalı idmançı ilə görüşüm bir qədər çətin oldu. Ona görə yox ki, o daha güclü idi. Görüşün ilk dəqiqələrində xal hesabı ilə ondan üstün idim. Məşqçilərimizin bizə inamı, güclü azarkeş dəstəyi bizə məğlub olmağa imkan vermirdi. Təəssüf ki, dizimdən aldığım ciddi zədə cənab Prezidentin izlədiyi final qarşılaşmasını qalib kimi başa vurmağıma mane oldu. Bu vaxta qədər, Avropa çempionatlarının dünya kubokunun gümüş medallarını qazanmışam. Amerikada keçirilən dünya çempionatında, eyni zamanda, Rio Olimpiadasına lisenziya əldə etmişəm. Çalışacağam bundan sonra da uğurla çıxış edim.

Elxan Rəcəbli, İlham Zəkiyevin şəxsi məşqçisi:

- İlham Zəkiyev atam Əhməd Rəcəblinin yetirməsi olub. Əhməd müəllim təqaüdə çıxdığı üçün artıq 4 ildir ki, İlhamın hazırlığı ilə məşğul oluram. İlhamla işləmək çox rahatdır. Qüvvətli, çevik cəsarətli olan bu insan, həm   güclü vətənpərvərliyi ilə seçilir. Bir il ərzində Oyunlara hazırlıqla bağlı fasiləsiz təlim-məşqlər keçdik. O tükənməz bir enerji ilə məşqlərini davam etdirdi. Qarşıya qoyduğumuz məqsədə çatdıq. Onu qeyd edim ki, İlham görüşlərinin hamısında çox yüksək mübarizə nümayiş etdirirdi. Yenilməz pəhləvanın mübarizə dolu qarşılaşmaları azarkeşlər tərəfindən böyük coşqu sürəkli alqışlarla müşayiət olundu. Çox təsirli idi.

I Avropa Oyunlarında fiziki məhdudiyyətli şəxslərin burada sərbəst hərəkəti, yarışları yaxından izləmələri üçün yaradılmış şəraiti xüsusi qeyd etmək istəyirəm.

İlham güləşəndə Heydər Əliyev arenasında belə şəxslərin döyüşləri yaxından izləmələri üçün yaradılan şərait digər məsələlər xüsusilə diqqətimi çəkdi. Düşünürəm ki, Oyunlar, həm fiziki məhdudiyyətli uşaq yeniyetmələr arasında idmanın kütləviliyinin daha da artmasına səbəb olacaq. Hansı valideyn istəməz ki, əlilliyi olan uşağı idmanla məşğul olub, həm sağlamlığını bərpa etsin həm hətta sağlam uşaqların əldə edə bilmədiyi nailiyyətləri qazansın. Xalqının, millətinin sevimlisinə, qəhrəmanına çevrilsin.

Zaki Mislimov, I Avropa Oyunlarının bürünc medalçısı:

- Belə bir mötəbər Oyunlara Azərbaycanın ev sahibliyi biz idmançılarda qürur hissi yaratdı. Etiraf edim ki, möhtəşəm açılış mərasimindən sonra bir qədər həyəcan artdı. Belə bir mərasim böyük yarış üçün uğurlu bir start idi. Biz idmançılar da bu uğura töhfələrimizi verməli idik. Bu Oyunlarda Azərbaycanı təmsil etdiyimiz üçün fəxr edirdik. Sevinirəm ki, bizə bəslənilən ümidləri doğrultduq. Bizə dəstək olanlara minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, doğma Vətənimin uğurları daha da bol olsun!

 

Söhbəti qələmə aldı,

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2015.- 4 iyul.- S.4.