Nəqliyyatın dinamik

inkişaf strategiyası

 

BugünlərdəÇaşıoğlunəşriyyatında nəfis tərtibatla çap olunmuşNəqliyyatın dinamik inkişaf strategiyasıkitabalbomunda müstəqillik illərində Azərbaycanın nəqliyyat kompleksində qazanılmış uğurlar sistemləşdirilmiş, sahənin inkişaf perspektivlərinə geniş nəzər salınmışdır.

 

 Müstəqil Azərbaycan dövlətinin nəqliyyat siyasətini əks etdirən materialların toplandığı fundamental nəşrin müəllifi Azərbaycanın fəxri dəmiryolçusu, tanınmış iqtisadçı- ekspert politoloq Məhərrəm Məmmədovdur. Kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, məsləhətçisi Yeni Azərbaycan PartiyasıAzərbaycan Dəmir Yolları” QSC ərazi təşkilatının sədri Xeyrulla Hümbətovdur.

Rusiyanın Rostov- Don Texniki Universitetinin  məzunu olan müəllif uzun illər Bakı Metropolitenində respublikanın dəmir yolu sistemində müxtəlif vəzifələrdə çalışmış, polad yollar təsərrüfatının  problemlərinin həllində yeni şəraitdə inkişaf etdirilməsində yaxından iştirak etmişdir. Ali peşə təhsili ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politoloq ixtisası da qazanmış müəllif hər iki sahənin verdiyi bilik bacarıqdan yararlanaraq son 4 onillikdə Azərbaycanın nəqliyyat sektorunda baş verən prosesləri strateji cəhətdən səciyyələndirməyə nail olmuşdur.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə respublikamızda nəqliyyat infrastrukturunun ümumi iqtisadi orqanizmlə əlaqəli şəkildə inkişaf etdirilməsi, qorunub saxlanması, müstəqillik illərində yeniləşdirilməsi genişləndirilməsi ilə bağlı gerçəkləşdirilmiş proqramların mahiyyəti ölkəmizin hərtərəfli tərəqqisində sahənin oynadığı rol kitabda peşəkar tədqiqata cəlb olunmuş, sistemli təhlilin nəticəsi olaraq dəyərli mülahizələr irəli sürülmüşdür. Böyük rəhbərin ideya əməllərinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan yüksəliş modernləşdirmə xəttinə uyğun olaraq, nəqliyyat kompleksinin əsaslı surətdə təzələnməsi, Avrasiya nəqliyyat qovşağının zəruri önəmli hissəsinə çevrilməsi prosesi araşdırmalarda aparıcı yer tutur.

Kitab ümummilli lider Heydər ƏliyevinMən dəmiryolçu ailəsində böyümüşəm. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edirsözləri ilə açılır. Toplunun ilk fəsli isəHeydər Əliyev Azərbaycan dəmir yolunun inkişaf mərhələləriadlanır. Müəllif burada 35 ilə yaxın müddətdə Azərbaycana rəhbərlik etmiş xalqımızın tarixi taleyini müəyyən etmiş ulu öndərin bilavasitə himayəsi ilə respublikamızda yükdaşımanın əsas ağırlığının düşdüyü dəmir yollarının inkişafında seçilən mərhələləri geniş xarakterizə edir, bu sahənin inkişaf dinamikasını açıqlayır.

Son onilliklərdə aparılmış irimiqyaslı nəqliyyat quruculuğunun şahidi iştirakçısı olmuş Məhərrəm Məmmədov göstərir ki, 1969-cu ilin iyulunda Azərbaycanın rəhbəri seçilən Heydər Əliyevin qarşısında respublikanın iqtisadiyyatını tezliklə yüksəltmək kimi mürəkkəb məsuliyyətli bir vəzifə dururdu. Yeni lider Heydər Əliyev bu çətin vəzifəni uğurla həll etdi. 1970-1985-ci illərdə Azərbaycanın sosial-iqtisadi yüksəlişinə, eləcə nəqliyyat sisteminin inkişaf etdirilməsinə 32 milyard rubl vəsait sərf olundu.

Sonrakı fəsillərdə müəllif bildirir ki,  Heydər Əliyevin respublikaya rəhbərliyinin ikinci dövründə müstəqil Azərbaycanın Avropaya bütövlükdə, dünyaya inteqrasiyası nəqliyyat kompleksinin üzərinə düşən yükü dəfələrlə artırdı.  Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə uzaqgörənliklə işləyib hazırladığı milli iqtisadi inkişaf konsepsiyası Azərbaycanın uzunmüddətli uğurlu inkişafının təməlini qoydu.

Müəllif haqlı olaraq göstərir ki, “Əsrin müqaviləsi”nin imzalanması   qədim İpək Yolunun müasir kommunikasiya şəklində bərpası nəqliyyat şəbəkəsini  dünyanın güclü böyük yükdaşıma şəbəkəsi ilə birləşdirdi.

Kitabın sonrakı fəsillərində  ümummilli lider Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli iqtisadi inkişaf strategiyasını bu gün onun layiqli varisi Prezident İlham Əliyevin inamla davam etdirməsinin uğurlarından ətraflı bəhs olunur. Müəllif yazır ki,  Prezident İlham Əliyev ulu öndərin başladığı yeni neft strategiyasını uğurla davam etdirdi. Bakı-Tbilisi-Ceyhan Bakı-Tblisi-Ərzurum neft qaz kəmərlərinin inşasının başa çatdırılması ilə İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin çəkilişinin başlanması isə regionun lider dövləti olan Azərbaycanın xarici dəstək olmadan belə iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi. Bütün bunlar həm Azərbaycanın iqtisadi müstəqilliyini bütün dünyaya nümayiş etdirdi.

Kitab müəllifin belə bir qənaəti ilə sonuclanır: “Tam əminliklə söyləyə bilərik ki, bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat kompleksində hazırkı inkişaf tərəqqi Heydər Əliyev siyasətindən qaynaqlanır, ulu öndərimizin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinin tarixi əhəmiyyətinə söykənir”.

Təcrübəli dəmiryolçu və mötəbər iqtisadçı- ekspert Məhərrəm Məmmədovun “Nəqliyyatın dinamik inkişaf strategiyası” kitabı Azərbaycanın nəqliyyat sisteminin çağdaş tarixini yaratmaqinkişaf perspektivlərinə işıq salmaq baxımından dəyərli təşəbbüs və mütəxəssislər üçün gərəkli mənbədir.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2015.- 28 iyul.- S.7.