Fransada erməni diasporunun

təşkilatlanması və antitürk fəaliyyəti

 

(əvvəli qəzetin 6 iyun tarixli sayında)

 

Digər bir partiya isə 1921-ci ildə yaradılmış “Ramqavar”dır. Partiya dini mövqe cəhətdən Eçmiədzin kilsəsinə meyillidir. Ramqavarlar Türkiyədən torpaq almanın imkansızlığını qəbul edir və ermənilərin vətəni olaraq əvvəllər Sovet Ermənistanını, hazırda isə indiki Ermənistanı qəbul edirlər.

Siyasi partiyalarla yanaşı, xeyriyyə fondları və KİV-ə nəzarət diasporun gücünü müəyyən edən əsas faktorlardandır. Bu xeyriyyə cəmiyyətlərindən “Mor Seround” və Fransa Ermənilərinin Mavi Xaçı, Erməni Xeyriyyə Birliyi xüsusilə aktivlik nümayiş etdirirlər. Erməni Xeyriyyə Birliyi 1906-cı ildə Qahirədə təsis edilmişdir və təşkilat 1910-cu ildən etibarən Marseldə fəaliyyət göstərməkdədir. Bütün Avropada 22 min üzvü olan  təşkilat son dərəcədə güclü maliyə resurslarına malikdir. Maraq üçün xatırladaq ki, təşkilatın 1990-cı illərdəki sərmayəsinin 700 milyon franka yüksəldiyi qeyd edilir. Bu vəsaitlə təşkilat Fransada bir sıra məktəb və mədəniyyət mərkəzləri inşa etdirmişdir. Xüsusilə, təşkilatın biri Suriyada, digəri isə ABŞ-da olmaqla iki tətil düşərgəsi vardır və təşkilat hər yaz mövsümündə tətili burada təşkil etməkdədir. Güclü maliyyə resurslarına malik olan təşkilatın Ermənistanla sıx əlaqələr qurduğunu da qeyd etmək lazımdır. Erməni Xeyriyyə Birliyi 1989-cu ildən sonra maliyyə vəsaitlərinin böyük bir qismini Türkiyəyə qarşı kampaniyaya xərcləməkdədir.

Onu da qeyd edək ki, Fransada erməni diasporu geniş informasiya şəbəkəsinə malikdir. Buraya gündəlik və həftəlik qəzetlər, elmi broşürlər, bülletenjurnallar, radioteleviziya proqramları və kanalları, internet saytları daxildir. Qeyd edək ki, 1855-ci ildən etibarən ermənilər onlarca fərqli ad altında qəzet, jurnalbülleten nəşr etdirməyə başlamışlar. Onların bir çoxu sonralar öz nəşrlərini dayandırmaq məcburiyyətində qalmışdır. XX əsrin əvvəllərində Fransada ermənilərin Osmanlı imperatorluğundan ayrılmasını dəstəkləmək üçünDaşnaksütyun” partiyasının dəstəyi ilə 1900-1908-ci illər arasında nəşr olunan qəzetlərdən biri də “Pro Armenia”dır.

Bu gün Fransada erməni dilində oxunan 3 aylıq jurnal (“Les Nouvelies dArmenie”, “Fransa-Armenie”, “Azat Magazine”), həftəlik iki jurnal (“Achkhar”, “Leftre de İ UGAB”) və gündəlik iki qəzet (“Gamk” və “Haratach”) və jurnallar fransız və ya fransız-erməni dillərində, qəzetlər isə ermənicə yayımlanmaqdadır. Bütün bu mətbu orqanlarının aralarında ideolojistrateji fərqliliklər olsa da, hamısı Fransa erməniliyini qorumağı qarşısına məqsəd qoymuşdur.

Xüsusilə, “Le Monde”, “Liberation”, “Le Figaro”, hətta “Le Canard Enchaincekimi nüfuzlu qəzetlərdə, ölkə və bölgə televiziyalarında, radiolarda tez-tez “erməni soyqırımı”nı tanıdan məqalələr dərc  edilməkdə, konfranslar düzənlənməkdə, broşürlər, kitablar çap olunmaqdadır. Eyni zamanda, onlarca internet saytında qondarma erməni soyqırımı ilə bağlı fəaliyyət göstərməkdədir. Xüsusilə, nüfuzlu “ACAM”, “France-Armenie”, “Hayastan”, “Armenizer”, “UMAF”, “Azad Magazin”, “Ermənistan Xəbərləri”, “Parev” və digər qəzetlərdə  Türkiyə və Azərbaycana qarşı son dərəcə çirkin kampaniyalara əl atmaqdan belə çəkinmirlər. Böyük güclərin dəstəyini hiss edən ermənilər öncə mətbuat vasitəsilə antitürk fəaliyyətlərini gücləndirmək, “barbar, vəhşi türk” obrazını formalaşdırmaq və daha sonra irəli sürülən “itirilmiş torpaq” iddialarına bəraət qazandırmaq istəyirlər. Göründüyü kimi, KİV-ə tam nəzarət edən ermənilər bu yolla Fransada kifayət qədər ciddi mövqelər qazanıblar. Tarix elmləri doktoru Bəxtiyar Nəcəfov bunu ictimai rəyi “əzabkeş erməni xalqına” tərəf döndərməkdə əhəmiyyətli rol oynamış “Pro Armenia” (“Ermənistan uğrunda”) qəzetinin Parisdə nəşr olunmasında görür.

Erməni diasporunun strukturunda xüsusi əhəmiyyətə malik qurumlardan biri də erməni kilsəsidir. Qeyd edək ki, Ermənistan konstitusiyası erməni kilsəsinə milli kilsə rəsmi statusu vermişdir. Etnik xüsusiyyətlərin qoruyucu faktoru kimi çıxış edən din ermənilər arasında xüsusi missiyanı yerinə yetirməkdədir. Funksional baxımdan erməni kilsəsinin fəaliyyəti digər diaspor təşkilatlarına nəzərən daha aparıcı mövqeyə malikdir. Erməni kilsəsi tarixən və o cümlədən, indi də erməni etnik kimliyinin formalaşdırılmasında və erməni ideyalarının təbliğində başrejissor” funksiyasını yerinə yetirmişdir. Bu gün Fransanın ən iri şəhərlərində möhtəşəm erməni kilsələri inşa edilmişdir. Erməni kilsələrinin əksəriyyəti Eçmiədzin kilsəsinə meyillidir. Kilsənin fəaliyyətinin əsas istiqamətlərindən biri erməni milliyətçiliyini önə çıxarmaq və Fransadakı erməni diasporunu bu ideyalar ətrafında  birləşdirməkdir. Erməni kilsəsinin fəaliyyətinin digər bir istiqamətini terroraterrorçulara verdiyi dəstək təşkil edir. Xüsusilə, kilsənin siyasi partiyalarla əlaqəli olması erməni kilsəsinin siyasiləşdiyini və dindən çox siyasətlə məşğul olduğunu bir daha sübut edir.

Qeyd etmək lazımdır ki, Fransada türk-erməni siyasi qarşıdurması ötən əsrin 70-80-ci illərindən etibarən daha da fəallaşdı. Məhz bu dövrdə bir sıra terrorçu qruplaşmalar Türkiyəyə qarşı cinayətkar əməllər törətməklə Fransa-Türkiyə münasibətlərini daha da gərginləşdirməklə məşğul idilər. Xüsusilə, Fransada türk diplomatlarına, missiyalarına və təşkilatlarına qarşı törədilmiş erməni terroru 80-ci illərdə daha kəskin xarakter aldı. Belə ki, ötən əsrin 80-ci illərində Fransanı bürümüş erməni terroruna 19 apreldə mərkəzi Marsel şəhərində yerləşən Türkiyə konsulluğuna endirilmiş raket zərbəsi ilə start verildi. Ardınca 5 avqustda ermənilərin Liondakı Türkiyə konsulluğuna hücumu bir neçə diplomatın ölümcül vəziyyətdə klinikaya çatdırılması ilə nəticələnmişdir. Maraqlıdır ki, bəhs olunan dövrdə türk vətəndaşlarına qarşı ən çox terror hadisəsi məhz Fransada törədilmiş və erməni terrorçularına ən böyük dəstəyi də məhz Fransa dövləti vermişdir.

Qeyd edək ki, XX əsrin 70-ci illərindən etibarən “soyqırımı” qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra iri şəhərlərdə abidələrinin ucaldılmasına başlanıldı. Fransada ilk erməni “soyqırımı” abidəsi 1971-ci ilin aprel ayında Marsel şəhərində erməni kilsəsinin bağçasında ucaldıldı. Fransa abidə yarışında digər dövlətlərdən geridə qalmaq istəməmiş, əksinə bu cür abidələrin ucaldılmasına hərtərəfli dəstək nümayiş etdirmişdir. Yaşanan “heykəl olayı” prosesi daha da dərinləşdirmişdir.

 

(ardı var)

 

Taleh CƏFƏROV,

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin Türk və Şərqi

Avropa xalqları tarixitarixin

tədrisi metodikası kafedrasının müəllimi

 

Xalq qəzeti.- 2015.- 10 iyun.- S.8.