Azərbaycan–geopolitik qovuşma nöqtəsi

 

XX əsrin sonunda SSRİ və sosializm sisteminin süqutu ilə dünyada bir sıra dəyişikliklər baş verdi. Soyuq müharibənin başa çatması ilə beynəlxalq münasibətlərin əsas güc mərkəzləri yeni geosiyasi reallıqlardan çıxış edərək öz fəaliyyətlərini mövcud şəraitə uyğunlaşdırmağı qərara aldılar. Köhnə beynəlxalq münasibətlər sisteminin süqutu ilə yanaşı, yeni dünya düzümünün əsası qoyulmağa başladı. Bütün bu transmilli proseslər, digər postsovet respublikalarında olduğu kimi, Azərbaycan dövləti qarşısında da öz milli inkişaf və təhlükəsizlik siyasətinin formalaşdırılması, ümumi strategiyasının yaradılması və həyata keçirilməsi vəzifəsini irəli sürdü.

 

Müasir dövrdə bütün dünyada, o cümlədən Avrasiya məkanında müstəqillik əldə etmiş və beynəlxalq münasibətlərin subyektinə çevrilmiş hər bir müstəqil dövlət özünün geosiyasi statusunu və fəaliyyət normalarını, milli inkişaf və təhlükəsizlik məsələlərini, milli maraq dairələrini və hədəflərini öyrənir, ölkəsinin daxilixarici aləmdən qaynaqlanan geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarının qorunması mexanizmlərini təklif edir, milli təhlükəsizlik və hərbi doktrinalarının yaradılması və s. strateji vəzifələrin reallaşdırılması ilə məşğul olur. Bütün bu və digər vəzifələr hər bir ölkənin müvafiq rəsmi strukturlarından, siyasielmi dairələrindən geniş geosiyasi tədqiqatların və strateji araşdırmaların aparılmasını, müxtəlif analitik geosiyasi mərkəzlərin yaradılmasını, dərsliklərin və elmi monoqrafiyaların hazırlanmasını və çap edilməsini zəruri edib.

Bu mənada Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi-məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun yenicə çapdan çıxmış “Azərbaycanın geosiyasəti” adlı dərsliyi müasir dövrdə bu məsələlərin tədqiq olunması sahəsində yeni bir istiqamət açaraq dövlət siyasətinin elmi əsaslarının sistemli şəkildə öyrənilməsinin təməlini qoyub.

Tarix elmləri doktoru, professor Əli Həsənovun “Geosiyasət” kitabı geosiyasət sahəsində Azərbaycan dilində işıq üzü görmüş ilk dərslikdir. Burada geosiyasətin elm sahəsi kimi meydana gəlməsi, əsas anlayışların yaranması, formalaşması və inkişafının tarixşünaslığına nəzər salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyektpredmeti, kateqoriyaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin, müasir tədqiqatçıların baxışları təhlil olunur, müxtəlif dövrləri, fərqli geosiyasi məktəbləri təmsil edən siyasətşünasların elmi nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur. Kitabda, həmçinin, orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristikası, geosiyasi güc mərkəzləri və onlar arasındakı münasibətlər, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, milli dövlət maraqları uğrunda mübarizə, yeni dünya nizamı, bəşəriyyəti təhdid və məşğul edən əsas iqtisadi, siyasi, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti, perspektivləri haqqında ətraflı məlumat verilir, oxucunun geosiyasi biliklərini, təsəvvür və anlayışlarını dərinləşdirən materiallar təqdim olunur.

Geosiyasi nəzəriyyələrin XX əsrdə ideya transformasiyalarına həmin yanaşmanın işığında nəzər yetirdikdə, ənənə ilə muasirliyin maraqlı əlaqəsini görmüş oluruq. Belə ki, hər bir geosiyasi nəzəriyyənin əsas ideyasının məzmununa dövrün fəlsəfi-elmi idrakının çox ciddi təsiri olur. Fəlsəfi-elmi təfəkkürlə siyasi şüurun umumi səviyyədə bir-biri ilə sıx əlaqədə olması çoxdan məlumdur. Burada sohbət konkret geosiyasi nəzəriyyənin ideya məzmunu ilə dövrün fəlsəfi dünyagörüşüelmi paradiqması arasında paralelliyin mövcudluğundan gedir.

Alman geopolitiki Karl Haushoferin hələ XX əsrin əvvəllərində elmi dövriyyəyə gətirdiyi “Pan” ideyaların əsasında “Quru gücü” strategiyasının “Dəniz” qarşısında güclü müqavimətini təşkil etmək ciddi vəzifə kimi qoyulmuşdu. Həm Haushoferin, həm də Makkinderin təklif etdikləri təsnifatda Qafqaz və eləcə də Azərbaycan Hartland (Quru gücü) ilə  Rimlandın (Avrasiya sahilləri zolağı) arasında toqquşma ərazisində yerləşdiyi üçün buranın münaqişə obyekti olmaq riski böyükdür. Bu tezis həm tarixin ən qaranlıq səhifələrində, həm müasir dövrün texnoloji inkişaf paradiqmaları ilə paralel hələ də öz mövcudluğunu qoruyub saxlayır.

Azərbaycanın geopolitik istiqaməti tarixin obyektiv standartlarına cavab kimi formalaşmışdır. Azərbaycanda həm Hartlandın (Rusiya), həm Dəniz gücünün (İngiltərə, ABŞ) eləcə də Rimlandın (İran, Türkiyə) təmsilçiləri müxtəlif dövrlərdə nüfuza malik olmuşlar. Bütün bu aktorlar müasir dövrümüzdə də öz mövcudluğunu saxlayırlar. Hər birinin Azərbaycanla öz marağı prizmasından münasibət qurduğunu nəzərə alaraq, ayrı-ayrılıqla qonşu ölkələrin rəsmi Bakıya geopolitik baxışlarına nəzər salaq.

Vaxtilə Cimmi Karterin Administrasiyasında ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri işləmiş Zbiqnev Bjezinskinin ifadəsi ilə desək, Azərbaycan Şərqi Avropanı Mərkəzi Asiya ilə birləşdirən Cənubi Qafqaz regionunda yerləşməklə, Avrasiyanın ən mühümgeosiyasi dayaq nöqtələrindən biridir.

Öz coğrafi mövqeyinə görə, Azərbaycan Xəzər dənizi üzrə “qoruyucu sədd” olaraq “həssas mövqe”yə malikdir. Azərbaycanın mövqeyi neftə və qaza ehtiyacı olan bir sıra mühüm, regiondankənar tərəflər üçün Xəzər dənizi regionuna yol açır. Enerji ehtiyatları ilə zəngin olan və Yaxın Şərqdə qeyri-sabitlik dərəcəsinə mütənasib olaraq qlobal enerji geosiyasətində yer tutan Xəzər dənizi regionunun açarı Azərbaycanın əlindədir. ABŞ-ın sabiq dövlət katibi Ceyms Beykerin dediyi kimi, “Nə vaxtsa Xəzərin nefti sənayeləşmiş dünya üçün hazırda Yaxın Şərq nefti qədər önəmli ola bilər.”

Son zamanlarda, xüsusilə də Avratlantik enerji təhlükəsizliyinin təkmilləşdirilməsi baxımından strateji hesab edilən Bakı-Tbilisi- Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə salınmasından sonra Azərbaycanın iddiaları “geosiyasi dayaq nöqtəsi” hüdudlarından kənara çıxır. Hətta vaxtilə şübhə doğuran bu layihələr Azərbaycanın qonşuları Rusiyaİran tərəfindən Amerıka strategiyasının nəticəsi kimi qiymətləndirilsə də, rəsmi Bakının mövqeyinin möhkəmləndirilməsinə töhfə vermişonu fəal oyunçu rolunu öz üzərinə götürməyə sövq etmişdir.

Uzunmüddətli tarixi nöqteyi-nəzərdən Avroxəzər metaregionunda hazırkı vəziyyət bənzərsizdir. Bu, yalnız üç Cənubi Qafqaz ölkəsinin müstəqil dövlət kimi meydana çıxması ilə bağlı deyildir. Əsas əhəmiyyət kəsb edən odur ki, Utrext sazişiAvropa Dövlətlər Sistemini həm şərqdən, həm də qərbdən ona daxil olan bütün dövlətlərin onun istənilən üzvləri arasında hər bir mübahisəyə cəlb edildiyi vahid birlik ” yaratmasından etibarən Rusiya və Türkiyə arasında münasibətlər heç vaxt belə sıx olmamışdır.

Birinci dünya müharibəsi və Sovet İttifaqının yaranmasına qədər ikitərəfli rus-türk münasibətləri, demək olar ki, həmişə pessimist müstəvidə olmuşdur. XVIII əsrin əsas hissəsi həm Rusiya, həm də Osmanlı imperiyalarının güclü dövlət olmasına və bir-birinə münaqişəli münasibət bəsləməsinə təsadüf edir. XIX əsrin təqribən üçdə-ikisi boyu, “Avropa razılığı” adlanan dövrdə Türkiyə zəif dövlət idi; Krım müharibəsinə qədər güclü olan Rusiya isə ondan sonra zəifləmişdi. Krım müharibəsinədək ikitərəfli münasibətlər yüngülləşdirilmiş antaqonizm, sonra isə aşkar antaqonizm ilə səciyyələnirdi. Sonralar, yəni XIX əsrin sonunda və XX əsrin əvvəlində hökm sürmüş Bismark beynəlxalq sistemi çərçivəsində Rusiya güclü, Türkiyə zəif dövlət olmuşdu; bütün bu dövr ərzində ikitərəfli münasibətlərə antaqonizm xas idi.

XX əsrin əvvəlində qısa bir zamanda ikitərəfli münasibətlərin xarakteri dəyişdi. Birinci dünya müharibəsindən sonra istər Türkiyə istərsə də Sovet İttifaqı yeni yaranmış və zəif dövlət olaraq 1930-cu illərin ortalarınadək, ümumiyyətlə, Qərblə və xüsusilə Böyük Britaniya ilə qarşıdurmada şərik idilər. Lakin Hitlerin hakimiyyətə gəlməsindən sonra Türkiyə sovetalman tələbləri arasında qaldığı üçün türk-sovet münasibətləri pisləşdi. İki dövlətin bu dövrədək olan ortaq zəifliyi onları bir sıra ikitərəfli və çoxtərəfli məsələlərdə əməkdaşlıq etməyə sövq edirdi.

Beləliklə, sözügedən dövlətlərin biriya hər ikisi beynəlxalq sistemlə müqayisədə güclü olduqda onların münasibətlərinə münaqişə, hər ikisi zəif olduqda isə əməkdaşlıq xas idi. İkinci dünya müharibəsindən fövqəldövlətlər arasında gərginliyin ilk səngiməsinə (1970-ci illərin əvvəlinə) qədər hər iki dövlət beynəlxalq sistemə münasibətdə daha güclü olmuşdur, lakin iyerarxik ikiqütblüSoyuq müharibə” sistemi onların arasındakı mümkün münaqişələrin qarşısını alırdı. Brejnev hakimiyyətinin sonundaQorbaçovun hakimiyyətə gəlməsinə qədərki dövrdə (1975-1985-ci illərdə) sovet diplomatiyası Türkiyənin regional önəminin artmansından ehtiyat etdiyinə görə ikitərəfli münasibətlər mənfiyə doğru dönmüşdür.

Soyuq müharibə”dən sonra keçid dövrü başa çatmasından etibarən (2001-ci ildən indiyədək) unikal vəziyyət yaranıb; mahiyyətcə o, Birinci dünya müharibəsindən sonrakı bir yarım onilliyə ən yaxındır. Rusiya və Türkiyə klassik mənada revizionist dövlət olmuşlar, yəni ikisi də Sovetlər Birliyinin dağılmasından sonra ümumi beynəlxalq sistemin yenidən qurulması nəticəsində yaranmış mövcud vəziyyəti (status-kvo) dəyişməyə can atırlar. İki dövlətin qarşılıqlı münasibətləri o dərəcədə sıxdır ki, bu münasibəti Rusiya- Türkiyə razılığı adlandırmaq yerinə düşər və xüsusilə də enerji geoiqtisadiyyatında onlar getdikcə ittifaq yaratmağa yaxınlaşırlar. Birinci dünya müharibəsindən sonrakı dövrdən fərqli olaraq, iki dövlətdən heç birini zəif adlandırmaq olmaz. Məhz bu vəziyyət çox önəmlidir.

Azərbaycan və Rusiyanın iqtisadi münasibətləri 2000-ci ildən başlayaraq bu günə qədər dinamik şəkildə yüksələn xətlə inkışaf edir. SSRİ dağıldığı zaman bütün yeni müstəqil dövlətlər, o cümlədən Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin həcminin kəskin şəkildə azalması ilə müşayiət edilən keçən əsrin  90-cı illərinin böhranı indi, əsasən, aradan qaldırılıb. Rusiya Federasiyasının (RF) MDB-dəki ticarət və iqtisadi tərəfdaşları arasında Azərbaycan Belarus, Ukrayna, Qazaxıstan və Türkmənistandan sonra aparıcı beşliyə daxildir. 2009-cu ilin göstəricilərinə görə, qarşılıqlı mal mübadiləsi ümumdünya iqtisadi maliyyə böhranı şəraitində belə, təxminən dörddə bir həcmdə azalsa da, 1,5 milyard dollardan artıq təşkil edir.

2008-ci ilin avqustunda baş verən hadisələrdən sonra Rusiya ilə birbaşa iqtisadi münasibətləri dondurulan Gürcüstandan və Rusıya ilə iqtisadi-ticarət dövriyyəsi Azərbaycanın analoji göstəriciləri ilə müqayisədə 3-4 dəfə az olan Ermənistandan fərqli olaraq, biz Rusiya regionları ilə ikitərəfli əməkdaşlığı inkişaf etdiririk. Bunların arasında Moskva, Həştərxan, Yekaterinburq, Tümen, Kurqan, Çeçenistan, Dağıstan və Tatarıstan kimi Rusiya Federasiyasının subyektlərini xüsusilə qeyd etməliyik. Onların rəhbərləri və nümayəndə heyətləri Bakıda olublar. Rusiyanın yuxarıda adları çəkilən bir neçə respublikası Bakıda daimi nümayəndəliklərini çoxdan açıblar. İqtisadiyyat, mədəniyyət və təhsil sahəsində RF-nin subyektləri ilə Azərbaycan arasında birbaşa əməkdaşlığın inkişafı potensialı və hər iki tərəfdən bu prosesə göstərilən maraq çox böyükdür. Rusiya regionlarında mövcud olan Azərbaycan diasporundakı adamları və mədəniyyət xadimləri belə bir qarşılıqlı faydalı əməkdaşlıqda mühüm əlaqələndirici rol oynayırlar.

Türkiyənin indiki Baş naziri Əhməd Davudoğlunun xarici siyasət konsepsiyasında Azərbaycan Türkiyənin qonşusu olaraq deyil (baxmayaraq ki, Türkiyənin Azərbaycanla Naxçıvan ərazisində 11 kilometr quru sərhədi vardır), onun geosiyasi sahəsində yerləşən ölkə kimi dəyərləndirilir. O, “Strateji dərinlik” adlı kitabında üç geosiyasi sahədən bəhs edir:

1. Yaxın quru hövzəsi: Balkanlar - Orta Şərq - Qafqaz regionu;

2. Yaxın dəniz hövzəsi: Qara dəniz - Adriatik dənizi - Şərqi dəniz - Qızıl dəniz - Körfəz - Xəzər dənizi;

3. Yaxın qitə hövzəsi: Avropa - Şimali Afrika - Cənubi Asiya - Orta və Şərqi Asiya.

Türkiyənin öz gücünü tarixi irsindən və coğrafi mövqeyindən aldığını iddia edən Ə.Davudoğlu Azərbaycanı Türkiyənin xarici siyasətinin formalaşmasına və daxili bütövlüyünün qorunmasına birbaşa təsir edən üç geosiyasi sahənin ikisində, Türkiyənin Orta Asiyaya çıxışı olan Qərbi Asiya, Xəzər hövzəsi və şimal-cənub dəhlizində yer alan Qafqaz geosiyasi sahəsində təsvir edir.

Umumiyyətlə, Qafqazda, xususilə Cənubi Qafqazda Azərbaycanı ən əhəmiyyətli strateji muttəfiq olaraq gorən Ə.Davudoğlunun fikrincə, Qafqazda Azərbaycan guclu bir regional movqe əldə etmədiyi muddətdə Turkiyənin öz təsirini artıra və bunu Xəzər hövzəsinə qədər genişləndirə bilməsi imkansızdır. O, Azərbaycan- Ermənistan arasında yaşanan muharibə nəticəsində Azərbaycan torpaqlarının işğalını Turkiyənin ən böyük strateji itkisi olaraq hesab edir.

Ə.Davudoğluna görə, regionda baş verən qarşıdurmalar İran, Rusiya və Turkiyə kimi ölkələrin bu qarşıdurmalara qarışma təhlukəsini yaratmışdır. Turkiyə-Azərbaycan və Rusiya-Ermənistan ikili yaxınlaşması Gürcüstan və İranı fərqli xarici siyasət kursuna itələmişdir.

On beş il öncəki gözləntilərə baxmayaraq, Azərbaycanın nefti deyil, onun təbii qazı, ilk növbədə, “Şahdəniz” yatağı bu gün beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu yataq 2005- ci ildə hasilata başladı, birinci mərhələnin qazı beynəlxalq bazara 2007-ci ildə çıxarıldı. Azərbaycan “Şahdəniz” yatağından ildə 8-9 milyard kubmetr qaz hasil edir, onun 6,6 milyard kubmetri Türkiyəyə satılır. Planlaşdırılır ki, gələn il “Şahdəniz-1” 8,6 milyard kubmetr qaz verməklə hasilatın zirvəsinə çatacaqdır

Azərbaycan öz təbii qazını mayeləşdirərək, Qara dəniz üzərindən Avropaya ixrac etmək imkanlarını da araşdırır. Bu ilin əvvəlində Batumidə keçirilmiş Beynəlxalq Enerji Konfransınnda “Azərbaycan-Gürcüstan-Rumıniya İnterkonnektoru” (AGRİ) adlı şirkətin təsis olunması üçün hüquqi çərçivə müəyyən edildi. Buxarestdə yerləşəcək bu şirkət adını daşıdığı layihənin kommersiya, maliyyə, hüquqitexnoloji aspektlərini araşdırmalı, o cümlədən layihənin texniki-iqtisadi cəhətdən əsaslandırılmasını hazırlamalıdır. Gürcüstanın Qara dəniz sahilində, yəqin ki, ARDNŞ-ə məxsus Kulevi neft ixrac terminalının yaxınlığında mayeləşdirmə, Rumıniyanın Konstantsa limanında isə təkrar qazlaşdırma müəssisələrinin tikilməsi layihəyə daxildir. AGRİ-nin nəql potensıalı təxminən ildə 7 milyard kubmetr həcmində proqnozlaşdırılır ki, bunun yalnız təqribən 2 milyard kubmetri Rumıniyanın daxilində satılacaqdır, qalanı isə müxtəlif boru kəməri və konnektorlarla digər Aİ ölkələrinə nəql edilə bilər. İlk növbədə Rumıniyadan Macarıstana (Arad-Zeged konnektoru vasitəsilə) və digər Mərkəzi Avropa ölkələrinə birləşmələr nəzərdən keçirilir.

Azərbaycanın Avropa ilə əlaqələrinin tarixi XV əsr Ağqoyunlu-Venesiya əməkdaşlığına gedib çıxsa da, olduqca primitiv və təcrubəsiz xarakter daşımışdır. XX əsrin 90-cı illərindən başlayaraq, Anqlo-Sakson geopolitika ilə Azərbaycanın münasibətləri özünün genişmiqyaslı variantına qədəm qoydu.

Avropa Şurasının 43-cü üzv dövləti olan Azərbaycan Respubnlikası  Artıq 2001-ci ildən etibarən bu quruma üzvdür. Məhz Avropa Şurası ilə sıx əməkdaşlıq sayəsində ölkə daxilində bir çox sahələrdə yenidənqurma işlərinə başlanmış və müəyyən layihələri həyata keçirmişdir. Hazırda Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində həmin qurumun fərqli orqanları tərəfindən verilən tövsiyə və rəylər əsasında ölkədə demokratikləşmə və yenidənqurma işləri davam etdirilir. Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin həyata keçirilməsi mexanizmini bu quruma təqdim olunan öhdəlik hesabatlarını və onun müəyyən orqanları tərəfindən qəbul edilən fərqli sənədləri nəzərdən keçirərkən müəyyən etmək olar.

Yuxarıda Cimmi Karterin Xəzər dənizini xarakterizə etməsi ilə bağlı qeyd heç də təsadüfi deyildi. Çünki Qafqaz həm Hartlandı, həm də Rimlandı ayıran fiziki sərhəd olmaqla, Xəzər dənizinin əlaqələndirici su hövzəsi kimi əhəmiyyətini artırmışdır. Xəzərin unikal fiziki forması onu beynəlxalq təcrübədən bir qədər kənar şəkildə hüquqi statusunu tələb edir. Yeni müstəqillik qazanmış dövlətlər— Qazaxıstan, Türkmənistan və Azərbaycan keçmiş sərhədlərlə kifayətlənmək istəmədilər. Bu məsələ Azərbaycanın öz milli maraqlarını tam qorumasını tələb etmişdir. Artıq 10 ilə yaxın tarixi olan bu ikitərəfli əməkdaşlığın səmərə və nəticələri, habelə gələcək perspektivləri haqqında məqalədə analitik təhlil aparılmışdır.  2014-cü ilin aprelində kecirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin göruşundən sonundakı mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzərin hüquqi statusunun razılaşdırılması sahəsində ciddi irəliləyiş olduğunu bildirmişdir. E.Məmmədyarov burada iki məqamı xususi vurğulamışdır. Bunlardan biri bəzi dovlətlərin hərbi guc numayişinə qarşı olmuşdur. O, Xəzəryanı dövlətlər ucun Xəzər dənizindən digər dənizlərə və dünya okeanına tranzit azadlığının vacibliyini vurğulayaraq, daxili sularında Xəzəryanı ölkələrin gəmilərinin hərəkətlərinə məhdudiyyətlər yaradan Rusiyaya, eləcə də onunla bir yerdə Transxəzər layihəsinə qarşı çıxan İrana da mesaj vermişdir.

Ümumilikdə götürsək, Azərbaycan Xəzərin sərhəd gölü olduğunumilli sektorlara bölünməsini irəli sürür. Azərbaycanın mövqeyinə görə:

1. Xəzər beynəlxalq sərhəd gölüdür;

2. Xəzər bütün istiqamətlər (hava sahəsi, dənizin səthi, dərinliyi, dibi və altı) üzrə orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir;

3. Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin praktikasına və o zamankı (1970-ci ildə qəbul olunmuş) bölgüyə əsaslanmışdır. Belə ki, Astara-Həsənqulu xəttinin cənubu İrana aiddir. Bu xəttin şimalı isə SSRİ respublikaları arasında paylaşılmışdır;

4. Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər statusu müəyyənləşdirməzdən əvvəl öz milli sektorunda işə başlaya bilərlər.

Sonda onu demək istəyirik ki, tarix elmləri doktoru, professor Əli Həsənovun geopolitika sahəsində apardığı ciddi tədqiqatlar həm milli dövlətin xarici siyasətində uğurlu baza kimi, həm respublika ali məktəblərinə dərslik çatışmazlığının aradan qaldırılmasında əhəmiyyətli hadisədir.

 

Anar VƏZİROĞLU,

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2015.- 11 iyun.- S.9.