Heydər Əliyev - türk

dünyasının lideri

 

Bu yaxınlarda Azərbaycanın hər yerində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü təntənə ilə qeyd olundu. Hazırda isə xalqımız ümummilli liderin ölkəmizi xaosanarxiyadan xilas edilməsinin ildönüiünü - 15 iyun Milli Qurtuluş Gününü qeyd edir.

Əlbəttə, bu əlamətdar tarixi günlərin qeyd olunması çox vacibdir. Əsas məqsəd isə, şübhəsiz ki, yeni əsrdə yaşayan yeni nəsillərə bu dahi şəxsiyyətin irsini, vətənpərvərliyini, azərbaycançılığını, işgüzarlığını, hədsiz siyasi bacarığını və s. keyfiyyətlərini aşılamaqdan ibarətdir.

Heydər Əliyevin həyat və fəaliyyəti bir məktəbdir. Hər kəs bu məktəbdən bəhrələnməlidir. Son zamanlar onun irsinin tədqiqi ilə əlaqədar tədqiqatçılar araşdırmalar aparır, dissertasiyalar yazırlar. Həqiqətən, bu irs bir dəryadır. Onun tədqiqi tükənməzdir. Bəşər tarixinin ən qüdrətli dövlət və siyasət adamları, dahimüdrik şəxsiyyətləri sırasında layiqli yer tutan ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi yolunun etibarlı bələdçisi olmaqla, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qüruriftixar mənbəyidir. Azərbaycanımızın dövlətçilik tarixində müstəsna yeri olan ümummilli liderimizin fəaliyyəti təkcə Azərbaycan üçün deyil, həm də postsovet məkanı üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, dünya miqyasında gedən, o cümlədən, türk dünyasında gedən proseslərə də təsir göstərmişdir. XX əsrdə Azərbaycan tarixinin baş qəhrəmanı, müasir Azərbaycanımızın banisiqurucusu Heydər Əliyev olmuşdur. O, qəhrəman idi, çünki əlçatmaz arzuları gerçəkləşdirdi və bu yolda sevincli-kədərli günlər yaşadı.

Azərbaycanımızın müasir tarixi ulu öndərin adı, onun xilaskarquruculuq missiyası ilə bilavasitə əlaqədardır. Heydər Əliyev siyasi hakimiyyət səhnəsinə gəldiyi ilk günlərdən respublikanın siyasi, iqtisadi və mədəni həyatını dərindən öyrənmiş, onun gələcəyini müəyyənləşdirmiş, bu istiqamətdə planlı işlər aparmış və Azərbaycanımızın müstəqilliyi arzusu onu bir an da tərk etməmişdir. Hakimiyyətinin ilk dövründə - keçən əsrin 60-80-ci illərində, ilk növbədə, azərbaycanlı kadrların hərb sahəsindən tutulmasının səbəblərini tam mahiyyəti ilə öyrənmişdir. O illərdə azərbaycanlıların SSRİ-nin hərbi məktəblərində təhsil almalarına və gələcəkdə zabitya hərbi sərkərdə olmalarına imkan verilmirdi. Hətta o dövrdə rayonlarda olan hərbi komissarlıqlarda zabitlər arasında azərbaycanlılar yox dərəcəsində idi. SSRİ-nin yürütdüyü bu siyasətin gələcəkdə xalqımız üçün acı nəticələrini qabaqcadan görən ulu öndər azərbaycanlı zabitlər hazırlamaq üçün yollar axtarır və nəhayət, Azərbaycan Maarif Nazirliyinin tabeliyində olan hərbi məktəb açmaq barədə Mərkəzi (Moskva) hökümətin qarşısında məsələ qaldırır. O vaxtlar, yəni 1970-ci illərdə Bakı və Moskva arasında yazışmalar başlanır və ulu öndər qalib gəlir. Mərkəz müstəmləkəçilik ənənəsini saxlamaq istəyirdi və başa düşürdü ki, Azərbaycanda belə bir məktəbin yaradılması gələcəkdə Azərbaycanın zabit korpusunun yaradılması deməkdir.

Nəhayət, 1970-ci illərdə hərbi məktəb yaradıldı və məktəbə general Cəmşid Naxçivanskinin adı verildi. Ulu öndərin bu təşəbbüsünün arxasında Azərbaycanımızın azadlığı, müstəqilliyi, suverenliyi dururdu. Bu təşəbbüs sonrakı illərdə öz bəhrəsini verdi. Artıq ordumuzda olan zabitlərin təxminən 90 faizi C.Naxçıvanski adına Hərbi Məktəbin məzunları olmuşdur. Deməli, ulu öndər o vaxtlar SSRİ-nin dağılacağını və Azərbaycanımızın müstəqil olacağını görürdü. Ulu öndər müstəqil dövlətdə birinci növbədə milli kadrların, milli zabitlərin, sərkərdələrin olması üçün yollar axtarmışdır və buna nail olmuşdur.

Heydər Əliyev həmin illərdə müxtəlif ixtisaslara yiyələnmək üçün gənclərin Azərbaycandan kənarda təhsil alması üçün tədbirlər gördübu gün həmin gənclər müstəqil Azərbaycanımızın inkişafında, möhkəmlənməsində fəal iştirak edirlər. Bu cür tədbirlər xalqın tarixinə qızıl hərflərlə yazılmışdır.

Ulu öndərin XX əsrdə gedən mübarizələrdən Azərbaycanımızı ustalıqla qoruması onun müdrikliyini bir daha sübut etdi. Müstəqilliyimizin təməlinin qoyulmasında “Əsrin müqaviləsi” mühüm rol oynadı. Ulu öndərin neft strategiyasının bu gün reallığa çevrilməsi ölkənin sürətlə inkişafına təkan verdi. Müasir Azərbaycanın nefti dünya siyasətində önəmli vasitəyə çevrildi, nəhəng dövlətlərin diqqətini özünə cəlb etdibu cəlbetmə ölkəmizdə olan problemlərin həllinə təsir etdi. Azərbaycanın beynəlxalq arenada nüfuzumövqeyi daha da gücləndi.

Bu gün Azərbaycan 160 dövlətlə diplomatik əlaqələr qurub. Azərbaycanın haqq səsi ali tribunalardan eşidilməkdədir. Bunun da səbəbi Heydər Əliyevin müstəqil Azərbaycanımızın möhkəmlənməsi və inkişaf etməsi istiqamətində gördüyü böyük işlərdir. Heydər Əliyev müstəqilliyimizin ilk illərində müxtəlif yollarla ölkəmizə qarşı təzyiqlərə, təcavüzlərə balanslaşmış siyasəti ilə qalib gəldi. Birinci növbədə, Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrimizi normallaşdırdı, möhkəmləndirdi.Avropa dövlətləri ilə də əlaqələr həm iqtisadi, həm də siyasi sferada inkişaf etdirildi. Sonrakı illərdə ulu öndərin arzuladığı Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Cənubi Qafqaz qaz boru kəməri kimi nəhəng layihələrin həyata keçirilməsi Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə reallaşdı. Bu gün Azərbaycanımız tam müstəqil bir dövlət kimi yaşayır, heç bir dövlətin diqtəsi ilə öz siyasətini aparmır. Prezident İlham Əliyev ulu öndərin siyasətini zamana, dövrə uyğun olaraq uğurla davam etdirir.

Azərbaycan suveren dövlət kimi öz təbii sərvətlərinin sahibidirbu sərvətlərdən xalqın mənafeyi naminə istifadə edir. Azərbaycanımız günü-gündən gözəlləşir, yeni-yeni yollar salınır, məktəblər tikilir, tibbi avadanlıqlar alınır, məscidlər tikilir, təmir olunurs. Müstəqil Azərbaycanın sürətli inkişafı yeni-yeni istiqamətləri əhatə edir. Son illərin statistik göstəricilərinə nəzər saldıqda görürük ki, Azərbaycan iqdisadiyyatının artımı MDB ölkələri arasında birinci yeri tutur. Qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir, bu da iqdisadiyyatın çoxsahəli inkişaf etdirilməsinə və iqtisadiyyatımızın dayanıqlığını təmin etməyə zəmin yaradır. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayır ki, “Biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur, sanki Azərbaycan neft ölkəsi deyil. Qeyri-neft sektorunun inkişafı, yeni texnologiyaların tətbiq olunması, müasir yanaşmanın həyatda öz əksini tapması bizim gələcək uğurlarımızın əsasını qoyacaqdır”.

Azərbaycanın inkişaf modeli digər ölkələrin inkişaf modelindən fərqlənir. Belə ki, Azərbaycanda iqdisadi inkişafla demokratik inkişaf arasında qarşılıqlı əlaqə mövcuddur. Azərbaycanımızın perspektiv inkişafının istiqamətlərinin müəyyən edilməsi məqsədilə 2020-ci ilədək olan dövrü əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanmışdır. Bu konsepsiyanın uğurla həyata keçməsində ziyalılarımızın və gənclərimizin bilik səviyyələri də zamanın tələblərinə uyğun daha da yüksəlməlidir. Ulu öndərimiz demişdir: “Hər bir xalqın ucalığını onun bilik səviyyəsi müəyyən edir”. Prezident İlham Əliyev də xalqımızın daha bilikli olmasının vacibliyini vurğulayıb: “ Dünyadakı tərəqqinin əsas əlaməti və səbəbi bilikdir”. Həqiqətən, cəmiyyət təhsilsiz inkişaf edə bilməz və təhsil də zamana uyğun daim təkmilləşməlidir. Bu gün ali təhsil ocaqlarında təhsl alan tələbələr müstəqil Azərbaycanımızı XXl əsrdən XXII əsrə aparan əsas qüvvələr olacaqlar, ona görə də yaxşı oxumalı, vicdanla işləməlidirlər ki, dövlətçiliyimiz möhkəmlənsin, müstəqilliyimiz əbədiləşsin. Ulu öndərimiz orta məktəbdə, Naxçıvan Pedaqoji Texnikumunda, Azərbaycan Sənaye İnstitutunda, Leninqradda (indiki Sankt-Peterburqda) xüsusi ali təhsil alanda və Azərbaycan Dövlət Universitetində əla qiymətlərlə oxumuşdur. Ona görə də əla müəllim, əla memar, əla Dövlət Təhlükəsizliyi Komitəsinin sədri və əla tarixçi kimi formalaşmışdır. Bu gün ulu öndərimizin bütün türk dünyasının lideri olmasına heç kim şübhə etmirbu adı o, öz biliyi, zəhmətsevərliyi, əzmkarlığı, səbri və şəxsi keyfiyyətləri ilə qazanmışdır. Bütün türk dünyası onu sevirbundan sonra da sevəcəkdir.

 

Tamilla NAİBOVA,

ADNA-nın dosenti

 

Xalq qəzeti.- 2015.- 14 iyun.- S.12.