Bakı şəhər layihəsi üç ildən sonra

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dünyanın ən möhtəşəm şəhərsalma layihələrindən biri olan Bakı şəhərin təməlinin qoyulmasından 3 il keçir.

 

Bakı şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na əsasən həyata keçirilir. Paytaxtın şərqində 100 ildən çoxQara şəhər” kimi tanınan, neftin  emalı və daşınmasında böyük rol oynamış ərazidə, bu gün dünyanın ən böyük yenidənqurma layihələrindən biri olan Bakı şəhər yaradılır. Layihənin əsas məqsədi çirklənmiş torpaqların təmizlənməsi, ərazidə yeni, beynəlxalq standartlara uyğun sosial infrastrukturun yaradılması, paytaxtın sakinləri və qonaqları üçün yeni yaşayış, , əyləncə və istirahət məkanının yaradılmasıdır.

Hazırda şəhərin 10 rayonundan 6-sı tamamilə təmizlənərək inşaat işləri aparılır. Layihənin icra müddətində şəhərin neft məhsulları ilə çirklənmiş böyük ərazisi təmizlənmiş və şəhər təsərrüfatında istifadə üçün yararlı vəziyyətə gətirilmişdir. Bu işlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilir.

Yaşayış rayonu kimi tanınan Yaşıl Ada rayonu yeddimərtəbəli Paris üslublu binalardan ibarətdir. Bu yaşayış komplekslərinin bəzilərində tikinti artıq son mərhələdədir və yaxın zamanlarda onlar ilk sakinlərini qəbul etməyə hazır olacaq.

Ümumi sahəsi 24 hektar olan Park rayonunda da tikintiyə start verilib. Burada iyirmimərtəbəli yaşayış binaları tikilir. Sahənin relyefinə uyğun olaraq amfiteatr üslubunda olan Park rayonundan Dənizkənarı bulvara Bayraq Meydanına gözəl mənzərə açılır. Binaların üstünlükləri sırasına şəhərin ən iri parklarından olan Nizami parkı ilə qonşuluq da daxildir.

Sahilyanı rayonda 25 may 2013-cü il tarixində Prezident İlham Əliyev tərəfindən bünövrəsi qoyulmuş, uzunluğu 5 kilometr olan şəhər bulvarının tikintisi yüksək templə davam edir. Həmçinin, dəniz kənarında Bakı şəhərin ilk mehmanxanası - Boulevard Hotelin inşası başa çatır. Bu hotel,   ümumi  sahəsi 52  min kvadratmetr  olan 818 otaqdan ibarət olacaq. Boulevard Hotel 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının qonaqlarını qəbul etməyə hazırlanır. Həmçinin, bu rayonda son zamanlar sakinlərin sevimli istirahət əyləncə məkanlarına çevrilmiş ticarət mərkəzlərindən ən irisinin - 90 min kvadratmetrlik şəhər Mall”ın inşasına başlanılıb. Bu mərkəz Fəvvarələr meydanından Nobel prospekti üzərindən uzanan möhtəşəm piyada körpüsü vasitəsilə sakinləri Sahilyanı rayona çatdıracaq.

şəhərin mərkəzi rayonu sayılan Fəvvarələr meydanında yeddimərtəbəli, müasir üslublu yaşayış binalarının tikintisinə  başlanılıb. Binalarla yanaşı, bu rayonda 800 yerlik ictimai avtoparkın tikintisi nəzərdə tutulub. Fəvvarələr meydanı mərkəzindəki   bir  hektarlıq  parkla birlikdə sakinlərin sevimli istirahət  məkanına çevriləcəkdir.

Layihənin şimalında yerləşən yaşayış rayonu kimi nəzərdə tutulmuş Babək rayonunda müasir, eləcə klassik üslublu yeddimərtəbəli yaşayış komplekslərinin tikintisinə başlanılıb. Ərazini qərb şərq hissəsinə ayıran, mərkəzi prospektin ortasında yerləşən meydan, bu rayonun qəlbi olacaqdır.

Böyük uğurla nəticələnmiş Bakı şəhərin giriş qapısı sayılan yüksək səviyyəli Bakı şəhər Ofis Binasının açılışı ötən ilin sonunda baş tutdu. Hələ layihələndirildiyi dövrdə bu möhtəşəm bina beynəlxalq memarlıq aləmində geniş tanınmış    “Asia-Pacific Property Awards - 2011", “Azeri Business Awards - 2011", “İlin Şirkəti - 2014" mükafatları ilə təltif edilmişdir. Əhatədəki tarixi binalar Paris üslublu evlərdən fərqlənən Bakı Şəhər Ofis Binasının cazibədar, estetik xətləri müasir memarlığın mükəmməl nümunələrindəndir. Bütün müasir beynəlxalq standartlara cavab verən yeni Ofis Binası Britaniyanın məşhur “ATKINS” şirkəti tərəfindən layihələndirilmiş, yerli beynəlxalq mütəxəssislər qrupu tərəfindən inşa edilmişdir. Tikinti dövründə Ofis Binası BREEAM beynəlxalq ekoloji sertifikata da layiq görülmüşdür. Belə ki, Bakı şəhər Ofis Binası Azərbaycanda regionda BREEAM sertifikatlaşdırmasını keçmiş ilk yeganə bina oldu. Bu da ölkənin beynəlxalq ekoloji standartlara cavab vermək istəyini əks etdirir. Ölkə Prezidenti cənab İlham Əliyev binanın açılışında iştirak etmiş, layihə ilə bağlı tapşırıq tövsiyələrini vermişdir.

2014-2015-ci tədris ili üçün şəhərin ərazisində yerləşən ilk təhsil ocağıBakı Fransız Liseyi fəaliyyətə başlayıb. Sentyabr ayında baş tutan açılışda Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva da iştirak ediblər. 320 şagird yerlik lisey müasir memarlıq quruluşu ilə diqqət çəkir. Sahəsi 14 min kvadratmetr olan liseydə təlim-tədris üçün hər cür şərait yaradılıb. Fransız liseyinin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya rəsmi səfəri çərçivəsində imzalananAzərbaycan Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dairSazişə əsasən qoyulub. Liseydə tədris uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində Fransız dilində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulacaq.

Layihənin yol kommunikasiyalar infrastrukturu da inşa olunmaqdadır. Hazırda bu işlər  ərazinin xeyli hissəsini əhatə edir. İnşası gedən eni 45 metr olan Xaqani Rüstəmov küçəsi isə Neftçilər prospektini Nobel Babək prospektləri ilə birləşdirəcək. Bu yolun üzərində şəhərin 6 strateji inkişaf planına uyğun olaraq, Nobel, Babək Neftçilər prospektlərini birləşdirəcək Xaqani Rüstəmov küçəsinin inşası davam etməkdədir.

Metropolitenin  şəhər ərazisindən keçəcək yaşıl xəttinin tikintisinə başlanıb. Bu metro xətti Xətai Həzi Aslanov stansiyalarını birləşdirəcək. Həmçinin, şəhər  metrostansiyası Nobel prospektindən piyadaların təhlükəsiz rahat yeraltı keçidi təmin edəcəkdir. Eyni zamanda layihədə nəzərdə tutulmuş 6 yeni yeraltı piyada keçidindən 3-nün inşası həyata keçirilir.

Bakı şəhər layihəsi çərçivəsində həyata keçirilən irimiqyaslı işlər müxtəlif beynəlxalq yerli mükafatlara, o cümlədən “MIPIM Asia Awards 2011" müsabiqəsindəMərkəzi Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında, “Cityscape Global” sərgisindəƏn yaxşı şəhərsalma layihəsinominasiyasında mükafatlara layiq görülüb. Dünyanın ən qədim neft sənayesi mərkəzi olan Bakı qısa zaman ərzində ən böyük şəhərlərdən birinə çevrilib təkrarolunmaz görkəm alıb. Azərbaycanın iqtisadi inkişafı fonunda paytaxt gündən-günə yaşamaq işləmək üçün arzuolunan şəhərə çevrilməkdədir. Bu layihənin həyata keçirilməsi ilə Qara şəhərin sənaye görkəmi keçmişdə qalır, yerini paytaxtın yeni mərkəzinə çevriləcək Bakı şəhərin komfort harmoniyasına verir.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 4 mart.- S.4.